nilüfər
nimçəvari
OBASTAN VİKİ
Nim (rayon)
Nim (fr. Nîmes) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Qar. Suprefektura — Nim. Rayon əhalisi 2006-cı ildə 505 853 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 161 nəf / km². Rayon ərazisi — 3133 km².
Nim Olimpik FK
"Nim Olimpik" Futbol Klubu (fr. Nîmes Olympique club de football, Nim Olimpik və sadəcə Nim olaraq da bilinir) — Fransanın Nim şəhərini təmsil edən, Liqa 2-də oynayan və 1937-ci ildə qurulmuş olan peşəkar futbol klubu. Ev stadionu tutumu 18,482 nəfər olan Kostiyer stadionudur. Klubun hal-hazırkı baş məqşçisi Bernar Blankardır.
Siu Nim Tao
Siu Nim Tao (小念頭) - Vin Çun döyüş sənətində ilk öyrənilən "açıq əl" hərəkətlərinin kompleks formasıdır. Mənası "Kiçik ideyanın yumruğu" ifadəsini verir. Bu formada düzgün dayanmağa, dirsəyin düzgün vəziyyətinə, nəfəs vermə və nəfəs alma qaydalarının düzgünlüyünə, əl hərəkətlərinin düzgün yerinə yetirilməsinə diqqət yetirilir. Həm də bu forma ilə meditasiya etmək olar.
Abdullah Nimar Dərviş
Şeyx Abdullah Nimar Dərviş (1948, Kafr-Qasim[d], Mərkəz dairəsi – 14 may 2017) — İsraildə İslam hərəkatının banisi. == Həyatı == Dərviş 1948-ci ildə Kafr Qasimdə anadan olub. Nablusda dini təhsilini başa vurduqdan sonra Kafr Qasimə qayıdır və İslama və İslam ənənələrinə qayıtmağı təbliğ etməyə başlayır. Ardınca 1971-ci ildə İsraildə İslam hərəkatını qurur. 1979-cu ildə Dərviş Üsrət əl-Cihad ("Cihad ailəsi") adlı yeraltı təşkilat qurur. Məqsəd "Fələstində ərəb-islam dövləti" yaratmaq idi. İki il sonra bir neçə tərəfdaşı ilə birgə tutulur və terrorçu təşkilata üzvlükdə ittiham edilirlər. 1985-ci ilədək həbsdə qalan Dərviş İsrail və Fələstin Xalq Azadlıq Cəbhəsi Baş Komandanlığı arasında bağlanmış Cibril Sazişinə əsasən azadlığa buraxılır. == Mövqeyi == 1985-ci ildə azad edildikdən sonra Şeyx Dərviş ictimai fəal olmağa və zorakı fəaliyyətdə iştirak edən İsrail ərəblərinə qarşı çıxmağa başladı. 1992-ci ildə üç İsrail əsgərinin bir qrup İsrail ərəbləri tərəfindən öldürülməsini açıq şəkildə qınadı.Sonrakı illərdə fəaliyyətinə İsraildəki İslam hərəkatının Cənub şöbəsinin mənəvi lideri olaraq davam etdi.
Adrasteya (nimfa)
Adrasteya (yun.
Akdes Nimet Kurat
Akdes Nimet Kurat (22 aprel 1903, Kazan - 8 sentyabr 1971, İstanbul) — Tatar əsilli Türk tarixçi. == Həyatı == 22 aprel 1903-cü ildə, Kazanın Novoşeşminski rayonuna bağlı Berkete kəndində, Tahir Şahmurad ilə Şakirə İrfanın övladı olaraq dünyaya gəldi. 1920-ci ildə Bügülmə Litseyindən məzun oldu və təhsilinə davam etmək üçün öncə Leninqrad və arxasından Moskvaya getdiysə də, ali təhsilini buralarda tamamlamadı. 1922də, təhsilini davam etdirmək üçün Almaniyani planlasa da, Litva üzərindən Polşaya gedərkən pasaportsuz olduğu üçün tutuklandı və burada altı aya qədər həbsxanada yatdı. Həbsdən çıxmasının ardından Varşava yaxınlarındaki bir malikanədə təqribən il yarım çalışdı, bu əsnada Ləhcə öyrəndi. Polşadaki Türkiyə elçiliyindən aldığı pasaportla 1924-cü ilin noyabrında İstanbula gəldi.İstanbul Darülfünunu Ədəbiyyat fakültəsində tarix və fəlsəfə təhsili aldı. 1925 avqustunda Mehmet Fuad Köprülü tərəfindən Türkiyat İnstitutuna asisent olaraq alındı. may 1928-ci ildə tarix bölümündən məzun olmasının ardından Almaniyadaki Breslau və Hamburq üniversitətlərində Şərqi Avropa, Bizans tarixi, iqtisadi və fəlsəfə sahələrində təhsil gördü. 1933-cü ildə İstanbula dönməsiylə birlikdə orta zamanlar tarixi dosent adaylığına gətirildi. 1935-ci ildə Kurat soyadını aldı.
