Müqəddəs Məryəm Ana Bulun Kilsəsi (udiĬvĕl Mariyami Nanay Bulun Gergeś, erm.Սուրբ Աստվածածին եկեղեցի) — Qəbələ rayonununNic qəsəbəsində, kəndin yuxarı (udibulun) məhəlləsində yerləşən tarixi abidə.
Qəsəbənin ən böyük və yeganə qübbəli dini abidəsi olan kərpicdən tikilmiş ziyarətgahın (xarici ölçüləri: 25.73 x 13.74 metr) qərb və cənub fasadlarına açılan iki girişi, səkkizbucaqlı günbəzi və ikimərtəbəli hörgüləri var.
Cənub girişinin timpanumuna həkk olunmuş, 2020-ci ildəki bərpaya qədər mövcud olmuş bir yazıya görə, 1890-cı illərə aiddir və öncəki adı "Müqəddəs Bakirə Kilsəsi" (erm.Սուրբ Աստվածածին) olmuşdur: "1890-cı ildə Nic kəndinin Yuxarı Müqəddəs Bakirə Kilsəsinin inşasına yerli xalqın ianələri ilə başlandı. 189..." (erm.Ի 1890 Թ(ՎԻ)Ն ՍԿՍՈՒԵՑ ԱՅՍ ՆԻԺ ԳԻՒՂԻ ՎԵՐԻՆ ԹԱՂԻՍԱ(ՍՏՈՒԱ)ԾԱԾԻՆ ԵԿԵՂԵՑՒՈՑ ՇԻՆՈՒԹԻՒՆԸ ԱՍԱՐԱԿՈՒԹՅԱՆ ԾԱԽՔՈՎ ԱՒ(ԱՐ)Տ 189. Թ.։)[1]
Kilsənin cənub girişinin 2020-ci ildə çəkilmiş fotosu
Kilsənin cənub girişinin 2021-ci ildə çəkilmiş fotosu
Erməni Qriqorian kilsəsinin arxivlərinə əsasən, kilsədəki bəzi udi əsilli keşişlər siyahıya alınmışdır[2]:
Xaçatur Ter-Hovhannes oğlu Martirosyants (d. 1794, Calut monastırında dini xidmətə qəbul edilməsi 1832, kilsədə xidmət illəri 1832-1857) və Hovhannes Martiros oğlu Şirvanyants (d. 1801, xidmətə qəbul edilməsi 1832)
Avaq Ter-Xaçatur oğlu (1857-1860)
Avetis Ter-Xaçatur oğlu (1861-1864) və Melkum Ter-Hovhannes oğlu Şirvanyants (1864-cü ilədək Avetis ilə birlikdə)
Melkum Ter-Hovhannes oğlu Şirvanyants (1868) və Hovhannes Koliyants
Zərrab kəndindən Astvatzatur Arzuman oğlu Simeonyants (1872)
Qalust Stepanyan Palçyants (dini xidmətə qəbul edilməsi 1876, Ağbat monastırı, 1908-ci ilədək)
Mkrtç Şirvanyants (1890-cı ildən Qalust ilə birlikdə, 1898-ci ildə oğlu Meliksedek ilə dəyişdirilməsi üçün iş qaldırıldı)
Arşak Arzuman oğlu Palçyants (d. 1867, dini xidmətə qəbulu 1892, kilsədə xidmət illəri 1892-1899)
Böyük Söyüdlü kəndindən Arşak Ter-Nerses oğlu Ter-Hovhannisyants 1915-ci ildə kilsədə xidmət üçün namizəd kimi irəli sürüldü.