Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stay
Stay (Tuci mahnısı)
Temple stay
Temple stay Cənubi Koreyanın buddist məbədlərində ölkənin mədəniyyətinin öyrədildiyi bir proqramdır. Temple stay iştirakçılara buddist tələbələrin yaşam tərzini təcrübə etmək və rahiblərin izah etdiyi hekayələr vasitəsilə Koreya Buddist mədəniyyətinin və tarixinin müxtəlif tərəflərini öyrənmək imkanı verir. Bu proqram 2002-ci ildə keçirilən Dünya çempionatından bəri mövcuddur. Temple stay proqramı ilk dəfə 2002-ci il Dünya kuboku zamanı xarici turistlər üçün qonaqlama yerinin azlığı problemindən yaranmışdır. Hal-hazırda nəinki xarici qonaqlar, eyni zamanda yerli əhali də Temple stayə qoşulur.1700 illik tarixi ərzində Koreya Buddizmi Ganhva Seon (bir növ Zen meditasiyası) təcrübəsini qoruyub saxlaya bilmişdir. Hər il yay və qış mövsümündə 2500-ə yaxın rahib ölkə daxilindəki 100 məbəddən birində 100 günlük meditasiyaya başlayır. Koreyada məbəddə qalmaq insana sabitlik və sülh hissi verir. Koreya buddizminin Coqye ordenində məbədlər koreyalılar və xaricilər üçün açıq elan olundu, həmçinin 2002-ci il Koreya-Yaponiya Dünya Kubokunu mədəni bir Dünya Kubokuna çevirmək üçün onların Sansada qalmalarına icazə verildi. Nəticədə 1000 əcnəbi və 10.000 Koreyalının Koreya-Yaponiya Dünya Kubokunun keçiriləcəyi 31 may 2002-ci il tarixindən 30 iyun 2002-ci il tarixinədək məbəddə təxminən 30 gün qalmasına icazə verildi. İştirakçıların sayının çoxluğu nəticəsində bu ərəfədə CNN, New York Times, BBC və NHK də daxil olmaqla, dünyanın bir sıra media orqanları Temple staylə bağlı məlumat verməyə başladılar ki, bu da Koreya Buddizmi və məbədlərinin məşhurlaşmasına gətirib çıxardı.
Stay (Anna Odobesku mahnısı)
Stay (azərb. Qal‎) — Moldovanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Anna Odobesku "Stay" mahnısı ilə Moldovanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Qeorqios Kalpakidis, Tomas Reyl, Ceppe Reyl və Mariya Broberq tərəfindən bəstələnmişdir.
Fate/stay night: Heaven's Feel
Fate/stay night: Heaven's Feel (azərb. Tale/gecə mübarizəsi: Cənnətin hissi‎) — Tomonori Sudonun rejissorluğu və Yuki Kaciuranın bəstəkarlığı ilə Ufotable studiyası tərəfindən çəkilmiş anime filmi trilogiyası. Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanının sonuncu – 3-cü hekayəsi olan "Heaven's Feel" hekayəsinin adaptasiyasıdır, hadisələrin əsas diqqət mərkəzində Sakura Matodur. Trilogiyanın birinci filmi olan "Presage Flower" filminin premyerası 14 oktyabr 2017-ci ildə baş tutmuşdur. İngilis dilinə dublajı 5 iyun 2018-ci ildə ABŞ-də buraxılmışdır. İkinci film "Lost Butterfly" 12 yanvar 2019-cu ildə ekranlaşdırılmışdır. Üçüncü və sonuncu film "Spring Song" isə 15 avqust 2020-ci ildə buraxılmışdır. "Kara no Kyōkai" film seriyasından, "Fate/Zero" və "Fate/stay night: Unlimited Blade Works" anime seriallarından sonra bu trilogiya Type-Moon şirkətinin əsərlərinin Ufotable studiyası tərəfindən çəkiləcək dördüncü anime adaptasiyasıdır. Noriaki Suqiyama Şiro Emiya (衛宮 士郎, Emiya Shirō) rolunda. Noriko Şitaya Sakura Mato (間桐 桜, Matō Sakura) rolunda.
Fate/stay night: Heaven's Feel I. presage flower
Fate/stay night: Heaven's Feel I. presage flower (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi I. nişanə çiçəyi‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2017-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının birinci filmidir. Əvvəlki hekayələrdə olduğu kimi bu hekayədə də baş qəhrəman Şiro Emiya şəhərini qorumaq üçün Müqəddəs qədəh döyüşünə qatılır. Lakin bu dəfə Şiro sadəcə sehrbaz və xidmətçilərlə yox, iştirakçıları öldürən müəmmalı kölgə ilə də qarşılaşır. Filmin Yaponiyada premyerası 13 oktyabr 2017-ci ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel II. lost butterfly" 12 yanvar 2019-cu ildə buraxılmışdır. Zədəyə görə məktəbin oxçuluq klubunu buraxan Şiro Emiya aşağı sinifdə oxuyan və evini tez-tez ziyarət edən Sakura Mato ilə dostlaşır. Bir gecə Şiro iki qədim döyüşçünün döyüşünə şahidlik edir və aralarındanizə ustası olan döyüşçü ona hücum edərkən Seyber adlı və qılınc ustası tərəfindən xilas edilir.
