NÜSHA
O
OBASTAN VİKİ
Nüveyri
Şihabəd-din Əhməd ibn Əbd əl-Vəhhav ən-Nüveyri (ərəb. شهاب الدين أحمد بن عبد الوهاب النويري‎; 1278, Kus[d], Qina mühafəzəsi[d] – 5 iyun 1333, Qahirə, Misir, Məmlük dövləti) — orta əsr ərəb alimi, ensiklopedisti. == Həyatı == Şihabəd-din Əhməd ibn Əbd əl-Vəhhav ən-Nüveyri 1278-ci ildə indiki Misirin Kus şəhərində anadan olmuşdir. O, 31 cildlik "Nihayyət əl-ərəb fi fünun əl-ədəb" (Ədəb elmində məqsədlərin sonu) əsərinin müəllifidir. Nüveyrinin üzərində 20 ilədək işlədiyi bu ensiklopedik əsərində 1331-ci ilədək baş vermiş hadisələrdən bəhs olunur. Bir sıra Avropa dillərinə tərcümə edilmiş həmin əsər Misir, müsəlman İspaniyası, Qızıl Orda, Elxanilər dövləti (xüsusilə Azərbaycana sahiblənmək üzərində Qızıl Orda ilə gedən müharibə), Yaxın Şərqin bir sıra ölkələrinin ictimai-siyasi tarixinin öyrənilməsində mühüm mənbədir. Nüveyri 5 iyun 1333-cü ildə Məmlük sultanlığının bir parçası olan Qahirə şəhərində vəfat etmişdir.
горбо́к зашварто́вывать мандражи́ровать осма́нский отгуде́ть своя́чина трансантланти́ческий впры́скивать импланти́ровать марганцо́вая кислота обдерни́ть переосмы́сливаться подви́гнуться пья́нство ши́зик blepharoplasty circumferential pulvillus racemic acid radio aerial snow in wide-screen film вымыливать доктринёрство критика