NƏRGİZAVA
NƏRMADA
OBASTAN VİKİ
Massimiliano Nəri
Massimiliano Nəri (14 iyun 1977, Neapol, İtaliya) — italiyalı model. == Həyatı == Massimiliano Nəri 14 iyun 1977-cu ildə İtaliyanın Neapol şəhərində anadan olub.
18 saylı Nərimanov-Nizami seçki dairəsi
19 saylı Nərimanov birinci seçki dairəsi
20 saylı Nərimanov ikinci seçki dairəsi
Arif Nərimanbəyov
Nərimanbəyov Arif Əmirbəy oğlu (13 aprel 1917, Bakı – 16 may 1992, Bakı) — Azərbaycan kinooperatoru, rejissor, ssenarist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). == Həyatı == Arif Nərimanbəyov 13 aprel 1917-ci ildə Bakıda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsini bitirib (1944). Müharibədən sonra Bakı kinostudiyasında işləməyə başlayıb. Rejissor kimi bir "Mozalan" kinojurnalı çəkib. 16 may 1992-ci ildə vəfat edib. == Filmoqrafiya == Əbədi odlar ölkəsi (film, 1945) Zəfər bayramı (film, 1945) Fətəli xan (film, 1947) Quba bağlarında və Tərtərçay vadisində (film, 1949) Rahatdır, əlverişlidir, etibarlıdır (film, 1949) Bakının işıqları (film, 1950) Mingəçevir (film, 1950) Səhər nəğməsi (film, 1950) Azərbaycan sərhədçiləri (film, 1951) Gənc Leninçilər (film, 1951) Quba bağlarında (film, 1953) Bərəkətli torpaq (film, 1954) Bəxtiyar (film, 1955) Qızmar günəş altında (film, 1957) Bakı və bakılılar (film, 1957) Bir qalanın sirri (film, 1959) Akif Cəfərovun briqadası (film, 1960) Azərbaycanın böyük kimyası (film, 1961) Leyli və Məcnun (film, 1961) Tofiq Əhmədovun orkestrinin konserti (film, 1962) Möcüzələr adası (film, 1963) Qaraca Qız (1966) İnsan məskən salır (film, 1967) O qızı tapın (film, 1970) Həyat bizi sınayır (film, 1972) Var olun, qızlar... (film, 1972) Kimdir Məmməd Məmmədov? (film, 1973) Ömrün Səhifələri (1974) Rəqiblər (1974) Dərviş Parisi partladır (film, 1976) Ürək... Ürək...
Bəhram Nərimanov
Bəhram Nərimanov — Əməkdar bədən tərbiyəsi və idman xadimi == Həyatı == Azərbaycanda idman akrobatikası üzrə ilk SSRİ idman ustası adını alan Nərimanov 1959-1972-ci illərdə Azərbaycan yığma komandasının baş məşqçisi olub. O, 1960-1972 və 1994-2000-ci illərdə Azərbaycan İdman Akrobatikası Federasiyasının sədri vəzifəsində çalışıb. Nərimanov ölkə prezidenti tərəfindən bədən tərbiyəsi və idmanın inkişafındakı əməyinə görə "Şöhrət" ordeninə layiq görülüb. Həmçinin prezident təqaüdçüsü olan akrobat 80-dan çox elmi məqalənin müəllifidir. Əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Bəhram Nərimanov 10 iyun 2010-cu ildə 77 yaşında dünyasının dəyişib.
Fərman bəy Nərimanbəyli
Nərimanbəyli Fərman bəy Əmir bəy oğlu (1898–1970) — Cümhuriyyət tələbəsi, mühəndis. == Həyatı == Fərman bəy Nərimanbəyli 1898-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Orta təhsil aldıqdan sonra 1920-ci ilin yanvarında ADR hökuməti onu Fransaya ali təhsil almağa göndərmişdir. Kann şəhərindəki Politexnik Universitetini bitirdikdən sonra Azərbaycana dönmüşdür. İxtisasca energetik idi. Azərbaycan Dövlət Plan Komitəsində elektrikləşdirmə bölməsinin rəisi işləmişdir. 1937-ci ildə həbs olunmuş və sürgünə göndərilmişdir. Sürgündən qayıtdıqdan sonra Mingəçevirdə yaşamış və işləmiş, 1977-ci ildə orada vəfat etmişdir. == Ailəsi == Fərman bəy Fransada oxuyarkən fransız qızı İrma Lyarude ilə ailə həyatı qurmuşdur. Vidadi və Toğrul adlı oğulları var.
