OPERATION

n 1. fəaliyyət, iş, işəsalma; əməliyyat, çalışma; to conduct an ~ iş aparmaq; to launch an ~ işə salmaq; The operation of the pump is very simple Nasosun iş prinsipi çox sadədir; secret ~ məxfi əməliyyat; guerrilla ~s partizan əməliyyatları; joint ~s birgə əməliyyatlar, birgə sevlər; large-scale ~s irimiqyaslı əməliyyatlar; mine-sweeping ~s minaların zərərsizləşdirilməsi üzrə əməliyyatlar; rescue ~ xilasetmə əməliyyatı; 2. proses; the ~s of the mind əqli proseslər, beyində gedən proseslər; 3. təsir, səmərəlilik; 4. mal. maliyyə əməliyyatı; 5. təcrübənin aparılması, sınağın keçirilməsi; 6. tib. əməliyyat (cərrahiyyədə); stomach ~ mədədə cərrahiyyə əməliyyatı; chest ~ döş qəfəsində cərrahiyyə əməliyyatı; to perform an ~ cərrahiyyə əməliyyatı aparmaq; to have / to undergo an ~ cərrahiyyə əməliyyatına məruz qalmaq; transplant ~ insan orqanlarının transplantasiyası / köçürülməsi əməliyyatı; an ~ for the removal of gallstones öd kisəsinin daşlarının çıxarılması üzrə əməliyyat; The operation was effective Əməliyyat müvəffəqiyyətlə keçdi; 7. hərb. (adət pl) hərbi əməliyyatlar; 8. riyaz. əməliyyat; 9. istismar, işləmə; 10. idarəetmə; (mexanizmi, cihazı, müəssisəni və s.)

OPERATING
OPERATIONAL
OBASTAN VİKİ
Operation Paperclip
Kağız sancağı əməliyyatı (ing. Operation Paperclip) – ABŞ hərbi kəşfiyyat xidmətinin İkinci Dünya Müharibəsinin sonunda və müharibədən sonrada Nasist Almaniyasından əhəmiyyətli elm adamlarının Almaniyadan qaçırma əməliyyatının kod adıdır. == Ozenberq siyahısı == Nasist Almaniyasının Sovet İttifaqına hücumunu nəzərdə tutan Barbarossa Əməliyyatının uğursuzluğundan sonra Almaniyanın strateji mövqeyi, xüsusilə silah sənayesi uzunmüddətli bir müharibəyə hazır olmadığı üçün pis vəziyyətdə düçar olur. 1943-cü ilin yazından etibarən Almaniya ordudakı bütün alimləri bir yerə yığmaq və onları tədqiqat və inkişaf işlərinə yönləndirir. O vaxta qədər mexanika mühəndislərini sürücü, alimləri xidmətçi, riyaziyyatçıları yeməkxana işlərində işləyən şəxs kimi istifadə edən nasistlər bütün elm adamlarını bir yerə cəmləyirlər. Yığılan şəxslər, ilk növbədə nasistlər tərəfindən ideoloji cəhətdən etibarlı olub olmamağına görə təsnif edilirlər. Seçimi həyata keçirən Hannover Universitetinin məzunu Werner Ozenberq olduğu üçün siyahıda onun adını müvafiq olaraq Rozenberq siyahısı adlandırılır. 1945-ci ilin martında Osenberg siyahısı müttəfiqlərin əlinə keçir və ABŞ-dəki Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri mayor Robert Staver ona verilmiş siyahıda adları yer alan bütün şəxslərlə, xüsusən də raket mütəxəssisi Wernher von Braunla görüşmək və onların haqqında kəşfiyyat məlumatlarının yığılması haqqında tapşırıq verir. == Overcast kampaniyası == Əvvəlcə yalnız elm adamlarını sorğu-suala tutmaq məqsədi olan kampaniya, sonradan onları Almaniyadan evakuasiya etməklə dəyişdirilmişdir. Bir çox nasist alim Peenemündedəki Tədqiqat Mərkəzində V-2 raketi ilə əlaqədar olan işlərə cəlb edilmişdi.

Значение слова в других словарях

гладио́лус загля́дываться нищебро́дствовать одноку́рсник плавь разду́мье сочу́вствие те́сто доку́чливый занесе́ние земледе́льческий недоучи́тывать одеревене́лый по-хи́трому кадить Перун free university hot pepper induct Mauna Loa torpidity up-and-down антинаучный водонос жаркий