oğuz-səlcuq

oğuz-səlcuq
oğuz-qıpçaq
oğuzlar
OBASTAN VİKİ
Səlcuq
Səlcuq bəy Dukak oğlu Qınıq (türk. Selçuk Bey, türkm. Seljuk Beg Dukak, 960-1009) — Səlcuqlu sülaləsinin banisi, oğuz bəyi. Türkmənləri dünyaya tanıtdıran ən böyük şəxsiyyət Səlcuq bəy və onun övlad və nəvələri olmuşdur. İslam dinini qəbul edən Oğuz boylarına rəhbərliyi əlinə alan Səlcuq bəy peçeneq türklərinin hücumlarından ölkəsini qorumuş, Qaraxanlı Türk dövləti ilə savaşmış, Qəznəvi Türklərini - Qəznəviləri məğlub etdikdən sonra tarixdə məşhur Səlcuqlu dövlətini qurmuşdur. Səlcuqlu dövləti Səlcuq bəydən sonra da övlad və nəvələri tərəfindən zaman-zaman genişlənmiş, Türküstanın böyük bir qismi ilə yanaşı, Farsistan, Xorasan, Azərbaycan, Gürcüstan, İraq, Anadolu və bütün Ön Asiyanı öz hakimiyyətləri altına alaraq müəzzəm bir İmperatorluq qurmuşlar. XI əsrdən XIV əsrə qədər Türküstandan Aralıq dənizinə qədər böyük bir ərazidə İmperatorluq quran Səlcuq Bəyin oğulları Arslan, Yusif, Musa, nəvələri Toğrul, Çağrı, nəticələri Alp Arslan, Məlik şah və başqaları bir neçə dövlət qurmuş, bu dövlətlərdən bəziləri[hansı?] Böyük Səlcuqlu İmperatorluğuna tam bağlı olmuş, bəziləri isə müstəqil dövlətlər olmuşlar. Tarixdə Səlcuq Bəyin nəvələri olan Toğrul və Çağrı Bəylərin türkmən topluluğuna səlcuqlular, oğlu Yusif Yınalın topluluğuna isə Yınallılar deyilmişdir. Böyük Səlcuqlu Türk sultanı Toğrul bəy Abbasi Xəlifəsi Əl-Qaim bi-Əmrullahın dəvəti ilə Türkmən-Oğuz boylarından ibarət müəzzəm bir ordu ilə Bağdada daxil olmuşdu. Tarixçilər[kimlər?] göstərirlər ki, Türk və Oğuzlardan təşkil olunan 120 minlik Səlcuqlu ordusunun Bağdada girməsi Xilafət mərkəzində bir həyəcan dənizini andırırdı.
Oğuz
Oğuz (əvvəlki adı: Vartaşen) — Azərbaycanda şəhər, Oğuz rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vartaşen şəhəri Oğuz şəhəri adlandırılmışdır. Vartaşenin çoxdan qurulduğu, Bejanov tərəfindən sübut edildiyi kimi, bir çoxu kəndin yanında olduğu kimi, qədim kurqan və qəbiristanlıqlardır. Vartaşen və Nic qəsəbələri, əfsanələrə görə, qədim dövrlərdə Kür çayının cənubundakı qədim erməni Utik vilayətində məskunlaşmış Utievlər və ya biri üçün doğma yerlər idi. 1722-ci ildə I Pyotrun Qafqaz ekspedisiyası zamanı ona ünvanladığı bir məktubda özlərini "Ağvanlar" adlandırdılar. 1807-ci ildə Şəki xanı Cəfər Kuli Xanın (azərbaycanlı) rus olduğu Vartaşen və Nici ermənilərə verəcəkdi, rus çarı I Alexander-a bir məktub yazdı: 1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Kərimli kəndində (indiki Oğuz şəhərində) 657 təsərrüfatda 3153 nəfər əhali yaşayırdı ki, onların da 1646 nəfərini kişilər, 1507 nəfərini isə qadınlar təşkil edirdi. 1 yanvar 2013-cü il tarixli məlumata əsasən əhalisi 6,891 nəfər olsa da.2019-cu ilin məlumatına görə 7,400 nəfərdən artıq şəhərdə yaşayır. 1819-cu il üçün Şəki vilayətinin təsviri Vartaşenin "Tatar" (Azərbaycan) kəndini göstərir. Vartaşen məktəbinin keçmiş müdiri Mixail Bejanov "Qafqazın yerlərini və tayfalarını təsvir etmək üçün materiallar toplusu" kitabında Udinlərin Vartaşen və Nic kəndlərində yaşadıqlarını və bir çox "tatar" (yəni Azərbaycan) sözlərini özündə cəmləşdirən Dağ dilində danışdıqlarını qeyd edir. 1908-ci il üçün "Qafqaz təqvimi" nə görə kənddə 1090 erməni, 629 rus və 35 azərbaycanlı (tatar) yaşayırdı.
