NƏRGİZAVA

(Quba)
sarı buğda, buğda növü. – Biyil nərgizava əkmədux
NƏRGİLİX’
NƏRİ
OBASTAN VİKİ
Nərgizava
Nərgizava — qədim yaşayış məskəni, Ağsu rayonunun Bico və Gəgəli kəndləri ərazisində yerləşir. Bico kəndi ilə Gəgəli kəndi ərazisində, Gəgəli kəndindən təxminən 2 km cənubi-şərqdə, Bico və Gəgəli kəndinin sakinləri tərəfindən "Nərgizava" adlandırılan, Bicodərəsi ilə Yasamal adlı qobuluq ərazidə qədim yaşayış məskəni yerləşir. 10 hektardan geniş bir sahəni əhatə edən bu ərazinin böyük bir hissəsi Bico və Gəgəli kəndlərinin (Bico kəndinin tarixi dəqiq bilinməyən xeyli əvvəlki dövrlərə aid olsa da, Gəgəli kəndinin əsası 19-cu əsrin 40-50-ci illərində Dəyəli-Gəgəli adlı axtaçı obasının Ağsu və Bico kəndləri arasındakı yazlaq sahəni daimi binə yeri seçməsi ilə qoyulmuşdur) sakinləri tərəfindən uzun müddət əkin məqsədləri üçün şumlandığına görə, abidənin tarixi-mədəni təbəqəsi güclü dağıntıya məruz qalmışdır. Buna baxmayaraq, 1997-2010-cu illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu ekspedisiyası tərəfindən aparılmış genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində ərazinin indiki Gəgəli kəndi ərazisindəki hissəsində aşkarlanmış, b.e.ə. III-II əsrlərə aid 69 torpaq tipli qəbir, xeyli miqdarda və müxtəlif növdən olan daş, saxsı və metal məmulatları burada qədim və inkişaf etmiş mədəniyyətə malik yaşayış məskəninin mövcud olduğundan xəbər verir. 2018-ci ildə Nərgizavada arxeoloji tədqiqatların növbəti mərhələsi başlamışdır. Nərgizava şəhərinin dağılması 1192-ci ilin dağıdıcı zəlzələsi və 1221-ci ildən başlayan monqol-tatar yürüşləri ilə əlaqələndirilir. V.H.Əliyev, F.S.Xəlilov "Ağsunun tarixi səhifələri" - Bakı, "ADĠLOĞLU" nəşriyyatı - 2001, 94 səh. Fariz Xəlilli "Qədim Nərgizava və Gəgəli" - Bakı, "ADĠLOĞLU" nəşriyyatı - 2003, 38 səh.
Nərgizava nekropolu
Akif Arif oğlu Quliyev Azərbaycanın zəngin antik və ilk orta əsr abidələrindən biri də, Ağsu rayonunun Bico və Gəgəli kəndləri ərazisində, Gəgəli kəndindən təxminən 2 km cənubi-şərqdə, Bico və Gəgəli kəndlərinin sakinləri tərəfindən "Nərgizava" adlandırılan, Bicodərəsi ilə Yasamal adlı qobuluq ərazidə qədim yaşayış məskəni yerləşir. 10 hektardan geniş bir sahəni əhatə edən bu ərazinin böyük bir hissəsi Bico və Gəgəli kəndlərinin yerləşən Nərgizava abidəsidir. Hələ ötən əsrin 80–90-cı illərində yerli əhali öz həyətyanı sahələrində apardığı təsərrüfat işləri zamanı müxtəlif ölçülü saxsı qablara, tunc, gümüş və qızıl əşyalara, silahlara, insan və heyvan sümüklərinə rast gəlirdilər. Buradan tapılmış 100-dən artıq unikal əşya yerli sakinlər tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə və Ağsu rayon Tarix və Diyarşünasliq Muzeyinə təhvil verilmişdir. Nərgizava abidəsi 1998-ci ildən elmə məlum olsa da dövlət qeydiyyatına alınmamış və burada arxeoloji tədqiqatlar aparılmamışdır. 2008-ci ildə Oğuz-Qəbələ-Bakı su kəməri çəkilərkən Nərgizava abidəsinə məxsus 25-dən artıq küp qəbir təsadüfən aşkar edilmişdir. Nərgizava yaşayış yeri və ona məxsus nekropolun böyük bir hissəsi Gəgəli kənd sakinlərinin həyətyanı sahələrində aşkarlandığından abidə dağılmaq təhlükəsi ilə üzləşmişdir. Ərazinin böyük bir hissəsi Bico və Gəgəli kəndlərinin sakinləri tərəfindən uzun müddət əkin məqsədləri üçün şumlandığına görə, abidənin tarixi-mədəni təbəqəsi güclü dağıntıya məruz qalmışdır. 2009-cu il iyun ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Xınıslı ekspedisiyası Nərgizava abidəsində kəşfiyyat işlərinə başladı. Qazıntıda Milli Azərbaycan Tarixi Muzeyinin elmi əməkdaşları da yaxından iştirak edirdi.