NİMET
NİNNİ
OBASTAN VİKİ
Brooklyn Nine-Nine
Occultic;Nine
Occultic;Nine (オカルティック・ナイン, Okarutikku Nain, azərb. Okkultik doqquzluq‎) — "Steins;Gate"-in yaradıcısı Çiyomaru Şikura tərəfindən yazılmış ranobe seriyası. Qancii tərəfindən illüstrasiya olunmuş manqa 2015-ci ilin oktyabrından nəşr olunur. 9 oktyabr 2016-cı ildən 25 dekabr 2016-cı ilə kimi A-1 Pictures tərəfindən çəkilmiş anime adaptasiyası yayımlanmışdır. == Məzmun == Paranormal elmi fantastika janrında olan ranobedə hadisələr 9 fərqli şəxsin ətrafından cərəyan edir. Bu 9 şəxs bir-biriləri ilə 17 yaşlı lisey tələbəsi Yuuta Qamon tərəfindən işlədilən "Chōjō Kagaku Kirikiri Basara" adlı okkult xülasə bloqu vasitəsilə əlaqə saxlayırlar. Bu doqquz nəfərin ətrafında baş verən kiçik uyğunsuzluqlar daha böyük və dünyanı dəyişdirə biləcək hadisəyə səbəb olur. == Personajlar == === Okkultik doqquzluq === Yuuta Qamon (我聞 悠太, Gamon Yūta) Səsləndirən: Yuki Kaci Okkult bloq işlədən və özünü xilaskar adlandıran oğlandır.Ryoka Narusava (成沢 稜歌, Narusawa Ryōka) Səsləndirən: Ayane Sakura Ruh rəhbəridir.Saray Haşiqami (橋上 サライ, Hashigami Sarai) Səsləndirən: Kayto İşikava İnkarçı, ultra-realist universitet tələbəsidir.Miyuu Aykaka (相川 実優羽, Aikawa Miyū) Səsləndirən: Hitomi Yoşida Moe falçısıdır.Toko Sumikaze (澄風 桐子, Sumikaze Tōko) Səsləndirən: Şizuka İto "Mumū" okkult jurnalının müxbiridir.Aria Kurenayno (紅ノ 亞里亞, Kurenaino Aria) Səsləndirən: Miyuki Savaşiro Qara magiya təmsilçisidir.Kiryuu Kusakabe (日下部 吉柳, Kusakabe Kiryū) Səsləndirən: Kişo Taniyama Müəmmalı adamdır.Ririka Nişizono (西園 梨々花, Nishizono Ririka) Səsləndirən: Mamiko Noto Gələcəyi təxmin edən docin manqakasıdır.Şun Moritsuka (森塚 駿, Moritsuka Shun) Səsləndirən: Tetsuya Kakihara Kospley otaku detektividir. === Digər === Asuna Kizaki Səsləndirən: Tetsuya Kakihara Liseydə oxuyan FBI müfəttişidir.Kohey İzumi Səsləndirən: Kenciro Tsuda "Blue Moon" adlı kafe işlədən qadındır.Çizu Kavabata Səsləndirən: Maria Naqanava Miyuu Aykakanın yaxın rəfiqəsidir. == Media == === Ranobe === Ranobe seriyası Çiyomaru Şikura tərəfindən yazılıb, pako tərəfindən illüstrasiya olunub.
Nine Inch Nails
Nine Inch Nails (qisaca NIN) — 1988-də ABŞ-də qurulmuş indastrial rok qrupudur. Nine Inch Nails musiqiçi, mahnı yazıçısı, prodüser Trent Reznor tərəfindən qurulmuş və albomlar onun tərəfindən yazılmışdır. Konsertlərdə isə Reznor, qrup işçiləri ilə birlikdə səhnədə olur. == Haqqında == 1980-cü illərdə Trent Reznor Right Track studiyalarında çalışan bir proqramçı olaraq işləyirdi. 1988-də studiyada bir mahnı yazmaq üçün icazə alır ancaq öz beynindəki planlara uyğun bir qrup tapa bilmədiyi üçün bütün alətləri özü çalmağa qərar verir. Bu ilk etdiyi qeydlər daha sonra 1994-cü ildə Purest Feeling olaraq icazəsiz şəkildə nəşr olunur. Bir çox mahnıda ilk albom olacaq Pretty Hate Machine mahnılarına çevrilir. Reznor, bu musiqi proyektinin adını isə Nayn Inç Neylz qoyar. Trent Reznor qrupun adını asanca qısaldıla bildiyi üçün seçdiyini deyir. 1989-cu ildə ilk albom Pretty Hate Machine nəşr olunur.