Elçin Səlcuq
Elçin Quliyev və ya Elçin Səlcuq (10 noyabr 1964, Yengicə, İliç rayonu – 17 dekabr 2009, Bakı) — Azərbaycan jurnalisti. == Həyatı == Quliyev Elçin Abdulla oğlu 1964-cü il noyabrın 10-da Naxçıvan MR-nın Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 17 dekabr 2009-cu ildə qaraciyər serrozundan vəfat etmişdir. == Fəaliyyəti == 1980-ci illərin Azadlıq hərəkatı dövründə "Meydan", "FV-ÇP" kimi qeyri-leqal qəzetlərin nəşrində və yayılmasında fəal iştirak etmişdir. 1990-cı ildə "Azadlıq" qəzetinin ilk əməkdaşlarından biri olub, 1997-ci ilə qədər burada çalışmışdır. 1997-1998-ci illərdə "525-ci qəzet"də çalışmış, 1998-2001-ci illərdə "Detektiv" qəzetinin təsisçisi və baş redaktoru olmuşdur. == Əsərləri == Elçin Səlcuq "Kədərin sirri" kitabında yazıçı-dramaturq, alim Kamal Abdullanın bədii yaradıcılığını araşdırmış, onun əsərlərinin özəlliklərini təhlil etməyə çalışmışdır. Kitabın redaktoru şair Etimad Başkeçid və naşir Əliş Mirzallıdır. Ön sözü müəllifi şair Salam Sarvandır.
Səlcuq (dəqiqləşdirmə)
Səlcuq — türk mənşəli sülalə
Səlcuq (İzmir)
Səlcuq (türk. Selçuk) — İzmir ilinin ilçəsi. İzmirin cənubunda yer alır. İl mərkəzinə uzaqlığı 56 km-dir. İlçənin şimalında Menderes və Torbalı, şimal-şərqində Tirə ilçələri, şərqində və cənubunda Aydın ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 317 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 36,824 nəfərdir.
Səlcuq Bayraqdar
Səlcuq Bayraqdar (7 oktyabr 1979, Sarıyer) — türk iş adamı, mühəndis, texniki direktor və Baykar Makinanın ortaq sahibi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni. Əslən Trabzondan olan Selçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer mahalında Özemir və Canan cütlüyünün ikinci övladı olaraq anadan olub. Atası Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan Baykar Makina şirkətinin qurucusu və sahibidir. Təhsil həyatına Sarıyer ibtidai məktəbində başlamış, buranı bitirdikdən sonra Robert Kollecinə daxil olmuş, 1997-ci ildə Robert Kollecini bitirmişdir. Elə həmin il, İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilinə başlamışdır. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasına təcrübə keçmək müraciəti müsbət nəticələnmişdir. Təcrübə müddətində təqaüd verildikdən sonra, 2002–2004-cü illər arasında Pennsilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamladı. Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirmişdir. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışmışdır. Dünyada ilk dəfə həyata keçirilmiş PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparmışdır.
