nord-est

m şimal-şərq; (du) ~ şimal-şərqi

nord
nord-ouest
OBASTAN VİKİ
Nord
Nord adası
Nord-Ost
Nord-vest
Nord adası
Nord adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Nordenşeld arxipelaqının ucqar şərq nöqtəsində yerləşir. Şərq adalar qrupuna daxildir. Bu qrupun şimal-şərq nöqtəsini təşkil edir. Şərqi istisna olaraq digər ərazilərdən arxipelaqın digər adaları ilə əhatələnmişdir: şimalında Kolomeysev adası, qərbində Evgeni Fyodrov adaları, cənub-qərbində Bianki adası və Kamenistı adası, bir qədər cənubda isə Dalnı adası adası yerləşir. Kolomeysev adası istisna olaraq digərləridə Şərq adaları qrupuna daxildir. Rusiyanın materik hissəsi ilə ada arasında mədafə 40 km təşkil edir. Cənubdan şimala doğru genişlənir.
Nord Stream
Şimal axını (alm. Nord Stream‎; rus. Северный поток) — Qərbi Avropanı təbii qazla təmin etmək üçün Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya uzanan təbii qaz kəmərləri şəbəkəsi. O, "Şimal axını 1" və "Şimal axını 2" adlı iki ayrı layihədən ibarətdir. Hər iki boru kəmərinin hər biri iki borudan, NS1 A və B, həmçinin NS2 A və B olmaqla, cəmi 4 fiziki borudan ibarətdir. Hər iki boru kəməri Rusiyadan başlayır və Almaniyanın Lubmin şəhərində bitir. Kəmərlər Almaniya, Hollandiya və Fransa maraqlı tərəfləri ilə birlikdə Rusiyaya məxsusdur (51 faiz). Layihə Rusiya, Almaniya, Fransa, Avstriya və Hollandiya şirkətlərindən ibarət konsorsium tərəfindən maliyyələşdirilib. Bu, Rusiya təbii qazını birbaşa Qərbi Avropaya çatdırmaq üçün Ukrayna və Polşadan yan keçən ilk boru kəməri idi. "Şimal axını 2" layihəsinə ABŞ başlanğıcdan bəri qarşı çıxırdı, çünki onlar Almaniyanın Amerikadan daha bahalı LNG almasını istəyirdilər.
Qrand Est
Qrand Est (fr. Grand Est), (keç. Elzаs — Şampа́n — Ardenlər — Lotarinqiya, fr. Alsace-Champagne-Ardenne-Lorraine, qıs. ACAL və ya ALCA) — Elzas, Lotarinqiya və Şampan-Arden bölgələrini birləşdirərək, 2014-cü ildə Fransada ərazi islahatı nəticəsində yaradılan region . Yeni bölgənin formalaşma tarixi 1 yanvar 2016-cı ildir . Ən böyük şəhər, bölgənin paytaxtı olan Strasburqdur.. Qanunun mətni birləşmiş bölgələrin əksəriyyəti üçün Fransanın mövcud regionların adlarını birləşdirən «tire» ilə birləşdirən müvəqqəti adını müəyyənləşdirir. Regional kapitalın daimi adı və yeri 2016-cı il 1 iyul tarixinə qədər Regional Şuranın qərarı ilə müəyyənləşdirilməli və 2016-cı il oktyabrın 1-dək Fransa Dövlət Şurası tərəfindən təsdiq edilmişdir .. İnzibati bölmənin müvəqqəti adı Elza + Şampan + Ardenlər + Lotarinqiya tarixi ərazilərinin adlarından ibarət idi.
Errare humanum est
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Il est là
Il est là (azərb. O, burdadır‎)— Fransanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Dani Doberson fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil. Mahnının musiqisi və sözləri Simone Vallaurisə məxsusdur.
