NAZİMƏ

nizama salan; nəzmə çəkən.
NAZİM
NAZİR
OBASTAN VİKİ
Nazimə Sultan
Nazimə Sultan (14 fevral 1866, Konstantinopol – 9 noyabr 1947, Beyrut) — 32. Osmanlı padşahı Əbdüləzizin ikinci qızı. Nazimə Sultan 1866-cı ildə Dolmabağça sarayında dünyaya gəlmışdır. Atası Sultan Əbdüləziz, anası isə onun dördüncü xanımı Heyranıdil xanım idi. 1890-cı ildə Sultan Əbdülhəmid onu digər bacıları Əminə Sultan və Saliha Sultanla birlikdə Ulduz sarayında evləndirdi. Əri isə İbrahim Dərviş Paşanın oğlu Əli Xalid bəy oldu. Cütlüyə sonrakı illərdə Nazimə Sultan sarayı adlanacaq yeni bir saray təsis edildi. Övladı olmayan Nazimə Sultanın Şövkət adlı bir övladlığı vardı. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra əriylə birlikdə Beyruta köçdü. Nazimə Sultan 1947-ci ildə burada vəfat etdi və Dəməşqdəki Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olundu.
Mirzə Əsədulla xan Naziməddövlə
Mirzə Əsədulla xan Mirzə Ələsgər oğlu Nizaməddövlə (1840-1901) — İranın ictimai-siyasi xadimi. Təbrizli Mirzə Əsədulla xan Nasirəddin şah Qacar hakimiyyəti dövrünun ictimai xadimləri icərisində oz bacarığı və nüfuzu ilə seçilən səxsiyyət olmuşdur. Əsədullla xan Azərbaycanın tanınmıs sülalələrindən olub, Xarici İşlər nazirliyinin əməkdaşı idi və İranı bir sıra xarici dövlətlərdə diplomat kimi təmsil etmişdir. Mirzə Əsədulla xan Azərbaycan alimi Mirzə Məhəmmədrəfi Nizamulüləmanın qardaşı, Mirzə Ələsgər Mustofi Təbrizinin oğludur. (70, s. 206). O, 1884-1887-ci illərdə İranın Peterburqda səlahiyyətli nümayəndəsi olmuş və Vəkilulmulk ləqəbini almışdır. 1887-ci ildə Peterburqdan geri çağırılaraq, vəfat etmiş Mustafa xanın yerinə Ərdəbil və Xoy hakimi təyin olunmuşdur. O, hələ Peterburqdan əvvəl, yəni 1877-ci ildə Tiflisdə Baş konsul kimi çalışmısdır. Mirzə Əsədulla xan 1890-1892-ci illərdə İranın İstanbulda səfiri olmus və Nizamuddovlə ləqəbini almışdır.