Səlcuq Universiteti
Səlcuq Universiteti — 1975-ci ildə Konyada fəaliyyətə başlayan dövlət universiteti. Konyada universitetin açılması 1955-ci ildə gündəmə gəlmişdir. Bu tarixdə Türkiyə Böyük Millət Məclisində universitetlə bağlı qanun layihəsi hazırlanıb. Qanun layihəsini deputatların yarıdan çoxu imzalasa da, Milli Təhsil Komissiyasından keçməyib. 1962-ci ildə Konya, Türkiyə Respublikası Təhsil Nazirliyinə bağlı Səlcuq Təhsil İnstitutu və Ali İslam İnstitutu ilə universitetə ​​sahib olmaq yolunda ilk böyük addımı atdı. Daha sonra bu addımı gücləndirmək və inkişaf etdirmək məqsədi ilə 1968-ci ildə Konyada universitetin yaradılması və davam etdirmə dərnəyi yaradıldı. Nəhayət, bugünkü Mühəndislik və Memarlıq fakültəsinin özəyini təşkil edən Mühəndislik və Memarlıq Kollecci yaradıldı. Binası, sinif otağı, işçi heyəti və büdcəsi olmasa da, 1970-1971-ci tədris ilində Uşaqların Müdafiəsi Agentliyinə (Gəzi Liseyi) aid binada xidmətə başlayan bu kollec, 5 iyul 1971-ci il tarixli və 1418 saylı qanunun 9-cu maddəsinə əsasən Konya Dövlət Memarlıq və Mühəndislik Akademiyası adını aldı. 1982-ci il Səlcuq Universiteti üçün sıçrayış ili oldu. 20 iyul 1982-ci il tarixində 41 saylı Qanun Fərmanı ilə universitetin nüvəsini təşkil edən Fənn və Ədəbiyyat fakültələri birləşdirilərək Fənn-Ədəbiyyat fakültəsi qurulmasına, Səlcuq Ali Müəllimlər Məktəbinin Təhsil fakültəsinə çevrilməsinə, Konya Dövlət Mühəndislik-Memarlıq Akademiyasının Mühəndislik-Memarlıq fakültəsinə çevrilməsinə, Konya Ali İslam İnstitutunun İlahiyyat fakültəsi çevrilməsinə, Hüquq, Tibb, Kənd Təsərrüfatı və Baytarlıq fakültəsinə çevrilməsinə, Səhiyyə, Elm və Sosial Elmlər İnstitutların qurulmasına, Xarici Dillər Məktəbi ləğv edilərək Konya Peşə Məktəbinə çevrilməsinə, Niğdədə Niğdə Peşə Məktəbinin yaradılmasına, Qız İncəsənət Ali Müəllim Məktəbinin Qızlar üçün İncəsənət Təhsili Kollecinə, Niğde Təhsil İnstitutunun Ali Təhsil Məktəbinə çevrilməsinə qərar verildi.
Səlcuq Ural
Səlcuq Ural və ya Əbdulqədir Səlcuq Ural (türk. Selçuk Ural) – Türkiyə müğənnisi. 1945-ci il Türkiyənin Bartın ilində dünyaya gəlib. Gülə-Gülə sənə və s. mahnıları ifa edib.
Səlcuq Xatun
Səlcuq Xatun (1407, Amasya ili – 25 oktyabr 1485, Bursa) — 5. Osmanlı sultanı Çələbi Mehmedin qızı. Bibi Sultan olaraq anılır. Səlcuq Xatun 1407-ci ildə Amasyada dünyaya gəldi. Atası Sultan Çələbi Mehmed, anası isə onun kənizlərindən Qumru Xatundur. 1425-ci ildə Candaroğlu İsfəndiyar bəyin oğlu İbrahim bəylə evləndirildi. Qaynatasının 1439-cu ildə vəfatının ardından əri İbrahim bəy hakimiyyəti ələ aldı. Ancaq cəmi 4 il sonra vəfat etdi. Ərinin vəfatından sonra Bursaya geri dönən Səlcuq Xatunun bu nigahdan 4 övladı dünyaya gəldi. Qalan ömrünü Bursada xeyriyyəçiliklə məşğul olan Səlcuq Xatun 1450-ci ilin oktyabrında Bursada bir məscid və imarət, 1465-ci ildə yenə Bursa yaxınlığında Nilüfər çayı üzərində bir körpü və Ədirnədə bir məscid inşa etdirmişdir.