Aretusa (nimfa)
Aron Nimtsoviç
Aron Isayeviç Nimtsoviç (alm. A(a)ron Nimzowitsch‎A (a) ron Nimzowitsch, latış. Ārons Ņimcovičs‎; 7 noyabr 1886[…], Riqa – 16 mart 1935[…], Kopenhagen) — öz dövrünün ən böyük şahmatçı və şahmat nəzəriyyəçisi, şahmat tacına 1920–1930-cu illərdə namizəd, şahmat əsərlərinin müəllifi, hipermodernizm cərəyanın nümayəndəsi. == Həyatı == Şahmatı 8 yaşında atası (Riqanın güclü şahmatçısı) tərəfindən öyrənib. Uşaqlıqdan riyaziyyatla, xəttaqlıqla və dini mətnlərin öyrənməsi ilə maraqlanıb. 1896-cı ildə "Deutsches Wochenschach" jurnalı Baltikyanı ölkələrdə doqquz yaşlı bir uşağın yaxşı oynamağı haqqında yazırdı. Eyni jurnal 1904-cü ildə ilk dəfə Aronun oyununu haqqında yazılmışdı. Şahmata ciddi maraq ona artıq Berlin Universiteti təhsil alan zaman gəlir. İlk uğurunu 1906-cı ikdə Münhendə turnirdə birinci yer tutub(10 xaldan 8.5). Bu nəticəyə əsasən qrosmeyster statusunu alır.
Britomartida (nimfa)
Britomartida (yun.
Cəfər Nimeyri
Cəfər Məhəmməd Nimeyri (ərəb. جعفر محمد النميري‎‎; 1 yanvar 1931, Omdurman[d], Xartum[d] – 30 may 2009, Xartum) — Sudan dövlət xadimi, marşal. 1969-cu ildən 1985-ci ilə qədər Sudan Demokratik Respublikası (SDR) Prezidenti olmuşdur. == Həyatı == Cəfər Məhəmməd Nimeyri 1 yanvar 1931-ci ild' Sudanın Omdurman şəhərində, xırda burjua ailəsində anadan olmuşdur. O, 1952-ci ildə Sudan hərbi kollecini bitirmiş, sonralar Qərbi Almaniya və ABŞ-da hərbi təhsilini davam etmişdir. Nimeyri 1964-cü ilin oktyabrında yaradılmış "Azad zabitlər" gizli ordu təşkilatının liderlərindən idi. O, 1969-cu il mayın 26-dan dövlət çevrilişi etmiş zabitlər qruounun başçısı olmuşdur. Nimeyri 1969-1972-ci illərdə İnqilabi Şuranın sədri, baş nazir, silahlı qüvvələrinin baş komandanı idi. O, 1971-ci ilin oktyabrından SDR prezidenti və baş naziridir. O, 1972-ci ilin yanvarından Sudan Sosialist İttifaqının sədri və baş katibidir.
Dəfnə (nimfa)
Dəfnə (yun. Δάφνη) == Apollon və Dəfnə == Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çixmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır. Eyni zamanda oxu ilə Dəfnənin ürəyini yaralayaraq Apollona qarşı onda nifrət yaratmış olur. Dəfnənin gözəlliyindən divanə olan Apollon onu təqib etməyə başlayır. Onu tutub qucaqlamaq istərkən Dəfnə nifrət etdiyi Apollonun əlinə kecməmək üzün tanrılara və ilahə Geyadan təvəqqi edir ki, onu Apollonun arvadı olmaqdansa daşa ya da ağaca dönmüş olsun. Beləliklə Dəfnə ağaca çevrilmiş olur.
