NIGHT-ROBBER
NIGHT-SHIFT
OBASTAN VİKİ
After School
After School — amerikalı müğənni-bəstəkar Melani Martinesin dördüncü mini-albomu. 25 sentyabr 2020-ci ildə Atlantic tərəfindən buraxılıb. Martines, mini-albomun "daha şəxsi və Cry Baby obrazının kənarında" olduğunu bildirib. == Fon == Martines 2019-cu ilin sentyabrında V jurnalına verdiyi müsahibədə əvvəlki albomu K-12-yə uyğun mahnılar buraxacağını, lakin mahnıların "daha şəxsi və daha həssas" olacağını dedi. O, 7 yanvar 2020-ci ildə Instagram hekayələri vasitəsilə K-12 dövrünə aid olan After School adlı mini-albom buraxacağını açıqladı. Mini-albomun ilkin olaraq 2020-ci ilin yazında buraxılması planlaşdırılırdı. Martines həmçinin daha əvvəl iki film çəkəcəyini və hər ikisinin albomlarla müşayiət olunacağını demişdi.Martines 9 fevral 2020-ci ildə Instagram hekayəsi vasitəsilə mini-albomum yazda çıxacağını bildirdi, lakin o, sonra bunu sentyabrın 25-nə təxirə saldı. Ertəsi gün, fevralın 10-da o, amerikalı reper və bəstəkar Tierra Whack ilə birlikdə ifa etdiyi "Copy Cat" adlı sinqlı buraxdı. Mahnının əvvəlcə mini-albomda yer alacağı planlaşdırılırdı, lakin Martines mini-albomda 8 mahnının çox olacağını düşündüyü üçün mahnını mini-alboma daxil etmədi. Martines 15 sentyabr 2020-ci ildə Instagram-da bir yuvada iki yumurta olan şəkil yerləşdirdi.
Charm School
Charm School - Roxette qruppunun albomudur.
Landau School
LANDAU School – 2018-ci ildə əsası qoyulmuş, ilk Azərbaycanlı Nobel mükafatı laureatı, nəzəriyyəçi fizik Lev Landaunun adını daşıyan və Bakıda fəaliyyət göstərən özəl orta məktəb kompleksidir. LANDAU School "LANDAU Education Group"-un layihələrindən biridir. 2022/2023 tədris ili etibarilə 3000-dən çox şagirdin təhsil aldığı LANDAU School Qafqazın ən böyük özəl məktəblərindən biridir. LANDAU School-un nəzdində "LANDAU Kindergarten" (uşaq bağçası), "LANDAU PreSchool" (məktəbəqədər hazırlıq), "LANDAU Evening School" kursları (II–VII siniflərə qəbul üçün hazırlıq kursları) və "LANDAU Academy" (müəllimlər üçün ixtisasartırma kursları) fəaliyyət göstərir. == Tarixi / Hekayəsi == 2018-ci ildə Bakıda "LANDAU Education Group"-a daxil olan "Leznik & Co." şirkətinin ofisinin açılışından 40 gün sonra baş vermiş yanğının ertəsi günü layihənin təsisçiləri Emil Leznik və Rahul D'Mello hazırda LANDAU School-un korpuslarından biri olan "Zabitlər" binasında qərara alırlar ki, məhz burada təkcə riyaziyyatı deyil, həmçinin xarici dillər və humanitar fənlərin də tədris edildiyi yeni bir məktəb açılsın.2022-ci ildə Dövlət İmtahan Mərkəzində DİM və "LANDAU School" Tədris Kompleksi arasında Anlaşma Memorandumu imzalanıb.2022 və 2023-cü illərdə Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, "LANDAU School" Təhsil Kompleksinin təşkilatçılığı ilə "Landau" Şahmat Festivalı keçirilib. == Tədrisin təşkili == STEM (ing. Science, technology, engineering, and mathematics (STEM)) təhsili həyata keçirən məktəbdə tədris Azərbaycan, rus və ingilis dilləri olmaqla 3 dildə aparılır. İngilis bölməsində dərslər Britaniya kurrikulumu ("Pearson Edexcel" proqramı; IGCSE (ing. International General Certificate of Secondary Education) və "A-Level") üzrə keçirilir. 11-ci sinfi bitirdikdən sonra məzunlar yerli də daxil olmaqla iki attestat alırlar.