Gülsüm Nərimanova
Gülsüm Nərimanova (Əliyeva) — İctimai-siyasi, dövlət xadimi, yazıçı, publisist Nəriman Nərimanovun həyat yoldaşı. == Həyatı == 1898-ci ildə Bakı şəhərində əslən Şamaxıdan olan tacir Mirkazım Əliyevin ailəsində anadan olmuşdur. Ev təhsili almışdı və rus dilini yaxşı bilirdi. 1915-ci ildə o, böyük mütəfəkkir, görkəmli dövlət xadimi Nəriman Nərimanovla ailə həyatı qurur və həmin zamandan onun həyatında sözün əsl mənasında yeni dövr başlayır. Gülsüm xanım 1941-ci ildən Sovet qadınları antifaşist komitəsinin üzvü kimi radio ilə ingilis qadınlarına müraciətində öz taleyi haqqında danışarkən deyirdi: "…Mənim bəxtimə elə bir ömür yoldaşı düşdü ki, bütün həyatım boyu ona minnətdaram. Mən Nərimanov kimi böyük bir şəxsiyyətin simasında mehriban, həssas, qayğıkeş ömür yoldaşı, xalqın azadlığı, səadəti uğrunda yorulmaq bilmədən çalışan alovlu bir mübariz insanı gördüm. O, həyatının son dəqiqəsinə kimi öz amalından, xeyirxah işindən dönmədi. Bizim birgə ailə həyatımızın son anına kimi o, mənim üçün ən əziz dost və müəllim oldu…" N. Nərimanovun təsiri ilə ictimai həyata qoşulan Gülsüm xanım öz tərcümeyi-halında yazır ki, o, müsəlman qadınlar arasında siyasi iş aparmış, gizli ədəbiyyat yaymış, onları yeni həyata səsləmişdir. Getdikcə fəallığını artıraraq Bakıda əlillər evi, uşaq baxçası və körpələr evlərinin yaradılması işində böyük səy göstərmişdir. Təhsilini daim artırmağa çalışan Gülsüm xanım 1921-ci ildə Azərbaycan Xalq Maarif Komisarlığmin məktəbəqədər tərbiyə şöbəsinin müsəlman qadınlar üçün açdığı ilk kursu bitirmişdir.1925-ci ildə N. Nərimanovun vəfatından sonra oğlu Nəcəfin təlim-tərbiyəsi ilə məşğul olmaqla bərabər yenə də təhsilini davam etdirmiş, Moskva Pokrovski adına məktəbin fəhlə fakültəsində oxumuşdur.
Kamil Vəli Nərimanoğlu
Kamil Vəli Nərimanoğlu (azərb. Kamil Nəriman oğlu Vəliyev‎; 18 avqust 1946, Cəbrayıl – 16 dekabr 2023) — tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri. == Həyatı == Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində anadan olmuşdur. 1965-ci ildə burada orta təhsilini başa çatdırmışdır. 1970-ci ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Kamil Vəli Nərimanoğlu universiteti fərqlənmə diplomu ilə bitirdiyinə və mətbuatda müntəzəm çıxış etdiyinə görə elə həmin il universitetdə filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında müəllim saxlanılır. Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi almış, 1988–1998-ci illər arasında Bakı Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmiş, Böyük Elmi Şuranın üzvü olmuşdur. Kamil Vəli Nərimanoğlu 1974-cü ildə "Azərbaycan dilində — ki şəkilçisi" mövzusunda namizədlik, 1988-ci ildə isə "Azərbaycan qəhrəmanlıq eposunun poetik sintaksisi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1977-ci ildən "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü olmuş, 1983-cü ildən isə Azərbaycan Yazıçılar Birliyində tənqid və ədəbiyyatşünaslıq şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Türkiyə Folklor Araşdırmaları Vaqfının nümayəndəsi, 1990-cı ildə Səlcuq Universitetinin fəxri doktoru adını almışdır.
