NEXT

next1

adj 1. o biri / birisi, gələn; in the ~ chapter o biri fəsildə; ~ day o biri gün; 2. növbəti; the ~ name on the list siyahıda növbəti ad; Who’s next, please? Növbəti kimdir, zəhmət olmasa, buyursun; 3. ən yaxın, qonşu; my ~ neighbour mənim ən yaxın qonşum; to live ~ door qonşuluqda yaşamaq;

◊ the ~ world o dünya

next2

adv 1. sonra; ondan sonra; What did you do next? Sonra sən / siz nə etdin / etdiniz?; 2. gələn dəfə; yenidən; bir də; When shall I next meet you? Mən səninlə / sizinlə bir də nə vaxt görüşəcəm

next3

prep yanında, yan-yana, yaxınlığında; a seat ~ the window pəncərənin yanında oturacaq; Whom did you sit next at dinner? Nahar vaxtı sən /siz kimlə yan-yana oturmuşdun? / oturmuşdunuz?

NEWSWORTHY
NEXT-DOOR
OBASTAN VİKİ
NeXT Computer
1976-cı ildə CobsVoznyak və Ronald Ueyn Apple şirkətini təsis etdilər. Cobs uzun illərin dostu olduğu Voznyaka kompüterlərin yığımı və satışına cəlb edə bildi. Şirkət genişləndikcə dostlar təcrübəli menecerlər axtarmağa başladılar. 1977-ci ildə Cobs və Voznyak, Apple II-ni bazara təqdim etdilər, o zamanlar Apple II ev bazarında əhəmiyyətli bir yer əldə etmişdi və Applenin kompüter bazarındakı yerini sağlamlaşdırdı. 1980-ci ilin dekabrında Apple Computer xalqa açıldı. Eyni il Apple Computer Apple III-ü bazara çıxardı, lakin bu model bir əvvəlki modelin yerini ala bilmədi. 1978-ci ildə Apple Maykl Skottu National Semiconductordan öz şirkətlərinə baş direktor kimi cəlb edə bildilər. 1983-cü ildə Cobs, Pepsi-Cola şirkətindən Con Skallini Apple şirkətinə rəhbər dəvət edərək demişdi: "Ömrünün sonuna qədər yalnız şəkərli su satmaq istəyirsiz yoxsa mənimlə birlikdə dünyanı dəyişəcəksiz?". O dövrdə Apple prezidenti Maykl Markkula vəzifəsindən getmək istədi. O hesab edirdi ki, Cobsun yeni modellər üçün şəxsi intizamı və enerjisi çatmır.
Next Generation
"Next Generation" — ABŞ videooyun jurnalı. "Imagine Media" tərəfindən nəşr olunmuşdur. Birləşmiş Krallıq jurnalı "Edge" ilə sıx əməkdaşlıq edirdi və ümumi redaksiyaya sahib idi. "Next Generation" 1995-ci ilin yanvarından 2002-ci ilin yanvarına qədər çap olunmuşdur. Jurnal Conatan Simpson-Bint tərəfindən nəşr edilmişdir və redaktoru Nil Vest idi. Digər redaktorlar arasında Kris Çarla, Tom Russo və Bleyk Fişer var idi. "Next Generation" jurnalı əvvəlcə "3DO", "Atari Jaguar", "Sony PlayStation" və "Sega Saturn" kimi konsollar haqqında idi. Rəqibləri "GamePro" və "Electronic Gaming Monthly"dən fərqli olaraq, jurnal fərdi oyunlara deyil, sənayenin özünə fokuslanaraq fərqli oxucu kütləsini hədəf almışdır.
Next-generation network
Next-generation network (NGN; azərb. Yeni nəsil şəbəkə‎) — telekommunikasiya nüvəsi və giriş şəbəkələrində əsas memarlıq dəyişikliklərinin məcmusu. NGN-nin arxasında duran ümumi ideya ondan ibarətdir ki, bir şəbəkə bütün məlumat və xidmətləri (səs, məlumat və video kimi bütün növ media) onları internetdə istifadə olunanlara bənzər IP paketlərinə daxil etməklə nəql edir. NGN-lər adətən internet protokolu ətrafında qurulur və buna görə də bütün IP termini