oğuz
oğuz-səlcuq
OBASTAN VİKİ
Qıpçaq
Qıpçaq (Qax) — Azərbaycanın Qax rayonunun inzibati ərazi vahidində kənd. Qıpçaq bələdiyyəsi — Qax rayonunda bələdiyyə. Qıpçaq (Şörəyel) — Şörəyel mahalının inzibati ərazi vahidində (indiki Ermənistanın Şirak mərzində) kənd. Qıpçaq (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Miyandoab (Qoşaçay) şəhristanında kənd. Qıpçaq (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanında kənd. Qıpçaq (Bostanabad) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanında kənd. Qıpçaq (Həmədan) — İranın Həmədan ostanının Həmədan şəhristanında kənd. Qıpçaq (Əlborz) — İranın Əlborz ostanının Nəzərabad şəhristanında kənd. Qıpçaq (Tehran) — İranın Tehran ostanının Mələrd şəhristanında kənd. Qıpçaq (Qaqauziya) — Moldovanın Qaqauz Muxtar Regional Torpağında kənd.
Oğuz
Oğuz (əvvəlki adı: Vartaşen) — Azərbaycanda şəhər, Oğuz rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vartaşen şəhəri Oğuz şəhəri adlandırılmışdır. == Tarixi == Vartaşenin çoxdan qurulduğu, Bejanov tərəfindən sübut edildiyi kimi, bir çoxu kəndin yanında olduğu kimi, qədim kurqan və qəbiristanlıqlardır. Vartaşen və Nic qəsəbələri, əfsanələrə görə, qədim dövrlərdə Kür çayının cənubundakı qədim erməni Utik vilayətində məskunlaşmış Utievlər və ya biri üçün doğma yerlər idi. 1722-ci ildə I Pyotrun Qafqaz ekspedisiyası zamanı ona ünvanladığı bir məktubda özlərini "Ağvanlar" adlandırdılar. 1807-ci ildə Şəki xanı Cəfər Kuli Xanın (azərbaycanlı) rus olduğu Vartaşen və Nici ermənilərə verəcəkdi, rus çarı I Alexander-a bir məktub yazdı: 1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Kərimli kəndində (indiki Oğuz şəhərində) 657 təsərrüfatda 3153 nəfər əhali yaşayırdı ki, onların da 1646 nəfərini kişilər, 1507 nəfərini isə qadınlar təşkil edirdi. == Əhalisi == 1 yanvar 2013-cü il tarixli məlumata əsasən əhalisi 6,891 nəfər olsa da.2019-cu ilin məlumatına görə 7,400 nəfərdən artıq şəhərdə yaşayır.1819-cu il üçün Şəki vilayətinin təsviri Vartaşenin "Tatar" (Azərbaycan) kəndini göstərir. Vartaşen məktəbinin keçmiş müdiri Mixail Bejanov "Qafqazın yerlərini və tayfalarını təsvir etmək üçün materiallar toplusu" kitabında Udinlərin Vartaşen və Nic kəndlərində yaşadıqlarını və bir çox "tatar" (yəni Azərbaycan) sözlərini özündə cəmləşdirən Dağ dilində danışdıqlarını qeyd edir. 1908-ci il üçün "Qafqaz təqvimi" nə görə kənddə 1090 udin, 629 rus və 35 azərbaycanlı ("Tatarlar" mənbəyində) yaşayırdı. 1921-ci il Azərbaycan Kənd Təsərrüfatı Siyahıyaalmasına görə Vartaşendə 1262 nəfər yaşayırdı, Udilər üstünlük təşkil edən milliyyət idi.
Dəşti-Qıpçaq
Dəşt-i Qıpçaq (fars. دشت قپچاق‎ Dašt-i Qipčaq), tam adı - Dəşt-i Qıpçaq və Kuman — Qıpçaq çölü - Qıpçaqların yaşadığı tarixi ərazi və eyniadlı imperiya. == Tarixi == Hunların, göytürklərin, хəzərlərin ardınca qıpçaqlar Avrasiya çöllərinin hakiminə çеvrildilər. Bu günə qədər "qıpçaq" еtnоniminin işləndiyi ilk mənbə 759-cu ilə aid оlan "Sеlеnq kitabəsi" hеsab оlunur. Gürcü mənbələri оnları "yеni" və "əski" qıpçaqlara bölür. Оrta əsr tariхçisi Fəzlullah Rəşidəddin qıpçaqları Oğuz xaqanın başçılıq еtdiyi türk ulusunun bеş qоlundan biri hеsab еdir. Tariхdə "Dəşti Qıpçaq" (Qıpçaq çölü) adlanan ərazi Qara dənizin şimalını və Qafqazları əhatə еdirdi. XI-XV yüzillərdə Tyan Şanın qərb ətəklərindən Dunaya qədər torpaqlar türkdilli qıpçaqların (rus mənbələrində-polovəslər) adını daşıyırdı. Qıpçaq ölkəsi dedikdə, ilk növbədə Şimali Qafqaz və Şimali Qaradəniz çöllərini əhatə edən ərazi başa düşülür. Bəzi tədqiqatçılar Attilanı qıpçaq kökənli hesab edirlər.
