Niger
nihilist
OBASTAN VİKİ
Nigeriya
Nigeriya (ing. Nigeria) və ya rəsmi adı ilə Nigeriya Federativ Respublikası (ing. Federal Republic of Nigeria) – Qərbi Afrikada dövlət. Nigeriya Atlantik okeanın Qvineya körfəzi sahilində yerləşir. Qərbdən Benin, şimaldan Niger, şimal-şərqdən Çad və şərqdən isə Kamerunla həmsərhəddir. Paytaxtı Abuca, ən böyük şəhəri Laqos, ümumi sahəsi 923,769 kvadrat kilometr, əhalisinin sayı 206 milyon nəfərdən çoxdur. Nigeriya əhalisinin sayına görə Afrikada birinci, dünya ölkələri arasında isə yeddinci yerdədir. == Coğrafiyası == Ölkənin ərazisi 923.768 km²-dir . Nigeriya, cənub-qərbi Afrika sahilində, 3°57’ və 13°54’ şimal paralelləri 2°39’ ve 14°38’ şərq meridianları arasında yerləşir. Şərqində Kamerun , Şimal qərbində Çad, şimalında Niger və qərbində Benin dövlətləri ilə sərhədlənir.
Nigeriya bayrağı
Nigeriya bayrağı — Nigeriyanın Dövlət bayrağı Nigeriyanın dövlət bayrağı haqqında qanun 1968-ci ilin yanvar ayının 9-da qəbul edilib. Nigeriyanın bayrağı keçirilən konkursdan sonra, tələbə olan Maykl Tayvo Akinkunminin təklif etdiyi eskiz əsasında qəbul edilib. Yaşıl rəng meşəni, kənd təsərrüfatını və Nigeriyanın təbii zənginliklərini, ağ rəng isə dünyanı və həmrəyliyi tərənnüm edir. Ölçüsü 1:2 nisbətindədir.
Nigeriya fırıldağı
Nigeriya fırıldağı (Nigerian scam)- elektron poçtla kütləvi göndərişlərin (spamların) meydana çıxması ilə geniş inkişaf edən fırıldaqçılıq növü. Məktubların belə adlandırılmasına səbəb, bu növ fırıldaqçılığın Nigeriyada xüsusilə, həm də İnternetin geniş yayılmasından öncə adi poçtla yayılması olub. Ancaq Nigeriya fırıldağı başqa Afrika ölkələrindən, eləcə də Nigeriya diasporunun böyük olduğu şəhərlərdən də (London, Amsterdam, Madrid, Dubay kimi) gəlir. Məktubların kütləvi göndərilməsi 1980-ci illərin ortasında başlanıb. 2005-ci ildə nigeriyalı spamerlərə ədəbiyyat üzrə Anti-nobel (Ig Nobel) mükafatı təsis edilib. Belə məktublarda məktubu alanın böyük məbləğdə pul əldə etmək imkanının olduğu və bu işdə məktub göndərənin ona yardım edə biləcəyi bildirilir. Sonra məktub göndərən, guya sənədləşmə və ya bank hesabı açmaq üçün onun hesabına azacıq pul göndərilməsini xahiş edir. Fırıldaqçıların əsas məqsədi də məhz bu məbləği qoparmaqdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yola (Nigeriya)
Yola — Nigeriyanın Adamava ştatının paytaxtı. == Adı == Şəhərin adı böyük düzənlik və ya geniş düzənlik torpaq deməkdir.
Azərbaycan–Nigeriya münasibətləri
Azərbaycan–Nigeriya münasibətləri — Azərbaycan Respublikası ilə Nigeriya Federativ Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === Sovet dövrü === 1980-ci ildə SSRİ-yə səfəri zamanı Nigeriya Milli Məclisinin nümayəndə heyəti Azərbaycan SSR-də də olmuşdur. == İdman sahəsində əməkdaşlıq == === Futbol qarşılaşmaları === === 1985 FİFA Dünya Gənclər Çempionatı === 1985-ci ildə SSRİ-də təşkil olunmuş FİFA Dünya Gənclər Çempionatının 1/4 final mərhələsinin bir oyunu Bakıda keçirilmişdir ki, həmin oyundakı tərəflərdən biri Nigeriyanın gənclər millisi olmuşdur. Həmin matçda Meksika millisini 2:1 hesabı ilə məğlub edən nigeriyalılar yarımfinala vəsiqə qazanmışlar.
Kamerun–Nigeriya münasibətləri
Kamerun–Nigeriya münasibətləri — Kamerun Respublikası ilə Nigeriya Federativ Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Bakassi problemi == İki ölkə arasında əsas mübahisə predmeti Bakassi yarımadası ilə bağlıdır. Belə ki, bu ərazi Nigeriyaya məxsus olmuşdur. Lakin 22 noyabr 2007-ci ildə BMT-nin Beynəlxaq Məhkəməsi yarımadanın Kameruna verilməsi haqqında qərar çıxarmışdır. Ancaq buna baxmayaraq Nigeriya senatı bu qərarın ölkə konstitusiyasına zidd olduğunu bildirərək çıxarılan qərara əməl etmir.