Fate/stay night: Heaven's Feel II. lost butterfly
Fate/stay night: Heaven's Feel II. lost butterfly (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi II. itmiş kəpənək‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2019-cu ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının ikinci filmidir. Əvvəlki filmdə Müqəddəs qədəh döyüşündən kənar qalan və xidmətçisini itirən baş qəhrəman Şiro Emiya onun üçün dəyərli insan olan Sakura Mato və digər iştirakçılar üçün həll yolu axtarmağa çalışır. Filmin Yaponiyada premyerası 12 yanvar 2019-cu ildə ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel III. spring song" 15 avqust 2020-ci ildə buraxılmışdır. Seyberin kölgə tərəfindən udulması və öldürülməsindən sonra Şiro Emiya Müqəddəs qədəh müharibəsindən kənar qalır və evinə məğlubiyyətlə qayıdır. Lakin döyüşməyə davam etmək qərarına gəlir. Rin Tosaka ilə görüşdən qayıdandan sonra Şiro başa düşür ki, Sakura Mato qardaşı Şinci tərəfindən qaçırılıb və Şinci ilə döyüşə girişir.
Fate/stay night: Heaven's Feel III. spring song
Fate/stay night: Heaven's Feel III. spring song (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi III. bahar mahnısı‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2020-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının üçüncü və sonuncu filmidir. Əvvəlki filmlərdə Müqəddəs qədəh döyüşündən kənar qalan Şiro Emiya Müqəddəs qədəhin bir parçası olduğu məlum olan və qaranlıq tərəfini üzə çıxaran Sakura Matonu xilas etməyə çalışır. Filmin Yaponiyada premyerası 28 mart 2020-ci ildə planlaşdırılsa da, koronavirus pandemiyasına görə 15 avqust 2020-ci ildə baş tutmuşdur. fatestaynightusa.com — Animenin rəsmi saytı Fate/stay night: Heaven's Feel III. spring song — Internet Movie Database saytında.
Harri Stayls
Harri Stayls (ing. Harry Edward Styles; 1 fevral 1994, Redditç[d], Vusterşir[d]) — İngiltərə müğənnisi. Harri dünyaca məşhur oğlan qrupu “One Direction”ın üzvlərindən biri olmuşdur. Harri Stayls 2017-ci ildə qrupdakı fəaliyyətinə fasilə verməsindən bir il sonra öz adını daşıyan debüt studiya albomunu buraxaraq solo karyerasına başlamışdır. “Harry Styles” adlanan bu albom Birləşmiş Krallıqda və ABŞ-də həmin ilin ən çox satılan albomları sırasına düşmüşdür. Albomdan sinql kimi buraxılan “Sign of the Times” mahnısı Britaniyada yayım rekordları qırmışdır. Harri Stayls “Fine Line” adlı ikinci studiya albomunu 2019-cu ildə təqdim etmişdir. Bu albom ilk həftəsində yüksək miqdarda sataraq kommersiya baxımından uğurlu olmuşdur. Rolling Stone qəzeti 2020-ci ildə tərtib etdiyi “Bütün zamanların ən yaxşı 500 albomu” siyahısında Harrinin bu albomuna da yer ayırıb. İfaçının 2022-ci ildə işıq üzü görən üçüncü albomu “Harry's House” tənqidi rəğbətlə qarşılanıb.
Heyli Staynfeld
Heyli Staynfeld (ing. Hailee Steinfeld; 11 dekabr 1996, Tarzana[d], Kaliforniya) — ABŞ aktrisası və müğənnisi. O, 2010-ci ildə rol aldığı "True Grit" filmindəki çıxışına görə "Oskar" və "BAFTA" mükafatına namizədlik əldə etmişdir. Heyli Staynfeld Los-Anceles şəhərində yerləşən Tarzana məhəlləsində anadan olub. Onun anası Çeri (qızlıq soyadı: Domasin) interyer dizayneri, atası Piter Staynfeld isə şəxsi məşqçidir. O, iki uşaqdan ən kiçiyidir. Onun Qriffin adlı böyük qardaşı var. Onun əmisi fitness məşqçisi və aktyor Ceyk Staynfelddir. Heylinin anasının babasının qardaşı Larri Domasin keçmiş uşaq aktyor olmuşdur. Onun xalası qızı aktrisa True O'Brien, Hayli səkkiz yaşında olarkən televiziya reklamında çəkilmişdi.
Ralf Staynman
Ralf Staynman (ing. Ralph Steinman) - yəhudikökənli kanadalı immunoloq və hüceyrə bioloqu, 2011-ci ildə dentritik hüceyrənin kəşfi və onun qazanılmış immunitetdə rolunun öyrənilməsinə görə Nobel mükaftına layiq görülüb. Ralf Staynman 1943-cü ilin yanvarın 14-də Kanadanın Monreal şəhərində anadan olub, dörduşaqlı ailənin ikinci uşağı idi. Atası, İrvinq, Şərqi Avropadan qaçmış Aşkenazi yəhudisi idi və oğlunun ailə biznesini davam etdirməsini istəyirdi. Ancaq Ralf orta məktəbdən elmə maraq göstərir. O, 1963-cü ildə Makgill Universitetinin bakalavr dərəcəsini fərqlənmə ilə və Harvard Tibbi Məktəbini magna cum laude qiyməti ilə bitirir. Harvarddaykən bir il araşdırmaçı kimi Elizabeth Hey laboratoriyasında keçirir, orada onu hüceyrə biologiyası və immun sisteemlə tanış edirlər. Massaçusets Ümumi Hospitalında internatura və rezidentura keçərkən tibbi sosial işçi Klaudia Höfelə rast gəlir. Onlar 1971-ci ildə evlənirlər. Tibbi təhsilini başa vurduqdan sonra özünü biotibbi tədqiqat işinə adayır.
