paquet
parachute
OBASTAN VİKİ
Par
Par — soyad. Par Çun-Hi — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Kap-So — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Mi-Ra — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Yon-Lim — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Nor Par
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Par (Urmiya)
Par (fars. پر‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 630 nəfər yaşayır (156 ailə).
Par Qerel
Par Qerel (23 iyun 1982) — İsveçi təmsil edən stolüstü tennisçi. Par Qerel İsveçi 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub. Daha sonra Par Qerel İsveçi 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Par Qerel İsveçi 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
HÜDA PAR
Hür Dava Partiyası (türk. Hür Dava Partisi, qısaldılmış halı ilə HÜDA PAR; kürd. Partiya Doza Azadî) — Türkiyədə sünni kürd islamçı siyasi partiya. == Tarixi == 2002-ci ildə silahlı mübarizəyə son qoymaq qərarından sonra "Hizbullah"ın tərkibində olan "Mənzil" qruplaşmasının fəalları 2003-cü ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"ni adlı assoasiasiya yaratmışdılar. Bu, "Müstəzəflər hərəkatı" kimi də tanınırdı. 18 aprel 2010-cu ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" Diyarbəkirdə islam peyğəmbəri Məhəmmədin mövludunu qeyd etmək üçün kütləvi yığıncaq təşkil etmişdir. Türkiyə polisi tədbirə 2 milyon adamın qatıldığını bildirmişdir. Təşkilatçılar bu rəqəmin 2,5 milyondan çox olduğunu bildirmişdilər. 20 aprel 2010-cu ildə Diyarbəkir məhkəməsi "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"nin "Hizbullah terror təşkilatı adından fəaliyyət göstərməsi" səbəbi ilə bağlanmasına qərar vermişdir. Qərar Kassasiya Məhkəməsi tərəfindən 11 may 2012-ci ildə təsdiq edilmişdir.
Par Kap-So
Par Kap-So (d. 25 noyabr 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Kap-So Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Par Mi-Ra
Par Mi-Ra (d. 20 aprel 1987) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Mi-Ra Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Par Yon-Lim
Par Yon-Lim (d. 25 sentyabr 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Yon-Lim Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Par Yon-Lim Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Par Çun-Hi
Par Çun-Hi (d. 10 aprel 1975) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Çun-Hi Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Par Çun-Hi Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Dünya parlamentlərinin siyahısı
== Qanunverici orqanların siyahısı ==
Dünya ölkələrinin parlamentlərinin siyahısı
== Qanunverici orqanların siyahısı ==
Dədə Qorqud parkı
Dədə Qorqud parkı — Bakı şəhərində, Nərimanov rayonunda yerləşən park. ADA Universitetinin və Bakı zooparkının yanında yerləşir. == Haqqında == Heydər Əliyev 2000-ci ilin aprelində parkın yerləşdiyi bu ərazidə "Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında" fərman imzalamışdı. Daha sonra 2 aprel 2007-ci ildə İlham Əliyevin imzaladığı sərəncamla Nazirlər Kabinetinə həmin fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılıb. Aparılan tikinti işlərindən sonra Dədə Qorqud parkı 13 dekabr 2013-cü ildə açılıb. Açılış da İlham Əliyev də iştirak etmişdir. 6 hektar ərazidə salınmış bu park paytaxtın ən böyük parklarındandır. Burada istirahət üçün hər cür şərait yaradılıb, yaşıllaşdırma işləri aparılıb, süni göl yaradılıb, müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılıb. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Parkın mərkəzində heykəltaraş Göyüş Babayevin "Kitabi-Dədə Qorqud" abidəsi ucalır.
E-parlament
Elektron parlament – vətəndaşların idarəetmədə iştirakınının təmin olunması, tələb və təkliflərinin nəzərə alınması zərurəti ilə parlamentin fəaliyyətində informasiya kommunikasiya texnologiyalarının tətbiq edilməsini nəzərdə tutur. Vətəndaşların parlament qərarlarının qəbulu prosesində iştirakının təmin edilməsi elektron demokratiyanın əsas prinsiplərindən biri hesab olunur. Bəzən elektron parlament anlayışı sadəcə olaraq parlamentdə elektron sənəd dövriyyəsinin və elektron səsvermə sisteminin mövcudluğu kimi anlaşılır. Lakin, bu iki amil elektron parlamentin bir hissəsi kimi qəbul edilə bilər. Bu anlayış daha geniş anlamda insanların parlamentin fəaliyyətində aktiv iştirakını özündə ehtiva edir. == Mənbə == Əhmədova, İnformasiya Cəmiyyətində İnsan hüquqlarının reallaşma imkanları // Ekspress-İnformasiya, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2009 Aygün Əhmədova, Elektron parlament, "Gömrük işində informasiya sistemləri və texnologiyaları" 1-ci beynəlxalq elmi-praktiki konfrans, s.72-73, Bakı 2009.
