NORİ

is. \[yap. 海苔\] aşp. Dəniz yosunlarından hazırlanan məhsullar. Noridən, əsasən, yapon rolları (lavaşı) hazırlanır.
NONSENS
NOSTRİFİKASİYA
OBASTAN VİKİ
Nori
Nori, (yap. 海苔) – Uzaq Şərqdə yayılmış yosun növü. Yaponiya, Koreya və Çin norinin əsas istehsalçılarıdır. Omeqa-3 yağ turşusuna, EPK-ya və provitamin A-ya malikdir. Bu yosun asan hazırlanır, mətbəxdə universaldır. Nori dəyişməz olaraq ənənəvi şərq yeməklərində olur. O, balıq və molyusk iyi verir. Tünd rəngli nazik lövhələr şəklində satılır Nori adətən suşi və oniqirini bükmək üçün istifadə olunur. Nori parlaq iyə və incə xoş dada malikdir. Əriştələrdə və şorbalarda bir qarnir və ya dadvericidir.
Adela Noriega
Adela Norieqa (ispanca. Adela Amalia Noriega Méndez, 24 oktyabr 1969 Mexiko) — meksikalı aktrisa Adela Norieqa 1969-cu ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olub . Bütün dünyaya "Quadalupe" , "Şirin çağırış" teleserialları ilə məşhurlaşdı . Hər iki serialda da Baş rolları məşhur aktyor Eduardo Yanezlə paylaşan Adela Eduardo ilə sonradan sevgi münasibətləri yaşamışdı. Daha sonra Adela "Mariya Bonita " , Əsl məhəbbət " kimi serialları ilə tamaşaçıların qəlbini fəth etmişdi . Azərbaycan tamaşaçılarına "Quadalupe" serialı ilə tanınmışdı . Adela Norieqanın bir bacısı və bir kiçik qardaşı var . Mexiko şəhərində yaşayır .
Eduardo Noriega
Eduardo Norieqa Qomes (1 avqust 1973, Santander) — məşhur ispan aktyorudur. O, daha çox The Devils Backbotte filmindəki Jacinto obrazı ilə tanınır. 2011-ci ildə Boliviya, Fransa, İngiltərə və İspaniyanın müştərək istehsalı olan “Blackthorn” filmində rol almışdır.
Eduardo Norieqa
Eduardo Norieqa Qomes (1 avqust 1973, Santander) — məşhur ispan aktyorudur. O, daha çox The Devils Backbotte filmindəki Jacinto obrazı ilə tanınır. 2011-ci ildə Boliviya, Fransa, İngiltərə və İspaniyanın müştərək istehsalı olan “Blackthorn” filmində rol almışdır.
Ken Noritake
Ken Noritake (18 iyul 1922 - 6 mart 1994) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Noric
Noric və ya Norviç (ing. Norwich) — Böyük Britaniyada, İngiltərədə şəhər. Norfolk qraflığında yerləşir və regionun inzibati mərkəzidir. XI əsr ərzində Norviç İngiltərədə Londondan sonra ikinci ən böyük şəhər idi. Sənaye inqilabına qədər Noric İngiltərənin ən sıx məskunlaşmış qraflığının paytaxtı olmuşdur. 2011-ci il siyahıyaalınmasına görə Noric 213,166 nəfər əhalisi var. 2012-ci ilin mayında Noric İngiltərənin ilk YUNESKO Ədəbiyyat Şəhəri seçilmişdir.
Norihiro Nişi
Norihiro Nişi (d. 9 may 1980) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Noriko
Noriko — ad. Noriko Baba — keçmiş Yaponiya qadın futbolçusu. Noriko İşibaşi — keçmiş Yaponiya qadın futbolçusu.
Noriko Baba
Noriko Baba (d. 4 may 1977) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Noriko İşibaşi
Noriko İşibaşi (d. 5 may 1970) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.
Norilsk
Norilsk (rus. Норильск) — Rusiya Federasiyasının Krasnoyarsk diyarında şəhər. Norilskin iqlimi cənub bölgələrinin iqlimindən çox fərqlidir. İlin yarısı gecə, yarısı da gündüz olur. Şəhər qarın qara yağdığı, orta yaşın on yaş daha kiçik olduğu Rusiyanın ən çirkli bölgələrindən biridir. Uşaqlar nəfəs almaqda problem yaşayır, mis mədənləri yanında yaşayan məktəb çağı uşaqlarda qulaq, burun və boğaz xəstəlikləri digər bölgələrə görə daha yüksəkdir. Mədənçilik 1930-cu illərdə başlayıb. Şəhərdə bu gün ildə təxminən 500 ton mis və nikel oksid, 2 milyon ton kükürd dioksid havaya buraxılır. Həkimlər gələcək illərdə Norilskdə insanların səhhətində şiş, vərəm kimi xəstəliklərin ortaya çıxacağını deyir. Orta yaş müddəti isə 50 ildir.
Norilsk çayı
Norilsk çayı (Norilka, yuxarı axarlarda Talaya) — çay Rusiyanın Krasnoyarsk diyarı, Taymır Dolqan-Nenes rayonu ərazisi ilə şimala axır. Kara dənizi akvatoriyasına aiddir. Uzunluğu 57 km təşkil edir. Norilsk şəhərindən 7 km şimal-şərqdə Valek qəsəbəsi yerləşir. Çay başlanğıcını Melkoye gölündən götürür. Əsas qolları — Rıbnaya, Valek. Yay ərzində Norilka çayı gəmiçilik üçün yararlı olur. Xüsusu ilə göl turizm turları üzərində yerləşir. Kiçik qayıqlar Norilsk çayı ilə yuxarı doğru Melkoye gölünə üzürlər. Oradan isə Lama çayı ilə eyni adlı gölə çıxmaq olur.