C'est la vie
C'est la vie, Fransızcada həyat budur, əsl həyat, ya da həyat belədir! kimi bir məna daşıyan sözdür. Çox tez-tez istifadə edilən, birinin başına gəlmiş bir hadisə üzərinə söylənən və hadisəyə açıqlama gətirən qısa və aydın bir sözdür. Bu söz insanlara, başına gələnlərin bir tale olduğunu, əldən başqa birşey gəlmədiyini və hər kəsin başına gələ biləcəyini qısaca anlatmaq və təsəlli vermək məqsədilə deyilir. Həmçinin aşağıdakı mənalarda istifadə edilir: C'est la Vie, Kanada radio proqramı. C'est la Vie, Jennifer Babcockun cizgi serialı. C'est la Vie (Paryż z pocztówki)", 1987-ci ilə aid Andrzej Zaucha-nın bir mahnısı. C'est la Vie, Greg Lake-nin 1977-ci ildə çıxan albomu Works Volume I da bir mahnı. C'est la Vie, Beau Williams-ın Bodacious! Adlı albomundan 1984-cü ildə çıxan single.
Dulce Et Decorum Est
"Dulce et Decorum est" - İngilis şairi, Birinci Dünya müharibəsi iştirakçısı Uilfred Ouenin yazdığı, müharibənin acı səhnələrini tərənnüm edən tənqidi ruhlu şeir. Şeir müəllifin ölümündən sonra - 1921-ci ildə çap edilmişdir. "Dulce et Decorum est" müharibə əleyhinə yazılmış ən təsirli və yüksək əsərlərdən biri hesab edilir. == Məzmun == Şeir oxucuya Birinci Dünya müharibəsinin qanlı döyüş səhnəsini çatdırır. Zəhərli qaz hücumuna məruz qalmış əsgərlərdən biri maskanı taxmağa çatmır və döyüş yoldaşlarının qarşısında acı və yavaş şəkildə tələf olur. Ouen bu səhnənin bütün yuxularında gözünün qabağına gəldiyini bildirir və sonda oxucuya, ələlxüsus müharibə tərəfdarlarına müraciət edir: onlar müharibənin dəhşətli səhnələrinin şahidi olsaydılar fəxrlə cəmiyyətə "Dulce et decorum est pro patria mori!" (Nə şirin və şərəflidir Vətənçün candan keçmək!) misrasını bəyan etməzdilər. == Başlıq == Əsərin sonundakı iki misra və əsərin adı Roma şairi Horatiusun "Qəsidələr" əsərindən götürülmüşdür.Dulce et decorum est pro patria mori: mors et fugacem persequitur virum nec parcit inbellis iuventae poplitibus timidoque tergo.Vətənçün candan keçmək necə şərəfli və şirin! Ölüm fərarini axtararaq eləyir təqib. Borcunu yetirməyən gənci eləməyir rəhm Baxmır aman diləklərinə uzun, mütəaqib.Birinci Dünya müharibəsi ərəfəsində və dövründə bu misralar müharibə tərəfdarları tərəfindən tez-tez istifadə olunurdu. Ouenin əsərində isə bu misralar kinayə ilə deyilir.
Lex iniusta non est lex
Lex iniusta non est lex (azərb. Ədalətsiz qanun, ümumiyyətlə qanun deyil‎) — standart hüquqi maksim. Prinsip Müqəddəs Avqustin tərəfindən ortaya atılmış və daha sonra Akvinalı Foma tərəfindən istifadə edilmişdir. Martin Luter Kinq bu deyimi mülki hüquqlar hərəkatı zamanı afroamerikalılara qarşı irqi seqreqasiya və ayrı-seçkiliyi təsvir etmək üçün sitat gətirmişdir. Bu nöqteyi-nəzər təbii hüquq nəzəriyyəçiləri olan Con Finnis və Lon Lüis Fuller ilə əlaqələndirilir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Law and Morality, Edited by Kenneth Einar Himma, Seattle Pacific University, U.S. and Brian Bix, University of Minnesota, U.S. Philosophical theory and the Universal Declaration of Human Rights, William Sweet (ed.).