Nizar Məmmədov
Nizar Sakit oğlu Məmmədov (18 iyun 1986, Bakı) — Azərbaycanlı rəssam, UNESCO-nun Rəssamlar Birliyinin fəxri üzvü, Respublika və Beynəlxalq müsabiqələr qalibi, Vera kubokunun qalibi, İlin ən yaxşı rəssamı (2019).
Məmmədov Nizar Sakit oğlu 18 iyun 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ali təhsil almışdır.
Nizar Məmmədov Azərbaycan Respublikasının xalq rəssamı Sakit Məmmədovun oğludur.
İlk əsərini 12 yaşında çəkib. Sinqapur, Kipr, Manej, Luvr muzeylərində, Şanxayda, ümumiyyətlə dünyanın 57-dən çox yerlərində sərgiləri təşkil olunub. Rəssamlıqda müəllimi Böyükağa Mirzəzadə və Davud Kazımov olub, ən böyük müəllimi isə özünün dediyinə görə atası, məşhur rəssam Sakit Məmmədovdur.
O, həmçinin Sonun Başlanğıcı serialında baş rol "Mənsur" obrazını canlandırıb.
2004-cü ildə Türkiyədə "Yoxsulluğa qarşı" adlı beynəlxalq sərgi
2005-ci ildə Qalereya "1969"-da "İtaliya Azərbaycan rəssamlarının gözü ilə" sərgisi
2006-cı ildə Türkiyədə, Dəniz muzeyində "Beynəlxalq sərgi"
2007-ci ildə "Türkiyə-Azərbaycan rəssamlarının gözü ilə" sərgisi
Qalereya "1969"-da "Gənc rəssamların sərgisi"
5 il "Azərbaycan rəssamlarının sərgisi" nin qalibi (2004, 2005, 2006, 2007, 2008-ci illər)
"Gənc rəssamların sərgisi" (2004, 2005, 2006, 2007, 2008, 2010 2005 ,2006,2007-ci illər)
Qalereya "1969"-da "Novruz bayramına həsr olunmuş sərgi"
2010-cu ildə Qəbələdə "I Beynəlxalq sərgi"
2010-cu ildə Sinqapurda, "Naveo" qalereyasında "Beynəlxalq sərgi"
2010-cu ildə Muzey mərkəzində "Səttar Bəlulzadənin xatirəsinə həsr olunmuş sərgi"
2011-ci ildə Mimar Sinan Güzel Sanatlar universteti "Keçmişdən gələcəyə" adlı simpoziumun iştirakçısı
2011-ci ildə Koreyada, Koreya müharibəsindəki iştirakın 60 illiyinə həsr olunmuş Beynəlxalq İncəsənət sərgisi
2011-ci ildə Novruz bayramına həsr olunmuş sərginin qalibi (qızıl medal)
2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən "Survive Azerbaijan" adlı sərgi
2012-ci ildə Sinqapur, Fullerton otelinin qalereyasında "Qızıl əjdahanın simfoniyası" adlı sərgi
2012-ci ildə Türkiyə, Sapancada "TURKSOY"-un təşkil etdiyi "15-ci rəssamlar görüşməsi"
2012-ci ildə Beynəlxalq İstanbul simpoziumu
2012-ci ildə Gürcüstan, Tiblisdə "Milli İncəsənət Muzeyi"-də Azərbaycan və Gürcü rəssamlarının birgə iştirak etdiyi "Xoş gəlmisən, Azərbaycan!" adlı sərgi
2012–2013-cü illərdə Hollandiyada Azərbaycan rəssamları sərgisinin qalibi
2013-cü ildə Londonda Beynəlxalq sərginin iştirakçısı
2014-cü ildə Louvrda beynəlxalq sərginin iştirakçısı
2014-cü ildə Yaponiyada sərgi
2014-cü ildə Azərbaycan rəssamlarının sərgisi "Bakının işıqları" adlı sərginin qalibi (1-ci yer, qızıl medal)
2015-ci ildə Qəbələ beynəlxalq sərgisinin iştirakçısı
Heydər Əliyevin 90 illik münasibətilə "Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin memarıdır" adlı rəsm müsabiqəsinin qalibi (1-ci yer, qızıl medal)
2016-cı il Tahtakuşlar Özel Etnoqrafiya Qaleresinin Selim Turan Sanat qaleresində sərgi
2016-cı il İspaniyada beynəlxalq sərgi
2016-cı il Rusiyada beynəlxalq festival (Vera kubokunun qalibi)
2017-ci ildə Beliçkada beynəlxalq sərgi
2017-ci ildə Londonda Azərbaycan rəssamlarının sərgisi
2017-ci ildə İstanbulda Heyder Əliyevin 94-cü il dönümünə həsr olunmuş "Bir millət, iki dövlət" adlı sərginin qalibi
2017-ci ildə Sinqapurda beynəlxalq sərgi
2017-ci ildə Lüksenburqda Azərbaycan rəssamlarının sərgisi
2018-ci ildə Dubayda beynəlxalq sərgi
2018-ci ildə Böyük Britaniya kraliçası || Elizabetin 75 illik yubileyi şərəfinə "Windsor" qəsrində keçirilən "Royal Windsor Horse Show" atıcılıq tədbirinin iştirakçısı (kraliçanın qarşısında rəsm şousu)
2018-ci ildə Azərbaycan Dövlət Sərhəd qoşunlarının fəxri fərmanı adına layiq görülüb
2018-ci il Koreyada beynəlxalq sərgi
2018-ci il Portuqaliyada beynəlxalq sərgi
2018-ci il İstanbulda beynəlxalq sərginin iştirakçısı və qalibi
2019-cu ildə Türkiyə-Azərbaycan qardaşlıq ödülü
2019-cu il İlin ən yaxşı rəssamı.
Rəssam Nizar Məmmədovun atasının kimliyi ilk dəfə eşidənləri təəccübləndirib.