Norinco
Norinco və ya "Şimali Çin Sənaye Korporasiyası" (ing. China North Industries Corporation) — Çin Xalq Respublikasına məxsus Dövlət korporasiyası. Şirkət əsasən hərbi məqsədli avtomobil və motosiklet , maşınqayırma məhsulları, optik elektron kəşfiyyat avadanlıqları, kimyəvi məhsullar, yüngül sənaye məhsulları, partlayıcı, silah istehalı və ilə məşğul olur. Bundan əlavə şirkət ÇXR-də inşaat sektorunda mülki layihələrlə məşğul olur. Norinco 1980-ci ildə, ÇXR Dövlət Şurasının təsdiqindən sonra qurulmuşdur. Çin Xalq Respublikasının Müdafiə Nazirliyi yanında Elm, Texnologiya və Sənaye Komitəsinin birbaşa səlahiyyətindədir. Harri Milholnun 1997-ci ildə ABŞ senatına təqdim etdiyi hesabata inansaq, şirkətin ABŞ-də aşağıdakı nümayəndə və tərəfdaşları var: Beta Chemical; Beta Chemical; Beta First; Beta Lighting; Beta Unitex; China Sports (Kaliforniya); Forte Lighting; Larin; NIC International (Nyu Cersi) Korporasiya həmçinin Afrika (CAR, Qvineya, Efiopiya), Mərkəzi və Cənubi Amerika (Boliviya), Yaxın Şərq (Küveyt) bazarlarındada fəaliyyət göstərir. Korporasiya müdafiə təyinatlı məhsulların istehsalı və ixracı üzrə ixtisaslaşıb. Korporasiyanın bəzi məhsulları Sovet texnikasının və silahlarının lisenziyalı nüsxələridir. Hal hazırda şkrkət Şirkət çoxsaylı raket sistemləri, amfibiya vasitələri, raket əleyhinə sistemlər, hava hücumundan müdafiə sistemləri, gecə görmə avadanlığı, informasiya sistemləri, yüksək effektiv yatırma sistemləri , hava bombaları, antiterror silahları, atıcı silahlar da daxil olmaqla inkişaf etmiş hərbi texnika istehsal edir.
Norinus
Nurnus - İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzası, sovet dövründə Ellər rayonu (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 13 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Nornus formasında da qeyd edilir. Toponim monqol dilində «göl» mənasında işlənən nur//nor sözündən və ərəb dilində «ucu şiş minarəli tikinti» mənasnda işlənən naus (>nus), sözündən əmələ gəlib «göl, arx, kənarında tikinti» mənasını bildirir. Toponim tərkibindən nur / nor sözü Azərbaycan dilində nohur (arx, gölməçə) formasında işlənir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1873 - cü ildə 372 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 550 nəfər, 1904 - cü ildə 457 nəfər, 1914 - cü ildə 512 nəfər, 1916-cı ildə 642 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və Türkiyədən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir.
Norio Omura
Norio Omura (d. 6 sentyabr 1969) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 30 oyun keçirib, 4 qol vurub.
Norio Yoşimizu
Norio Yoşimizu (d. 21 avqust 1946) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 1 qol vurub.
Noristaun
Noristaun (ing. Norristown) rəsmi olaraq Noristaun bələdiyyəsi (ing. Municipality of Norristown) — ABŞ-nin Pensilvaniya əyalətinin Montqomeri rayonunda bələdiyyə və rayonun mərkəzi.
Norit
Norit — süxur, tərkibində monoklin piroksen əvəzinə çox vaxt rombik piroksen (bronzit, yaxud hipersten) olan qabbro. Tərkibində iki başlıca minerallardan (labrador və rombik piroksen) başqa üçüncü mineral iştirak edirsə, onun adına görə ilmenitli (35–40%), kvarslı, olivinli və başqa növlərə ayrılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Noritaka Hidaka
Noritaka Hidaka (d. 29 may 1947) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Norişiqe Şina
Yamazaki Sokan (山崎宗鑑, 1465, Omi əyaləti[d], Tosando[d] – 1553, Kanonci[d], Kaqava prefekturası) – yapon renqa və haykay şairi. Norişiqe Şina əsl adıdır. Ən qədim haykay antologiyasını tərtib etdiyi üçün "haykunun atası" hesab olunur. Yamazaki Sokanın həyatı haqqında məlumatlar azdır. O, Omi əyalətində doğulmuş və şoqun Aşikaqa Yoşihisanın samurayı olmuşdur. Yoşihisanın ölümündən sonra İkkyunun Zen doktrinalarını öyrənmək üçün Kiotoya köçərək 1489-cu ildə buddist keşişi olmuşdur. Bəzi rəvayətlər onu səfil və dəli adam kimi təqdim etsə də, tarixi faktlara əsasən poeziya müəllimliyi edərək və kalliqrafiya ilə məşğul olaraq pul qazanmışdır. Sokan ən çox "İnu tsukuba şu" adlı haykay antologiyasına görə tanınır. O, bu əsərə özünün və başqalarının haykaylarını daxil etmişdir. Antologiya 1540-cı illərdə tərtib edilsə də, 1615-ci ildə nəşr olunmuşdur.
Ruka Norimatsu
Ruka Norimatsu (d. 30 yanvar 1996) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.

Значение слова в других словарях