NÜVE

nüvə
NÜSHA
O
OBASTAN VİKİ
Nüveyri
Şihabəd-din Əhməd ibn Əbd əl-Vəhhav ən-Nüveyri (ərəb. شهاب الدين أحمد بن عبد الوهاب النويري‎; 1278, Kus[d], Məmlük dövləti və ya Ahmim[d], Məmlük dövləti – 5 iyun 1333, Qahirə, Məmlük dövləti) — orta əsr ərəb alimi, ensiklopedisti. Şihabəd-din Əhməd ibn Əbd əl-Vəhhav ən-Nüveyri 1278-ci ildə indiki Misirin Kus şəhərində anadan olmuşdir. O, 31 cildlik "Nihayyət əl-ərəb fi fünun əl-ədəb" (Ədəb elmində məqsədlərin sonu) əsərinin müəllifidir. Nüveyrinin üzərində 20 ilədək işlədiyi bu ensiklopedik əsərində 1331-ci ilədək baş vermiş hadisələrdən bəhs olunur. Bir sıra Avropa dillərinə tərcümə edilmiş həmin əsər Misir, müsəlman İspaniyası, Qızıl Orda, Elxanilər dövləti (xüsusilə Azərbaycana sahiblənmək üzərində Qızıl Orda ilə gedən müharibə), Yaxın Şərqin bir sıra ölkələrinin ictimai-siyasi tarixinin öyrənilməsində mühüm mənbədir. Nüveyri 5 iyun 1333-cü ildə Məmlük sultanlığının bir parçası olan Qahirə şəhərində vəfat etmişdir.