Qıpçaq (Bostanabad)
Qıpçaq (fars. قپچاق‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 193 nəfər yaşayır (37 ailə).
Qıpçaq (Qax)
Qıpçaq — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin adı türkdilli qədim qıpçaq tayfasının adı ilə bağlıdır. Hələ e.ə. 203-cü ilə aid Çin salnaməsində haqqında məlumat verilən qıpçaqlar əvvəllər Altayda yaşamışlar. Sonralar qərbə doğru hərəkət edərək Dunay çayı sahillərinədək yayılmışlar. Azərbaycan ərazisinə qıpçaq tayfalarının gəlməsi müxtəlif tədqiqatlarda əks olunmuşdur, belə ki, bəzi tədqiqatçılar bu tarixi hadisəni IV-V əsrlərə (M. Şirəliyev), VII-VIII əsrlərə (L.Bünyadov), HI-IV əsrlərə (Q.Voroşil), XI-XII əsrlərə (Q.Qeybul- layev), IX-X əsrlərə (İbn-əl-Əsir) aid edirlər. Qıpçaq tayfaları Azərbaycanlıların, qazax, qırğız, qaraqalpaq, özbək, türkmən, tatar, başqırd, balkar, qumuq və s. xalqların etnogenezində iştirak etmişlər. Beləliklə, Qıpçaq etnooykonimdir. == Coğrafiyası və iqlimi == Kənd Qaraçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir.
Qıpçaq (Qoşaçay)
Qıpçaq (fars. قپچاق‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,183 nəfər yaşayır (803 ailə). Bu kəndin bütün əhalisi Azərbaycan türkləri olaraq və Azərbaycan türkcəsi ilə danışırlar. Kəndin xalqı dini baxımından şiə etiqadlı müsəlmandırlar və çoxları əkinçilik, meyvəçilik və davar saxlamaqa çalışırlar. == Kəndin görməli yerləri == Tacəddin Əli türbəsi bu kəndin görməli yerlərindən sayılır.
Qıpçaq (dəqiqləşdirmə)
Qıpçaq (Qax) — Azərbaycanın Qax rayonunun inzibati ərazi vahidində kənd. Qıpçaq bələdiyyəsi — Qax rayonunda bələdiyyə. Qıpçaq (Şörəyel) — Şörəyel mahalının inzibati ərazi vahidində (indiki Ermənistanın Şirak mərzində) kənd. Qıpçaq (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Miyandoab (Qoşaçay) şəhristanında kənd. Qıpçaq (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanında kənd. Qıpçaq (Bostanabad) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanında kənd. Qıpçaq (Həmədan) — İranın Həmədan ostanının Həmədan şəhristanında kənd. Qıpçaq (Əlborz) — İranın Əlborz ostanının Nəzərabad şəhristanında kənd. Qıpçaq (Tehran) — İranın Tehran ostanının Mələrd şəhristanında kənd. Qıpçaq (Qaqauziya) — Moldovanın Qaqauz Muxtar Regional Torpağında kənd.
Qıpçaq (Üskü)
Qıpçaq (fars. قپچاق‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. Qıpçaq kəndi Şahı adasında yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 620 nəfər yaşayır (169 ailə).
Qıpçaq (Şörəyel)
Qıpçaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmışdir.Toponim qədim türk tayfalarından olan qıpçaq etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Haric qoyulmuşdur.