Stayvesant Taun — Piter Kuper Villic
Stayvesant Taun — Piter Kuper Villic (ing. Stuyvesant Town—Peter Cooper Village) — Nyu-York şəhəri Manhetten borosunun cənub hissəsindəki İst Sayd rayonuna aid yaşayış sahəsi. Sahə Stayvesant Taun və Piter Kuper Villic adlı iki mikrorayondan ibarətdir. Birincinin şimal sərhədi 14-cü küçə, cənub sərhədi isə 20-ci küçədə bitir; ikincinin şimal və cənub sərhədi isə müvafiq olaraq həmənki 20-ci və 23-cü küçələrdir. Hər iki mikrorayon Birinci və S prospektləri hüdudlarında yerləşir. Mikrorayonlar 6-cı Manhetten İcma Şurasının səlahiyyətindədilər. Stayvesant Taun və Piter Kuper Villicdə Nyu-York metropoliteninin Birinci Avenü stansiyası yerləşir. 2012-ci ilin sentyabr ayına olan məlumata əsasən, ərazidə M9, M14A, M14D, M15, M23 və M34A avtobus marşrutları fəaliyyət göstərilər. Kenneth T. Jackson, Lisa Keller, Nancy Flood. The Encyclopedia of New York City (2).
Şayla Staylz
Şayla Staylz (23 sentyabr 1982, Armstronq[d], Britaniya Kolumbiyası – 10 noyabr 2017, Armstronq[d], Britaniya Kolumbiyası) — Kanadalı pornoqrafik film aktrisası. Şayla Staylz Kanadanın Britaniya Kolumbiyası əyalətində kiçik bir şəhər olan Armstronqda anadan olub. O, alman mühacir ailəsinin qızı idi. Orta məktəbi doğulduğu Armstronqda bitirib. Orta məktəbi bitirdikdən sonra o, sekslə dolanmaq qərarına gəlib. Sonra onun cinsi qabiliyyətləri böyüklər agentliyinin kəşfiyyatçısı Erik Everhard tərəfindən aşkar edildi. Karyerasını inkişaf etdirmək üçün Vankuverə köçdü. Burada o, canlı söhbət və böyüklər saytlarında iş tapdı. Özünə sonradan istifadə edəcəyi "Şayla Staylz" səhnə adını seçdi. Bundan əlavə, striptizlə məşğul olmağa başladı.
Uilyam Hovard Stayn
Uilyam Hovard Stayn (ing. William Howard Stein; 25 iyun 1911[…], Nyu-York, Nyu-York ştatı – 2 fevral 1980[…], Nyu-York, Nyu-York ştatı) – Amerika biokimyaçısı. ABŞ Milli Elmlər Akademiyasının (1960il) və Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü. Harvard Universitetini (1933il) bitirmiş və Kolumbiya Universitetinin Tibb və Cərrahlar Kollecində (1938il) PhD dərəcəsi almışdır. 1938-ci ildən Rokfeller Universitetində (Nyu-York) işləyir, 1955-ci ildən isə biokimya professorudur. 1968–1971-ci illərdə Biological Chemistry jurnalının redaktoru olub. Uilyam Hovard Staynın əsas işləri zülalların və fermentlərin analitik kimyası üzrə olmuşdur. O, ilk dəfə olaraq (başqaları ilə birlikdə) ribonukleaza fermentinin ilkin strukturunu təyin edərək, ion mübadilə xromatoqrafiyası əsasında amin turşularının kəmiyyət üsulunu işləyib hazırlamış, fermentlərin aktiv mərkəzlərinin strukturunu tədqiq etmişdir. Kimya üzrə Nobel mükafatını 1972-ci ildə Stanford Mur və Kristian Anfinsen ilə birgə "Ribonukleaza molekulunun aktiv mərkəzinin katalitik təsiri və kimyəvi strukturu arasındakı əlaqənin aydınlaşmasındakı xidmətlərinə görə" almışdır.
