Novorossiysk

coğ. Novorossiisk

novellaçı
Novosibirsk
OBASTAN VİKİ
Novorossiysk
Novorosiysk — Rusiya Federasiyasında yerləşən şəhər. Krasnodar diyarına daxildir.
Novorossiysk teleqülləsi
Novorossiysk teleqülləsi — Novorossiyskdə yerləşən radio və televiziya yayım stansiyası. Teleqüllənin ilk start-up kompleksinin tikintisi 1996-cı ildə başa çatmışdır şYerli rəqəmsal və analoq televiziya yayımı və radio yayım üçün istifadə olunur. " Rusiya Televiziya və Radio Yayımları Şəbəkəsi " Federal Dövlət müəssisəsinin filialının bir hissəsidir. Krasnodar Televiziya və Radio Yayımları Şəbəkəsinə tabedir. Qüllənin konstruksiyası dəmir-betondan hazırlanmış çəkisi 12 min ton, anten hissəsi isə 300 tondur. On doqquz mərtəbəli tikilidə bütün texnoloji avadanlıqlar yerləşdirilmişdir. Texnoloji kompleksin mərkəzləşdirilmiş idarəetmə məntəqəsində nəzarət 24 saat fəaliyyət göstərən personallar işləyir. Qüllənin aşağı hissəsində bu obyektin həyati fəaliyyətini təmin etmək üçün techizatlar yerləşir RTPS Novorossiysk, beton strukturlu qüllənin qurulması üçün unikal texnologiyalar əsasında hazırlanmış obyektdir: layihə, keçmiş SSRİ-də mövcud olan bütün televiziya qüllələri kimi tikilmişdir .
Bakı-Novorossiysk neft kəməri
Bakı-Novorossiysk neft kəməri — Xəzər dənizi neftini Qara dəniz sahilində yerləşən Rusiya limanı Novorossiyskə daşımaq üçün nəzərdə tutulan neft kəməri, Şimal marşrutu. == Haqqında == Bakı-Novorossiysk neft kəmərinin ümumi uzunluğu 1347 km, o cümlədən: - Azərbaycan hissəsi 231 km; - Rusiya hissəsi 1116 km (1983-cü ildə tikilmiş, 1995-1996-cı illərdə ABƏŞ və ARDNŞ tərəfindən hərəkət istiqaməti dəyişdirilmişdir). Kəmərin maksimum ötürmə qabiliyyəti gündə 105 min bareldir. Borunun diametri - 720 mm., nasos stansiyalarının miqdarı 12. Maksimal daşıma qabiliyyəti ildə 6 mln. ton. Daşıma qabiliyyətini ildə 17 mln. tona qədər artırma ehtimalı var. Neft kəmərinin hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı 60 mln. dollarlıq iş görülmüşdür.