Elektron parlament

Elen Parmelen
Elen Parmelen (fr. Hélène Parmelin; d. 19 avqust 1915, Nansi, Fransa – ö. 5 fevral 1998, Paris, Fransa) — fransız qadın yazıçı == Həyatı == Elen Parmelen 19 avqust 1915-ci ildə Fransanın Nansi şəhərində anadan olub. 1957-ci ildə Azərbaycanda olmuşdur. 5 fevral 1998-ci ildə Fransanın Paris şəhərində vəfat edib. == Yaradıcılığı == 1944–1956-cı illərdə "Humanite" qəzetində əməkdaşlıq etmişdir. "2078 nömrəli əsgər" (1953) sənədli povesti Vyetnamda müstəmləkəçilik müharibəsi əleyhinə mübarizədən bəhs edir. "Leonar özgə aləmdə" (1957), "Məşhur əsgər" (1962), "Əyləncəli şeylər" (1967), "Qara əda" (1970) və s. sosial mövzulu romanların müəllifidir.
Elenikon Böyükşəhər parkı
Elenikon Böyükşəhər parkı — Yunanıstanda Afinanın Elinikon adlı hissəsində inşası planlaşdırılan böyük şəhər parkı. Park Afinaya lazımı ekoloji dəstək verəcəkdir. Tamamlandıqdan sonra park Avropadakı ən böyük park olması planlaşdırılır. Park keçmiş Elinikon Beynəlxalq Hava Limanının ərazisində qurulacaq və təxminən 200 hektar ərazini tutacaqdır. İnşaatın 2008-ci ildə başlaması və 2013-cü ilədək başa çatdırılması planlaşdırılırdı, lakin maliyyə böhranı səbəbindən planlar yəqin ki, qeyri-müəyyən müddətə təxirə salınmışdır. Hökumət ərazinin istifadəsinin digər variantlarını nəzərdən keçirdiyinə görə torpaq sahəsinin bir hissəsini Qatar investorlarına satmaq üçün ilkin razılaşma imzalanmışdır. == Park == 2013-cü ildə Elinikon layihəsi çərçivəsində park üçün dizayn variantı təqdim edildi. Komandaya Foster & Partners, Charles Anderson Landscape Architecture, «ARUP» və Yunan dizayn məsləhətçilərinin böyük bir qrupu daxil idi. 2018-ci ildə layihəyə yenidən baxıldı və Yunanıstan hökumətinə yenidən təqdim edildi. 2005-ci ildə memarlar David Serero, Elena Fernandez və landşaft memarı Filippe Kuanenin rəhbərlik etdiyi beynəlxalq komanda, keçmiş Elinikon hava limanının yerində paytaxt parkının dizaynına dair beynəlxalq müsabiqədə qalib gəldi.
Eqriçka (təbiət parkı)
Eqriçka təbiət parkı (serb. Парк природе Јегричка) — Serbiyada yeləşən təbiət parkı. İnzibati baxımından Voyevodinanın Başka-Planka, Temerin, Brbas və Jalab icmalarının ərazisində yerləşir. Park 11.144 ha və 81 ar ərazizini əhatə edir. III kateqoriyalı təbiət abidəsi kimi dövlət tərəfindən qorunur. Bununla belə Beynəlxalq Təbiəti Qoruma birliyi tərəfindən V kateqoriya olaraq qeyd edilir. Park Eqriçka çayının orta axarında yerləşir. Təbiət parkı bərk tullantılar, qrunt suları, qamışların yandırılması, ətraf tarlaların pestisidlərlə zəhərləndirilməsi və Brakonyerlikdən əziyyət çəkir. == Coğrafi xüsusiyyətləri == Park Baçka regionunda yerləşir və çay, bataqlıq və nohur biotoplarına sahibdir. Ərazini qamışlıqlar örtmüşdür.
Eqriçka Təbiət Parkı

Erianthus parviflorus
Saccharum ravennae (lat. Saccharum ravennae) — qırtıckimilər fəsiləsinin şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Agrostis ravennae (L.) P.Beauv. Andropogon caudatus M.Bieb. [Invalid] Andropogon ravennae L. Erianthus elephantinus Hook.f. Erianthus jamaicensis Andersson Erianthus monstieri Carrière Erianthus parviflorus Pilg. Erianthus purpurascens Andersson Erianthus ravennae (L.) P.Beauv. Erianthus ravennae var. binervis Chiov. Erianthus ravennae var.
