NUMİZMATİKA

[lat. numisma-pul] нумизматика (къадим ракьун пулар, медалар кӀватӀна абур чирдай илим).
NUMİZMATİK
NUN
OBASTAN VİKİ
Numizmatika
Numizmatika (lat. numisma - sikkə) — sikkələr, onların zərb tarixi, qiyməti, istifadə edilmə müddəti, nominal və həqiqi dəyərlərini öyrənən elm. Numizmatika sözünə ilk dəfə qədim Romanın yazılı mənbələrində rast gəlinir. Bu söz latın dilindən yunan dilinə keçərək müəyyən dəyişikliyə uğrayaraq "moneta" kimi tərcümə olunur və "təyin edirəm", "qanuniləşdirirəm" mənalarını verir. Sikkənin forma, təsvir, yazı, emblem tədqiqi, pul kəsən ölkələrin iqtisadi-siyasi, mədəni və ideoloji tarixinin öyrənilməsində mühüm rol oynayır. Pulların çəkisinin və metal nümunəsinin öyrənilməsi müxtəlif pul vahidləri münasibətlərini və bir sıra iqtisadi hadisələri müəyyənləşdirməyə imkan verir. Ayrı-ayrı sikkə və bütöv dəfinə tapıntılarının, zərbxanaların tədqiqi pul münasibətlərinin mahiyyətini, qədim ticarət yollarının istiqamətini, sənaye yollarının istiqamətini, əmtəəlik dərəcəsini, mübadilə formalarını təyin edir. Sikkələr yazılı və arxeoloji mənbələrin tədqiqi ilə sıx əlaqədə öyrənilir. Numizmatika sikkələri və s. numizmatik əşyaları, həmçinin onların hazırlanma texnikası və istehsalat sənəti nöqteyi-nəzərindən də öyrənir.
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondu
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondu — Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Numizmatika Elmi Fond Şöbəsinin tərkibində numizmatik materialların toplanması, qorunması, sistemləşdirilməsi, tədqiqi və təbliği məqsədilə fəaliyyət göstərən vahid numizmatik mərkəz 1920-ci ildə Yevgeni Aleksandroviç Paxomovun (1880–1965) gərgin əməyi sayəsində Azərbaycan Tarixi Muzeyinin "Arxeologiya, tarix və etnoqrafiya"şöbəsinin tərkibində yaradılan Numizmatika kabineti (az sonra Numizmatika fondu) çox keçmədən Tarix Muzeyinin ən zəngin fonduna çevrilmişdir. Yaradıldığı ilk illərdə cəmi 103, 1928-ci il məlumatına görə 4734–1939-cu ilə görə 1 6728 sikkədən ibarət kolleksiyaya malik olan bu fond indi respublikada 100 000-dək sikkənin saxlanıldığı, tədqiq və təbliğ olunduğu vahid numizmatik mərkəzdir. Fond sikkələrinin əsas hissəsini Azərbaycan Respublikası ərazisində tapılmışvə zərb edilmiş sikkələr təşkil edir. Bunların sırasında Azərbaycanın feodaldövlətləri – Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Azərbaycanatabəyləri, Qaraqoyunlular, Ağqoyunlular , Səfəvilər və Azərbaycan xanlıqlarınaməxsus sikkələr xüsusi önəm daşıyır. Fondda həmçinin antik və Şərq sikkələrindən ibarət kolleksiyalar, qədimYunanıstan şəhərlərinin, Roma, Bizans imperiyalarının, ellinist dövlətlərin (Selevkiya, Parfiya, Baktriya), Sasanilər, Ərəb Xilafəti, Səlcuqlar, Elxanilər, Cuçilər, Osmanlılar, Əfşarlar, Qacarlar, Baburilər və b. dövründə zərb olunmuş və Azərbaycan ərazisində tapılan, eləcə də, demək olar ki, bütün dünya ölkələrini(Qərbi Avropa, Rusiya, Hindistan, Çin və b.) təmsil edən kolleksiyalar mövcuddur. Azərbaycan numizmatikasının bir elm kimi təşəkkülü və sonrakı uğurları Numizmatika fondunun təsisçisi və Yevgeni Paxomovun fəaliyyəti ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə Azərbaycan ərazisində aşkara çıxarılan ilk, təsadüfi sikkə tapıntıları fondda yerləşdirilmiş, qeydə alınmış, sayı artırılmış, tədqiq və nəşr olunmuşdur. Azərbaycan tarixinə, arxeologiyasına və numizmatikasına həsr edilmiş 100-dən artıq məqalə, "Azərbaycanın və Qafqazın digər respublika, vilayət və əyalətlərinin sikkə dəfinələri", "Gürcüstan sikkələri","Azərbaycan sikkələri " əsərləri Y. Paxomov qələminin məhsuludur. 1968-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə muzeydə "Numizmatika və epiqrafika " şöbəsi yaradılmış və Y. Paxomovun davamçısı Əli Məhəmməd oğlu Rəcəbli şöbənin və numizmatika fondunun müdiri təyinedilmişdir.
Azərbaycan numizmatikası
Azərbaycan numizmatikası — Azərbaycanda pul işinin və pul dövriyyəsinin mərhələləri toplusu. == Azərbaycan numizmatikası feodal dağınıqlığı dövründə == Azərbaycanın tarixində XVIII əsrin II yarısı XIX əsrin I rübü numizmatik nöqteyi-nəzərdən çox mürəkkəb, ziddiyyətli bir zamandır. Bu dövr əslində tarixi Azərbaycan torpaqlarının hissə-hissə parçalanması, Səfəvi imperiyasının sonu, Şərqi Avropanın və yeni Rusiya imperiyasının Qafqaza işğallarının başlanması və sona çatması dövrü idi. Əslində bu dövr numizmatik materialları olmadan yazılı sənədlər vasitəsilə araşdırılması mümkün olan bir zamandır. Buna baxmayaraq, Azərbaycanın son müstəqil pul və pul dövriyyəsinin öyrənilməsi baxımından müəyyən açılması mümkün olmayan məsələlərə aydınlıq gətirə bilər. == Xanlıqlar dövründə pul dövriyyəsində xarici ölkələrin pul vahidlərinin rolu == Beləliklə, göstərilən zamana aid olan dəfinələr və pul nominalları göstərir ki, Nadir şahın ölümündən sonra da Azərbaycanda ayrı-ayrı pul nominalları dövriyyədə istifadə olunurdu. Belə ki, XVIII əsrin 50-ci illərində son Səfəvilərdən I Süleymanın və III Abbasın gümüş pulları, Nadir şahın sikkələri, Böyük Moğol imperiyasının rupiləri, Osmanlıların Təbrizdə, Gəncədə, Tiflisdə və İrəvanda zərb etdikləri onluq və beşlikləri, o cümlədən İranda Azərbaycan hakimiyyətinə can atan ayrı-ayrı yerli hakimlərin İmam Rzanın və Mehdi-əz Zamanın adından zərb olunan anonim pullar dövriyyədə istifadə olunurdu. Bu sikkələr yazılı mənbələrdə "imami" pulları adlanırdı. Pul bazarında qarışıqlıq Qubalı Fətəli xanın hakimiyyəti zamanı nisbətən sabitləşdi. Vəziyyət Qacarın hakimiyyəti zamanı daha da yaxşılaşdı.
Azərbaycan numizmatikası (xanlıqlar dövrü)

Значение слова в других словарях