Vilyam Hovard Stayn
Uilyam Hovard Stayn (ing. William Howard Stein; 25 iyun 1911[…], Nyu-York, Nyu-York ştatı – 2 fevral 1980[…], Nyu-York, Nyu-York ştatı) – Amerika biokimyaçısı. ABŞ Milli Elmlər Akademiyasının (1960il) və Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü. Harvard Universitetini (1933il) bitirmiş və Kolumbiya Universitetinin Tibb və Cərrahlar Kollecində (1938il) PhD dərəcəsi almışdır. 1938-ci ildən Rokfeller Universitetində (Nyu-York) işləyir, 1955-ci ildən isə biokimya professorudur. 1968–1971-ci illərdə Biological Chemistry jurnalının redaktoru olub. Uilyam Hovard Staynın əsas işləri zülalların və fermentlərin analitik kimyası üzrə olmuşdur. O, ilk dəfə olaraq (başqaları ilə birlikdə) ribonukleaza fermentinin ilkin strukturunu təyin edərək, ion mübadilə xromatoqrafiyası əsasında amin turşularının kəmiyyət üsulunu işləyib hazırlamış, fermentlərin aktiv mərkəzlərinin strukturunu tədqiq etmişdir. Kimya üzrə Nobel mükafatını 1972-ci ildə Stanford Mur və Kristian Anfinsen ilə birgə "Ribonukleaza molekulunun aktiv mərkəzinin katalitik təsiri və kimyəvi strukturu arasındakı əlaqənin aydınlaşmasındakı xidmətlərinə görə" almışdır.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Atay
Say
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
Azəri Star
Azəri Star mahnı müsabiqəsi — 2004-2011-cu illər Azərbaycanda, Space telekanalında yayımlanmış musiqi televiziya müsabiqəsi Azəri Star müsabiqəsi Azəri Star Production tərəfindən hazırlanmışdı. Layihənin yaradıcısı Kemal Cenk İçten idi. İlkin müsabiqə 2004-ci ildə baş tutmuşdu. Müsabiqənin qalibləri SMS vasitəsilə TV izləyiciləri tərəfindən müəyyən olunurdu. Azəri Star müsabiqəsinin baş vokal məllimi – Teymur Əmrah olmuşdu.
Colin Tsay
Colin Tsay (ing. Jolin Tsai; 15 sentyabr 1980, Nyu-Taipey, Çin Respublikası) — Tayvan müğənnisi.
Daliya Skay
Dahliya Skay (10 avqust 1989 – 30 iyun 2021, Los-Anceles, Kaliforniya) — amerikalı pornoqrafiya aktrisasıdır. Dahliya Skay 10 avqust 1989-cu ildə dünyaya gəldi. 2010-cu ildə Bailey Blue ləqəbini götürərək pornoqrafiya sənayesinə başladı. 2014-cü ildə səhnə adının müəllif hüquqlarının əlində olan institusional geyim firmasının xəbərdarlıq göndərdiyinə görə adını dəyişdirdi. 30 iyun 2021-ci ildə Los-Anceles, Kaliforniya-da bir avtomobilin içində silahla vurulmuş halda ölü olaraq görüldü. Ölümündən sonra New York Daily News-da yer alan bir xəbərə görə səlahiyyətlilər hadisənin intihar olduğu qərarını verdi.
Dan Stav
Dan Stav (d. 8 may 1956, Hayfa, İsrail) — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-2019) Gili Stavdır.
Energy Star
Energy Star – ABŞ hökumətinin Ətraf Mühitin Mühafizəsi Agentliyinin (Environmental Protection Agency, EPA) 1992-ci ildə "Energy Star" adı ilə dərc etdirdiyi tövsiyələrə uyğun olaraq monitorların və fərdi kompüterlərin enerji sərfi. Bu tövsiyyələrə görə fərdi kompüter "yatma" rejimində 30 vattdan artıq enerji sərf etməməlidir. Bu proqramda iştirak könüllüdür. Bu tövsiyələrə əməl edən şirkət öz məhsullarını xüsusi işarə ilə damğalamaq (markalamaq) hüququ qazanır.
Euro Star
Star TV — 5 may 1990-cı il tarixində yayıma başlayan Türkiyənin ilk özəl televiziya kanalı. Yayım saatını əsasən xəbərlər, futbol matçları, yarışmalar, seriyallar təşkil edir. Günümüzdə "Doğuş Yayın Grubu" adlı şirkətin tabeliyindədir. Star TV Lixtenşteyndə 50.000 İsveçrə Frankı sərmayə hesabına 1 mart 1989-cu il tarixində qurulan, Magic Box Incorporated AG adlı şirkət tərəfindən Türkiyənin ilk özəl televiziya kanalı olaraq Magic Box Star 1 adı ilə yarandı və Almaniya ərazisində 5 may 1990-cı il tarixində test yayımına, 4 avqust 1990 tarixində isə normal yayıma başladı. Magic Box Incorporated AG-nin Türkiyə təmsilçisi olaraq 1990-cı ilin dekabr ayının əvvəlində qurulan Magic Box International-ın rəhbərləri isə Rumeli Holding-in sahibi, 31 yaşı olan Cem Uzan; Yapı ve Ticaret A.Ş., İmar Bankası və Adabank-ın sahibi olan atası Kemal Uzan və Turqut Özalın böyük oğlu Ahmet Özal idi. Konstitusiyanın 133-cü maddəsinə əsasən Türkiyədə radio və televiziya yayımları Türkiyə Radio və Televiziya Qurumunun (TRT) əlində olduğuna görə özəl televiziya qurula bilmirdi. Türkiyədə bütün ötürücülər TRT-də olduğuna görə ötürücü və tezlik almaq lazım idi. Buna görə 3517 saylı qanuna görə TRT-nin radio-televiziya ötürücüləri əvvəl PTT-yə, oradan da Star 1-ə verildi. Test yayımına başlayan Star 1 Almaniyanın Lüdviqshafen şəhərindən "AKK" studiyalarından "Eutelsat F-5" peyki ilə verdiyi görüntüləri bu şəhərdən Türkiyəyə ötürürdü. İlk vaxtlarda sadəcə özəl çanaq antenləri ilə izləmək mümkün idi.
