NIC

Network Interface Card Şəbəkə interfeysi kartı
NIAC
NIDES
OBASTAN VİKİ
Nic
Nic (udi НыъжӀ, НиъжӀ) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Nic kənd inzibati ərazi vahidi tərkibindəki Nic kəndinə qəsəbə statusu verilmiş, Nic kənd inzibati ərazi vahidi Nic qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. Qəsəbə Qəbələ-Oğuz avtomobil yolunun kənarında, Alazan-Həftəran vadisində, Qəbələ şəhərindən 40 km cənub-qərbdə yerləşir. Ərazisinə görə rayonun ən böyük yaşayış məntəqəsidir. Qəsəbədə udilər yaşayır. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Nic qəsəbəsində 5.744 nəfər (2.824 nəfəri kişilər, 2.920 nəfəri qadınlar) əhali yaşayır. Qəbələ rayon İcra Hakimiyyətinin 2012-ci ilə olan rəsmi məlumatlarına əsasən qəsəbə əhalisinin 50 %-ni udilər, 40 %-ni azərbaycanlılar, 10 %-i isə ləzgilər təşkil edir. Əhalisinə görə rayonda ikinci sayılan qəsəbənin 6200 sakini var. Milli mənsubiyyətinə görə əhalinin 4000-i udin, 2200 nəfəri azərbaycanlılardır. Azərbaycanlılar Yalanşlı və Abdal məhəllələrində yaşayırlar.
Nic bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Müqəddəs Yelisey Kilsəsi (Nic)
Müqəddəs Yelisey adına Cotari Kilsəsi (udi Ĭvĕl Yeliseyi s'iyen C'otari Gergeś) — Azərbaycanda kilsə. Məbəd Qəbələ rayonunun Nic qəsəbəsində yerləşir. Məbəd binası yerli daşlardan dördkünc planda inşa edilib və kiçik zəng qülləsi də var. 2006-cı ildə əsaslı bərpa olunmuş və Alban-Udi Xristian İcmasının istifadəsinə verilmişdir. Yerində əvvəllər Müqəddəs Yeliseyin şagirdi olan şəhid Vlasın qəbri və eyniadlı kapella yerləşirdi. 1823-cü ildə həmin kapella Astvatzatur Cotaniants adlı bir udi rahib tərəfindən sökülmüş və Mesrop Maştots tərəfindən yerləşdirilmiş iki mis xaç tapılmışdı. 1879-cu ildə kilsə yerli camaat tərəfindən 1000 rubla təmir edilmişdir. Restavrasiyadan əvvəl kilsədə 3 ermənicə yazı mövcud idi. Erməni Qriqorian kilsəsinin arxivlərinə əsasən, kilsədəki bəzi keşişlər siyahıya alınmışdır: Yengibar Ter-Astvatzatur Cotaniants Avetik Ohancanyan Cotatiants - 1788-ci ildə doğulub, Calut monastırında keşiş Xələtdən təhsil alıb. Kilsədə xidmət illəri 1832-1857) İohannes Cotatiants (kilsədə 1859-1885) - 1839-cu ildə dördüncü dərəcədən sekston vəzifəsinə təyin olunub.
Müqəddəs Məryəm Ana kilsəsi (Nic)
Müqəddəs Məryəm Ana Bulun Kilsəsi (udi Ĭvĕl Mariyami Nanay Bulun Gergeś, erm. Սուրբ Աստվածածին եկեղեցի) — Qəbələ rayonunun Nic qəsəbəsində, kəndin yuxarı (udi bulun) məhəlləsində yerləşən tarixi abidə. Qəsəbənin ən böyük və yeganə qübbəli dini abidəsi olan kərpicdən tikilmiş ziyarətgahın (xarici ölçüləri: 25.73 x 13.74 metr) qərb və cənub fasadlarına açılan iki girişi, səkkizbucaqlı günbəzi və ikimərtəbəli hörgüləri var. Cənub girişinin timpanumuna həkk olunmuş, 2020-ci ildəki bərpaya qədər mövcud olmuş bir yazıya görə, 1890-cı illərə aiddir və öncəki adı "Müqəddəs Bakirə Kilsəsi" (erm. Սուրբ Աստվածածին) olmuşdur: "1890-cı ildə Nic kəndinin Yuxarı Müqəddəs Bakirə Kilsəsinin inşasına yerli xalqın ianələri ilə başlandı. 189..." (erm. Ի 1890 Թ(ՎԻ)Ն ՍԿՍՈՒԵՑ ԱՅՍ ՆԻԺ ԳԻՒՂԻ ՎԵՐԻՆ ԹԱՂԻՍԱ(ՍՏՈՒԱ)ԾԱԾԻՆ ԵԿԵՂԵՑՒՈՑ ՇԻՆՈՒԹԻՒՆԸ ԱՍԱՐԱԿՈՒԹՅԱՆ ԾԱԽՔՈՎ ԱՒ(ԱՐ)Տ 189. Թ.։) Erməni Qriqorian kilsəsinin arxivlərinə əsasən, kilsədəki bəzi udi əsilli keşişlər siyahıya alınmışdır: Xaçatur Ter-Hovhannes oğlu Martirosyants (d. 1794, Calut monastırında dini xidmətə qəbul edilməsi 1832, kilsədə xidmət illəri 1832-1857) və Hovhannes Martiros oğlu Şirvanyants (d. 1801, xidmətə qəbul edilməsi 1832) Avaq Ter-Xaçatur oğlu (1857-1860) Avetis Ter-Xaçatur oğlu (1861-1864) və Melkum Ter-Hovhannes oğlu Şirvanyants (1864-cü ilədək Avetis ilə birlikdə) Melkum Ter-Hovhannes oğlu Şirvanyants (1868) və Hovhannes Koliyants Zərrab kəndindən Astvatzatur Arzuman oğlu Simeonyants (1872) Qalust Stepanyan Palçyants (dini xidmətə qəbul edilməsi 1876, Ağbat monastırı, 1908-ci ilədək) Mkrtç Şirvanyants (1890-cı ildən Qalust ilə birlikdə, 1898-ci ildə oğlu Meliksedek ilə dəyişdirilməsi üçün iş qaldırıldı) Arşak Arzuman oğlu Palçyants (d.