I Was Only Nineteen
"I Was Only Nineteen", "Only Nineteen" və ya A Walk in the Light Green – Avstraliya folk qrupu Redgumun ən məşhur mahnısı.
Ninel Qarayeva
Ninel İsrafil qızı Qarayeva (25 may 1932, Bakı – 4 aprel 2017, Bakı) — Biologiya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Ninel Qarayeva 25 may 1932-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra 1957-ci ildə AMEA Botanika İnstitutunun məqsədli aspiranturasına daxil olub. 1961-ci ildə Xarkov Dövlət Universitetində “Xəzər dənizinin qərb sahilboyu hissəsinin bentos diatom yosunları” mövzusunda namizədlik, 1975-ci ildə keçmiş SSRİ EA-nın Botanika İnstitutunda (Leninqrad) “Xəzər dənizinin diatom yosunları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Alimin elmi fəaliyyəti bütün dövrlərində yüksək qiymətləndirilib, müxtəlif illərdə Milli Elmlər Akademiyası və başqa təşkilatlar tərəfindən Fəxri fərman və diplomlarla təltif olunub. O, “Tərəqqi” medalı, “Əmək veteranı” medalı və “Sosialist yarışı əlaçısı” nişanına layiq görülüb. Ninel Qarayeva 4 aprel 2017-ci ildə 84 yaşında Bakı şəhərində dünyasını dəyişib. == Təltif və mükafatları == “Əməkdə fərqlənmə” medalı “Sosialist yarışı əlaçısı” nişanı “Tərəqqi” medalı == Elmi əsərləri == 1. Ross R., Cox E.J., Karayeva N.I. a. oth.
Ninel Yultıyeva
Ninel Yultıyeva (başq. Нинель Дауыт ҡыҙы Юлтыева; 3 fevral 1926, Ufa, SSRİ – 2014, Kazan) — Sovet balerinası, müəllim, xoreoqraf. Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti (1953). Rusiya Sovet Federativ Sosialist Respublikası xalq artisti (1957). Tatarıstan Respublikasının xalq artisti (1996). Başqırdıstan Respublikasının xalq artisti (1995) == Bioqrafiyası == 3 fevral 1926-cı ildə Ufada bir başqırd yazıçısı və ictimai xadimi Daut Yultiyevin ailəsində anadan olmuşdur. 1935–1941-ci illərdə A. Y. Vaqanova adına Rusiya Balet Akademiyasında oxumuşdur. 1968-ci ildə A. Y. Vaqanova adına Rusiya Balet Akademiyasının pedaqoji şöbəsini bitirir. 1972-ci ildə N. A. Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının xoreoqrafiya şöbəsini bitirib. 1941–1946-cı illərdə Başqırdıstan Opera və Balet Teatrının solisti olmuşdur.
Ninety One
Ninety One və ya 91 (qaz. Тоқсан бір; Toqsan bir; azərb. Doxsan bir‎) — 2015-cü ildə JUZ Entertainment tərəfindən qurulmuş Q-pop qrupu. Qrupun prodüsseri ORDA qrupun üzvü, Yerbolat Bedelxandır.Ninety one qrupu 5 üzvdən ibarətdir:ACE,ALEM,ZAQ,A.Z,BALA == Tarixi == Qrupun adı Qazaxıstanın müstəqilliyini qazanması ilə əlaqəlidir( Qazaxıstan öz müstəqilliyini 1991-ci ildə qazanmışdır).Qrup 2014-cü ildə K-Top Idols layihəsi əsasında yaradılmışdır. ZAQ ilə A.Z. bu layihənin qalibləri idi, ALEM ilə BALA isə onlara kastinq nəticəsində qoşulmuşdur. Cənubi Koreyanın S.M. Entertainment agentliyində oxuyandan sonra, ACE də qrupa qoşulub. Əvvəl qrupun adları KTI-boys və W idi. Amma, 2015-ci ilin sentyabrın 1-də Aýıptama (kiril Айыптама qaz. Qınama) adlı ilk sinqlı və onun musiqi videosunu buraxıb, qrupun adını indikinə dəyişiblər. Həmin musiqi videosu 20 həftə ərzində Qazaxıstan kanalların musiqi çartlarında baş yerləri tutmuşdur.
Ninetyer
Ninetyer Misirin ikinci sülaləsinin üçüncü kralıdır. Palermo daşında Ninetyerdən bəhs olunur və Sakkarada yerləşən bir yeraltı qaleriyasında tapılan palçıqdan möhürlər sayəsində bilinir. Bir çox insan həmin qaleriyanın məzar olduğu məsələsində həmfikirdir.
