Norinus

Nurnus - İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzası, sovet dövründə Ellər rayonu (Kotayk, Abovyan) rayonunda kənd.[2]

kənd
Nurnus
Norinus
40°21′27″ şm. e. 44°36′21″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Qırxbulaq mahalı]]
Rayon [[Ellər rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.400 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 532 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Nurnus xəritədə
Nurnus
Nurnus
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 13 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Nornus formasında da qeyd edilir[4].

Toponim monqol dilində «göl» mənasında işlənən nur//nor sözündən[5][6] və ərəb dilində «ucu şiş minarəli tikinti» mənasnda işlənən naus (>nus), sözündən əmələ gəlib «göl, arx, kənarında tikinti» mənasını bildirir.

Toponim tərkibindən nur / nor sözü Azərbaycan dilində nohur (arx, gölməçə) formasında işlənir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kənddə 1873 - cü ildə 372 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 550 nəfər, 1904 - cü ildə 457 nəfər, 1914 - cü ildə 512 nəfər, 1916-cı ildə 642 nəfər yalnız azərbaycanlı yaşamışdır[7].

1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və Türkiyədən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına gələ bilmişdir. Burada ermənilərdən başqa 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 61 nəfər, 1931-ci ildə 96 nəfər azərbaycanh yaşamışdır[7].

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin azərbaycanlı əhalisi 1947-1948-ci illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.191
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.46
  5. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.397
  6. Abdullayev Ə.Z. Azərbaycan dili məsələləri, Bakı, «Bakı Universiteti», 1992. 308
  7. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.46-47, 126-127

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]