NƏQŞİBƏND BƏHAƏDDİN

(791/1389-ci ildə vəfat etmişdir) – ən tanınmış təriqət şeyxlərindən biri olmuşdur. Tam adı Məhəmməd Bəhaəddin Nəqşibənd Buxari olmuşdur. Ona Şah-i Nəqşibənd də deyirdilər. Onun soyu Buxaranın yaxınlığındakı Kəsr-i Arifən kəndindən olduğu qeyd edilir. Demək olar ki, Şah-i Nəqşibənd bütün həyatını Buxarada keçirmişdir. Erkən yaşlarından o, sufilik ruhunda tərbiyə almışdır. Onun ilk müəllimi Hocağan sufi təriqətinin şeyxi Hoca Məhəmməd Baba Səmmasi (740/1339-cu ildə vəfat etmişdir) olmuşdur. Əfsanələrə görə Bəhaəddinin mənəvi müəllimi çoxdan ölmüş Əbdülxaliq Gijduvani (595/1199-ci ildə vəfat etmişdir) olmuşdur. O, onunla mənəvi rabitə yarada bilmişdir. Bəhaəddin Nəqşibənd Yəsəvi təriqətinin şeyxləri olmuş Xəlil Ata və Qasım Şeyxdən də elm öyrənmişdir. Beləliklə o, öz mənəvi yolunda Gijduvaninin təlimini yəsəviliklə birləşdirmişdir. Şahi-Nəqşibənd müridlərini ucadan deyilən cəhri zikrlər deməkdən, xəlvətə çəkilməkdən, dilənçi dərvişlikdən, musiqili səmalardan çəkindirmişdir. O, pıçıltı ilə deyilən xafi zikrləri tövsiyə edirdi. Bu zikrləri həm təklikdə, həm də camaatla etmək olar. O, müridlərlə şeyxin arasındakı mənəvi bağlantıya (rabitəyə) da böyük əhəmiyyət verirdi. Eyni zamanda o, təriqəti şəriətdən ayırmırdı.
NƏKİB
NƏQŞİBƏNDİLƏR
OBASTAN VİKİ
Bahaəddin Nəqşibənd
Xacə Bəhaəddin Məhəmməd Buxari (1318, Buxara – 1389, Buxara) — Nəqşibəndiyyə təriqətinin yaradıcısı, İslam alimi, övliya. == Həyatı == Məhəmməd Bəhaəddin 1318-ci ildə Buxaranın sonralar Kəsri-Arifan adlanan kəndlərindən birində anadan olmuşdur. Nəqşibənd ("naxış vuran" deməkdir) uşaq ikən Xacəqan təriqəti şeyxlərindən Məhəmməd Baba Səmmasi (ö.740/1339) tərəfindən mənəvi övladlığa götürmüş, onun tərbiyəsi ilə məşğul olmağı müridi Əmir Gülala həvalə etmişdir. Öz növbəsində Məhəmməd də, Əmir Gülalın elmindən bəhrələnərək onun təriqətinə bağlanmışdır. Lakin qaynaqlarda Nəqşibəndin gerçək şeyxinin, özündən xeyli əvvəl vəfat etmiş Abdulxaliq Qucduvani olduğu bildirilmişdir. Təsəvvüfdə bu cür tərbiyə metoduna "Uveysilik yolu" deyilir. Nəqşibənd Şeyx Səmmasinin vəfatından sonra dərvişlərin söhbətlərində iştirak etmiş, Əmir Gülalın icazəsi ilə Yəsəvi şeyxlərindən Kusəm Şeyx və Xəlil Atay ilə görüşüb, bir sıra fikir mübadiləsi aparmışdır. Nəqşibəndin Kəsri Arifanda bir məscid tikdirdiyi və iki dəfə Həcc ziyarətinə getdiyi rəvayət edilir. Bəzi mənbələrdə onun tez-tez şeyxi Əmir Gülal ilə görüşmək üçün Nəfəsə getdiyi qeyd edilmişdir. Hənəfi məzhəbinə bağlı olan Bəhaəddin Nəqşibənd Kəsri-Arifanda 1389-cu ildə yetmiş üç yaşında vəfat etmişdir.
Bəhaəddin Amoli
Şeyx Bəhai və ya Şeyx Bəhaəddin Amili (16 fevral 1547, Bəəlbək, Osmanlı Suriyası, Osmanlı imperiyası – 1 sentyabr 1621, İsfahan, Səfəvilər) — alim, təsəvvüf əhli, təriqət şeyxi, Səfəvi şeyxülislamı, məşhur riyaziyyatçı və astronom. == Həyatı == Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bəəlbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur). O, ilk təhsilini valideynlərindən, habelə Bəəlbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Qəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhid Əvvəl, Şəhid Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir. İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, I Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü. O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər.