Hovi Star
Hovav Sekulets (ivr. ‏חובב סקולץ‏‎; d. 19 noyabr 1986, Hayfa, İsrail) və ya səhnə adı ilə Hovi Star — İsrail müğənnisi, bəstəkarı və aktyoru. O, İsraili 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Hovav Sekulets 19 noyabr 1986-cı ildə İsrailin Hayfa şəhərində anadan olmuşdur. O, altı yaşında ikən İsraildə keçirilən uşaqlar üçün musiqi yarışmalarına qatılmışdır. Hərbi xidmət zamanı Hovi İsrail Müdafiə Qüvvələri orkestrının tərkibində yer almışdır. İfaçı eyni zamanda açıq şəkildə geydir. O, musiqi ilə yanaşı həm də qrim artistidir. 2009-cu ildə Hovi İsrailin Kokhav Nolad musiqi yarışmasında iştirak etmişdir.
Montreal Star
The Montreal Star — ingilis dilində Monreal, Kvebekdə çap edilmiş Kanada qəzetidir. Qəzet, mətbuat mənsublarının 8 aylıq tətilindən sonra 1979-cu ildə öz fəaliyyətini dayandırmışdır. Bu, Kanadanın 1950-ci ilə kimi ən böyük qəzeti idi və onun bağlanmasından bir qədər əvvələ kimi Monrealda dominant ingilis dilli qəzet hesab edilirdi. Qəzetin əsası Hugh Graham tərəfindən 1869-cu ilin 16 Yanvarında "Montreal Evening Star" kimi qoyulmuşdur. 1877-ci ildə "The Evening Star" başlığı "The Montreal Daily Star" başlığına dəyişdirilmişdir. Xəbərlər və redaksilardan əlavə, the Star bəzən öz diqqətə laiq məqalələrini yaratmışdır. 1890-cı ilin sonlarında jurnalist Sarah Jeannetten Duncanın dünya turu The Montreal Star qəzeti tərəfindən maliyyələşdirilmişdir və həmin səyahətlər məqalələr şəklində qəzetdə çap edilmişdir. 1890-cı illərdə Star tiraj rəqəmlərini könüllü şəkildə yoxlamağa başladı və digər nəşrlərlə şişirdilmiş dövriyyə iddialarına nəzarət etməkçün hökumət tənzimləməsindən istifadə etdi. Qəzetin tirajı həmin onillikdə əhəmiyyətli dərəcədə artmışdır və 1899-cu ildə günlük 52.600 oxucuya qədər çatmışdır; 1913-cü ilə qədər tirajının 40%-ı Montreal xaricində idi. 1915-ci ilə qədər Montreal Star şəhərin ingilis dilində axşam nəşr olunan qəzet bazarında böyük təsirə malik idi və Graham rəqiblərindən açıq-aşkar öndə idi və bu ona ingilis dilli qəzet bazarını təmamilə idare etməkçün kömək edirdi.
Oğuz Atay
Oğuz Atay (12 oktyabr 1934 – 13 dekabr 1977, İstanbul), Türk yazıçı. Türk romanının ən mahir ustalarından biridir. Oğuz Atay 1934-cü ildə İnebolu, Kastamonuda anadan olmuşdur. Atası Kastamonu şəhərinin millət vəkili olmuş Cemil Ataydır. 5 yaşında ailəsi ilə birlikdə Ankaraya köçmüşdür. 1951-ci ildə bugünkü adı Ankara Kolleci olan Ankara Maarif Kollecini, 1957-ci ildə isə İstanbul Texniki Universitetinin İnşaat Fakültəsini bitirib. Üç il sonra isə İDMMA İstanbul Dövlət Mühəndislik və Memarlıq Akademiyasının (indiki Yıldız Teknik Üniversitesi) İnşaat Bölümündə işçi üzv olmuşdur. 1975-də dosent olan Oğuz Atay, Topoqrafiya adlı peşə kitabı yazmışdır. Bu müddət ərzində müxtəlif qəzet və dərgilərdə yazıları dərc olunmuşdur. Oskar Uaylddan, Maurice Leblanca, Maksim Qorkidən Kroninə və Pitigrillidən Stendala, Laclos, Eliot, Herman Mervil və Henri Ceymsə qədər bir çox yazarların əsərləri ilə tanış olmuş, ədəbiyyat dəryasına daxil olduqdan sonra bütün həyatı boyu kitablarla nəfəs almışdır.
Patrik Star
Patrik Star (ing. Patrick Star) — Süngər Bob Kvadrat Şalvar cizgi serialının əsas personajlarından biri. Bu cizgi serial Nickelodeon telekanalında ilk dəfə olaraq 1 may 1999-cu ildə yayımlanmışdır. Personaj dəniz bioloqu və animator olan Stiven Hillenburq tərəfindən yaradılıb. Patrik Star obrazını aktyor Bill Faqerbeyk səsləndirir. Patrik cizgi serialında ilk dəfə 1 may 1999-cu ildə "Köməkçi axtarılır" adlı seriyada görsənir, bu seriya ümumiyyətlə Süngər Bob Kvadrat Şalvar cizgi serialının ilk seriyasıdır. O, 2004-cü il istehsalı tammetrajlı cizgi filmi olan "Süngər Bob Kvadrat Şalvar:Film" və 2015-ci il istehsalı olan "Süngər Bob 3D" filmlərində də yer alıb.