Qıpçaq aşırımı
Qıpçaq aşırımı — Kəlbəcər rayonu ərazisində dağ aşırımı. Murovdağ silsiləsində, Yanşaq kəndindən şimaldadır. Oronim Qipçi formasında da qeydə alınmışdir. Qipçiq/qipçix sözü “çarpanaq daş” mənasındadır. Dağın yamacları çarpanaq daşlarla örtüldüyünə görə ona bu ad verilmişdir.Qipçi dağ aşirımı güman etmık olar ki, oronim Qıpçaq adının təhrif olunmuş formasıdır və etnonim mənşəlidir. Azərbaycan dilinin dialektlərində qipçaq sözu “kip”, “yigcam”, “bağlı” mənalarında da işlənir.
Qıpçaq bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qıpçaq dilləri
Qıpçaq qrupu — Türk dillərinin bir qoludur. Təxminən 30 milyon insan bu dillərdə danışır.
Qıpçaq xanlığı
Qıpçaq xanlığı - XI-XIII əsrlərdə təxminən hazırkı Rusiya FR-nın, Qazaxıstan və Ukraynanın ərazilərinin bir qismini əhatə etmiş feodal türk dövləti (1030-1219).
Qıpçaq çölü
Dəşt-i Qıpçaq (fars. دشت قپچاق‎ Dašt-i Qipčaq), tam adı - Dəşt-i Qıpçaq və Kuman — Qıpçaq çölü - Qıpçaqların yaşadığı tarixi ərazi və eyniadlı imperiya. == Tarixi == Hunların, göytürklərin, хəzərlərin ardınca qıpçaqlar Avrasiya çöllərinin hakiminə çеvrildilər. Bu günə qədər "qıpçaq" еtnоniminin işləndiyi ilk mənbə 759-cu ilə aid оlan "Sеlеnq kitabəsi" hеsab оlunur. Gürcü mənbələri оnları "yеni" və "əski" qıpçaqlara bölür. Оrta əsr tariхçisi Fəzlullah Rəşidəddin qıpçaqları Oğuz xaqanın başçılıq еtdiyi türk ulusunun bеş qоlundan biri hеsab еdir. Tariхdə "Dəşti Qıpçaq" (Qıpçaq çölü) adlanan ərazi Qara dənizin şimalını və Qafqazları əhatə еdirdi. XI-XV yüzillərdə Tyan Şanın qərb ətəklərindən Dunaya qədər torpaqlar türkdilli qıpçaqların (rus mənbələrində-polovəslər) adını daşıyırdı. Qıpçaq ölkəsi dedikdə, ilk növbədə Şimali Qafqaz və Şimali Qaradəniz çöllərini əhatə edən ərazi başa düşülür. Bəzi tədqiqatçılar Attilanı qıpçaq kökənli hesab edirlər.
Qıpçaq dili
Qədim qıpçaq dili — VIII–IX əsrlərdə İrtış çayının yuxarı axarında və Altay dağlarında kiməklər ilə birlikdə yaşamış qıpçaqların danışdığı dil. Ölü dildir. Türk dillərinin qıpçaq qolunu təşkil edir. IX əsrdə qıpçaqlar İrtış çayının qərbindəki çöllərə köçərək oğuzları oradan sıxışdırmışdılar. Sonralar, XI əsrdə qıpçaqların bir hissəsi Volqa çayını keçərək Qara dəniz çöllərində məskunlaşmışdır. Onların oğuz və ya bulqar tipli dillərdə danışan peçeneqləri, torkları, bulqarları, xəzərləri və başqa türk tayfalarını ərazidən qovduqları və ya assimilyasiya etdikları ehtimal olunur. XIII əsrdən başlayaraq Qızıl Ordada qıpçaq dillərinin müxtəlif dialektləri danışıq-ünsiyyət dilləri olmuşdur. Yazı dili rolunu cənuba doğru inkişaf edən dialektlər – Xarəzm türkcəsi və daha sonra Cığatay dili oynamışdır. XIV əsrdə Kafada (indiki Feodosiya) yaşayan bir genuyalı tacir oğlu üçün Böyük ipək yolu üzərində ticarətlə bağlı təlimat yazmışdır. Orada belə bir ifadə var: "Böyük ipək yolu ilə karvanla yola düşməzdən əvvəl saqqal uzatmalı, saçını qırxmalı, qulluqçu, iki kəniz tutmalı və qıpçaq dilini öyrənməlisən".Qədim qıpçaq dili qıpçaq dillər qrupunun (Krım-tatar, kəraim, qırımçaq, qaraçay-balkar, qumuq, noqay, qazax, qaraqalpaq, tatar, sibir-tatar, başqırd) əsasını təşkil etmişdir.
