Oslo Universiteti
Oslo Universiteti (norveçcə Universitetet i Oslo, lat. Universitas Osloensis) — Norveçin ən qədim, böyük və nüfuzlu universitetidir. Oslo şəhərində yerləşir.
Universitet 1811-ci ildə "Kral Frederik Universiteti" (norveçcə Det Kongelige Frederiks Universitet və latınca Universitas Regia Fredericiana) kimi yaradılıb. Universitetin tikintisi üçün Humbolt Universitetindən nümunə götürülüb, və ilkin olaraq Danimarkanın və Norveçin kralı olan Frederikin şərəfinə adlandırılmışdır. Öz bugünkü adını isə 1939-cu ildə alıb.
Universitetdə lüteranlıq, ilahiyyat, hüquq, tibb, humanitar, riyaziyyat, təbiət elmləri, stomatologiya, sosial elmlər və təhsil fakültələri var. Hüquq fakültəsi hələ Milli Teatrın yaxınlıqda olan köhnə şəhərçikdə Karl Yohans küçəsində (Karl Johans gate), parlamentin (Stortinget) və kral sarayının yanında yerləşir. Digər fakültələr isə 1930-cu ildən tikilən müasir universitet şəhərçiyində Blindern adlı ərazidə yerləşir. Tibb fakültəsi isə Oslo ərazisində bir neçə universitet xəstəxanaları arasında bölüşdürülüb.