Fright Night
Fright Night - Moskvada yaradılan, rusiya rok qrupu.
Auckland Grammar School
Oklənd Gimnaziyası (ing. Auckland Grammar School) — Yeni Zelandiyadakı dövlət orta məktəblərindən biri. Oklenddə yerləşir. 2011-ci ildə Gimnaziyada şagirdlərin sayı 2461 nəfər idi ki, bu göstəriciyə görə məktəb Yeni Zelandiyada 6-cı sıradadır. Gimnaziya daxilində xarici tələbələr üçün yaradılmış yataqxanalar mövcuddur. Oklənd Gimnaziyası Yeni Zelandiyanın ən öndəgedən akademik orta məktəbi kimi tanınır. "Metro Magazine" adlı jurnal Kembric sistemli gimnaziyanın nəticələrini yüksək göstərərək ona yüksək xallar vermişdir. == Tarixi == Gimnaziya 1850-ci ildə general-qubernator Ser Corc Qrey tərəfindən yaradılmışdır. 1868-ci ildən təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Məktəbin devizi "Per Angusta Ad Augusta" (azərb.
Baku British School
Bakı Britaniya Məktəbi (ing. Baku British School) — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi. == Tarixi == 15 sentyabr 2007-ci ildə Bakı Britaniya Məktəbi öz qapısını 100-dən çox şagirdin üzünə açdı. 2007-ci il dekabr ayında məktəb ilk semester buraxılışını qeyd etdi. 20 mart 2008-ci ildə BSB (Bakı British School) ilk Novruz Bayramını məktəbin həyətində, şagirdlərin çıxışı ilə təntənəli şəkildə keçirtdi. 25 iyun 2008-ci il məktəb ilk yay buraxılışını qeyd etdi. 22 iyun 2009-cu il ilk son zəng qeyd edildi. Bakı Britaniya Məktəbi 22 iyun 2009-cu ildə, məktəbin şagirdləri, muəllimləri, valideynləri, 25 məzunu və 200 dən çox qonağı ilə, Rus Dram Teatrında təntənəli şəkildə ilk son zəngini qeyd etdi. == İbtidai təhsil == İbtidai təhsildə, şagirdlər SAT proqramları (standartlaşdırılan qiymətləndirmə testləri) götürürlər. Bu proqram 2-ci sinifdən 6-cı sinifə qədər hər il götürülür.
CEU Business School
Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ing. Central European University Business School və ya qısaca CEU BS)- menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır. == Tarixi == MAU Biznes Məktəbinin əsası Beynəlxalq Menecment Mərkəzi (BMM) adı altında 1988-ci ildə əfsanəvi investor və filantrop Corc Soros və digər uzaqgörən liderlər tərəfindən qoyulub. Biznes Məktəb o vaxtdan (onun Beynəlxalq Menecment Mərkəzi (BMM) kimi yaradılmasından) bu yana üç təkamül mərhələsi keçib: 1988-1995. BMM tələbələri təhsillərinin ilk illərini Budapeştdə başa vururdular və daha sonra Qərbi Avropada və Şimali Amerikada yerləşən partnyor məktəblərə keçərək orada təhsillərini bitirib MBA diplomlarını alırdılar. 1996-2001. BMM Klivlənddə (Ohayo) yerləşən Keyz Vestern Rezerv Universitetinin Vezerhed Menecment Məktəbinin françayzinqi kim fəaliyyət göstərib. 2002-indiyədək.
EMLYON Business School
EMLYON Business School (École de Management de Lyon ), Paris, Lion, Saint-Etienne, Bhubaneswar, Casablanca, və Shanghai da kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1872-ci ildə qurulan məktəb. EMLYON, Financial Times tərəfindən 2021-cu ildə Avropa Biznes Məktəbləri arasında 19-ci yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur.