Nineva
Nineviya (akkad. Ninwe; новоарам. ܢܸܢܘܵܐ; ivr. ‏נינוה‏‎, Nīnewē; yun. Νινευη; lat. Nineve; ərəb. نينوى‎, Naīnuwa)—Assuriya dövlətinin paytaxtı. == Mənası == "Aslanlar yuvası" və "qan şəhəri" — Assuriya (Aşşur) imperiyasının paytaxtı Nineviyanı belə adlandırırdılar. == Tarixi == Assuriyanın Paytaxtı Nineviya idi. Assuriya Mesopotamiyanı, Suriyanı, Fələstin və Misiri işğal etdi, bütün Ön Asiyanı hakimiyyəti altında birləşdirdi.
Nineviya
Nineviya (akkad. Ninwe; новоарам. ܢܸܢܘܵܐ; ivr. ‏נינוה‏‎, Nīnewē; yun. Νινευη; lat. Nineve; ərəb. نينوى‎, Naīnuwa)—Assuriya dövlətinin paytaxtı. == Mənası == "Aslanlar yuvası" və "qan şəhəri" — Assuriya (Aşşur) imperiyasının paytaxtı Nineviyanı belə adlandırırdılar. == Tarixi == Assuriyanın Paytaxtı Nineviya idi. Assuriya Mesopotamiyanı, Suriyanı, Fələstin və Misiri işğal etdi, bütün Ön Asiyanı hakimiyyəti altında birləşdirdi.
Nineviya kitabxanası
Аşşurbаnipаlın kitabxanası yaxud Nineva kitabxanası — Assur dövləti hökmdarı Аşşurbаnipаl tərəfindən yaradılmış kitabxana. Аşşurbаnipаl tarixdə qədim yazılı abidələrin toplayıcısı və kitabxanaların təşkilatçısı kimi də məşhurdur. Kitabxanada 30 mindən çox mixi yazılı gil kitabələr saxlanılırdıdı. Burada ayrı-ayrı dövrlərdə yazılmış müxtəlif məzmunlu kitabələr toplanmışdı. Onların arasında əsatirlər, ədəbi əsərlər, riyaziyyata, coğrafiyaya, təbabətə və başqa sahələrə dair mətnlər və lüğətlər də vardı.Tədqiqаtçılаr müəyyən bir əsərin pаrçаlаnmış, dаğınıq düşmüş lövhələrinin аyrı-аyrı хırdа hissələrini kаtаlоqlаrın və sахlаmа sistеminin mövcud olmаsı sаyəsində birbirinə birləşdirə və əsərləri bərpа еdə bilmişlər. Hər bir əsərin lövhələri аyrıcа аğаc qutulаrdа (yеşiklərdə) və yа iri gil sаndıqlаrdа sахlanılırdı. Оnlаr sistemli qаydаdа rubrikаlаr üzrə yеrləşdırilirdilər: qrаmmаtikа, tаriх, hüquq, qаnun, аdətlər, təbiət hаqqındа biliklər (hеyvаnlаr, bitkilər, minеrаllаr), cоğrаfiyа, riyаziyyаt, аstrоnоmiyа, оvsunçuluq (cаdugərlik, sеhrbаzlıq), еhkаmlаr (hökmlər, əmrlər, göstərişlər), din, əfsаnələr və rəvаyətlər. Həmin dövrdə elm оvsunçuluqlа, möcü zəyə inаmlа sıх bаğlı оlduğundаn kitаbхаnаnın fоndunun əsаs hissəsini dini аyinlər (ibаdətlər, sitаyişlər), оvsunlаr (tilsimlər, cаdulаr) və dini mərаsimlər yаzılmış mətnlər təşkil еdirdi.Аşşurbаnipаlın Nineviyadakı kitabxanası 1849-1854-cü illərdə qazıntılar zamanı tapılmışdır. 1903 və 1914-cu illərdə Assur şəhərinin yеrində aparılmıs qazıntılar zamanı Orta Assur dövrünə (e.ə. XII əsrin sonu – XI əsrin əvvəlləri) aid olan qanunlar da aşkar edilmişdi.

Значение слова в других словарях

армя́чный бесприве́тный бесси́лен вскры́ться же́стик замухры́шистый урожа́йный фе́рменный хозя́йски зефи́рный обмётывать палеогеохи́мик перебрани́ть судострое́ние войт ташкем frillies meat-ball tamal tar-water unemployed анемичный вприпрыжку поединок юдоль