olimpiya oyunları 2021

olimpiya oyunları
olimpiya
olimpiyaçı
OBASTAN VİKİ
Olimpiya Oyunları
Olimpiya oyunları — Beynəlxalq idman aləminin ən populyar ictimai təşkilatı, 4 ildən bir keçirilən ən böyük beynəlxalq idman müsabiqəsi. Qədim Yunanıstanda mövcud olmuş Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi Baron Pyer de Kuberten təklif etmişdir . Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir. Bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil. 1924-cü ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına nəzərən iki il irəli çəkildi. Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuş, Olimpiya müharibə ideyası ilə heç vədə bir yerə sığmamışdı. Qədim Yunanıstanda Olimpiya oyunlarının yaranmasından söz gedərkən oyunların əsası, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı.
2015 Olimpiya Oyunları
2015 Avropa Oyunları — 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən idman yarışı. 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda 50 Avropa ölkəsindən 6000-dən çox idmançı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Avropa Oyunlarının məşəlini isə Bakı Olimpiya Stadionuna 2 qat Paralimpiya Çempionu, Qarabağ qazisi cüdoçu İlham Zəkiyev gətirib.
Antik Olimpiya oyunları
Olimpiya oyunları (yunanların (ellinlər) ən böyük milli bayramı. Dörd ildən bir Peloponnes yarımadasında yerləşən Olimpiya şəhərində keçirilirdi. == Oyunların yaranması == Qədim rəvayətə görə bu oyunlar hələ Kronosun dövründə İdalı Heraklın (Zevsin oğlu Herakl ilə qarışdırılmamalıdır) şərəfinə yaranmışdır. Belə ki, rəvayətə əsasən Reya yeni anadan olmuş Zevsi kahinləri kuretlərə verir. Onlardan beşi Krit adasında yerləşən İda şəhərindən Olimpiyaya gəlir. Həmin vaxt Olimpiyada artıq Kronosun şərəfinə ucaldılmış məbəd var idi. Hamını qaçış yarışlarında məğlub edən Herakl cır zeytun ağacının budağı ilə mükafatlandırılır. Herakl həm də yarışları Olimpiyaya gəlmiş idiyalı qardaşların sayına görə beş ildən bir (bütün illər sayılır) keçirilməsinin əsasını qoyur. Lakin sonra oyunların keçirilməsinə son qoyulur. Oyunlar bir də e.ə.
Qış Olimpiya Oyunları
Qış Olimpiya Oyunları — "Ağ Olimpiadalar" adlanan ilk yarışlar 1924-cü ildə Fransanın Şamoni şəhərində keçirilib. Burada 16 ölkənin 293 idmançısı medallar uğrunda mübarizə aparıb. İndiyədək sayca 22-ci Qış Olimpiya Oyunları keçirilib.
Qədim Olimpiya oyunları
Olimpiya oyunları (yunanların (ellinlər) ən böyük milli bayramı. Dörd ildən bir Peloponnes yarımadasında yerləşən Olimpiya şəhərində keçirilirdi. Qədim rəvayətə görə bu oyunlar hələ Kronosun dövründə İdalı Heraklın (Zevsin oğlu Herakl ilə qarışdırılmamalıdır) şərəfinə yaranmışdır. Belə ki, rəvayətə əsasən Reya yeni anadan olmuş Zevsi kahinləri kuretlərə verir. Onlardan beşi Krit adasında yerləşən İda şəhərindən Olimpiyaya gəlir. Həmin vaxt Olimpiyada artıq Kronosun şərəfinə ucaldılmış məbəd var idi. Hamını qaçış yarışlarında məğlub edən Herakl cır zeytun ağacının budağı ilə mükafatlandırılır. Herakl həm də yarışları Olimpiyaya gəlmiş idiyalı qardaşların sayına görə beş ildən bir (bütün illər sayılır) keçirilməsinin əsasını qoyur. Lakin sonra oyunların keçirilməsinə son qoyulur. Oyunlar bir də e.ə.