ESCP Business School
ESCP Business School (École supérieure de commerce de Paris), Paris, Berlin, London, Madrid, Turin, və Varşava da kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1819-cu ildə qurulan məktəb. ESCP, Financial Times tərəfindən 2021-ci ildə Avropa Biznes Məktəbləri arasında 14-cü yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur.
International Business School
Budapeşt Beynəlxalq Biznes Məktəbi (mac. IBS Nemzetközi Üzleti Főiskola, ing. International Business School, Budapest, rus. Международная Школа Бизнеса) — Macarıstanda və Böyük Britaniyada qeydiyyatdan keçmiş ali təhsil müəssisəsidir. 1991-ci ildə macar iş adamı prof. İştvan Tamaş (mac. István Tamás) tərəfindən yaradılıb, Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərir, Avstriyanın paytaxtı Vyanada da korpusu var. International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. == Haqqında == Ali məktəbdə dünyanın 80-dən çox ölkəsindən (o cümlədən Azərbaycandan) 1200-dən çox tələbə ingilis dilində təhsil alır. Tələbələrə Erasmus proqramı çərçivəsində 18 Avropa Birliyi ölkəsində 66 partnyor universitetdə bir semestr təhsil almaq seçimi verilir, hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil almaq mümkündür.
One Night (mahnı)
One Night – Elvis Presleynin ifa etdiyi və onun məşhurlaşmasına səbəb olmuş mahnı. Mahnı valın digər üzündə olan "I Got Stung" mahnısıyla birgə satışa çıxarılmışdır. Mahnı Elvisə böyük uğur gətirmiş və böyük tamaşaçı kütləsi toplamışdır. Hit paradlarda da mahnının reytinqi çox uğurlu olmuşdur. Belə ki, mahnı iki həftə ərzində UK Singles Chartda birinciliyini qorumaqla yanaşı, ABŞ – da pop sinqllar çatında dördüncü, R&B chartda isə onuncu yerə kimi yüksəlmişdir. Mahnı ilk dəfə "One Night (of Sin)" adıyla New Orleandan olan musiqiçi Smiley Lewis tərəfindən ifa edilmişdir. Lakin mahnının Smiley Lewisin ifasnda böyük uğur qazandığını demək olmaz. Elvis mahnının ilk versiyasını 1957-ci il 18 yanvarda lentə aldırır. Lakin bu versiya 1983 – cü lə kimi işıq üzü görmür. Lakin Elvisin münücüri və səsyazma studiyası mahnıya yeni sözlərin yazılmasını və Elvisin mahnını bu sözlərlə yenidən ifa etməsini təklif edirlər.
Strangers By Night
Strangers By Night (azərb. Naməlum gecədə‎) – C. C. Catch tərəfindən 1985-ci ildə ifa edilmişdir.
International Business School, Budapest
Budapeşt Beynəlxalq Biznes Məktəbi (mac. IBS Nemzetközi Üzleti Főiskola, ing. International Business School, Budapest, rus. Международная Школа Бизнеса) — Macarıstanda və Böyük Britaniyada qeydiyyatdan keçmiş ali təhsil müəssisəsidir. 1991-ci ildə macar iş adamı prof. İştvan Tamaş (mac. István Tamás) tərəfindən yaradılıb, Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərir, Avstriyanın paytaxtı Vyanada da korpusu var. International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. == Haqqında == Ali məktəbdə dünyanın 80-dən çox ölkəsindən (o cümlədən Azərbaycandan) 1200-dən çox tələbə ingilis dilində təhsil alır. Tələbələrə Erasmus proqramı çərçivəsində 18 Avropa Birliyi ölkəsində 66 partnyor universitetdə bir semestr təhsil almaq seçimi verilir, hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil almaq mümkündür.
The New School (Universitet)
Yeni məktəb (The New School) — Nyu-York şəhərində özəl universitet.