Rinqo Star
Rinqo Star (ing. Ringo Starr, əsl adı: Riçard Starki, ing. Richard Starkey; 7 iyul 1940[…]) — britaniyalı musiqiçi, barabançı, bəstəkar, aktyor. Daha çox keçmiş "The Beatles" qrupunun barabançısı kimi tanınır. "Britaniya imperiyası" ordeni kavaleri, "Oskar" və "Qremmi mükafatı" laureatı. 2010-cu ildə "Rolling Stone" jurnalının keçirdiyi sorğuya əsasən, bütün zamanların ən yaxşı barabançılarının siyahısında 6-cı yeri tutub. Rinqo Star 7 iyul 1940-cı ildə Riçard Starki və Elsi Starkinin (qızlıq soyadı Qleyv), ailəsində dünyaya göz açıb, o dönəm işçi ənənəsinə görə Rinqonu atasının şərəfinə adlandırıblar. Rinqonun atası çörəkçi olub.. Valideynləri 1936-cı ildə evlənib, 1943-cü ildə isə ayrılıblar. 17 aprel 1953-cü ildən Rinqonun ögey atası Harri Qreyvzdir..
Shooting Star
Shooting Star (ing. Meteor ulduzu) - ABŞ-nin rok janrında ifa edən musiqi qrupudur.
Stad Boeva
Stad Boeva — Yeni Kaledoniyanın Boulari Bey adlı körfəzin yaxınlığında yerləşən və futbol üçün istifadə olunan idman stadionudur. Stadion bir sıra yerli klublara və 2011-ci ildə Sakit Okean oyunlarında kişilərdən ibarət futbol turnirinə ev sahibliyi etmişdir. Belə ki, Stad Boeva 2011 Sakit Okean oyunlarında futbol turnirində ən böyük qələbələrdən olan və 3 sentyabr 2011-ci ildə keçirilən Papua-Yeni Qvineyanın Kiribatiyə 17-1 qalib gəlməsinə, 5 sentyabr 2011-ci ildə isə Taitinin Kiribatiyə 17-1 qalib gəlməsinə ev sahibliyi etmişdir.
Skay adası
Skay adası (ing. Isle o Skye; şot.kelt An t-Eilean Sgitheanach və ya Eilean a' Cheò; ş.german Isle o Skye) — Şotlandiyanın şimal-qərbində yerləşən ada. Bu, Daxili Hebridlərin ən böyük arxipelaqıdır. İnzibati cəhətdən Haylend rayonuna aiddir. Murray, W.H. The Hebrides. London: Heinemann. 1966. Adomnán of Iona. Sharpe, Richard (redaktor). Life of St Columba.
Star-2000
STAR-2000 — Thales Group firmasının istehsalı olan bu birincili radar sistemi həm mülki həm də hərbi məqsədlər üşün istifadə oluna bilər. Radarın təyinetmə məsafəsi 111 km-ə bərabərdir. Azərbaycanda bir sıra aeroportlarda bu radar sistemi qurulub. Metrologiya xidmətlərinin mövcud olması. Rahat Paketlənib daşına bilməsi İFF(dost-düşmən-tanıma) xidməti. 1000-ə qədər hədəfdə xətasız hədəf izləmə və tanıma İşləmə tezlikləri 2700...2900 MHz-ə bərabərdir Antennalarının dönmə sürəti 15 dönüş/dəq dir. Həmçinin proqramlaşdırıla bilən verilənlər emalına da mailkdir.
Star TV
Star TV (Rusiya) (və ya Zvezda telekanalı)
Star Walk
Star Walk Vito texnologiyası tərəfindən mobil proqram bazarında 2001-ci ildən təqdim olunan iOS, Android, Amazon üçün təkmilləşdirilmiş tətbiqetmədir. Star Walk proqramının məqsədi həvəskar kosmonavtlara, tələbələrə və peşəkarlara gecə səmasında 200.000-dən çox olan ulduzlar, planetlər, bürclər və peyklərin yerləşməsini bilməyə və müəyyən edilməsinə kömək etməkdir. Çıxdığı vaxtdan bəri Star Walk 5 milyon dəfədən çox yüklənmişdir. Tətbiqetmə istifadəçilərə real vaxtda göy cismləri, ayın fazaları, meteor yağışları, iridium parlamalarını tədqiq etməyə, gündəlik gün doğuşu və batımı vaxtlarını, yüksəlmə bucağı və günün uzunluğunu bilməyə imkan verir. Tətbiqetmədəki cisimlərin çoxu geniş informasiyası ilə tamamlanıb. Star Walk istifadəçilərə təqvimə xatırlamaq üçün əlavə edilə bilən, gələcək astronomik hadisələrin siyahısını göstərir. Həmçinin tətbiqetmə zaman maşını xüsusiyyəti ilə təchiz olunmuşdur ki, bu keçmiş və gələcək səmanın xəritəsini kəşf etməyə şans tanıyır. Bununla yanaşı Star Walk artırılmış şəffaflıq üçün iOS kamera istifadə edir. Özündə ulduz xəritəsi ilə birlikdə şəkil və məlumatı birləşdirməklə istifadəçilərə səma cisimlərinin real zaman görüntüsünü göstərir. Star Walk İphone və İPod üçün noyabrın 8-i 2008-ci ildə təqdim olunub.
