NOVRUZİ

сущ. истор. новрузи (в средние века – налог, налагаемый на население перед праздником Новруз)
NOVRUZÇİÇƏYİ
NOVRUZQABAĞI
OBASTAN VİKİ
Fərid Novruzi
Fərid Novruzi (azərb. Fərid Əlibəy oğlu Novruzi‎) — "Novco" şirkətlər qrupunun rəhbəri, Azərbaycan Çimərlik Futbol Federasiyasının prezidenti və səyyah-alpinist. == Həyatı == Fərid Əlibəy oğlu Novruzi 24 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub. O, məşhur arxitektor, Azərbaycan Respublikasının əməkdar memarı Əlibəy Novruzinin oğludur. Fərid Novruzi 1993-cü ildə 150 saylı məktəbi bitirmişdir. Həmin il Memarlıq və İnşaat Universitetində Memarlıq fakultəsinə qəbul olmuş, 1998-ci ildə isə bakalavr dərəcəsinə yiyələnmişdir. 2000-2002-ci illərdə isə Qərb Universitetində MBA dərəcəsi almışdır. Ailəlidir, yeddi övladı var. Fərid Novruzinin qurucusu olduğu Novco şirkətlər qrupu 1994-cü ildə yaradılmışdır, bu onun memarlıq fəaliyyəti ilə bağlı idi. 1999-cu ildə isə Bakıda ilk "LC Waikiki" mağazasını açmışdır.
Rəhim Novruzi
Rəhim Novruzi (fars. رحيم نوروزي‎) - İran aktyorudur. 1967-ci il təvəllüdlüdür. Bir çox filmlərdə rol almlış və mükafatlar qazanmışdır. Ədəbi ənənələrlə teatr nümayişi sahəsində bakalavr dərəcəsi almışdır. Pakistan, Misir və digər ölkələrin filmlərində rol almışdır.
Əlibəy Novruzi
Əlibəy Nəzərəli oğlu Novruzi (8 noyabr 1942, Bakı – 4 mart 2021, Bakı) — Azərbaycan memarı, rəssam, Azərbaycan Memarlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar arxitektoru (1991), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). Əlibəy Novruzi 8 noyabr 1942-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Moskva Memarlıq İnstitutunu bitirib. Memarın əsas fəaliyyəti elə gənc yaşlarından, təhsilini bitirdiyi illərdən – 1967–1969-cu illərdən başlayır və bu yaş üçün qeyri-adi olan yeniliklərə imza ataraq ölkədə və ölkə hüdudlarından kənarda tanınmağa başlayır.. Əlibəy Novruzi 3 il dalbadal SSRİ–nin "İlin ən yaxşı memarlıq layihəsi" müsabiqəsinin qalibi olub. "Küləyin binada hərəkəti" mövzusunda dissertasiya yazıb. Əlibəy Novruzi Sumqayıtın baş memarı olub. 600-dən artıq memarlıq layihəsinin, 400-yə yaxın rəsm əsərinin və 3 kitabın müəllifi olmuşdur. Əlibəy Novruzi 2021-ci ildə vəfat edib..

Значение слова в других словарях