Səlcuq Yula
Selcuk Yula (8 noyabr 1959, Ankara – 6 avqust 2013, İstanbul) — Türkiyə yığması və "Fənərbağça" klubunun sabiq oyunçusu, məşhur futbolçu. Yula 1959-cu ilin noyabrın 8-də Ankarada doğulmuşdur. Selçuk Yula futbolçu karyerasına "Şəkərspor"da başlayıb. 1979-cu ildə transfer olduğu "Fənərbağça"da qol krallığı və penalti vuruşları ilə məşhurlaşıb. "Fənərbağça"da iki mövsüm üst-üstə qol krallığı (1981–1982, 16 qol), (1982–1983, 19 qol) yaşayıb. Futbolçu "Fənərbağça" 134 qola imza atıb. O, 1979–1986-cı illərdə sarı-lacivərd komandanın heyətində oynamış, 134 qol vurmuşdu. Daha sonra 1986–1987 mövsümündə Almaniya Bundesliqa klubu olan "Blau Weiss Berlin"ə keçib. Karyerasının sonlarında "Qalatasaray"da 1 mövsüm oynadıqdan sonra futbolçu karyerasını bitirib. 14 dəfə formasını geyindiyi Türkiyə millisində 3 dəfə kapitan olub.
Səlcuq bəy
Səlcuq bəy Dukak oğlu Qınıq (türk. Selçuk Bey, türkm. Seljuk Beg Dukak, 960-1009) — Səlcuqlu sülaləsinin banisi, oğuz bəyi. Türkmənləri dünyaya tanıtdıran ən böyük şəxsiyyət Səlcuq bəy və onun övlad və nəvələri olmuşdur. İslam dinini qəbul edən Oğuz boylarına rəhbərliyi əlinə alan Səlcuq bəy peçeneq türklərinin hücumlarından ölkəsini qorumuş, Qaraxanlı Türk dövləti ilə savaşmış, Qəznəvi Türklərini - Qəznəviləri məğlub etdikdən sonra tarixdə məşhur Səlcuqlu dövlətini qurmuşdur. Səlcuqlu dövləti Səlcuq bəydən sonra da övlad və nəvələri tərəfindən zaman-zaman genişlənmiş, Türküstanın böyük bir qismi ilə yanaşı, Farsistan, Xorasan, Azərbaycan, Gürcüstan, İraq, Anadolu və bütün Ön Asiyanı öz hakimiyyətləri altına alaraq müəzzəm bir İmperatorluq qurmuşlar. XI əsrdən XIV əsrə qədər Türküstandan Aralıq dənizinə qədər böyük bir ərazidə İmperatorluq quran Səlcuq Bəyin oğulları Arslan, Yusif, Musa, nəvələri Toğrul, Çağrı, nəticələri Alp Arslan, Məlik şah və başqaları bir neçə dövlət qurmuş, bu dövlətlərdən bəziləri[hansı?] Böyük Səlcuqlu İmperatorluğuna tam bağlı olmuş, bəziləri isə müstəqil dövlətlər olmuşlar. Tarixdə Səlcuq Bəyin nəvələri olan Toğrul və Çağrı Bəylərin türkmən topluluğuna səlcuqlular, oğlu Yusif Yınalın topluluğuna isə Yınallılar deyilmişdir. Böyük Səlcuqlu Türk sultanı Toğrul bəy Abbasi Xəlifəsi Əl-Qaim bi-Əmrullahın dəvəti ilə Türkmən-Oğuz boylarından ibarət müəzzəm bir ordu ilə Bağdada daxil olmuşdu. Tarixçilər[kimlər?] göstərirlər ki, Türk və Oğuzlardan təşkil olunan 120 minlik Səlcuqlu ordusunun Bağdada girməsi Xilafət mərkəzində bir həyəcan dənizini andırırdı.
Səlcuq dili
Səlcuq dili, Səlcuq türkcəsi və ya Səlçuq dili — İranda (Kirman əyalətində) danışılan azərbaycan dilinin dialektlərindəndir.