Yay Olimpiya Oyunları
Yay Olimpiya Oyunları — hər dörd ildən bir yay fəslində keçirilən bütün dünyanı əhatə edən çox növlü idman yarışı. Qədim Yunanıstanda yaranmışdır. Müasir Olimpiya Oyunları ilk dəfə 1896-cı ildə Afinada keçirilmişdir. Qədim Yunanıstanda hələ 28 əsr bundan əvvəl kimin daha güclü, çevik və cəld olduğunu aşkara çıxarmaq üçün atletlərin yarışı keçirilərmiş. Ən böyük və məşhur idman yarışları Olimpiya şəhərində keçirildiyi üçün bu oyunlar Olimpiya Oyunları adlanırdı.Olimpiya Oyunları Yunanıstanda böyük bir bayram sayılırdı və 1417 gündən bir, yəni hər dörd ildən bir keçirilirmiş. Əvvəllər olimpiyaçılar yalnız qaçışın sürətinə görə yarışırmışlar. Lakin illər keçdikcə Olimpiya Oyunları yarışlarının proqramına həmçinin pentatlon (beşnövçülük: qaçmaq, nizə və disk tullamaq, uzununa tullanmaq, güləşmə), yumruq döyüşü, ikitəkərli arabalarda yürüş də daxil edilir. Olimpiya bayramlarında incəsənət müsabiqələri də keçirilərmiş, məsələn, şairlər Olimpiya Oyunlarının şərəfinə qoşduqları şeirləri və himnləri oxuyar, natiqlər qalibləri tərifləyərmişlər. Müasir Olimpiya Oyunlarının tarixi XIX əsrin axırlarında başlanır. 1896-cı ildə Afina şəhərində antik Olimpiadaların nümunəsi əsasında çox böyük beynəlxalq idman yarışları keçirildi.
1896 Yay Olimpiya Oyunları
1896 Yay Olimpiya Oyunları və ya rəsmi adı ilə I Yay Olimpiya Oyunları, 6-15 aprel 1896 tarixləri arasında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan çox idman növlü yarış. Tarixin birinci müasir Olimpiya Oyunlarının Afina şəhərində baş tutması Qədim Olimpiya Oyunlarının məhz elə Yunanıstanda yaradığı üçündür. 1894-cü ilin 23 aprel tarixində Paris şəhərində fransız pedaqoq Pyer de Kuberten tərəfində baş tutan konqres zamanı yarışların Afina şəhəri keçirilməsi qərara alınmışdı.
1900 Yay Olimpiya Oyunları
Müasir dövrdə daha çox II Olimpiya Oyunları kimi tanınan 1900-cü il Yay Olimpiyadası 1900-cü ildə Fransanın Paris şəhərində təşkil olunan beynəlxalq çox idman növlü yarışdır. Açılış və bağlanış mərasimləri keçirilməmişdir. Oyunlar mayın 14-də başlamış və oktyabrın 28-də başa çatmışdır. Oyunlar 1900-cü il Ümumdünya sərgisinin hissəsi kimi keçirilib. 19 idman növündə 997 Olimpiyadaçı iştirak edib. Qadınlar birinci dəfə idi ki , Olimpiya oyunlarında iştirak edirdilər və yelkənli qayıqsürmə idmançısı Elen de Purtale birinci qadın olimpiya çempionu oldu. Yarışların bazar günü keçirilməsi haqqında qərar bir çox Amerikali idmançılar tərəfindən etirazla qarşılanmışdı. 1895-ci il Sarbonna konfransında Pyer de Kuberten 1900-cü il Yay Olimpiya Oyunlarının Fransada təşkil olunmasını təklif edib. Konfrans nümayəndələri beş il gözləmək istəməyib və birinci Olimpiya oyunlarının 1896-cı ildə keçirilməsini qanun kimi qəbul edib. Qərara əsasən, 1896-cı il Yay Olimpiya Oyunlarının Afinada , ikinci Yay Olimpiya Oyunlarnın isə bundan dörd il sonra Fransada keçirilməsi nəzərdə tutulub.
1904 Yay Olimpiya Oyunları
1904 Yay Olimpiya Oyunları — ABŞ-nın Sent-Lüis şəhərində keçirilmişdir. Oyunlarda 12 ölkədən 651 idmançı mübarizə aparmışdır.
1906 Yay Olimpiya Oyunları
1906 Yay Olimpiya Oyunları(22 aprel — 2 may) — Yunanıstanın Afina şəhərində təşkil edilmişdir. 20 ölkədən 7-si qadın olmaqla 877 idmançı yarışmışdır. Yunanıstan 1896-cı ildə həyata keçirilən ilk olimpiadalardan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət edərək 10-cu il şərəfinə xüsusi bir olimpiada təşkil etməsini tələb etdi. Yunanıstanın bu tələbi qəbul edildi və 1906-cı ildə ara olimpiadalar edilməsinə qərar verildi. Oyunlar üçün rəsmi olaraq "Olimpiya" sözü istifadə edilmir. Çünki 3-cü ilə 4-cü Olimpiya oyunları arasında təşkilat komitəsi reallaşmışdır. Müsabiqələr nəticəsində medal paylandığı halda, bu medallar BOK tərəfindən tanınmır. == Olimpiadanın açılışı == Olimpiadanı I George açmışdır.
