ORTA OKUL
ORTAKLAŞA
OBASTAN VİKİ
Məzrayə-i Ortakənd (Şot)
Məzrayə-i Ortakənd (fars. مزرعه اورتاكند‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Ortakilsə
Ortakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninikan rayonunun tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim kəndin ərazisindəki dini məbəd - kilsə adı əsasında əmələ gəlmişdir. Həmin ərazidə bir neçə kilsə olduğu üçün toponimə fərqləndirici söz kimi «orta» leksik vahidi əlavə edilib və Ortakilsə adlı kənd yaranıb. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Maisyan (May ayının adı ilə bağlıdır) qoyulmuşdur.
Ortaköy hamamı
Xosrov Kəndxuda Hamamı, Ortaköy Hamamı — XVI əsrdə vəziriazam Qara Əhməd Paşanın Kahyası Xosrov Kəndxuda tərəfindən inşa etdirilən ikili hamam, Memar Sinanın əsəridir. İnşa tarixi qəti olaraq bilinməməkdədir. Soyunmalıq qismi, yan-yana, üzərləri iki böyük qübbəylə örtülü iki kvadrat məkandan ibarətdir. Bu hissənin arxasında, biri beşik vault, digərləri Reflektor tonozlarla örtülü vahidlər; ılıqlıq və hela bölümleri yer alır. Istilik məkanı, bir-birlərinə bir böyük kəmərlə açılan iki kiçik qübbəli məkan və bunlara iki istiqamətdən bağlı, arxadakıları qübbə, yandakılar vault örtülü üç hissədən meydana gəlmişdir. Ən arxada isə ortada qübbə, yanlarda beşik vault örtülü su anbarı və külhan var. Quruluşun iki böyük qübbəsi səkkizbucaqlı kasnaklara oturdulmuş və quruluş ətraflı kirpi saçakla əhatə edilmişdir. Hamam söküntü daş və tuğlayla inşa edildikdən sonra üzəri sıvayla örtülmüşdür. Dənizə baxan cəbhəsinə daha sonra yeni bir bölüm əlavə quruluş, orijinal memarlıq vəziyyətindən çox bir şey itirmədən günümüzə qədər qalmışdır. Tikinti 1990-cı illərə qədər hamam olaraq istifadə edilməkdə idi.
Ortakənd
Yaşayış məntəqələri Azərbaycanda Ortakənd (Tərtər) — Tərtər rayonunda kənd. Ermənistanda Ortakənd (Paşalı) — Dərələyəz mahalının Paşalı rayonunda kənd. Ortakənd (Keşişkənd) — Dərələyəz mahalının Keşişkənd rayonunda kənd.
Ortakənd (Bukan)
Ortakənd (fars. اورتاكند‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 79 nəfər yaşayır (24 ailə).
Ortakənd (Keşişkənd)
Ortakənd — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 2 km şimal-şərqdə, Arpaçayın sağ qolu olan Başkəndçayın sahilində yerləşir. Toponim Azərbaycan dilində "iki obyektin arası" mənasında işlənən orta sözü ilə "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 10. IX. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Qladzor (Qaladərəsi) qoyulmuşdur. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828–1830-cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1897-ci ildə 17 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır.
Ortakənd (Paşalı)
Ortakənd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Arpaçayın sağ qolu olan Başkəndçayın yanında yerləşirdi. Erməni mənbələrində kəndin adı İtqıran Ortakənd formasında göstərilir. Kənd İtqıran kəndinin yaxınlığında yerləşdiyi üçün toponim «İtqıran Ortakənd» kimi verilmişdir. Kənd iki kənd ortasında yerləşdiyi üçün Ortakənd adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kənddə 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə erməni-azərbaycanlı münaqişəsi nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Ortakənd (Sərab)
Ortakənd (fars. اورتاكند‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd.
Ortakənd (Tərtər)
Aşağı Oratağ (bir müddət işlənilən adı: Ortakənd, daha əvvəl: Aşağı Oratağ, daha əvvəl: Nerkin Oratağ) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Nerkin Oratağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Nerkin Oratağ kəndi Aşağı Oratağ kəndi adlandırılmışdır. "Aşağı Oratağ" toponiminin ikinci komponenti qədim İran dillərinin materialları əsasında "qala yeri" mənasında izah olunur. XIX əsrdə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı tədricən erməniləşmış və Sovet hakimiyyəti illərində Nerkin (ermənicə "Aşağı") Oratağ kimi rəsmiləşmışdi. 1992-ci ildən kənd indiki adını daşıyır. Bir müddət kəndin adı Ortakənd kimi qeyd olunurdu. Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arqsında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilib.
Ortakənd (Xoy)
Ortakənd (fars. اورتاكند‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənd qeydə alınsa da, yaşayış qeydə alınmamışdır.
Ortakənd (Çaldıran)
Ortakənd (fars. تغنيت وسط‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (12 ailə).
Ortaköy (Uludərə)
Ortaköy — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd. == Tarix == Kəndin köhnə adı 1946-cı il qeydlərindəd Aruş kimi istinad edilir. 1990-cı ilə qədər Hakkarinin Çuxurca rayonuna bağlı idi. Daha sonra Hakkari vilayətinin Uludere rayonuna bağlanan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Uludere rayonuna birləşdirilib.