Səlcuq imperiyası
Böyük Səlcuq imperiyası, həmçinin Səlcuqilər dövləti (türk: Selçuklu İmparatorluğu)— Oğuz türklərinin Qınıq boyundan olan tayfaların XI əsrdə yaratdığı, Orta Asiya, İran, Yaxın Şərq, Qafqaz və Anadolu ərazilərini əhatə edən türk dövləti. Səlcuq türkləri Qınıq boyuna mənsubdur. Tarixçi Fəzlullah Rəşidəddinin "Cami ət-təvarix" əsərində Oğuz boylarının siyasi və ictimai mövqelərinə aid tərtib edilmiş cədvəldə qınaqlar sonuncu yerdə göstərilmişdir. Sülalənin əsasını qoyan Səlcuqun atası "dəmir yaylı" ləqəbi daşıyan "Dukak" olmuşdur. Dukak və oğlu Səlcuq oğuzlar arasında tanınmış şəxsiyyətlərdən idi. Səlcuq hökmdarı olan Səlcuqun adı tələffüz baxımından münaqişələrə səbəb olmuşdur. J. Marquart adın bu cür deyilişini düzgün hesab etmiş və adın bu cür düzgün olduğunu XIII əsr tarixçisinin əsərini göstərməklə sübut etmişdir. Mahmud Kaşğari də Səlcuq şəklinin ən düzgün tələffüz hesab edərək, sonrakı türk mənbələrində də bunu açıqlamışdır. Daha sonra bu məsələ ilə maraqlanan L. Rasonyi XII əsr ərəb yazıçısı əl-Əzimi və farsca "Enesi-il-külüb" əsərinin müəllifi olan Qədi Burxan Ənəvini mənbə kimi göstərərək adın Səlcüq olmasını tələb etmişdir. Səlcuq adının "kiçik sel" mənasını verdiyini irəli sürən Rasonyiyə görə, Səlcuq Orta Asiyada Sel-dağ yaxınlığında dünyaya gəlmiş və adını da bu dağdan götürmüşdür.
Səlcuq sülaləsi
Səlcuqlular və ya Səlcuqilər — 1038-ci ildən 1157-ci ilədək mövcud olmuş, Böyük Səlcuq imperiyasını və digər kiçik dövlətləri idarə etmiş sülalə. Səlcuq türkləri Oğuz türklərinin Qınıq boyuna mənsub olmuşlar. Bu tayfa adını türk sərkərdəsi olan Səlcuğun adından götürmüşdür. X əsrin ikinci yarısında Türküstanda Qınıq boyunun başçısı Səlcuq bəy tərəfindən oğuz tayfalarının ittifaqı yarandı. İslam dinini qəbul etmələri Türküstanda onların nüfuzunu daha da artırıdı. Səlcuq bəyin vəfatından sonra Qəznəvi hökmdarları səlcuqları sıxışdırmağa başladılar. Səlcuqlar Qaraxanlılar və Qəznəvilər tərəfindən sıxışdırıldıqdan sonra qərbə doğru axışdılar. Azərbaycan və İran torpaqların keçib Bizans torpaqlarına hücum etdilər. Daha sonra Van gölü hövzəsi, Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqlarını nəzarət altına aldılar. Səlcuqlar əvvəlcə, Xorasanda məskunlaşdılar.
Səlcuq İnan
Selçuk İnan (10 fevral 1985, İskəndərun, Hatay ili) — Super Liqa təmsilçisi "Qalatasaray" və Türkiyə milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış etmiş türk keçmiş peşəkar futbolçu. Selçuk, futbola doğulduğu şəhərin komandası olan "Karaağaç Belediyespor"-da həvəskar olaraq başlamışdı. 15 yaşındaykən seçmələrinə qatıldığı Çanaqqala Dardanelspor-da 2006-cı ilə qədər oynadı. 2005–2006 mövsümünün ilk yarısında da 15 liqa matçına çıxdıqdan sonra, dövrə arasında Ərsun Yanalın istəyi ilə dörd oyunçu və bir miqdar da pul qarşılığında Vestel Manisaspora transfer oldu. Egey komandası, eyni günlərdə Selçukla birlikdə bir başqa gənc ulduz namizədini də icarəyə almışdı, hətta bu iki gənc oyunçular sezonun sonuna qədər otaq yoldaşlığı etmişdi. Digər futbolçunun adı Arda Turan idi. 2008–2009 sezonunda əvvəlki məşqcisi Ərsun Yanal bu transferdə də baş rolu oynamış, oyunçusunu yeni komandasına gətirmışdı. Trabzonsporda 32 liqa matçında oynayaq Selçuk, 8 nömrəli formasıyla ilk çıxdığı iki matçda iki qol ataraq mövsümə əla başladı. Qalan matçlarda sadəcə bir dəfə qol ata bilən Selçuk, o qolla da komandasının liqa tarixindəki 2000-ci qolunun altına adını yazdıracaqdı. Selçuk İnan, karyerasının ən yaxşı oyununu heç şübhəsiz 2011-ci ildə keçirdi.