Star Wars
Ulduz müharibələri (ing. Star Wars)—Corc Lukas tərəfindən hazırlanmış, əvvəlcə filmləriylə tanınmış, sonrakı illərdə cizgi roman, kompüter və konsol oyunları, televiziya istehsalları və s. budaqlarda ününü inkişaf etdirmiş uydurulmuş kainat və markadır. Film ardıcıllığının ilki 25 may 1977-ci ildə "20th Century Fox" kinokompaniyası tərəfindən "Star Wars" (Ulduz müharibələri) adıyla nəşr olunmuş və dünya səviyyəsində bir məşhur mədəniyyət fenomeni olmuşdur. Üç il arayla iki davam filmi nəşr olunmuşdur. Orijinal üçləmənin son filminin nəşr olunmasının 16 il ardından, "öncül" üçləmənin ilk filmi nəşr olunmuşdur və təkrar üç il arayla, digər iki film də nəşr olunaraq, bütün ardıcıllıq 19 May 2005-ci ildə tamamlanmışdır. 2008-ci ilin məlumatlarına görə altı "Ulduz müharibələri" filminin cəmi hasilatı təxminən olaraq 4.41 milyard dollardır. Bu hasilatla "Ulduz müharibələri" ardıcıllığı, Ceyms Bond və Harri Potter film seriyalarının ardından ən çox hasilat edilmiş üçüncü film ardıcıllığı olmuşdur. Corc Lukas filmləri, kitablar, televiziya serialları, video oyunları və cizgi romanlar kimi bir çox fərqli sahədə nəşrlərin ortaya çıxmasına vəsilə olmuşdur. Üçləmədə təsvir edilən fantastikaya xeyli çox yenilik gətirən bu yan məhsullar, seriyanın təqibçiləri tərəfindən genişlədilmiş Kainat adıyla bilinən uydurulmuş kainatın meydana gəlməsinə imkan yaradılmışdır.
Stray Kids
Stray Kids (azərb. Küçə Uşaqları‎)— və ya qısaca SKZ kimi tanınan, JYP Entertainment tərəfindən eyni adlı 2017 realiti şou vasitəsi ilə qurulan Cənubi Koreyalı oğlan qrupudur. Qrup hazırda səkkiz üzvdən ibarətdir: Bang Chan, Lee Minho, Seo Çangbin, Hwang Hyun-jin, Han Jisung, Lee Felix, Seungmin ve I.N .Əvvəlcə doqquz nəfərdən ibarət olan qrupun üzvü olan (Woojin) Vucin, 2019-cu ilin oktyabr ayında şəxsi səbəblər üzündən Stray Kids-dən ayrıldı. 2017-ci ilin avqust ayında JYP Entertainment agentliyi yeni bir kişi idolunun ilk layihəsini həyata keçirmək üçün reallıqda qalma şousunu rəsmi olaraq elan etdi. Önümüzdəki iki ayda şounun adı "Stray Kids" də daxil olmaqla daha çox məlumat və teaser yayımlandı.17 Oktyabrda premyerasından əvvəl JYPE, Stray Kids-in "Hellevator" adlı bir mahnısına ilk musiqi videosunu yayımladı, daha sonra rəqəmsal bir sinql olaraq yayımlandı. Lee Know və Felix adlı iki üzv qrupdan çıxarıldı, lakin doqquz üzvün hamısı son sıraya çıxdı.Lee Know və Felix daha sonra qrupa geri qayıtdı. Stray Kids-in rəsmi saytının istifadəyə verilməsi ilə yanaşı, JYPE qrupun debut öncəsi Mixtape adlı genişləndirilmiş oyununun (EP) buraxılışını elan etdi. Üzvlərin birgə yazdığı və ortaq bəstələdiyi "Hellevator" və şou zamanı ifa etdikləri digər mahnıları da daxil olmaqla yeddi parçadan ibarətdir. EP, ""Beware"" adlı ikinci trekinin performans videosu ilə birlikdə 8 yanvar 2018-ci ildə, bir həftə sonra isə "Spread My Wings"-in performans videosu onlayn yükləndi. Bu Gaon-un Album Chart və Billboar-ın Dünya Albomlari siyahısında 2-ci sıraya çıxdı.
Sway (mahnı)
Sway – Meksikalı bəstəkar Pablo Beltran Ruizin 1953-cü ildə, mambo tərzində bəstələdiyi ¿Quién será? mahnısının ingiliscə olan versiyasıdır. Mahnıya 1954-cü ildə Norman Gimbel ingilis dilində sözlər yazmış və bundan sonra mahnını məşhur aktyor və musiqiçi Din Martin ifa etmişdir. Din Martin mahnını ingilis dilində oxuyan ilk ifaçı olmuşdur. Mahnı onun ifasında Billboard Hit Paradında 15-ci yerə yüksəlmişdir. Eyni ildə mahnı İngiltərədə altıncı yerə qədər yüksələ bilmişdir. Mahnı Din Martindən sonra dünyanın bir çox ölkələrindən olan musiqiçilər tərəfindən fərqli üslublarda ifa edilmişdir. 1953 – Pablo Beltrán Y Su Orchestra 1954 – Eylin Barton, Coral Records, kataloq nömrəsi 61185, 1954 – Din Martin, Capitol Records, kataloq nömrəsi 2818, US 15, UK 6 1954 – Olavi Virta (fin dilində) 1960 – Perez Prado və Rosemary Clooney, A Touch of Tabasco albomu 1960 – Bobbi Ridell, Capitol Recording Studios, NYC 1961 – Ben E. Kinq, "Spanish Harlem" albomu 1963 – Kliff Riçard, "When In Spain" albomu 1976 – Ajda Pekkan, "Kim Ne Derse Desin" albomu (türk dilində) 1990 – Bjork in album Gling-Gló, as "Í dansi með þér" (island dilində) 1999 – Shaft, (Mucho Mambo) adıyla "Sway" albomu 2000 – Athena – Macera, "Tam Zamanı Şimdi" albomu (türk dilində) 2003 – Maykl Buble, 2004 – Pussycat Dolls, Shall We Dance?