Nigeriya Federativ Respublikası
Nigeriya (ing. Nigeria) və ya rəsmi adı ilə Nigeriya Federativ Respublikası (ing. Federal Republic of Nigeria) – Qərbi Afrikada dövlət. Nigeriya Atlantik okeanın Qvineya körfəzi sahilində yerləşir. Qərbdən Benin, şimaldan Niger, şimal-şərqdən Çad və şərqdən isə Kamerunla həmsərhəddir. Paytaxtı Abuca, ən böyük şəhəri Laqos, ümumi sahəsi 923,769 kvadrat kilometr, əhalisinin sayı 206 milyon nəfərdən çoxdur. Nigeriya əhalisinin sayına görə Afrikada birinci, dünya ölkələri arasında isə yeddinci yerdədir. == Coğrafiyası == Ölkənin ərazisi 923.768 km²-dir . Nigeriya, cənub-qərbi Afrika sahilində, 3°57’ və 13°54’ şimal paralelləri 2°39’ ve 14°38’ şərq meridianları arasında yerləşir. Şərqində Kamerun , Şimal qərbində Çad, şimalında Niger və qərbində Benin dövlətləri ilə sərhədlənir.
Nigeriya Jurnalistika İnstitutu
"Nigeriya Jurnalistika İnstitutu- haqqında məlumat" == Nigeriya Jurnalistika İnstitutu == Nigeriya Jurnalistika İnstitutu Laqos əyalətinin İkeja şəhərində yerləşən Nigeriya monotexniki müəssisəsidir. İnstitut 1963-cü ildə Beynəlxalq Mətbuat İnstitutu tərəfindən təsis edilmiş və 1971-ci ildə tam fəaliyyətə başlamışdır. Nigeriyada Milli Texniki Təhsil Şurası tərəfindən akkreditə olunmuş monotexnikalardan biridir. == İdarəetmə == İnstitutun rəhbəri Olusegun Osoba . Quruma və onun işlərinə ümumi nəzarəti həyata keçirən digər üzvlərin sədrlik etdiyi idarəetmə şurası var. Müəssisənin gündəlik fəaliyyətinə baş elmi işçi kimi xidmət edən, məqsəd və vəzifələrin nəzərdən keçirilməsində, işlənib hazırlanmasında , həyata keçirilməsində böyük rol oynayan müavin və registrator tərəfindən köməklik göstərən provost rəhbərlik edir.
Azərbaycan–Nigeriya futbol matçları
== Kişilər ==
Basketbol üzrə Nigeriya çempionatı
Baş-liqa - Nigeriyanın güclü basketbol liqalarından biri.
Nigeriya milli futbol komandası
== Tarixi == Tarixində 4-cü dəfə mundialın final mərhələsinə yüksələn super qartallar artıq iki dəfə qrup səddini adlamağı bacarıb. 1994-cü ildəki debüt yarışında indiki kimi Argentina (1:2) və Yunanıstanla (2:0) eyni qrupda mübarizə aparan afrikalılar Bolqarıstanı (3:0) da məğlub etməklə, mərhələni uğurla keçdi. Onların 1/4 finala yolunu İtaliya bağladı. Amunikenin qolundan sonra hesabı açan Nigeriyanı Roberto Baconun dublu dayandırdı. Bunun nəticəsi idi ki, komanda FİFA reytinqində 5-ci pilləyədək irəlilədi. 4 il sonra isə 1/8 finalda super qartalları Danimarka məğlub etdi – 4:1. 2002-ci ildə qrup səddini aşa bilməyən yığma son mundialı kənardan izlədi. Bundan başqa 1980 və 1994-də Afrika, 1996-cı ildə Olimpiya çempionu olan Nigeriya həmin il dünyanın ən güclü komandası sayılıb.
Azərbaycan-Nigeriya futbol matçlarının siyahısı
== Kişilər ==
Nigeriya 2018 Qış Olimpiya Oyunlarında
Nigeriya 2018 Qış Olimpiya Oyunlarında Skeleton və Bobsley idman növlərində 3 idmançı ilə təmsil olunacaqdır. Bu Qananın Qış olimpiyadasında birinci iştirakıdır. 2017-ci ilin noyabr ayında bobsley yarışmasında Afrika tarixində ilk dəfə olaraq Seun Adiqun sayəsində ölkəni təmsil edəcəkdir. 2018-ci ilin yanvar ayında isə skeleton yarışlarında Simidele Adeqbo ölkəni təmsil etmək hüququ əldə etmişdir == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Bobsley === ==== Bobsley ==== Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq Bobsley və Skeleton Federasiyasının 14 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. Bu yarışmanın nəticəsi olaraq Nigeriya qadın cütlüklərinin yarışmasında təmsil olunacaq. qadınlar ==== Skeleton ==== Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq Bobsley və skeleton Federasiyasının 14 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. Nigeriya tarixində ilk dəfə bu idman növü üzrə təmsil oluncaqdı. Bu yarışmada ölkəni Simidele Adeqbo təmsil etmək hüququ əldə etmişdir.
