Ortakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd.[2]
Kənd | |
Ortakilsə | |
---|---|
40°51′11″ şm. e. 43°49′46″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Şörəyel mahalı]] |
Rayon | [[Düzkənd rayonu]] |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.660 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninikan rayonunun tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Toponim kəndin ərazisindəki dini məbəd - kilsə adı əsasında əmələ gəlmişdir. Həmin ərazidə bir neçə kilsə olduğu üçün toponimə fərqləndirici söz kimi «orta» leksik vahidi əlavə edilib və Ortakilsə adlı kənd yaranıb. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Maisyan (May ayının adı ilə bağlıdır) qoyulmuşdur.