1912 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1916 Yay Olimpiya Oyunları
VI Olimpiya oyunları — BOK-un 27 aprel 1912-ci ildə qəbul etdiyi qərara əsasən 1916-cı ildə Berlində keçirilməsi planlaşdırılan yay olimpiya oyunları. Almaniyanın paytaxtı oyunların keçirilməsi hüququnu Brüssel, İsgəndəriyyə, Amsterdam, Budapeşt və ABŞ-nin Klivlend şəhərlərini üstələyərək əldə etmişdi. Birinci dünya müharibəsinin başlaması səbəbi ilə oyunlar ləğv edildi. Berlinin yeni stadionu oyunlara artıq hazır idi. Altıncı oyunların ləğv edilməsinə baxmayaraq, növbəti oyunlara yeddinci rəqəmi verildi. Vacib təkliflərdən biri 1916-cı ildə Baden-Vürtemberqdə qış olimpiya oyunlarının keçirilməsi idi.
1920 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1984 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1984 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1988 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1988 Yay Olimpiya Oyunları
1988 Yay Olimpiya Oyunları — Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilmiş XXIV Yay Olimpiya Oyunları.
1992 Qış Olimpiya Oyunları
XVI Qış Olimpiya Oyunları (fr. XVIes Jeux olympiques d’hiver; ing. XVI Olympic Winter Games) 8–23 fevral 1992-ci ildə Albervil şəhərində (Fransa) keçirilmişdir. Fransa Şamoni-1924 və Qrenobl-1968 sonra üçüncü dəfə Qış Oyunlarına ev sahibliyi etdi. == Şəhərin seçilməsi == == Ölkələrin göstərdiyi nəticələrı == == Xarici keçidlər == "Страница Олимпиады". Официальный сайт МОК (ingilis).
2002 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
2004 Yay Olimpiya Oyunları
XXVIII Yay Olimpiya Oyunları — 2004-cü ilin 13–29 avqust tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində keçirilmişdir. Bu yarışda 201 ölkədən 10 625 idmançı iştirtak etmişdir. 28 idman növündə 301 medal paylanmışdır. Bu olimpiya oyununda 3 875 479 nəfər tamaşaçı iştirak edib. == Olimpiadanın açılışı == 2004-cü il Olimpiadanın Vətəninə dönüş ili oldu. Antik dövrdə Olimpiya Oyunlarının əsasını qoymuş Yunanıstan 1896-cı ildə keçirilmiş ilk müasir Olimpiya Oyunlarına da ev sahibliyi etmişdi. Bundan bir əsrdən çox keçəndən sonra olimpiada üzünü Yunanıstana çevirdi. Uzun ayrılıqdan sonra "Olimpiada evinə xoş gəldin!" ifadəsi Afina Olimpiya Oyunlarınınən təsirli şüarı oldu.Afina Olimpiadanın gəlişini avqustun 13-də keçirilən açılış mərasimi ilə rəsmi şəkildə qeyd etdi. Bu mərasimi izləyən saysız-hesabsız insan yunanların qədim tarixini bir daha yada saldı, olimpiadanın necə böyük və möhtəşəm tədbir olduğunu hiss etdi. Olimpiyadanı 202 ölkə təmsil edirdi.
2006 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
2008 Yay Olimpiya Oyunları
XXIX Olimpiya Oyunları və ya 2008 Yay Olimpiya Oyunları (ing. 2008 Summer Olympics, fr. Jeux Olympiques d'été de 2008, çin. 2008年夏季奥林匹克运动会) — 8–24 avqust 2008-ci il tarixlərində Çinin paytaxtı Pekin şəhərində keçirilmişdir. Bu şəhərdə keçirilməsi barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin 13 iyul 2001-ci ildə Moskvada toplanan 112-ci sessiyasında verilmişdi. Keçirilmiş səsvermənin nəticəsinə əsasən Çin paytaxtı Toronto, Paris, İstanbul və Osakanı qabaqlamışdı. Pekinlə yanaşı bəzi oyun növləri üzrə yarışlar Honkonq, Tyançzin, Çzindao, Çzinhuandao, Şanxay və Şenyan şəhərlərində keçirilmişdir. Oyunların açılış mərasimi Çin standart vaxtına görə 08.08.08-ci il tarixində saat 08:08:08-də Pekin milli stadionunda baş tutdu. 28 idman növü üzrə keçirilən 302 yarışda 204 ölkədən 11 000-dən artıq atlet iştirak edirdi. Monteneqro, Marşall adaları və Tuvalu komandaları ilk dəfə bu Olimpiya oyunlarında debüt etmişdilər.