Exo (nimfa)
Exo (yun. Ἠχώ "əks səda") yunan mifologiyasında personaj, dağ nimfası - oreada. Rəvayətə görə Exo Zevsin nimfa ilə sevişməsini duymaması üçün Heranı daşındırdığı üçün ilahə onu nəhlətləyərək öz səsini almışdır. Buna gürə də danışmağı bilməyən Exo ancaq çağırışlara sonuncu sözü təkrarlayaraq hay verərmiş. Digər bir rəvayətə görə Nərgizə vurulan Exo ünsiyyət tapa bilməməsi üzündən məhəbbət qəmindən ölür, ondan tək səda və daşa dönmüş sümükləri qalmış olur. == Exo və Nərgiz == Rəvayətə görə Nərgiz çox yaraşıqlı gənc olduğundan bütün qızlar xüsusən nimfalar onu görcək ona vurularmışlar. Bu haldan çox lovğalanan Nərgiz heç kimi bəyənib sevməzmiş. Ancaq sevilməsindən lovğalıqla xoşhallanarmış. İlk dəfə çox gözəl qız olan nimfa Exo Nərgiz ov edərkən görmüş və ona aşiq olmuşdur. Danışa bilmədiyindən eşqini ona aşa bilməmişdir.
Filira (nimfa)
Filira (yun.
Kalipso (nimfa)
Kalipso (yun. Καλυψώ) yunan mifologiyasında Ogigia adasında yaşamış dəniz nimfası, titan Atlantın qızı , Hesiod teoqoniyasına görə Okean və Tefidanın qızı okeanida , Apllodora görə Nerey və Dorida qızı nereid kimi göstərilib.
Kallisto (nimfa)
Kallisto (yun.
Kirena (nimfa)
Kirena (yun.
Koronida (nimfa)
Koronida (yun. Κορωνίς) yunyn mifologiyasında nimfa, Apollonun sevgilisi və təbabət tanrısı Asklepin anası.
Lavandula nimmoi
Lavandula nimmoi (lat. Lavandula nimmoi) — dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü.
Leonard Nimoy
Leonard Nimoy (ing. Leonard Simon Nimoy; 26 mart 1931[…] – 27 fevral 2015[…]) — ABŞ aktyoru. "Star Trek" teleserialında Spok personajının ifası ilə məşhurlaşmışdı. == Həyatı == Leonard Simon Nimoy 26 mart 1931-ci ildə Massaçusetsin Boston şəhərində Ukraynanın İziaslav şəhərindən olan yəhudi mühacirlərin ailəsində anadan olub.
Martin Nimöller
Martin Fridrix Qustav Emil Nimöller (alm. Martin Friedrich Gustav Emil Niemöller‎; 14 yanvar 1892, Lippştadt, Almaniya İmperiyası — 6 mart 1984, Visbaden, Almaniya Federativ Respublikası) — protestant din xadimi, protestant yevangelist kilsəsinin pastoru, Almaniyada ən məşhur nasizm əleyhdarlarından biri, Beynəlxalq kilsələr şurasının prezidenti, "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Lenin mükafatı laureatı (1967). İlk vaxtlarda Hitleri dəstəkləyən Nimöller, nasistlərin hakimiyyətə gəlməsindən və onların irəli sürdükləri "ali irq" ideyasını, anti-dini kampaniyanı və yəhudilərə qarşı tətbiq etdikləri sərt qanunları gördükdən sonra qatı nasizm əleyhdarına çevrilmiş və Almaniyada Hitleri açıq şəkildə tənqid etməyə başlamışdır. Bu fəaliyyətinə görə 1937-ci ildə həbs edilmiş və yalnız 1945-ci ildə müttəfiq qoşunları tərəfindən Daxau həbs düşərgəsindən azad edilmişdir. Nimöllerin "Onlar gələndə" şeiri böyük populyarlığa malikdir: Nasistlər kommunistlərin dalınca gələndə, mən susdum, çünki mən kommunist deyildim. Onlar sosial-demokratları içəri atanda, mən susdum, çünki mən sosial-demokrat deyildim. Sonra onlar həmkarlar ittifaqlarının nümayəndələri üçün gəldilər, mən heç nə demədim, çünki həmkarlar ittifaqının üzvü deyildim. Sonra onlar yəhudilərin dalınca gəldilər, mən heç nə demədim, çünki mən yəhudi deyildim. Onlar mənim dalımca gələndə, buna etiraz edəcək heç kim qalmamışdı.