Bəhaəddin Vələd
Bəhaəddin Vələd (1148, 1152 və ya 1149, Bəlx, Xarəzmşahlar dövləti – 1231, Konya, Rum Səlcuqlu dövləti) — fəqih, filosof. == Haqqında == Xarəzmşah hökmdarları Bəhaəddin Vələdin xalq üzərindəki təsirindən hər zaman narahat idi; çünki o, insanlarla son dərəcə mülayim davranır, onların anlaya biləcəkləri fikirləri irəli sürür, dərslərində heç vaxt fəlsəfi mübahisələrinə yol vermirdi. Bəhaəddin Vələd ilə Xarəzmşah Əlaəddin Məhəmməd Tökiş arasında olan bir hadisə: Bəhaəddin Vələd bir gün dərsində, fəlsəfəni və filosofları şiddətlə tənqid edir, onları İslam dinində var olmayan şeylərlə (bidətlə) məşğul olmaqda günahlandırır. Buna çox hirslənən məşhur İslam filosofu Fəxrəddin Razi onun haqqında Məhəmməd Tökişə şikayət edir. Razinin hökmdarın yanından xüsusi hörmət və etibarı var idi. Razinin xəbərdarlıqları və xalqın Bəhaəddin Vələdə göstərdiyi maraq ve hörmət bir araya gəlincə, öz yerini itirməkdən qorxan Tökiş, Bəlx qəsəbəsinin açarlarını ona göndərdi. Bu, mənim yerimə hakimiyyəti sən idarə et, anlamına gələn bir davranış idı. Deyilənlərə görə bu davranışı "bir yerdə iki sultan olmaz" deyə qarşılayan Bəhaəddin Vələd, dərhal köç hazırlıqlarına başladı, ailəsini, kitablarını, sadid müridlərini yanına alaraq ölkədən ayrıldı (1212 ya da 1213). Nişapur şəhərində məşhur şeyx Feridüttin Attar onları qarşıladı. Aralarında önəmli söhbətlər oldu.
Şeyx Bəhaəddin
Şeyx Bəhai və ya Şeyx Bəhaəddin Amili (18 fevral 1547 və ya 27 fevral 1547, Bəəlbək, Osmanlı Suriyası – 1 sentyabr 1621, İsfahan, Səfəvilər) — alim, təsəvvüf əhli, təriqət şeyxi, Səfəvi şeyxülislamı, məşhur riyaziyyatçı və astronom. Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bəəlbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur). O, ilk təhsilini valideynlərindən, habelə Bəəlbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Qəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhid Əvvəl, Şəhid Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir. İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, I Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü. O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər.
Bahaəddin Nəqşibənd məqbərəsi
Bahaəddin Nəqşibənd məqbərəsi Baha əd-Din kompleksi, Buxaranın şəhərətrafı bölgəsində yerləşən dini ansambldır. Kompleks, Nəqşibənd dərviş ordeninin mərkəzi olaraq xidmət etmişdir. Onun başçısı Şeyx Bahaəddin Nəqşibənd 1389-cu ildə vəfat etmişdir və Buxara yaxınlığındakı Kasri Arifon kəndi (indiki Kaqan bölgəsində) yaxınlığında dəfn edilmişdir. Məqbərə bir mədrəsə, iki məscid və bir minarədən ibarətdir. Baha əd-Din ansamblı XVI əsrə xas — nekropol ilə ritual binanın birləşməsi formasını almışdır. Hökmdar Əbülfəyz xanın anası (1711-1747) öz vəsaiti hesabına iki eyvanlı məscid tikdirir və XIX əsrdə Nəsrullah xanın vəziri Hakim Quşbəyi daha bir məscid tikdirir. Minarə (qüllə) 1720-ci ildə inşa edilmişdir. Sovet dövründə bu ziyarətgah xarabalığa çevrilmişdi. Özbəkistan müstəqillik əldə etdikdən sonra Bahaəddin Nəqşibəndin 675-ci ildönümü şərəfinə 1993-cü ildə ziyarətgah restavrasiya edildi. Özbəkistan Prezidenti İslam Kərimovun təşəbbüsü ilə 2003-cü ildə kompleksin təkmilləşdirilməsi üçün böyük işlər görülür.
Şeyx Bəhaəddin (memar)
Şeyx Bəhaəddin (XVI əsr – XVII əsr) — XVI əsrin ikinci yarısı — XVII əsrin əvvəllərində yaşamış Azərbaycan memarı. Gəncənin XVII əsrin əvvəllərində tikilmiş mərkəzi ansamblının müəllifidir. Bu ansambla daxil olan Cümə məscidinin üzərindəki kitabə abidənin 1606-cı ildə (hicri 1015) tikildiyi göstərilmişdir). Şeyx Bəhaəddin həm də alim olmuşdur. Onun dini-tərbiyəvi əhəmiyyətli əsərinin bir hissəsi dövrümüzədək qalmışdır.
