PALANTÖKƏN

I
(Ağdam)
qoz növü. – Bizdə palantökən var
II
(Xanlar)
dağ yolunda yük heyvanlarının çətin keçdiyi yer, yolun narahat yeri. – Özün apar uşaxları palantökənnən keçirt
PALANNAMAX
PALAVAR
OBASTAN VİKİ
Palantökən dağı
Palantökən dağı Ərzurumda yerləşən, 3125 metr yüksəklikdə olan tektonik dağdır. Yalnız Palantökənə xas bir çiçək olan Palantökənensis may ayında rast gəlinir. Başköydə bir xizək kurortu var. Adı palan (eşşək yəhəri) və tökmə sözlərindən düzəlib. Sıldırım dağ yollarında eşşəyin yəhərinə bərkidilmiş xurcunların aşmasına bir eyhamdır. Adı mifologiyada, xüsusilə Anadoluda bir çox rəvayətlərdə çəkilir. Ərzurum şəhərindən 10 km cənubda yerləşən zirvəsi ətraf ərazinin ən yüksək nöqtəsidir. Ərzurum şəhər mərkəzinin 1950 metrə çatan hündürlüyündən və dağ silsiləsi olduğuna görə Türkiyənin hündürlüyü 3000 metrdən yuxarı digər dağları qədər böyük görünmür. Palantökən qışda şimal yamacına yağan qar miqdarı, qarın keyfiyyəti və Türkiyənin ən uzun sürüşmə zolağına malik xizək mərkəzi ilə ölkənin öndə gedən xizək kurortlarından biridir. Texniki dırmanma baxımından heç bir çətinlik olmasa da qışda digər 3000 metr hündürlüyə dırmaşmada olduğu kimi bütün mümkün çətinliklər nəzərə alınaraq texniki avadanlıqla dırmaşmalıdır.