Nima Qum Muzeyi
Nima Qum Muzeyi (仁摩サンドミュージアム, Nima Sando Myuciamu) – Yaponiyanın Şimane prefekturasının Oda şəhərində, keçmiş Nima qəsəbəsinin ərazisində yerləşən və quma həsr olunmuş muzey. Burada dünyanın ən böyük qum saatı saxlanılır. == Tarixi == Muzeyin açılışı 3 mart 1991-ci ildə yerli bələdiyyə başçısının iştirakı ilə baş tutmuşdur. Muzeyin yaradılmasında məqsəd qəsəbə yaxınlığında yerləşən Kotoqahama çimərliyinin qumunu nümayiş etdirərək turist cəlb etmək olmuşdur. Belə ki, bu çimərliyin qumu "oxumaq" xüsusiyyətinə malikdir.Muzeyin memarı Nimada doğulmuş Şin Takamatsudur. O, muzeyin ən hündür piramidasını anasının qəbrindən görünə biləcək şəkildə dizayn etmişdir. == Xüsusiyyətlər == Muzey altı şüşə piramidadan ibarətdir. Ən böyük şüşə piramidasında Ginnesin Rekordlar Kitabına düşmüş dünyanın ən böyük qum saatı saxlanılır. Bu qum saatının yuxarı kürəsinin tam boşalması və aşağı kürəsinin tam dolması düz 1 il çəkir. Hər ilin 31 dekabr tarixində gecəyarısı qum saatı çevrilir.Qum saatının yerləşdiyi şüşə piramida 21 metr hündürlüyündə və 17 metr enindədir.
Nima Yuşic
Nima Yuşic (farsca: نیما یوشیج), əsl adı Əli İsfəndiyaridir (d. 12 noyabr 1895 – ö. 6 yanvar 1960) — sadəcə Nima adıyla tanınan İran şairi idi. Fars və mazandaran dillərində yazırdı. == Həyatı == Nima Yuşic kimi tanınan məşhur müasir İran şairi və fars azad şeirinin atası Əli İsfəndiyari 1897-ci ildə Mazandaranın uzaq və gözəl mənzərəli kəndlərindən olan Yuş kəndində dünyaya gəlmişdir. Nimanın atası İbrahim xan Əzəmus-səltənə şücaətli atçılardan idi və heyvandarlıq və əkinçiliklə məşğul olub. İbrahim xan musiqi və xəttatlıqla da məşğul idi. Anası da çox zövqlü bir qadın idi və daima Nizami Gəncəvinin "Yeddi gözəl" və Hafiz Şirazinin divanını oxuyurdu. Nimanın uşaqlıq illəri bu səmimi ailədə və İranın yaşıl və sıx şimal meşələrində keçmişdir. O, bir müddət çobanlarla birlikdə yaylaq və qışlaqları gəzib dolaşmışdır.
Nima Ərkani Hamid
Nima Ərkani Hamid (ing. Nima Arkani-Hamed; 5 aprel 1972, Hyuston) — İran əsilli Amerika-Kanada nəzəri fiziki. Ərkaninin valideynləri Iran və Təbriz şəhərinin əhalisindəndirlər.
Nimahil
Nimahil (fars. نمهيل‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 791 nəfər yaşayır (186 ailə).