Mikayıl Nərimanoğlu
Quliyev Mikayıl Nəriman oğlu (9 mart 1965, Zəngilan) — əməkdar jurnalist. == Həyatı == 1965-ci ildə Zəngilan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Zavod həyatı", "7 gün" "İki sahil", "Sərhəd", "Aydınlıq", "Qarabağ", "Olimpiya dünyası", "525-ci qəzet", "Səs", "Yeni Azərbaycan", "Azərbaycan", "Respublika", "Xalq qəzeti", və digər mətbuat orqanlarında, lent.az, publika.az, 1news.az, sportnews.az saytlarında və UEFAdirect, "Neft və Qaz" jurnallarında müxtəlif səpkili yazıları dərc olunub. 1988-ci ildən mətbuatda çalışır. İlk öncə "Zavod həyatı" qəzetində, 1991-ci ildən 2005-ci ilə qədər isə bu qəzetin bazasında təsis olunan "İki sahil" qəzetində müxbir və şöbə müdiri vəzifələrində işləyib. 2005-ci ildə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi və eyni zamanda 2006-cı ildə AFFA-nın təsis etdiyi "Futbol dünyası" qəzetinin baş redaktoru vəzifəsində işləyib. "Azərbaycan Respublikasında 2005–2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq onun rəhbərliyi altında AFFA-nın rəsmi saytı (www.affa.az) saytı 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) operativ fəaliyyət göstərir. Azərbaycanın idman həyatında ilk dəfə olaraq idman video portalı (www.affavideo.az) və internet TV (www.affatv.az) yaradılıb. Azərbaycan futbolunun 100 illik tarixinin foto və video materiallarını araşdıraraq ictimaiyyətə çatdırılmasında müstəsna xidməti olub.
Müzəffər Nərimanov
Nərimanov Müzəffər Əliəkbər oğlu (28 iyul 1897, Tiflis – 21 aprel 1938, Moskva) — Azərbaycan SSR dövlət xadimi, Nəriman Nərimanovun əmisi nəvəsi. == Həyatı == Nərimanov Müzəffər ilk təhsilini rus-tatar məktəbində almışdır. Bakı realni məktəbində oxuyarkən inqilabi hərəkata qoşulmuşdur. Fevral-burjua demokratik inqilabından (1917) sonra Bakı quberniya ərzaq komitəsinin müvəkkili, Azərbaycanda Sovet hakimiyəti qurulduqdan sonra isə Nuxa qəza və Zaqatala mahal fövqəladə komissarının müavini olmuşdur. 1921-ci ildə AK (b) P Fabrik və Zavod Rayon Komitəsinin katibi seçilmişdir. 1925-ci ildə G.V.Plexanov ad. Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, AK (b) P MK təşkilat şöbəsinin müdiri (1925-1927), Azərbaycan SSR Xalq FKM komissarını müavini (1927-1928), ÜİK (b) P Sverdlovsk Dairə Komitəsinin katibi (1929-1930), AK (b) P MK katibi, Ural Vil.İstehlak İttifaqının sədr müavini (1930-1933), AK (b) P MK kütləvi təşkilat şöbəsinin müdiri, Orconikidze Rayon Komitəsinin katibi, Bakı Komitəsinin katibi, sonra II katibi (1933-1937) vəzifələrində çalışmışdır. ÜİK (b) P-nın 16 və 17-ci qurultaylarının, AKP və Zaqafqaziya kommunist təşkilatlarının bir sıra qurultaylarının nümayəndəsi olmuşdur. Dəfələrlə AK (b) P MK, ÜİK (b) P Zaqafqaziya Ölkəvə Sverdlovsk Vil.Komitələrinə, Azərbaycan SSR MİK və SSR MİK-nə üzv seçilmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu
Azərbaycan Tibb Universiteti – Azərbaycanın tibb profilli ali təhsil müəssisəsi. == Tarixi == === AXC dövrü === Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır. 1919-cu ilin may ayında tanınmış cərrah professor İ. Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir. Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ. Şirokoqorov, S. Davidenkov, F. İlyin, L. Levin, N. Uşinski, K. Malinovski, P. Rostovsev, M. Çlenov və başqalarının böyük rolu olmuşdur. Hökumətin qərarına əsasən, Bakı şəhərinin mühüm xəstəxanaları Universitetin istifadəsinə verildi. Həmin dövrdə tibb kadrları hazırlanmasının Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna şərəfli həkim adı verildi. Onların arasında iki azərbaycanlı qız da var idi: Adilə Şahtaxtinskaya və Ceyran Sultanova. === SSRİ dövrü === ==== 1930–1940-cı illər ==== 1930-cu ilə kimi Bakı Dövlət Universiteti tibb fakültəsi 1407 həkim hazırladı. Onların arasında 292 azərbaycanlı oğlan və 56 qız var idi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyunda Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında 287\99 saylı qərarı verildi.