Eucalyptus nicholii
Eucalyptus nicholii (lat. Eucalyptus nicholii) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Eugenia nicholsii
Eugenia nicholsii (lat. Eugenia nicholsii) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Euseius nicholsi
Euseius nicholsi (lat. Euseius nicholsi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Fəxri Kazım-Nicat
Fəxri Kazım-Nicat (d. 13 may 1985, Gəncə) — azərbaycanlı müğənni, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin vokal müəllimi, "Tərəqqi" medalı laureatı. Fəxri Fəxrəddin oğlu Kazım-Nicat 13 may 1985-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini 1995-2000-ci illərdə Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində Xalq artisti Şahnaz Haşımovanın sinfində almışdır. İlk vokal təhsilini Gəncə Dövlət Universiteti nəzdində yaradılan məktəb-studiyada Xalq artisti Sevinc İbrahimovadan almışdır. Orta məktəbi və hərbi xidmətini bitirdikdən sonra ailəsiylə Bakıya köçmüşdür. Musiqi təhsilini davam etdirərək Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə estrada vokal ixtisası üzrə daxil olmuş və fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra Bakı Musiqi Akademiyasına daxil olmuş, akademiyanın dosenti Sevda Məmmədovanın sinfində opera ifaçılığı ixtisası üzrə bakalavr, Kamera ifaçılığı və Xor dirijorluğu ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir. Səhnə fəaliyyətinə 1997-ci ildə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində başlamışdır. İlk iştirak etdiyi konsert 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş tədbir, ilk ifa etdiyi mahnı isə "Göy-göl" Dövlət Mahnı və Rəqs ansamblının müşayiəti ilə "Almanı atdım xarala" mahnısı olmuşdur.
Githago nicaeensis
Agrostemma githago (lat. Agrostemma githago) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin əkin qərənfili cinsinə aid bitki növü. Agrostemma githago var. githago githago Agrostemma githago var. linicola (Terechov) K.Hammer Agrostemma githago var. macrospermum (Levina) K.Hammer Agrostemma gitthago Retz. Agrostemma hirsuta Gilib. [Invalid] Agrostemma hirsuta Stokes Agrostemma linicola Terechov Agrostemma macrospermum Levina Agrostemma nicaeensis Pers. Githago nicaeensis Link Githago segetalis St.-Lag. Githago segetum Link Githago segetum var.
Have a Nice Day
Have a Nice Day – Roxette qruppunun albomudur.
Henry Nicholas Ridley
Henri Nikolas Ridli (ing. Henry Nicholas Ridley; 10 dekabr 1855, Norfolk qraflığı – 24 oktyabr 1956) — ingilis botaniki və geoloqu. 1889: Botanical papers, Sinqapur: Royal Asiatic Society, Straits Branch. 1889: Report on the destruction of coco-nut palms by beetles, Sinqapur: the Government Printing Office. 1897: "Malay plant names", The Journal of the Straits Branch of the Royal Asiatic Society (Royal Asiatic Society) 30: 32–120 [S.l.]. The story of the rubber industry, with an appendix by L. Lewton-Brain, showing the growth of the rubber industry in Malaya from 1905 to 1912, London: Waterlow. 1907: Materials for a flora of the Malayan Peninsula, Sinqapur: the Methodist Pub. House. 1909: The Scitamineae of the Philippine Islands, Manila: Bureau of Printing. 1912: Spices, London: Macmilla.