Səlcuq Şahbazi
Səlcuq Şahbazi (az-əbcəd. آشیق سلجوق شهبازی‎; 6 yanvar 1962, Ağcaqışlaq, Şərqi Azərbaycan ostanı) — Cənubi Azərbaycan aşığı, İran Aşıqlar Birliyinin sədri. Səlcuq Şükür oğlu Şəhbazi 1962-ci ilin 6 yanvar tarixində keçmiş Miyananın Ağcaqışlaq kəndində anadan olub. 1975-ci ildə ailəlikcə köçüb Tehran şəhərinin Nəmətabad məhəlləsində yaşamışlar. Aşıq Yədullanın məsləhəti ilə tanınmış aşıq və məşhur sazbənd Aşıq Əvəzin yanına gedib ona şəyird olub. Gənc Səlcuq ondan iki müqəddəs peşə öyrənir. Onun biri aşıqlıq, biri də saz düzəltmək peşəsi olur. Düz 4 il ustadıyla bir yerdə olur. 1980-ci ildə hərbi qulluğa yollanır. İki ildən sonra hərbi qulluqdan qayıdanda ustadının vəfatına çox acıyır.
İlhan Səlcuq
İlhan Səlcuq (11 mart 1925, Aydın – 21 iyun 2010, İstanbul) — Türkiyə jurnalisti. 1925-ci ildə doğulan İlhan Səlcuq 1950-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 50 il köşə yazarlığı edən İlhan Səlcuq 2001-ci ildən "Cümhuriyyət"in baş redaktoru idi. Son zamanlar qəzetdə "Pəncərə" adlı rubrikada köşə yazıları ilə çıxış edirdi. Məşhur jurnalist 1971-ci ildə hərbi çevrilişindən sonra həbsdə yatıb. 2008-ci il martın 21-də "Ergenekon" işinə görə tutulmuş, iki gün sonra sərbəst buraxılmışdı. 21 iyun 2010-cu ildə İstanbul xəstəxanalarının birində vəfat edib.
Dəymədağlı (Oğuz)
Dəymədağlı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 25 km cənub-şərqdə, Sincan kəndinin şərqində yerləşir. Sincan kənd inzibati Ərazi Dairəsinə daxildir. == Etimologiyası == Mənbələrdə kəndin adının Qarabağın elat tayfalarından biri olan Kolanı tayfasının Dəymədağlı qolunun bu ərazidə məskunlaşması nəticəsində yarandığı qeyd olunmuşdur. Tayfa oz adını Zəngəzurdakı Dəymədağlı kəndinin adından götürmüşdür. Kəndin yaşlı sakinləri əcdadlarının Qarabağ mənşəli olduqlarını, bu əraziyə Nadir şahın Qarabağın elat tayfalarına qarşı cəza tədbirlərindən qaçdıqları zaman gəldiklərini bildirirlər. Digər bir ehtimala görə kəndin keçmiş adı Dəymədağlı Molla Vəli olmuşdur. Yaşayış məntəqəsi Mollalı (əsl adı Mollavəli) kəndindən çıxmış dəymədağlı tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Mənbələrdə bu etnonimin dəmyədağlı variantına da təsadüf olunur.
Gavurqala (Oğuz)
Gavurqala — Oğuz rayonunun Xaçmaz kəndi ərazisində istehkam xarakterli tarixi-memarlıq abidəsi. == Haqqında == Gavurqala XVII əsr ədəbiyyatında Xaçmaz Govur qalası adı ilə məlumdur. A. Bakıxanovun məlumatına əsasən Səfəvi-Osmanlı müharibəsinin (1578–1590) gedişində 1578–1583-cü illərdə Səfəvi sərkərdəsi Zülqədər Məmmədqulu ilə Osmanlı sərkərdəsi Əbubəkr Mirzənin qoşunları arasında Xaçmaz Gavurqalasının qarşısında döyüşlər baş vermişdir. Gavurqalanın yerləşdiyi dağ çay səthindən təxminən 2 km yüksəkdədir. Şimal tərəfdə bu dağ Böyük Qafqaz dağlarının yamacları ilə birləşir. Dağın üstü ilə qalaya fayton yolu olmuşdur. Cənub və şərq tərəflərdən isə qalaya ancaq piyada yolu vardır. Mənbələrə görə qala Vll əsrdə sadə memarlıq üslubunda çay daşı və kirəc məhlulu ilə tikilmişdir, iki mərtəbəlidir. Darvazası kiçik ölçülüdür. Onun eni 1,5 metr, hündürlüyü 3 metrdir.