N. Nərimanov adına NQÇİ-də estakada qəzası
N. Nərimanov adına NQÇİ-də estakada qəzası — "Azneft" İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçması nəticəsində baş vermiş qəza. Hadisə 2016-cı ilin 15 dekabr tarixində yerli vaxtla saat 05:00-də baş vermiş, səbəb kimi isə Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək göstərilib. == Arxa plan == 41 metr/saniyə sürəti ilə əsən güclü külək Azneft İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurmuşdur. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurmuşdur. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Estakadada bütün əlavə işlər dayandırılsa da, zərurətə görə Neft Yığım Məntəqəsində növbədə olan 10 nəfər neftçi itkin düşmüşdür. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunmuşdur. Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azneft İB-nin rəhbərliyi qəzadan sonra hadisə yerinə yollanmışdır. Həmin gün baş vermiş hadisə ilə əlaqədar Azneft İstehsalat Birliyində (Bakı şəhəri, Neftçilər Prospekti 73) qərargah yaradılmışdır.
Nəcəf Nərimanov
Nəcəf Nəriman oğlu Nərimanov (2 dekabr 1919, Bakı – 10 sentyabr 1943, Volnovaxa[d], Donetsk vilayəti) — İkinci dünya müharibəsinin iştirakçısı, SSRİ dövlət xadimi və məşhur Azərbaycan yazıçısı Nəriman Nərimanovun oğlu. == Həyatı == Nəcəf Nəriman oğlu Nərimanov 2 dekabr 1919-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Atası Nəriman Nəcəf oğlu Nərimanov Azərbaycan SSR-in ilk hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri (1922-1925) olmuşdur. Anası Gülsüm Mirkazım qızı Nərimanova tacir ailəsində anadan olmuşdur. 19 mart 1925-ci ildə atası Nəriman Nərimanovun ölümündən sonra Nəcəf anası Gülsüm xanımla birgə həyatının ağır mərhələsinə qədəm qoyur. Nəriman Nərimanovun sağlığında Kremlin yeməkxanasında pulsuz qidalanan ailə sonradan bu imtiyazlardan məhrum olur, Gülsüm xanım və 6 yaşlı Nəcəf çörək imtahanına çəkilir. Erkən ailə həyatı qurduğu üçün ali təhsil almayan Gülsüm xanım bütün çətinlikləri ram edərək Petrovski adına fəhlə fakültəsinin ictimai-iqtisad şöbəsində axşam təhsili alır, gündüzlər isə işləyirdi. O, oğlu Nəcəfi dözümlü, atası kimi görmək istəyirdi. 1928-ci ildə Nəcəf Nərimanov Moskva şəhərində 109 №-li məktəbə daxil olur. O, fransız dilində çox gözəl danışırdı.
Nəriman Nərimanov (film, 1972)
Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu
Azərbaycan Tibb Universiteti – Azərbaycanın tibb profilli ali təhsil müəssisəsi. == Tarixi == === AXC dövrü === Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır. 1919-cu ilin may ayında tanınmış cərrah professor İ. Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir. Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ. Şirokoqorov, S. Davidenkov, F. İlyin, L. Levin, N. Uşinski, K. Malinovski, P. Rostovsev, M. Çlenov və başqalarının böyük rolu olmuşdur. Hökumətin qərarına əsasən, Bakı şəhərinin mühüm xəstəxanaları Universitetin istifadəsinə verildi. Həmin dövrdə tibb kadrları hazırlanmasının Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna şərəfli həkim adı verildi. Onların arasında iki azərbaycanlı qız da var idi: Adilə Şahtaxtinskaya və Ceyran Sultanova. === SSRİ dövrü === ==== 1930–1940-cı illər ==== 1930-cu ilə kimi Bakı Dövlət Universiteti tibb fakültəsi 1407 həkim hazırladı. Onların arasında 292 azərbaycanlı oğlan və 56 qız var idi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyunda Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında 287\99 saylı qərarı verildi.