Nimann-Pik xəstəliyi
Nimann-Pik xəstəliyi və ya sfinqomielinlipidoz – irsi sfinqomielinaza fermentinin irsi defekti ilə əlaqədar baş verən xəstəlik. Xəstəlik zamanı beyin qabığı hüceyrələrində, beynin ağ maddəsində, qaraciyərdə, dalaqda, sümük iliyində, böyrəküstü vəzilərdə, böyrəklərdə, limfa düyünlərdə, dəridə və qanın mononuklear hüceyrələrində (monositlər və limfositlər) sfinqomielinlərin miqdarı artır. == Haqqında == Xəstəliyin ilk əlaməti həyatın ilk ilində (çox vaxt 6-7 aylıq uşaqlarda) təzahür edir: tədricən qaraciyər və dalaq böyüyür, kəskin arıqlama və psixi inkişafın ləngiməsi müşahidə edilir; mərkəzi sinir sisteminin fəaliyyətinin pozulması fonunda piramid sistemin zədələnməsi əlamətləri müşahidə edilir (hərəkət pozulması, spasifik iflic və s.).Sonralar əzələ tonusu və reflekslər zəifləyir; idiotiya, korluq və karlıq müşahidə edilir. Xəstəlik 5 yaşına qədər ölümlə nəticələnir (xəstə uşaqların tez-tez infeksion və iltihabi xəstəliklərə tutulması ölüm hallarını tezləşdirir). Toxuma və üzvlərdən götürülmüş biopsiya müayinələrində Pik hüceyrələrinin görünməsi bu xəstəliyin əsas morfoloji diaqnostik kriteriyası sayılır.Xəstəliyin A, B, C olmaqla 3 tipi mövcudddur. Bir-biri ilə əlaqəli olan A və B tip 1 – cili turş sfinqomielinaza fermentinin əksikliyi və bunun nəticəsində sfinqomielin toplantısı ilə xarakterikdir. A tip xəstəlikdə, ağır formada sfinqomielinaza əksikliyi görünür, sfinqomielinin seramid və fosforilxolinə parçalanmasında pozğunluq yaranır.Bütün faqosit hüceyrələrində və neyronlarda artıq miqdarda sfinqomielin toplanır. Makrofaqlar lipid damlaları ilə dolur və stiplozma sanki incə vakuol və ya köpük kimi görünür. Elektron mikroskopda bu vakuolların ikincili lizosomlar olduğunu, bəzən də "zebr" cisimləri deyilən, mielin fiqurlarına oxşayan sitoplazmatik cisimciklər saxladığını görmək olur. Çoxlu sayda faqosit hüceyrələr olduğu üçün dalaq, qaraciyər, sümük iliyi, limfa düyünü, ağciyərlər ən çox zədələnən orqanlardır.Dalaq böyüməsinə çox rast gəlinir.
Oskar Nimeyer
Oskar Ribeyro de Almeyda Nimeyer Soares Filho (port. Oscar Ribeiro de Almeida de Niemeyer Soares Filho; d. 15 dekabr 1907, Rio-de-Janeyro, Braziliya – ö. 5 dekabr 2012, Rio-de-Janeyro, Braziliya) — dünya memarlığında iz qoymuş braziliyalı memar. O əsərləri üçün dəmir-beton istifadəsi ideyasının təşəbbüskarı olmuşdur. Nimeyerin layihələndirdiyi binaların boş hissələri və çox qəribə naxışları var. Ən böyük işi Braziliya şəhərinin planını hazırlamaq olmuşdur. Dövrün Braziliyadakı məşhur memarlarından Lusio Kosta və Karlos Leanın ofislərində memarlıq karyerasına addım atan Nimeyer, vaxt keçdikcə beynəlxalq müasir memarlığın ən tanınmış təmsilçilərindən biri olmuşdur. 1939-cu ildə Nyu Yorkda təşkil edilmiş ümumdünya sərgisindəki Braziliya pavilyonunun dizaynı ilə beynəlxalq memarlıq dünyasında daha da tanınmağa başlayan memar, Pampulyada daha geniş yayılmış böyük və fərqli məzmunlu layihələri hazırlamaq imkanı əldə etmişdir. Lakin çox məşhur bir memar olmasında və müasir memarlığın mühüm əsərlərindən bəzilərini yaratmasında Braziliya şəhərindəki dizaynlarının təsiri də az olmamışdır.

Значение слова в других словарях

карто́ха негра́мотная перестрахо́вывать прове́ренный расце́пка тёрщик инди́йский подсти́л попере́ться приди́ра прижи́ть ублю́дочный гранит beldam brush up candy striper casualism co-obligor Glauber's salt green bottom gristly keratin paca threefold малолетство