2010 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı == Sayca XXI dəfə keçiriləcək Qış Olimpiya Oyunları fevralın 12-də Kanadanın Vankuver şəhərində start götürdü. 17 gün davam edəcək olimpiadada 15 növ üzrə 86 dəst medal sahibini tapacaq.
XXXIII Yay Olimpiya Oyunları
2024 Yay Olimpiya Oyunları — iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək idman tədbiridir. Tədbir Paris və daha 16 şəhərdə keçiriləcək 2017-ci il iyulun 11-də BOK-un İsveçrənin Lozanna şəhərində keçirilən fövqəladə sessiyası 2024 və 2028-ci il Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərlərin eyni vaxtda seçilməsi təklifi təsdiq edildi. 31 iyul 2017-ci ildə Beynəlxalq Olimpiya Komitəsi 2028 Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Los-Anceleslə razılaşma əldə olundu. Bununla Parisin 2024 Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi də dəqiqləşdi. 13 sentyabr 2017-ci ildə Perunun paytaxtı Limada keçirilən BOK-un 131-ci sessiyasında hər iki Olimpiya oyununun ev sahibləri rəsmi şəkildə açıqlandı. == Seçim prosesi == Paris, Hamburq, Budapeşt, Roma və Los-Anceles iddiaçı şəhərlər idi. Hamburq referendum keçirdikdən sonra 29 noyabr 2015-ci ildə öz namizədliyini geri götürdü. Roma 21 sentyabr 2016-cı ildə maliyyə çətinliklərini əsas gətirərək geri çəkildi. 22 fevral 2017-ci ildə namizədlik əleyhinə olan petisiya kifayət qədər imza topladığı üçün Budapeşt şəhəri öz namizədliyindən imtina etdi. Üç şəhərin namizədliyini geri götürməsindən sonra BOK-un İcraiyyə Şurası 2024 və 2028-ci illər üçün seçim proseslərini müzakirə etmək üçün 9 iyun 2017-ci ildə Lozannada iclas keçirdi.
2021 Yay Olimpiya Oyunları
2020 Yay Olimpiya Oyunları — rəsmi olaraq XXXII Olimpiada Oyunları olan və brend olaraq Tokio 2020 kimi tanınan 23 iyul — 8 avqust 2021-ci il tarixlərində Yaponiyanın Tokio şəhərində keçirilən beynəlxalq çoxnövlü idman tədbiri. Bəzi yarışlar 21 iyuldan başlamışdı. 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən BOK-un 125-ci Sessiyasında Tokio ev sahibi şəhəri olaraq seçildi. Yarışın ilkin olaraq 24 iyul 2020-ci il — 9 avqust 2020-ci il tarixlərində keçirilməsi planlaşdırılırdı. Lakin 20 mart 2020-ci ildə tədbir qlobal COVID-19 pandemiyası səbəbindən 2021-ci ilə təxirə salındı, bu, Olimpiya oyunları tarixində ilk belə hal idi, oyunların ləğv olunduğu hallar olmuşdu, amma vaxtının dəyişdirilməsi baş verməmişdi. Bununla belə, tədbir marketinq məsələləri nəzərə alınaraq tədbir Tokio 2020 brendi adı altında keçirildi. Pandemiya nəzərə alınaraq idman yarışları azarkeşlərsiz baş tutdu. Oyunlara çəkilən ümumi xərclər 20 milyard dollardan çox idi, həmin tarixə qədərki ən bahalı Olimpiya oyunları hesab olunur. == Ev sahibinin seçilməsi == Üç namizəd şəhər var idi: Tokio, İstanbul və Madrid. Bakı və Doha da namizədlik üçün müraciət etsə də, namizəd şəhər statusu ala bilməmişdilər.