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
Nəriman Nərimanov adına Neftçala Şəhər Stadionu - Neftçala futbol klubunun ev oyunlarını keçirdiyi stadion. Stadion Azərbaycan Respublikasının Neftçala rayonunun mərkəzində yerləşir.
Nəriman Nərimanov adına depo
Nərimanov — Bakı metrosunun Qırmızı xəttinin bir hissəsini təşkil edən elektrodepo. Depo Qırmızı xətlə yanaşı Yaşıl xətdədə xidmət göstərir. == Təsviri == Hal-hazırda Bakı metrosunun yeganə deposudur. Depo metronun hər iki xəttinə xidmət edir. Bakı metrosunun yeganə yerüstü stansiyası olan Bakmil metrostansiyası yaxınlığında yerləşir. Gələcəkdə iki xəıttin ayrıllması və Dərnəgüldə ikinci deponun inşası ilə bu depon yalnız Qırmıızı xəttə xidmət edəcəkdir. Depo Bakmil metrostansiyası ilə yerüstü hissəsdə Depo-"Bakmil" xəttində birləşir və "Bakmil"-"Nəriman Nərimanov" stansiyaları arasında tunelə girir. == İstifadə olunan vaqonlar == Burada əasən 81-717/714 və onun ən müasir modifikasiyaları, həmcinin modifikasiya edilmiş 81–717m/714m modelindən istifadə edilir. Ej-3 vaqonları 2008-ci ildə istifadədən çıxarılmışdır. 2001-ci ilıə qədər isə E vaqonları istifadədə olmuşdur.
Qışlaq-i Nərimankəndihacıhavar (Biləsuvar)
Qışlaq-i Nərimankəndihacıhavar (fars. قشلاق نريمان كندي حاجي هاوار‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (9 ailə).
Qışlaq-i Nərimankəndiəmiraslan (Biləsuvar)
Qışlaq-i Nərimankəndiəmiraslan (fars. قشلاق نريمان كندي اميراصلان‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (11 ailə).
Rauf Nərimanbəyli
Rauf Cəmil oğlu Nərimanbəyli (1929)—Musiqi akademiyasının professoru. == Həyatı == Rauf Cəmil oğlu Nərimanbəyli 1929-cu ildə, Bakıda anadan olmuşdur. 1954-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ildən dosent, 1994-cü ildən professor adı almışdır. Pedaqoji fəaliyyətinə kamera-ansamblı sinfində konsertmeyster kimi başlamışdır. 1961-ci ildən kafedranın müəllimidir. 1967-71-ci illərdə konservatoriyada ifaçılıq fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1976-cı ildən 1993-cü ilədək kamera ansamblı kafedrasının müdiri, 1993-1999-cu illərdə orkestr şö’bəsinin dekanı olmuşdur. 1999-cu ildən kamera ansamblı kafedrasının müdiridir. Məzunlarının sayı 250-yə yaxındır.
