Neytron döyüş sursatı
Neytron döyüş sursatı — güclü neytron şüalanması ilə təsir göstərən nüvə silahı növü. Neytron döyüş sursatında partlayış xarakterli bölünmə və sintez nüvə reaksiyalarından istifadə olunur. Hazırlanmasında əsas ilkin maddə kimi deyteriumla tritiumun qarışığı işlədilir. Partlayış enerjisi bütün canlılara, o cümlədən daldalanacaqda və sair yerlərdə gizlənmiş adamlara təsir göstərir.
Neytron döyüş sursatının dağıdıcı və yandırıcı təsiri nüvə bombalarına nisbətən zəif, orqanizmi şüalandırma qabiliyyəti isə çox yüksəkdir. Neytron döyüş sursatı növlərindən biri hədəfdən 30–130 m yüksəkdə partladılarkən 200–400 m radiusdakı obyektlər zərbə dalğası və işıq şüalanmasından məhv olur, [[1000]-1200 m radiusdakı adamlar bir anda, 1500 m radiusdakılar isə iki gün ərzində tələf olur.
1981-ci ildən ABŞ-da neytron döyüş sursatının kütləvi istehsalı başlanmışdır. Neytron döyüş sursatının növlərindən biri Lens raketi və 203,2 mm-lik mərmilər həm neytron, həm də nüvə partladıcısı ilə təchiz olunur.