Jack Nicholson
Cek Nikolson (ing. John Joseph "Jack" Nicholson 22 aprel 1937, Nyu-York) — məşhur ABŞ kinoaktyoru, 3 Oskar mükafatı sahibi. 76 filmdə rol almışdır. 2013-cü ildə yaddaşının pozulması səbəbindən öz karyerasına son qoymuşdur. Onun bu addımından əvvəl son çəkildiyi film rejissor Ceyms Bruksun "Necə bilmək olar?" (2010) filmi olub.
Mangifera nicobarica
Mangifera nicobarica (lat. Mangifera nicobarica) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin manqo cinsinə aid bitki növü.
Mentha aquatica var. nicaeensis
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Nicad Bədəlov
Nicad Mehman oğlu Bədəlov (12 dekabr 1987, Çaylı, Qazax rayonu) — Azərbaycan Daxili İşlər Nazirliyinin, Daxili Qoşunlarının polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Nicad Bədəlov 1987-ci il dekabrın 12-də Qazax rayonunun Çaylı kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Nicad Bədəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Xocavəndin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Nicanor Parra
Nikanor Parra Sandoval (5 sentyabr 1914[…], San Fabian[d], Çili – 23 yanvar 2018[…], La Reyna[d], Çili) — Çili yazıçısı, riyaziyyatçısı və fiziki.
Nicat
Nicat — Azərbaycanda ad. Nicat Abasov — Nicat Qurbanov — Nicat Qocayev — Nicat Rəhimov Nicat Rəhimov (ağır atlet) Nicat Rəhimov (aktyor) Nicat Kazımov Nicat Kazımov (aktyor) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Nicat Kazımov (yazıçı) — Fransada yaşayan, azərbaycanlı yazıçı.
Nicat Abasov
Nicat Azad oğlu Abasov (14 may 1995, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2010). 2020-ci ilin fevral ayında o, bütün zamanların ən yüksək reytinqi olan 2670-ə çatıb və Azərbaycanda 3-cü, dünyada isə 67-ci yerdə qərarlaşıb. 14 may 1995-ci ildə Bakıda anadan olub. 2009-cu ildə beynəlxalq usta, 2010-cu ildə qrosmeyster titulunu qazanıb. 2015-ci ildə Niderlandın Veyk-an-Zeya şəhərində "20th Cultural Village Chess Tournament" beynəlxalq şahmat turnirinin qalibi olub və 2016-dakı "Veyk-an-Zee turnirində" iştirak etmək hüququ qazanıb. Nicat Abasov şahmat turnirinin qalibi oldu (az.) Nijat Abasov. Chess-DB.com Arxivləşdirilib 2016-09-17 at the Wayback Machine (ing.) Nijat Abasov. 365chess.com (ing.) Nijat Abasov. fide.com (ing.) Nijat Abasov. chessgames.com (ing.) Nijat Abasov.
Nicat Abdullayev
Nicat Mirnəbi oğlu Abdullayev ( ) – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Abdullayev Nicat Mirnəbi oğlu 4 sentyabr 1995-cı ildə Saatlı rayon Seyidlər kəndində doğulub. İlk təhsilini Saatlı rayonunda Səməd Vurğun adına məktəbdə alıb. Sonradan Bakıya köçdüyü üçün təhsilini Sulutəpə qəsəbəsində yerləşən 10 saylı tam orta məktəbdə davam etdirib. Musiqiyə böyük həvəsi olan Nicat Xırdalanda saz ixtisası üzrə musiqi məktəbini bitirib. Hərbi xidmətini Gəncədə başa vurduqdan sonra elə musiqi sahəsində çalışmağa başlayır, toylarda, el məclislərində çıxış edir. 2-ci Qarabağ müharibəsində ilk günlərdən cəbhəyə yollanıb, Füzulidə, Cəbrayılda döyüş yolu keçib. Oktyabrın 9-da Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalır.
Nicat Atayev
Nicat Baxşəliyev
Nicat Bəkirzadə
Nicat Bəkir oğlu Bəkirzadə (d. 29 aprel 1934) — quruluşçu rejissor, aktyor və ssenarist, əməkdar incəsənət xadimi. Nicat Bəkirzadə 1934-cü ildə Bakıda anadan olub. 1973-cü ildə ÜDKİ-nun rejissorluq fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında bir sıra bədii və sənədli filmlərin quruluşunu verib. Azərbaycanın əməkdər incəsənət xadimi fəxri adına layiq görülüb. Arxadan vurulan zərbə (film, 1977) Bakı. Portretə yeni ştrixlər (film, 1979) Başdan ayağa (film, 1973) Batmış şəhərin axtarışında (film, 1987) Bizi bağışlayın (film, 1979) Böyük İpək Yolunda (film, 1986) Ceyrançöl (film, 1974) Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973) Cəmşid Naxçıvanski (film, 1982) Çətirimiz buludlardır (film, 1976) Daş saat (film, 1975) Daşlar danışanda (film, 1976) Əla kəsici (film, 1975) Əlavə iz (film, 1981) Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) Geriyə baxmağa dəyər (film, 1985) Güman (film, 1989) Xalq istehlakı mallarının buraxılışının öyrənilməsinin təşkili (film, 1989) Xəzər: İnsanlar və neft (film, 1983) İçəri şəhər (film, 1978) İş günündən sonra (film, 1983) Kamillik (film, 1979) Qəhrəman ana (film, 1990) Maqarıç (film, 1973) Mən Bakıda yaşayıram (film, 1986) Nə vaxta qədər?