Ştam
Ştam — morfoloji və fizioloji xüsusiyyətləri öyrənilmiş müəyyən mikroorqanizm növünün təmiz becərilməsi, yetişdirilməsi. "Stam" alman sözü olub, "gövdə" deməkdir. Mikroorqanizm ştamlarını əldə etmək, hazırlamaq qanunlarını öyrənən elm sahəsi seleksiya adlanır.
Ştat
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Malakka (ştat)
Malakka (Jawi: ملاك; Malayca: Melaka) — Malayziyada bir ştatdır. Malay yarımadasının cənubunda yerləşir. Paytaxtı Malakka şəhəridir. Şimalında Neqeri Sembilan, şərqində isə Cohor ştatları yerləşir. Malaziyanın 3 ən kiçik əyalətidir. Sahəsi 1,650 km², əhalisinin sayı 713,000 nəfərdir.
Miçiqan (ştat)
Miçiqan (ing. Michigan) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Lensinq şəhəridir. ABŞ-nin Midwest bölgəsindəki əyalətlərində biridir. Michiqan adı, bölgənin ilk sakinləri olan doğma Amerika dillərindən Ojibwe, "böyük su" və ya "böyük göl" mənasını verən mişigama sözündən yaranmışdır Michigan ABŞ-də əhali sayına görə 8-ci ən böyük əyalətdir. Ştat həm də Böyük Gölləri ilə məşhurdur. Dünyadakı ən böyük şirin su sahili var. Qeydiyyata alınan su gəmilərinə görə ABŞ ştatları baxımından 3-cü yeri tutur.
Sabah (ştat)
Sabah — Malayziyanın şərqi ştatı və Kalimantan adasında yerləşən iki Malayziya ştatından biri. Ştat həmçinin Saravak, Sinqapur (1965-ci ildə Malayziyadan ayrılıb) və Malaya Federasiyası ilə yanaşı Malayziya federasiyasının yaradıcılarından biridir. Böyük Britaniyanın müstəmləkəsi olarkən «Şimali Borneo» adı ilə tanınırdı. Saravak kimi, bu ştatın da Malayziya yarımadasının ştatlarından kənarda qalmasına görə, ərazisinin xüsusi muxtariyyəti haqqında qanun var. Ştat Kalimantan adasının şimal hissəsində yerləşir və cənub-qərbdən sərhədə malik olduğu Saravak ştatından sonra ölkənin ikinci ən böyük ştatı kimi tanınır. Ştat həmçinin şimal və şimal-şərqdən Filippinlə, qərbdən isə Labuan federal ərazisi ilə dəniz sərhədlərinə malikdir. Sabah ştatı yalnız cənubdan İndoneziyanın Şimali Kalimantan əyaləti ilə beynəlxalq sərhədlərə malikdir. Ştatın inzibati mərkəzi Kota Kinabaludur (keçmiş adı Cesselton).
Vaşinqton (ştat)
Vaşinqton (ing. Washington) – Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Olimpiya şəhəridir. Ərazisi 184 673 km. Əhalisi 5,9 mln nəfərdir. İri şəhərləri Sietl, Spokein və Takomadır. Ştat statusunu 11 noyabr 1889-cu ildən alıb. Qubernatoru Kristin Qrequardır. Ştatın şüarı "Həmişəyaşıl ştat"dır. Şimalda Kanadanın Britaniya Kolumbiyası əyaləti ilə, cənubda Oreqon, şərqdə Aydaho ştatı ilə həmsərhəddir.
Viktoriya (ştat)
Viktoriya – Avstraliyanın cənub-şərqində yerləşən əyalət. Viktoriya Avstraliyanın ən kiçik əyaləti olmasına baxmayaraq, ən çox əhalinin yaşadığı əyalətdir. Viktoriyanın əsası 1800-cü illərdə qoyulmuşdur. Kəndlilər bu ərazidə kənd təsərrüfatı ilə məşğul olurdular. Əyalətdə qızılın kəşf olunması, qızıl həyəcanına səbəb olmuş və Viktoriyanın əhalisi sürətlə artmağa başlamışdır. 2005-ci ilə olan məlumata görə Viktoriya əyalətində 5 milyon nəfər yaşayır. Əyalətin mərkəzi olan Melburn şəhərində Viktoriya əhalisinin 70% yaşayır. Melburn Avstraliyanın ən böyük və ən inkişaf etmiş bir neçə şəhərindən biridr.