Spirit of the Night
Spirit of the Night (azərb. Gecənin ruhu‎) — San-Marinonun 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.San Marinolu ifaçı Valentina Monetta və Amerikalı ifaçıCimmi Vilson duet şəklində ifa etdikləri "Spirit of the Night" mahnısı ilə San-Marinonu Avroviziya 2017-də təmsil etmişdir. Mahnının musiqisi Ralf Ziqel, sözləri isə Steven Barnakl və Cutta Staudenmayerə aiddir.
Strangers In The Night
Strangers in the Night — 1966-cı ildə Frenk Sinatranın ifası sayəsində məşhurluq qazanan mahnı. İddiaya görə mahnının orijinal musiqisi məşhur yuqoslav müğənnisi İvo Robiç tərəfindən bəstələnmiş və onun Yuqoslaviyada keçirilən bir musiqi yarışmasındakı uğursuz çıxışından sonra musiqinin müəlliflik hüquqları Bert Kempfertə satılmışdır. Sonradan orijinal musiqinin üstündə bəstəkar Bert Kempfert işləyərək onu Sinatranın ifası üçün hazırlamış, Çarlz Sinqlton və Eddi Snayder isə mahnıya ingilis dilində sözlər yazmışlar. Mahnı Billboard Hot 100 və Easy Listening hit paradlarında birinci yerə qədər yüksəlmişdir. Mahnı həmçinin UK Singles Chartda da yuxarı pillələrdə olmuşdur. Frenk Sinatra 1966-cı ildə çıxardığı albomunu da bu mahnının adı ilə Strangers in the Night adlandırmışdır. Həmin albom Sinatranın ən çox nüsxə ilə satılan albomu olmuşdur. Mahnı Frenk Sinatra üçün çox böyük uğurlar gətirmişdir. Belə ki, o, bu mahnıya görə 1967-ci il Qremi Mükafatlandırması zamanı iki kateqoriyada "İlin Ən Yaxşı Pop Vokal Müğənnisi" və "İlin Ən Yaxşı Səs Yazısı" kateqoriyalarında mükafat əldə etmişdir. Mahnının sonunda Frenk Sinatra ən çox yadda qalan və sevilən imitasiyasını (doo-be-doo-be-doo) etmiş və mahnını özünməxsus şəkildə bu cür tamamlamışdır.
That Night (Carousel mahnısı)
That Night (azərb. O gecə‎) — Latviyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Carousel "That Night" mahnısı ilə Latviyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi Markis Vasilyevskis və Aleksandrs Volks, sözləri isə Sabine Juqaya aiddir.
This Is the Night
This Is the Night (azərb. Bu gecə həmin gecə‎) – Maltanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Kurt Kalleyanın müsabiqədə ifa etdiyi mahnı.
Working Day and Night
Working Day and Night — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Central European University Business School
Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ing. Central European University Business School və ya qısaca CEU BS)- menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır. == Tarixi == MAU Biznes Məktəbinin əsası Beynəlxalq Menecment Mərkəzi (BMM) adı altında 1988-ci ildə əfsanəvi investor və filantrop Corc Soros və digər uzaqgörən liderlər tərəfindən qoyulub. Biznes Məktəb o vaxtdan (onun Beynəlxalq Menecment Mərkəzi (BMM) kimi yaradılmasından) bu yana üç təkamül mərhələsi keçib: 1988-1995. BMM tələbələri təhsillərinin ilk illərini Budapeştdə başa vururdular və daha sonra Qərbi Avropada və Şimali Amerikada yerləşən partnyor məktəblərə keçərək orada təhsillərini bitirib MBA diplomlarını alırdılar. 1996-2001. BMM Klivlənddə (Ohayo) yerləşən Keyz Vestern Rezerv Universitetinin Vezerhed Menecment Məktəbinin françayzinqi kim fəaliyyət göstərib. 2002-indiyədək.
One Night's Not Enough
One Night's Not Enough (azərb. Bir gecə kifayət etmir‎) – C. C. Catch tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. Mahnı klipinin olmasına baxmayaraq bir çox ölkələrin hit-paradlarında yüksək mövqe qazanmışdır.