Nicat Cəmiyyəti
Nicat Cəmiyyəti — Bakı qubernatorunun 1906-cı il avqustun 22-də təsdiq etdiyi nizamnamə əsasında fəaliyyətə başlamış xeyriyyə cəmiyyəti. Təşkilatın özü isə mart ayının 9-u yaradılmışdı. Bu ad təşkilata İmran Qasımov tərəfindən uyğun görülmüşdür. Cəmiyyətin nizamnaməsindən məlum olur ki, cəmiyyətin əsas məqsədi müsəlman əhali arasında maarifçilik işinin yayılması, ali, orta və ibtidai təhsil müsissələrində oxuyan müsəlmanlara yardım göstərilməsi, ana dili və ədəbiyyatın inkişafı idi. Bu məqsədlə cəmiyyət müxtəlif kitablar və dərsliklər nəşr edirdi. Cəmiyyətin kitabxanası və digər müsəlman quberniyalarında şöbələri fəaliyyət göstərirdi. 1913-cü ildə Nicat cəmiyyəti tərəfindən Mirzə Muxtarın səhnə fəaliyyətinin 40 illiyi münasibətilə yubiley gecəsi keçirilmiş, yubilyarın da iştirakı ilə Üzeyir Hacıbəyovun "Rüstəm və Söhrab", "Leyli və "Məcnun" operalarından səhnələr göstərilmişdir. Bakı, Gəncə, Şamaxı, Şəki, Quba, Lənkəran və s. yerlərdə açdığı bölmələri də yerlərdə maarifçilik fəaliyyətləri göstərən cəmiyyətin təşəbbüsü ilə 1906–1910-cu illərdə Gəncədə Mədrəseyi-ruhani, Şamaxıda Üxüvvət, Ağdaşda Darülfənn, Şəkidə Həqiqətüs-Sibyan, Lənkəranda Behcət adlı məktəblər açılmışdı. Cəmiyyət müsəlmanlar arasında savadsızlığın ləğvi məqsədilə böyüklər üçün axşam kursları təşkil edir və onların fəaliyyətini maliyyələşdirirdi.
Nicat Dadaşov
Nicat Sahib oğlu Dadaşov (30 noyabr 1989, Bakı) – ssenarist, yazıçı. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. "Xənnas", Nazik Mətləb", "Xəzərin üzərində yelləncək" filmlərinin, "Ögey ana", "Könül yarası", "Məryəm", "Sarı gəlin" televiziya seriallarının müəllifidir. "Rusiyanın görkəmli azərbaycanlıları" beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsinin laureatıdır. Nicat Dadaşov 30 noyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra, 2007–2011-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. İkinci təhsil olaraq Rüstəm İbrahimbəyovun Kino məktəbində - Dramaturgiya fakultəsini bitirib. Nicat Dadaşov "Xənnas" (2017), "İki yad adam" (2017), "Sükut" (2018), "Nazik Mətləb" (2021), "Hasar" (2022) filmlərinin, "İkinci bahar" (2014), "Məryəm" (2016),"Ögey ana" (2017), "Sarı gəlin" (2017), "Könül yarası" (2018) seriallarının ssenari müəllifidir. N. Dadaşovun 2018-ci ildə Mir Cəlal Paşayevin "Kəmtərovlar ailəsi" hekayəsinin motivləri əsasında yazdığı "İki yad adam" filmi Pekində "Grand Asian" film festivalında "Ən yaxşı sosial film" mükafatına layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqı A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə həyata keçirtdiyi "Rusiyanın görkəmli azərbaycanlıları" beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsində laureatlar siyahısında olub.
Nicat Feyzullayev
Nicat Lətif oğlu Feyzullayev — Azərbaycan kinorejissoru və ssenari müəllifi. Nicat Feyzullayev 1 noyabr 1945-ci ildə Bakıda görkəmli rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda, 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alır. 1970-ci illərdən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Bir neçə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifidir. 4 may 2015-ci ildə vəfat etmişdir.