Ruslan Nərimanzadə
Ruslan İlqar oğlu Nərimanzadə (23 aprel 1995; Zəyəm Cırdaxan, Şəmkir rayonu — 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Nərimanzadə 1995-ci il aprelin 23-də Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. 2003–2012-ci illərdə S. Məmmədov adına Zəyəm Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ruslan Nərimanzadə 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ruslan Nərimanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Ruslan Nərimanzadə oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Nərimanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Nərimanzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Salman Nərimanov
Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov (1847, Tiflis – 1907, Bakı) — ictimai-siyasi və dövlət xadimi, yazıçı, puplisist Nəriman Nərimanovun böyük qardaşı. O, 1847-ci ildə Tiflisdə anadan olmuşdur. 7 yaşında ikən atası onu Tiflisdə Hacı Molla Tağının mədrəsəsinə qoyur. Üç il burada "Quran"dan və Sədinin "Gülüstan" kitabından dərs keçib, ruhani idarəsinin açdığı məktəbə qəbul olur. Bu məktəbin ona əsaslı bilik verə bilməyəcəyini dərk edib, təhsildən uzaqlaşır. Bu barədə "Səyahətnamə" əsərində yazır: "Bəsirət gözümü açıb nəzərimdə əməllərini riya gördüm və təkfür aləminə düşdüm". Salman Nərimanov ədəbiyyat həvəskarı olduğundan ciddi mütaliə edir, öz üzərində yorulmadan çalışır, Firdovsi, Nizami, Xaqani, Sədi, Hafiz, Mollayi-Rumi, Füzuli və M. F. Axundovun əsərləri ilə yaxından tanış olur. Çox keçmədən S. Nərimanov özü də "Səyyarə" və "Səyyareyi-Həqqi" imzası ilə şeirlər yazmağa başlayır. Salman Nərimanov Qafqazda ilk azərbaycanlı mürəttib kimi tanınmışdır. O, 1905–1907-ci illərdə Bakı mətbəələrində baş mürəttiblik etməklə bərabər Azərbaycanda milli mürəttiblərin yetişməsində və poliqrafiya sənətinin inkişafında xidmət göstərmiş, öz puplisistikası və bədii əsərləri ilə bacarıqlı bir mühərrir kimi də tanınmışdır.
Saman Nəriman Cahan
Saman Nəriman Cahan (fars. سامان نریمان جهان‎, d. 18 aprel 1991, Bünab, Şərqi Azərbaycan ostanı, İran) — hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi komandasının keçmiş cənubi azərbaycanlı yarımmüdafiəçisi, 23 yaşadək futbolçulardan ibarət İran millisinin keçmiş üzvü. == Klub karyerası == Əhalisi azərbaycanlılardan ibarət olan və əsasən Azərbaycan dilində danışılan bölgə olan Şərqi Azərbaycan ostanının Bünab ərazisində anadan olan Saman futbolçu karyerasına Təbrizin İran peşəkar futbol liqasındakı təmsilçisi Traktorda başlamışdır. Həmçinin onun peşəkar futbolçu kimi yetişməsində Təbrizin digər klubu Maşın Sazi və Tehranın Neft Tehran klublarının da böyük rolu olub. Peşəkar olaraq karyerasına 2012-ci ildə məhz Neft Tehran klubunda başlayıb. Həmin ilin ikinci yarısını icarə əsasında Göstəriş Poladda keçirən Saman, özünü yaxşı nümayiş etdirmiş və növbəti mövsüm Göstərişə transfer edildi. Traktorda icarədə oynayıb yenidən Göstərişə qayıdan Saman 2016-cı ilin yayında Avstriya Bundesliqası təmsilçisi Volfsbergerə baxışa yollansa da, maliyyə problemləri səbəbindən onun transferi baş tutmadı. Saman 2016-17 mövsümündə yenidən qurulmuş Maşın Sazi komandasına qatıldı. Azadi stadionunda İstiqlalla oyunda məhz onun qolu sayəsində komandası Tehran təmsilçisi ilə heç-heçə etdi.
Sənət yolu. Arif Nərimanbəyov (film, 2017)
Sənət yolu. Arif Nərimanbəyov qısametrajlı sənədli film rejissor Elvin Vəlimətov tərəfindən 2017-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Filmdə görkəmli kinooperator, Azərbaycanın əməkdar incəsənət xadimi Arif Nərimanbəyovun 100 illik yubileyinə həsr olunur. == Məzmun == Filmdə "Əbədi odlar ölkəsi", "Zəfər bayramı" sənədli, eləcə də "Fətəli xan", "Bəxtiyar", "Qızmar günəş altında", "Leyli və Məcnun", "Bir qalanın sirri", "Qaraca qız", "İnsan məskən salır", "Bizim Cəbiş müəllim", "Dərviş Parisi partladır", "Nizami", "Özgə ömür" bədii filmlərinin kadrlarından istifadə edilmişdir.