bəzən əvvəllər telefon mərkəzli şəbəkələrin NGN-ə çevrilməsini təsvir etmək üçün də istifadə olunur. == Tərifi == BTİ Telekommunikasiya Standartlaşdırma Sektoruna görə NGN-nin tərifi belədir: == Tətbiqi == Birləşmiş Krallıqda BT (British Telecom) tərəfindən başqa bir məşhur abreviatura olan 21CN kimi təqdim edilmişdir. Bu, NGN üçün başqa bir termindir, 2006–2008-ci illərdə BT-nin NGN açarlarını və şəbəkələrini yerləşdirmək və idarə etmək təşəbbüsünü ifadə edir. Burada məqsəd 2008-ci ilə qədər BT-də öz şəbəkələrində yalnız tam IP açarlarının olması idi. Bununla belə, bu konsepsiya mövcud nəsil avadanlıqların saxlanması lehinə tərk edilmişdir. Niderlandda KPN "all-IP" adlı şəbəkə transformasiya proqramında NGN inkişaf etdirir. "Next Generation Networks" həmçinin, mesajlaşma domenini əhatə edir və İrlandiyada "Openmind Networks" bütün IP şəbəkələrinin tələb və tələblərini idarə etmək üçün "Traffic Control"u layihələndirmiş, inşa etmiş və yerləşdirmişdir.
Boruto: Naruto Next Generations
Boruto: Naruto Next Generations (BORUTO(ボルト) -NARUTO NEXT GENERATIONS-) — Ukyō Kodachi və Masashi Kishimoto tərəfindən yazılmış manqa seriyasıdır. Seriya 2016-cı ilin may ayından etibarən Shueisha's Weekly Shōnen Jump və daha sonra V Jump-da dərc edilmişdir. Serial Naruto seriyasının davamıdır və Naruto Uzumaki'nin oğlu Boruto Uzumaki və onun ninja komandasına diqqət yetirir. Boruto, Naruto seriyasının davamı üçün Şueisha'nın Kişimoto'ya təklifindən qaynaqlanır. Lakin Kişimoto bu təklifdən imtina edib və keçmiş köməkçisi Mikio İkemotoya təklifi geri götürməyi təklif edib. Pierrot tərəfindən istehsal olunan film 7 avqust 2015-ci ildə nümayiş olundu. 2017-ci ilin aprel ayından etibarən anime televiziya serialı adaptasiyası yayımlanır. Boruto filminin təkrarı kimi başlayan manqadan fərqli olaraq, anime Boruto və onun dostları sonrakı hekayə xəttində ninjaya çevrilməzdən əvvəl prequel kimi başlayır. Pierrotun anime prequel həm yeni, həm də geri qayıdan personajlardan istifadə etdiyi üçün tərifləndi, lakin manqanın hekayəsinin daha çox baş qəhrəmana yönəldiyi üçün daha ciddi olduğunu qeyd etdi. Shueisha 2017-ci ilin yanvar ayından etibarən manqa seriyasının bir milyon nüsxəsini çıxardı.
Eripin oğlu I Nexton Morbet
Eripin oğlu I Nexton Morbet — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == Eripin oğlu I Nexton Morbet Piktlər sülaləsinin kralı I Drestin qardaşı idi. "Piktlərin xronikası"nda onun iyirmi dörd illik hakimiyyəti haqqında məlumat verilmişdir. I Nexton "Morbet", "Celchamoth" və "Magnus" (Böyük) epitetləri ilə də tanınırdı. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922.
I Nexton
Eripin oğlu I Nexton Morbet — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == Eripin oğlu I Nexton Morbet Piktlər sülaləsinin kralı I Drestin qardaşı idi. "Piktlərin xronikası"nda onun iyirmi dörd illik hakimiyyəti haqqında məlumat verilmişdir. I Nexton "Morbet", "Celchamoth" və "Magnus" (Böyük) epitetləri ilə də tanınırdı. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922.