Nigeriyada dini toqquşmalar
Nigeriyada dini toqquşmalar — Nigeriyada müsəlmanlarla xristianlar arasında baş vermiş dini toqquşmalar. Nigeriya hökuməti münaqişədə iştirak edir, qətliamları dayandırmaq üçün müntəzəm olaraq qoşun və polis göndərir. Nigeriyada aparılan siyahıyaalmaya görə, müsəlmanlar çoxluq təşkil edir (50,5%), xristianlar ikinci ən böyük dini inancdır və ölkə əhalisinin 48,2%-ni təşkil edir. Nigeriyanın şimal hissəsi (əksəriyyəti müsəlmandır) 1999-cu ildən bəri şəriət qanunları əsasında yaşayır. İğtişaşlar 1953-cü il mayın 16-da Kano sakinlərinin Cənubi Nigeriyanın yürütdüyü siyasətdən narazılıqlarını ifadə etmək üçün küçələrə çıxması ilə başladı. Mayın 18-də müstəmləkə hökuməti Şimali Nigeriyada fövqəladə vəziyyət elan etdi və qoşunlar Kano şəhərinə göndərildi. Bu dövrdə silahlı toqquşmalar nəticəsində 36-dan 52-yə qədər insan həlak olmuş, 200-dən çox insan yaralanmışdır . == Əlavə ədəbiyyat == Philip Ostien. ""13. Sharia and national law in Nigeria", in: Sharia Incorporated: A Comparative Overview of the Legal Systems of Twelve Muslim Countries in Past and Present".
Nigeriyada Tvitterin qadağan edilməsi
Nigeriyada Tvitterin qadağan edilməsi — Nigeriya hökumətinin 5 iyun 2021-ci ildən 13 yanvar 2022-ci ilə qədər "Twitter"ə rəsmi olaraq qadağan tətbiq edərək onun ölkədə fəaliyyətini məhdudlaşdırması. Qadağa "Twitter"in Nigeriya Prezidenti Məhəmmədu Buhari tərəfindən edilən tvitləri sildikdən və müvəqqəti olaraq fəaliyyətini dayandırdıqdan sonra baş vermişdir. O, əsasən Nigeriyanın cənub-şərqində yaşayan iqbo xalqını Nigeriyanın cənub-şərqində üsyana istinad edərək 1967-ci ildə Nigeriyada vətəndaş müharibəsinin potensial təkrarlanması ilə bağlı xəbərdar etmişdi. Nigeriya hökuməti iddia etmişdir ki, prezidentin tvitlərinin silinməsi onların qərarını şərtləndirmişdir, lakin nəticədə bu, Nigeriyanın korporativ varlığına xələl gətirə bilən fəaliyyətlər üçün platformanın davamlı istifadəsinə istinad edilərək onunla əsaslandırılmışdır ki, "Nigeriyada sosial media platforması ilə bağlı problemlərə əsaslanır, burada yayılan dezinformasiya və saxta xəbərlər real dünyada zorakı nəticələrə səbəb olur". Qadağa "Amnesty İnternational", Britaniya, Kanada və İsveçin Nigeriyadakı diplomatik nümayəndəlikləri, həmçinin Birləşmiş Ştatlar və Avropa İttifaqı tərəfindən birgə bəyanatla qınanmışdır. İki lokal təşkilat – Sosial-İqtisadi Hüquqlar və Hesabatlılıq Layihəsi (SERAP) və Nigeriya Vəkillər Kollegiyası qadağaya məhkəmədə etiraz etmək niyyətində olduqlarını bildirmişdilər. "Twitter" özü qadağanın "dərin narahatlıq yaratdığını" açıqlamışdır. Nigeriyanın qadağasından aylar əvvəl "Twitter"də qadağa tətbiq etmiş keçmiş ABŞ Prezidenti Donald Tramp qadağanı tərifləyərək "Twitter"i "təzəlikcə prezidentlərini blokladığı üçün qadağan edən Nigeriya ölkəsini təbrik edirəm" deyərək digər ölkələri də "Twitter" və "Facebook" platformaları "azad və açıq sözə icazə vermədiyi" səbəbiylə qadağan etməyə çağırmışdır. Nigeriyanın mədəniyyət naziri Lay Məhəmməd "Twitter" lokal lisenziyalaşdırma, qeydiyyat və şərtləri təqdim etdikdən sonra qadağanın qaldırılacağını bildirmişdir. O, qeyd etmişdir ki, "bu, yayım komissiyası tərəfindən lisenziyalaşdırılacaq və platformasının Nigeriyanın korporativ varlığına zidd olan fəaliyyətləri təşviq edənlər tərəfindən istifadə edilməsinə icazə verməməyə razı olmalıdır".