Şeyx Bəhaəddin Amili
Şeyx Bəhai və ya Şeyx Bəhaəddin Amili (18 fevral 1547 və ya 27 fevral 1547, Bəəlbək, Osmanlı Suriyası – 1 sentyabr 1621, İsfahan, Səfəvilər) — alim, təsəvvüf əhli, təriqət şeyxi, Səfəvi şeyxülislamı, məşhur riyaziyyatçı və astronom. Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bəəlbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur). O, ilk təhsilini valideynlərindən, habelə Bəəlbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Qəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhid Əvvəl, Şəhid Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir. İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, I Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü. O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər.
Mir Bəhaəddin körpüsü
Mir Bəhaəddin körpüsü, (az-əbcəd. میربهاءالدین کؤرپۆسۆ‎), keçmişki Zəncan-Bicar yolunda, Zəngançayı üzərində tikilmiş körpüdür. Mir Bəhaəddin körpüsü Zəncanın güneyində, suyu elə də çox olmayan Zəngançayı üzərində yerləşir. Körpü onu 1312-ci hicri ilində, Nasirəddin şah Qacar dönəmində tikən, Zəncanın görkəmli şəxsiyyətlərindən olan Mir Bəhaəddin Zənganinin adını daşıyır. İndilikdə bu yer zəncanlıların ən çox əyləndikləri yerlərdən biri sayılır. Bu körpü təxminən 100 metr uzunluğunda olaraq, eni sığınacaqla birlikdə 6.70 metrə çatır. Çayın ən yüksək yerindəki hündürlüyü təxminən 11 metrdir və orta aşırımı başqa aşırımlarında daha böyükdür. Bu körpü tamamilə kərpicdən tikilərək, ən gözəl tağının iç görünüşündə çox gözəl Məqeli adlı bir xəttlə tikildiyi tarix "Ya Əli" sözü ilə birlikdə simmetrik şəkildə oyulmuşdur. Təməlləri döşənmiş səthin üstünə qoyularaq, oyma daş parçaları və əhəng harçından hazırlanmışdır və suyun səviyyəsindən 1,40 metr yüksəkliyə kimi qalxmışdır. Bu hündürlükdə bu körpünün tağının və əsas gövdəsinin ayağından 5 × 24 × 24 sm ölçülü kərpiclə başlanıb.
Xacə Bəhaəddin Məhəmməd Buxari
Xacə Bəhaəddin Məhəmməd Buxari (1318, Buxara – 1389, Buxara) — Nəqşibəndiyyə təriqətinin yaradıcısı, İslam alimi, övliya. Məhəmməd Bəhaəddin 1318-ci ildə Buxaranın sonralar Kəsri-Arifan adlanan kəndlərindən birində anadan olmuşdur. Nəqşibənd ("naxış vuran" deməkdir) uşaq ikən Xacəqan təriqəti şeyxlərindən Məhəmməd Baba Səmmasi (ö.740/1339) tərəfindən mənəvi övladlığa götürmüş, onun tərbiyəsi ilə məşğul olmağı müridi Əmir Gülala həvalə etmişdir. Öz növbəsində Məhəmməd də, Əmir Gülalın elmindən bəhrələnərək onun təriqətinə bağlanmışdır. Lakin qaynaqlarda Nəqşibəndin gerçək şeyxinin, özündən xeyli əvvəl vəfat etmiş Abdulxaliq Qucduvani olduğu bildirilmişdir. Təsəvvüfdə bu cür tərbiyə metoduna "Uveysilik yolu" deyilir. Nəqşibənd Şeyx Səmmasinin vəfatından sonra dərvişlərin söhbətlərində iştirak etmiş, Əmir Gülalın icazəsi ilə Yəsəvi şeyxlərindən Kusəm Şeyx və Xəlil Atay ilə görüşüb, bir sıra fikir mübadiləsi aparmışdır. Nəqşibəndin Kəsri Arifanda bir məscid tikdirdiyi və iki dəfə Həcc ziyarətinə getdiyi rəvayət edilir. Bəzi mənbələrdə onun tez-tez şeyxi Əmir Gülal ilə görüşmək üçün Nəfəsə getdiyi qeyd edilmişdir. Hənəfi məzhəbinə bağlı olan Bəhaəddin Nəqşibənd Kəsri-Arifanda 1389-cu ildə yetmiş üç yaşında vəfat etmişdir.