Abdallı (Oğuz)
Abdallı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Abdallı Oğuz rayonunun Xaçmaz kənd inzibati ərazi dairəsinə daxildir. Rayon mərkəzindən 43 kilometr şərqdə, Xaçmaz kəndinin şimalında, Qalaçayın sol sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Dəniz səviyyəsindən yüksəkliyi 900 metrdir. Oğuz rayonunda izi, sorağı tarixin dərinliklərindən gələn, bu torpağın qədim sakinlərindən xəbər verən toponimlərdən biri də Abdallı toponimidir. Tədqiqatçı E.Nuriyevin "Şəki-Zaqatala zonasının toponimiyası" adlı əsərində Oğuz rayonunun Abdallı kəndinin XIX əsrə aid məlumata görə həmin əsrin əvvəllərində Şəki qəzasının Qoruqlar kəndindən köçüb gələnlər tərəfindən salındığını qeyd etmişdir. Kəndin yaşlı sakinləri isə burada insanların məskunlaşmasının daha qədim tarixə malik olduğunu bildirirlər. Abdallı sözünün mənşəyi və mənası haqqında elmi ədəbiyyatda iki əsas mülahizə irəli sürülür. Bir sıra tədqiqatçılar bu sözü Yaxın və Orta Şərqdə Abdal adı ilə məlum olan sufi-dərviş icması ilə əlaqələndirirlər. İsveçrə şərqşünası Adam Mets ilk dəfə 1922-ci ildə nəşr olunan " Müsəlman intibahı" əsərində yazırdı ki, IV–X əsrlərin tarixçilərinə və şalnaməçilərinə müqəddəslərin xüsusi qrupu kimi yalnız abdallar məlum olmuşdur.
Astraxanovka (Oğuz)
Çaldaş (əvvəlki adı: Astraxanovka) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Astraxanovka kəndi Çaldaş kəndi adlandırılmışdır. == Tarixi == Çaldaş kəndi Böyük Söyüdlü kənd inzibati ərazi dairəsinə daxildir. Rayon mərkəzindən 45 kilometr cənubda, Acınohur alçaq ön dağlığı bölgəsində, Müqəddəsdağın (764 m) şərq tərəfində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 380 metrdir. Kəndi 1849-cu ildə Rusiyadan Azərbaycana köçürülmüş rus-molokanlar salmışlar. Zaman keçdikcə özləri ilə bu adı buraya gətirmiş ruslar kənddən köçüb getmiş, ad qalmışdır. == Toponimikası == Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Həştərxan vilayətindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Həştərxan" şəhəri və vilayətinin rusca adı olan "Astraxan" (yer adı) və rusca yer adlarında istifadə olunan "-ovka" şəkilçisindən ibarət olub, "həştərxanlılar, həştərxanlıların yaşadığı yer" mənasındadır.
Ağbulaq (Oğuz)
Ağbulaq - Azərbaycan Respublikası Oğuz rayonu ərazisində mineral su bulağı. Rayon mərkəzindən 6-7 kilometr şimal-şərqdə, meşəlik ərazidədir. Suyu soyuq, hidrogen-sulfidlidir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı,2009, səh.175.
Bayan (Oğuz)
Bayan — Azərbaycan Respublikasının Oğuz rayonunda Bayan kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Oğuz rayonunun Bayan kəndi Oğuz şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bayan kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Bayan kəndinin adı 24 Oğuz qəbiləsindən biri olan bayandurların adı ilə bağlıdır. "Bay"ın "dövlətli, zəngin, varlı", "böyük, ali" mənaları da (Azərbaycan dilinin izahlı lüğəti) ilkin mənadan törəmişdir. "Bayan" sözündəki "an" cəmlik bildirir. 1917-ci ildə Boyan variantında qeydə alınmışdır. Toponimiyada bu söz çox vaxt türk dillərindəki bayan (qadın, xanım; varlı, dövlətli, zəngin) sözü ilə açıqlanılır. Lakin nəzərə almaq lazımdır ki, qədim abidələrin dilində baya (müasir Azərbaycan dilində "bayaq") sözü də işlənmişdir ki, bu da əvvəlki, keçmiş, yaxın keçmiş" mənasını ifadə etmişdir. Bundan başqa, həmin sözün bayın variantı da işlənməkdədir. Qədim lüğətlərdə bayın "al qırmızı gül növü" kimi izah edilir.