Erianthus ravennae subsp. parviflorus

Erigeron parishii
Erigeron parishii (lat. Erigeron parishii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron parryi
Erigeron parryi (lat. Erigeron parryi) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Ermənistan Kommunist (bolşeviklər) Partiyası
Ermənistan Kommunist Partiyası — 1920-ci ilin fevralında bolşeviklər tərəfindən yaradılmış kommunist ideologiyalı siyasi partiya. Sovet İttifaqı Kommunist Partiyasının tərkib hissəsi idi. Ermənistan Xalq Cümhuriyyətinin süqutandan sonra 1920-ci il tarixində qurulan Ermənistan Sovet Sosialist Respublikasının yeganə hakim siyasi partiyası olub. Ermənistan SSR 1990-ci ildə çox partiyalı sistemə keçəndə, partiyanın mütləq hakimiyyəti sona çatıb və ləğv edilib.
Ermənistan Kommunist Partiyası

Ermənistan Kommunist Partiyası (1920)

Ermənistan Kommunist Partiyası (1991)
Ermənistan Kommunist Partiyası (EKP; erm. Հայաստանի կոմունիստական կուսակցության, Hayastani Komunistakan Kusaktsutyun) — Ermənistanda özünü 1920-ci ildə qurulan və Ermənistan SSR-nin mövcud olduğu dövründə (1991-ci ilə qədər) hakimiyyətdə olmuş yeganə partiya olan Sov.İKP daxilində Ermənistan Kommunist Partiyasının hüquqi varisi hesab edən siyasi partiya. Ermənistanın əsas kommunist partiyasıdır, 2006-cı ildə onun 18 min üzvü var idi. "Hayastani komunist" və "Pravda Armenii" qəzetlərini nəşr edir. == Tarixi == 1920-ci ilin yanvarında Ermənistan Kommunist (bolşeviklər) Partiyası yaradılmışdır. 13 oktyabr 1952-ci ildə onun adı dəyişdirilərək Ermənistan Kommunist Partiyası olmuşdur. Ermənistan Kommunist Partiyasının 7 sentyabr 1991-ci ildə keçirilən XXX qurultayında partiyanın buraxılması haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, partiya sonradan bərpa olunmuşdur. 1991-ci ildən sonra müasir Ermənistanda Ermənistan Kommunist Partiyası I və II çağırış Ermənistan Milli Məclisinin tərkibində olmuşdur. 1995-ci ildə II çağırış – partiya 15% səs toplamışdır (6 deputat mandatı).
Ermənistan Kommunist Partiyası (dəqiqləşdirmə)
Ermənistan Kommunist Partiyası (1920)
Ermənistan Marksist Partiyası
Ermənistan Marksist Partiyası (erm. Հայաստանի մարքսիստական կուսակցություն, Hayastani Marksistakan Kusaktsutiun) — Ermənistanda siyasi partiya. 2009-cu ildə ləğv edilmişdir. == Tarixi == 2003-cü il Ermənistan parlament seçkilərindən əvvəl partiya Ermənistan Kommunistlər İttifaqı ilə birlikdə "Azad və Ədalətli Ermənistan" seçki alyansının bir hissəsi idi. Buna baxmayaraq, hər iki partiyadan heç biri lazımi qeydiyyatı təqdim etmədiyi üçün blokun qeydiyyatı rədd edilmişdir. Ermənistan Marksist Partiyası 1997-ci ildə qeydiyyatdan keçsə də, 1 yanvar 2003-cü il tarixində yenidən qeydiyyatdan keçə bilməmişdir. Belə ki, hər iki partiyadan heç biri 2003-cü il seçkilərində iştirak edə bilməmişdir. 7 iyul 2003-cü ildə partiya rəsmi olaraq Ermənistan Birləşmiş Kommunist Partiyası ilə birləşmişdir. Buna baxmayaraq, partiya 2007-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində müstəqil şəkildə iştirak etmiş və cəmi 0,20% səs toplamışdır. Partiya 2009-cu ilə qədər müəyyən siyasi fəaliyyətlərini davam etdirmişdir.
Ermənistan Mütərəqqi Birləşmiş Kommunist Partiyası
Ermənistan Mütərəqqi Birləşmiş Kommunist Partiyası (erm. Հայաստանի Առաջադիմական Միացյալ Կոմունիստական Կուսակցություն, Hayastani Aracadimakan Miatsial Komunistakan Kusaktsutyun) — Ermənistanda kommunist siyasi partiya. Vazgen Səfəryan tərəfindən təsis edilmişdir. == Tarixi == Partiya hal-hazırda Ermənistanda səlahiyyətli üç kommunist partiyasından biridir. Buna baxmayaraq, partiyanın heç vaxt Milli Məclisdə təmsilçiliyi olmamışdır. 2012-ci ildə Ermənistanda keçirilən parlament seçkilərindən əvvəl partiyanın Ermənistan Kommunist Partiyası ilə siyasi ittifaq quracağı barədə xəbərlər yayılmışdı. İki partiya arasında danışıqlar aparılsa da, Ermənistan Kommunist Partiyası 2012-ci il seçkilərində təkbaşına, Birləşmiş Kommunist Partiyası isə iştirak etməmək qərarına gəlmişdir. Partiya 2018-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində iştirak etməmişdir. == İdeologiya == Partiya rəhbərləri "SSRİ dövründə Ermənistanın sərvətini və firavanlığın bərpa etmə"yi qarşısına məqsəd qoymuş, pulsuz təhsilin, pulsuz tibbi xidmətin, iqtisadiyyatın istehsal və sənaye sahələrinin inkişafının tərəfdarı idilər.