Hallavar (Oğuz)
Hallavar — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli məlumata görə, oykonim "hündür yer" mənasındadır. "Hallavar"ın tayfa adından yaranmış etnotoponim olduğu ehtimal edilir. Tiflisdə Hallavar adlı məhəllə var. Kəndin adındakı "alaçıq, yeri, otlaq yeri" mənası daşıyan "var" sözü Şotavar (Qax), Qızılavar, Mahmudavar (Masallı), Horavar (Yardımlı), Əmirvar (Daşkəsən) və s. toponimlərdə iştirak edir. Əkinçiliklə əlaqədar yaranmış şifahi xalq ədəbiyyatının bir növü "holavarlar"dır. Əkinçilər "holar" çəkib birlikdə oxuyar, kotan sürərdilər. "Hallavar"ı "holavar"ın dəyişilmiş variantı kimi qəbul etsək, bu toponim "bir yerdə olan, toplu olan el, oba" mənasını verir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin ətəyində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 8 km cənub-şərqdə, Qumlaq kəndinin qərbində, Xalxalçayın sol sahilindən 1 km aralıda, dəniz səviyyəsindən 485 m.
Kərimli (Oğuz)
Kərimli (əvvəlki adı: Vardanlı) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vardanlı kəndi Kərimli kəndi və müvafiq olaraq Vardanlı kənd Soveti Kərimli kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin əvvəlki adı Vardanlı olmuşdur. Kənd şair Mücrim Kərim Vardaninin şərəfinə 1991-ci ildən Kərimli kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi Şahsevənlərin kərimli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır və həmin tirənin adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Kəndin ərazisində arxeoloji və memarlıq abidələrindən Qala yeri (V–VIII əsrlər), Türbə (XV əsr), Kurqanlar (Tunc dövrü) mövcuddur. Bu abidələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi ölkə və yerli əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir. Hazırda Kurqanlarda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən qazıntı-tədqiqat işləri aparılır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 12 km. cənubda, Əlicançayın (Kürün qolu) sol sahilindən 4 km.
Mollalı (Oğuz)
Mollalı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 32 km cənub-şərqdə, Tikanlıçayın sağında, Oğuz-Qəbələ şose yolunun solunda yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. "Mollalı" nəsil adından yaranmış oykonimdir. XIX əsrin ortalarında Xaçmaz kəndindən öz ailəsi ilə köçüb burada məskən salmış Molla Əlinin adını daşıyır. Sonralar Molla Əli adı təhrifə uğrayaraq Mollalı formasına düşmüşdür. Molla axunddan sonra gələn dini rütbədir. "Mollalı" (molla-lı) – "mollaya məxsus" anlamını verir. Əhalisi (603 nəfər) heyvandarlıq, taxılçılıq, meyvə-tərəvəzçiliklə məşğuldur. Kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi, 1 telefon var.
Müslüm Oğuz
Müslüm Oğuz— Müslüm Oğuz –Türkiyə yazıçısı, publisisti və ictimai xadimi, Türkiyə Yazarlar Birliyinin və və İLESAM-ın üzvü. Müslüm Oğuz 1951-ci ildə Türkiyə Cümhuriyyətinin Iğdır qəzasının Araz çayı sahilindəki Hakmehmet kəndində anadan olmuşdur. Atası Hacı Bəhram xırda ticarətlə məşğul olmuşdur. İbtidai təhsilini doğulduğu kənddə almış, Iğdır liseyini (1968), daha sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin tarix bölümünü bitirmişdir (1974). İznik (1976–1979), Babaeski (1979–1982) və Qarsda (1982–1987) tarix müəllim kimi fəaliyyət göstərmişdir. Bir müddət Qars Milli Təhsil şöbəsinin müdiri, Qars Xalq Təhsili başqanı (1984) vəzifəsini icra etmişdir. Qars (1987) və Manisa (1989) şəhərlərində Kültür ve Turizm müdiri vəzifələrində çalışmışdır. 2003-cü ilin sentyabr ayından təqaüdə çıxmışdır. Yaradıcılığa universitet illərində başlayan yazarın şeir, hekayə və məqalələri Türkiyənin "Hergün", "Bursa Hakimiyet", "Tohum", "Yeni Nesil, "Doğuş Edebiyat", "Hüryurt" "İlimiz" "Nilüfer" (Elazığ), "Yeşil Iğdır" kimi dərgi və qəzetlərində yayınlanmışdır. Elmi araşdırmaları içərisində 1920–1921-ci illərdə Türkiyədə köç və köçmən məsələləri ilə bağlı yazılar xüsusi yer tutur.
