North American X-15
X-15 A, çox yüksək hündürlüklərdə işləyə bilən, pilotlu, raketlə işləyən, hipersonik bir tədqiqat vasitəsidir. Bu vasitə; Boeing B-52 Stratofortress təyyarəsindən havada buraxılır və eniş nöqtəsinə göndərilir. Onun sürəti təqribən 6.7 Max (7200 km/saat) təşkil edir. NASA, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri (USAF), ABŞ Hərbi Dəniz Qüvvələri və North American Aviation aviasiya şirkətinin birgə proqramı nəticəsində çox yüksək sürətlə və çox yüksək yüksəkliklərdə insan və maddi amillər haqqında məlumat toplamaq üçün hazırlanmışdır. İlk uçuşunu 8 iyun 1959-cu ildə (B-52 daşıyıcı təyyarəsindən buraxılıb süzülərək) motorsuz etdi və motorlu olaraq ilk uçuşunu 17 sentyabr 1959-cu ildə həyata keçirmişdir. Cəmi 3 ədəd istehsal edilən bu təyyarə 22 avqust 1963-cü ildə yerdən 107 kilometr yüksəklikdə uçaraq hündürlük; 3 oktyabr 1967-ci ildə səs sürətini 6,7 dəfə (7200 km/ saat) üstələyərək sürət rekordlarını qırmışdır. 2004-cü ildə onun rekordunu NASA X-43 təzələmişdir.
X-15 proqramı, Gemini layihəsi, Merkuri layihəsi, Apollon proqramı və kosmik servis kimi idarə olunan kosmik uçuş proqramları üçün hipersonik hava axını, aerodinamik istiləşmə, hipersonik sürətdə nəzarət və sabitlik, atmosferə nəzarət kimi mövzularda çox əhəmiyyətli məlumatlar verdi. Proqram 24 oktyabr 1968-ci ildə son uçuşu ilə başa çatdı. Təyyarəni idarə etmiş 12 pilot arasında Neil Armstrong kimi astronavtlar olmuşdur.