Ziyadxan Nəbibəyli
Ziyadxan İsrafil oğlu Nəbibəyli – (1946), professor, elmlər doktoru, Azərbaycan Yazıçılar və jurnalistlər birliklərinin üzvü.
Ziyadxan Nəbibəyli Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin gündüz şöbəsinə qəbul olur, fəal komsomolçu olur, yaxşı oxuduğu üçün onu Moskva Bauman adına Fizika-Texnika Universitetinə göndərirlər, oradan ordu sıralarına göndərilir və ordudan tərxis olunduqdan sonra doğma Universiteti müvəfəqiyytlə başa vurur.
Başqa bir qeyd edilməli məqam isə Ziyadxan Nəbibəylinin ali təhsili başa vurduğu ildə Politexnik İnstitutunda (indiki Texniki Universitet) ilk günlərdən tələbələrə mühazirə oxumalı olmuşdur. Hətta, 5-ci kurs tələbələrin arasında onun özündən yaşca böyük və ailə qurmuş tələbələrdə olmuşdur.
Bakı şəhərinin Oktyabr rayonu (indiki Yasamal) 176 və 80 saylı orta məktəblərində də dərs aparan Ziyadxan Nəbibəyli XX əsrin 70-ci illərindən Azərbaycan Elmlər Akademiyasının Neft-Qaz Problemləri Institutunun fizika-kimya laboratoriyasının əməkdaşı olur. Əlbəttə, o, buraya bir təsadüfdən gəlməli olur. Bundan əvvəl AREA-nın fizika institutuna elmi seminara gəlirdi, institutunun direktoru, akademik Həsən Abdullayevlə yaxşı münasibətlər də qurmuşdu.
Belə ki, 1969-cu ilin dekabr ayında "səhətinə" görə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyən professor Məmməd İsgəndərovu Akademiyanın Neft-Qaz institutuna müdür təyin edirlər. Bir müddətdən sonra M.Isgəndərov bu vəzifəsindən də istefaya getməli olur. Institutda xeyli hörmət, nüfuz qazanmağına, gecə-gündüz elmi işləri ilə məşğul olmağına baxmayaraq yeni rəhbərlik Ziyadxan Nəbibəylini M. İsgəndərovun "adamı", onun "qohumu" kimi sıxışdırmağa başlayır, müdafiə işlərinə əngəllər törədir, baxmayaraq ki, onun elmi əsərlərində institut müdürünün adı birinci gedirdi.