Bucaq (Oğuz)
Bucaq — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 12 kilometr qərbdə, Oğuz-Şəki şose yolunun sağında, Daşağılçayın sol sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. == Toponimikası == Bucaq türk mənşəli tayfa adı ilə bağlı etnotoponimdir. Bucaqlar köçəri noqoyların bir qolu olmuşdur. Sərkərdə Noqoyun yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Onlar Dnepr, Dunay çayları və Qara Dəniz arasındakı bir küncdə (bucaqda) yaşadıqlarına görə belə adlanmışlar. Oğuzdakı, eləcə də Azərbaycan Respublikasının digər rayonlarındakı (Kürdəmir, Neftçala, Yevlax) "Bucaq" toponimləri bu günkü mövcud coğrafi mövqeyinə görə yox, bucaqların tarixən daşıdıqları və özləri ilə gətirdikləri ada görə belə adlanmışlar. Türkiyədə Bucaq, Moldovada Bucaq çölü və Bucaq adlı yaşayış məntəqəsi var. == Tarixi == XIX əsrdə kəndin ərazisində Güllü Bucaqlı adlı icma olmuşdur. Sonralar onların bir hissəsi Daşağıl kəndi yaxınlığında yerləşdiyinə görə Bucaq Daşağıl, digər hissəsi isə Muxas kəndi yaxınlığında olduğuna görə Muxas Bucaqlı adlanmışdır.
Cabbar Oğuz
Cabbar Oğuz (tam adı:Cabbar Şaban oğlu Dadaşev) — Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü == Həyatı == Cabbar Oğuz 4 noyabr 1949-cu ildə Oğuz rayonunda Bucaq kəndində müəllim ailəsində doğulmuşdur. 1967-ci ildə kamal atestatı alaraq Sumqayıt şəhəri 44 nömrəli texniki peşə məktəbinə daxil olaraq çilingər peşəsinə yiyələnmişdi. 1968-ci ildə Bakı şəhəri "Təcrübəli-eksperiment kombinat"da ilk əmək fəaliyyətinə başlamışdı. 1969-1971-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunaraq, həmin kombinatda işləməklə yanaşı (gecə növbəində) 1975-1980 ci illərdə V.İ.Lenin adına A.R.İ-nun ÜTF fakültəsinin "Rəsm, rəsmxət və əmək şöbəsi"nin bitirmişdi. 1980-1983-cü illərdə həmin institutda tədris-ustası vəzifəsində işləməklə yanaşı saathesabı dərs aparmışdı. 1983-cü ildən "Respublika Tədris metodik mərkəzində" baş-metodist vəzifəsində çalışır. 1988-ci ildən SSRİ və Azərbaycan Respublikası Ressamlar İttifaqının üzvüdir. Ölkəmizdə və xarıci ölkə sərgilərində iştirak. Yüzlərlə əsərlərin müəllifi.
Doqquz Oğuz
Doqquz Oğuz (Tokuz oquz)-türk tayfası.(Qədim Türkcə: 10px10px10px 10px10px10px10px, Toquz Oγuz, Çincə: 鐵勒九姓 / 铁勒九姓, tielè jiǔxìng), Telelərnin doqquz boyu. == Tarixi == Doqquz Oğuz türk tayfaları indiki Çin Türküstanının şərq hissəsinə (Turfan) sahib idilər. 794-cü ildə bu ərazini tibetlər, 866-cı ildə uyqurlar tutmuşdu və bu ad uyqurlara keçmişdi.VI yüzillikdən etibarən Göytürklərin idarəsində toplanan Türk tayfalarından bir qismi kimi Doqquz Oğuzlar da öz aralarında birlik quraraq Tula-Selenge çayları bölgəsində Doqquz Oğuz хaqanlığını meydana gətirdilər. Göytürk хaqanlığının, Qutluq şad (Ültəris хaqan) tərəfindən 682-ci ildə də ikinci dəfə qurulmasından sonra, Göytürklər, hakimiyyətliklərini qəbul etməyən oğuzların üzərinə yürüş etdilər. Tula çayı kənarında edilən qanlı bir savaşda, Doqquz Oğuzlar yenildilər. Amma, Göytürklərin hakimiyyətini qəbul etmədilər. Ültəris хaqan Oğuzların üzərinə bir çoх səfər təşkil elədi və Baz хaqanı məğlub edib Oğuzların mərkəzi Ötükən və çevrəsini ələ keçirdilər. Bu məğlubiyyət nəticəsində Ültəris хaqanın hakimiyyətin qəbul etmək məcburiyyətində qalan Oğuzlar, Göytürklərin Qırğız səfərinə qatıldılar. Göytürk хaqanlarından Bilgə xaqan zamanında üsyan etdilər. Bir il içində bir neçə dəfə hərbə girən Oğüzlar; yenilərək, geri çəkildilər.