Daily Lives of High School Boys
Daily Lives of High School Boys (yaponca: 男子高校生の日常, Hepbörn: Danshi Kōkōsei no Nichijō, azərb. Orta məktəb oğlanlarının gündəlik həyatları‎) — 2009-2012 illərin arasında GANGAN ONLINE jurnalında çap olunan Yasunobu Yamauçinin manqa serialı və onun eyni adlı anime serial və film adaptasiyaları. == Məzmun == Məzmun məktəbin son illəri yaşayan Tadakuni, Hidenori və Yoşitake və onların ətrafdakıların gündəlik həyatından bəhs edir. == Media == === Manqa === Manqa seriayası əvvəlcə Gangan Online internet jurnalında 2009-cu ilin mayın 21-dən, 2012-ci ilin sentyabrın 27-nə dək nəşr olunurdu. Sonra isə, o yeddi tankobon cildə toplanılıb. Onlar 2010-cu ilin fevralın 22-dən, 2012-ci ilin sentyabrın 27-nə dək üzə çıxırdı. === Anime === Sunrise studiyası tərəfindən Şinci Takamatsu tərəfindən rejissorluğu ilə istehsal olunan anime adaptasiyası 2011-ci ilin oktyabrında anons edilmiş, ilk yayımı isə TV Tokyo-da 2012-ci ilin yanvarın 9-da baş tutmuşdur. Sonra o, AT-X, Bandai Channel, TVA, TVO kanallarında və onlayn şəkildə Niconico-da yayımlamışdır. Anime serialının seriyaları 6 Blu-ray və DVD cildində toplanmış, Yaponiyada 2012-ci ilin aprelin 3-ün və sentyabrın 4-dün arasında bu şəkildə buraxılmışdır. Bu disklərdə həmçinin bonus seriyalar və televiziyadakı ilk nümayişindən əvvəl Niconico-da çıxan seriyalar var idi.
A Hard Day's Night (albom)
A Hard Day's Night — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu.
A Night at the Opera (albom)
A Night at the Opera – Queenin 1975-ci ildə satışa çıxan albomu. Roy Thomas Baker & Queen tərəfindən hazırlanmışdır. Bu albomda 2 single var. Onlar "Bohemian Rhapsody", "You're My Best Friend"-dir.
Fate/stay night: Heaven's Feel
Fate/stay night: Heaven's Feel (azərb. Tale/gecə mübarizəsi: Cənnətin hissi‎) — Tomonori Sudonun rejissorluğu və Yuki Kaciuranın bəstəkarlığı ilə Ufotable studiyası tərəfindən çəkilmiş anime filmi trilogiyası. Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanının sonuncu – 3-cü hekayəsi olan "Heaven's Feel" hekayəsinin adaptasiyasıdır, hadisələrin əsas diqqət mərkəzində Sakura Matodur. Trilogiyanın birinci filmi olan "Presage Flower" filminin premyerası 14 oktyabr 2017-ci ildə baş tutmuşdur. İngilis dilinə dublajı 5 iyun 2018-ci ildə ABŞ-də buraxılmışdır. İkinci film "Lost Butterfly" 12 yanvar 2019-cu ildə ekranlaşdırılmışdır. Üçüncü və sonuncu film "Spring Song" isə 15 avqust 2020-ci ildə buraxılmışdır. "Kara no Kyōkai" film seriyasından, "Fate/Zero" və "Fate/stay night: Unlimited Blade Works" anime seriallarından sonra bu trilogiya Type-Moon şirkətinin əsərlərinin Ufotable studiyası tərəfindən çəkiləcək dördüncü anime adaptasiyasıdır. == Rollarda == Noriaki Suqiyama Şiro Emiya (衛宮 士郎, Emiya Shirō) rolunda. Noriko Şitaya Sakura Mato (間桐 桜, Matō Sakura) rolunda.
дворя́не изволнова́ться лакто... моль парово́зник подло́г реформа́т укра́дчивый выясня́ться дегтя́рный накалённый по́дкуп покоро́бленный снегопа́х balance-sheet duplex franklin full-sized longrod nose-piece override swing bolt натыкаться прямодушный улыбка