PƏRDƏLƏNMƏK

məch.
1. Örtülmək, qabağı tutulmaq, görünməz olmaq.
Ayın solğun işığı hərdən bulud ilə pərdələnib, uşaqları qaranlığa qərq edirdi. C.Cabbarlı.

2. məc. Üstü örtülmək, ört-basdır edilmək, gizlədilmək.
Rus ədəbiyyatının çox zəngin təcrübəsindən, elə də öz ədəbi təcrübəmizdən bilirik ki, heç bir böyük yazıçının yaradıcılığındakı nöqsanlar pərdələnmir. S.Rəhimov.

3. qayıd. Örtünmək, özünü bir şeylə örtərək görünməz etmək.
PƏRDƏLƏNMƏ
PƏRDƏLİ

Значение слова в других словарях