Dəymədağlı (Oğuz)
Dəymədağlı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 25 km cənub-şərqdə, Sincan kəndinin şərqində yerləşir. Sincan kənd inzibati Ərazi Dairəsinə daxildir. == Etimologiyası == Mənbələrdə kəndin adının Qarabağın elat tayfalarından biri olan Kolanı tayfasının Dəymədağlı qolunun bu ərazidə məskunlaşması nəticəsində yarandığı qeyd olunmuşdur. Tayfa oz adını Zəngəzurdakı Dəymədağlı kəndinin adından götürmüşdür. Kəndin yaşlı sakinləri əcdadlarının Qarabağ mənşəli olduqlarını, bu əraziyə Nadir şahın Qarabağın elat tayfalarına qarşı cəza tədbirlərindən qaçdıqları zaman gəldiklərini bildirirlər. Digər bir ehtimala görə kəndin keçmiş adı Dəymədağlı Molla Vəli olmuşdur. Yaşayış məntəqəsi Mollalı (əsl adı Mollavəli) kəndindən çıxmış dəymədağlı tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Mənbələrdə bu etnonimin dəmyədağlı variantına da təsadüf olunur.
Gavurqala (Oğuz)
Gavurqala — Oğuz rayonunun Xaçmaz kəndi ərazisində istehkam xarakterli tarixi-memarlıq abidəsi. == Haqqında == Gavurqala XVII əsr ədəbiyyatında Xaçmaz Govur qalası adı ilə məlumdur. A. Bakıxanovun məlumatına əsasən Səfəvi-Osmanlı müharibəsinin (1578–1590) gedişində 1578–1583-cü illərdə Səfəvi sərkərdəsi Zülqədər Məmmədqulu ilə Osmanlı sərkərdəsi Əbubəkr Mirzənin qoşunları arasında Xaçmaz Gavurqalasının qarşısında döyüşlər baş vermişdir. Gavurqalanın yerləşdiyi dağ çay səthindən təxminən 2 km yüksəkdədir. Şimal tərəfdə bu dağ Böyük Qafqaz dağlarının yamacları ilə birləşir. Dağın üstü ilə qalaya fayton yolu olmuşdur. Cənub və şərq tərəflərdən isə qalaya ancaq piyada yolu vardır. Mənbələrə görə qala Vll əsrdə sadə memarlıq üslubunda çay daşı və kirəc məhlulu ilə tikilmişdir, iki mərtəbəlidir. Darvazası kiçik ölçülüdür. Onun eni 1,5 metr, hündürlüyü 3 metrdir.
Hallavar (Oğuz)
Hallavar — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli məlumata görə, oykonim "hündür yer" mənasındadır. "Hallavar"ın tayfa adından yaranmış etnotoponim olduğu ehtimal edilir. Tiflisdə Hallavar adlı məhəllə var. Kəndin adındakı "alaçıq, yeri, otlaq yeri" mənası daşıyan "var" sözü Şotavar (Qax), Qızılavar, Mahmudavar (Masallı), Horavar (Yardımlı), Əmirvar (Daşkəsən) və s. toponimlərdə iştirak edir. Əkinçiliklə əlaqədar yaranmış şifahi xalq ədəbiyyatının bir növü "holavarlar"dır. Əkinçilər "holar" çəkib birlikdə oxuyar, kotan sürərdilər. "Hallavar"ı "holavar"ın dəyişilmiş variantı kimi qəbul etsək, bu toponim "bir yerdə olan, toplu olan el, oba" mənasını verir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin ətəyində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 8 km cənub-şərqdə, Qumlaq kəndinin qərbində, Xalxalçayın sol sahilindən 1 km aralıda, dəniz səviyyəsindən 485 m.
вшивно́й дубля́ж опере́тка отшу́чиваться раската́ть расса́сывать спряга́ть выруча́ться дро́бный жите́йски отве́рженная переполоши́ть провя́зывание са́ба сцено́граф bacterium blue-eyed bursiform fend folkways natation paludament retrial semiautomated загнуть