Nicat Ziyafət oğlu Baxşəliyev (16 iyun 1993; Bərdə, Azərbaycan — 18 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Nicat Baxşəliyev | |
---|---|
Nicat Ziyafət oğlu Baxşəliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bərdə, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Bərdə |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Ağdərə döyüşləri |
Təltifləri | 2020, 2021 |
Nicat Baxşəliyev 1993-cü il, iyunun 16-da Bərdə rayonunda dünyaya gəlmişdir. Uşaq yaşlarında anasını itirmişdir.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nicat Baxşəliyev Ağdərə döyüşlərində savaşıb. 18 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində şəhid olub. Bərdə rayonunda torpağa tapşırılıb.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Baxşəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]