Oğuz Atay
Oğuz Atay (12 oktyabr 1934 – 13 dekabr 1977, İstanbul), Türk yazıçı. Türk romanının ən mahir ustalarından biridir. Oğuz Atay 1934-cü ildə İnebolu, Kastamonuda anadan olmuşdur. Atası Kastamonu şəhərinin millət vəkili olmuş Cemil Ataydır. 5 yaşında ailəsi ilə birlikdə Ankaraya köçmüşdür. 1951-ci ildə bugünkü adı Ankara Kolleci olan Ankara Maarif Kollecini, 1957-ci ildə isə İstanbul Texniki Universitetinin İnşaat Fakültəsini bitirib. Üç il sonra isə İDMMA İstanbul Dövlət Mühəndislik və Memarlıq Akademiyasının (indiki Yıldız Teknik Üniversitesi) İnşaat Bölümündə işçi üzv olmuşdur. 1975-də dosent olan Oğuz Atay, Topoqrafiya adlı peşə kitabı yazmışdır. Bu müddət ərzində müxtəlif qəzet və dərgilərdə yazıları dərc olunmuşdur. Oskar Uaylddan, Maurice Leblanca, Maksim Qorkidən Kroninə və Pitigrillidən Stendala, Laclos, Eliot, Herman Mervil və Henri Ceymsə qədər bir çox yazarların əsərləri ilə tanış olmuş, ədəbiyyat dəryasına daxil olduqdan sonra bütün həyatı boyu kitablarla nəfəs almışdır.
Oğuz Boyları
Oğuzlar — "Oğuz Xaqan Dastanı"na görə 24 boydan, Mahmud Kaşğarinin Divanü Lüğati-it-Türk əsərinə görə isə 22 boydan ibarət Orta Asiya kökənli ən böyük və ən nüfuzlu türk boyudur. Oğuzlar Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər olan ərazidə yerləşmişdirlər. Köçəri həyat tərzi yaşayan oğuzlar təxminən 7-ci əsrdən etibarən yer dəyişməyə başladılar və coğrafi baxımdan, Bizans imperiyasının qeydlərinə görə, əvvəlcə Balkanlara yayıldılar. Oğuzlar Türkiyə, Azərbaycan, Türkmənistan, İran, İraq, Suriya, Misir ve Balkanlarda (Bolgarıstan, Rumıniya, Yunanıstan, Kosova, Serbiya) yaşayan türklərin atası sayılır. Dastanlara görə oğuzlar Oğuz xanın altı oğlu və onların hər birinin 4 oğlundan meydana gəlmişdirlər. Meydana gələn bu 24 boyun hər birinin ayrı adı və ünvanı vardır. Bu boyların Bozoxlar və Üçoxlar olmaqla ikiyə bölünməsi isə daha sonra baş vermişdir. Bu iki ana qol arasında baş verən münaqişələr və anlaşmazlıqlar boyların bir qisminin qərbə köç etməsinə səbəb olmuşdur, qalanları isə Göytürk xaqanlığının hakimiyyəti altında qalmışdır. 630-cu ildə ilk Göytürk dövlətinin zəifləyib Çin tabeliyinə keçməsi ilə yenidən birləşməyə çalışsalar da, ikinci Şərqi Göytürk Xaqanlığının yaranması ilə yenidən hakimiyyət altına girdilər. 745-ci ildə Şərqi Göytürk Xaqanlığı da süqut etdikdən sonra qərbə və Çinə köçmüş bir çox Oğuz boyları Ötükənə geri dönərək Qutluq Bilgə Xaqanın qurduğu Uyğur Xaqanlığının bayrağı altında birləşdilər.