PIRILTI is. Kiçik quşların qanad çalmasından çıxan səs. Tula o saat özünü bildirçinin üstünə atdı. Bildirçin pırıltı ilə qalxdı. S.S.Axundov. Zəminin kənarındakı yaşıl otluqdan ürkmüş bir turac pırıltı ilə havaya qalxıb, ayrı bir yerə düşdü. İ.Əfəndiyev.