Ermənistan Parlamentində terror aktı
Ermənistan parlamentinə silahlı hücum və ya sadəcə 27 Oktyabr (erm. Հոկտեմբերի 27, translit. Hoktemberi k’sanyot’) — Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs tərəfindən 27 oktyabr 1999-cu ildə paytaxt İrəvanda Ermənistan Milli Məclisinə qarşı törədilmiş, nəticədə ölkənin siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlament spikeri Karen Dəmirçyan daxil olmaqla 8 nəfərin öldürüldüyü terror aktı. Sarkisyan və Dəmirçyanın islahata meyilli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq prezident Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmışdı. Silahlı hücum ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Bu, əsasən, terror aktından sonra tez-tez avtoritar olaraq tənqid olunan prezident Köçəryanın daxil olduğu çoxsaylı konspirasiya nəzəriyyələrinin mövzusu olaraq qalır. Sarkisyan və Dəmirçyan ölümlərindən sonra Ermənistan Milli Qəhrəmanı adına layiq görüldülər. == Silahlı hücum == 27 oktyabr 1999-cu il tarixində, saat 17:15-də hökumət tərəfindən sual-cavab iclası keçirilərkən jurnalist və keçmiş EİF üzvü Nairi Hunanyanın rəhbərliyi altında uzun paltolarının içərisində gizlədilən Kalaşniov AK-47 avtomatları ilə silahlanmış beş nəfər İrəvanın Bağramyan prospektindəki Milli Məclis binasına girdi. Onlar səkkiz nəfəri güllələyərək öldürdülər: Vazgen Sarkisyan – Baş nazir Karen Dəmirçyan – Milli Məclisin sədri Yuri Baxşyan – Milli Məclisin sədrinin müavini Ruben Miroyan – Milli Məclis sədrinin müavini Leonard Petrosyan – Təcili İşlər naziri Henrik Abrahamyan – Parlamentin üzvü Armenak Armenakyan – Parlamentin üzvü Mixail Kotanyan – Parlamentin üzvü Silahlılar parlamentdə ən az 30 nəfəri yaraladılar. Hunanyanı qardaşı Karen, əmisi Vram və digər iki nəfər müşaiət etmişdi.
Ermənistan parlament binası
Ermənistan parlament binası (erm. Հայաստանի Ազգային ժողովի շենքը; Hayastani Azqayin Joğovi Şenk) - İrəvanda Bağramyan prospektində yerləşir. Memarı Mark Qriqoryan olmuşdur.
Ermənistan parlamenti
Ermənistan Respublikasının Milli Məclisi (erm. Հայաստանի Հանրապետության Ազգային ժողով, Hayastani Hanrapetyut'yan Azgayin Joğov; Ազգային ժողով, ԱԺ Azgayin Joğov, AJ) — Ermənistan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub (1995-ci ildə) I çağırışda 190 deputatdan ibarət idi, (1999-cu ildə) II çağırışdan etibarən isə 131 deputatdan ibarətdir.Halhazırda 132 deputatdan ibarətdir.
Ermənistan parlamentinə silahlı hücum
Ermənistan parlamentinə silahlı hücum və ya sadəcə 27 Oktyabr (erm. Հոկտեմբերի 27, translit. Hoktemberi k’sanyot’) — Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs tərəfindən 27 oktyabr 1999-cu ildə paytaxt İrəvanda Ermənistan Milli Məclisinə qarşı törədilmiş, nəticədə ölkənin siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlament spikeri Karen Dəmirçyan daxil olmaqla 8 nəfərin öldürüldüyü terror aktı. Sarkisyan və Dəmirçyanın islahata meyilli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq prezident Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmışdı. Silahlı hücum ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Bu, əsasən, terror aktından sonra tez-tez avtoritar olaraq tənqid olunan prezident Köçəryanın daxil olduğu çoxsaylı konspirasiya nəzəriyyələrinin mövzusu olaraq qalır. Sarkisyan və Dəmirçyan ölümlərindən sonra Ermənistan Milli Qəhrəmanı adına layiq görüldülər. == Silahlı hücum == 27 oktyabr 1999-cu il tarixində, saat 17:15-də hökumət tərəfindən sual-cavab iclası keçirilərkən jurnalist və keçmiş EİF üzvü Nairi Hunanyanın rəhbərliyi altında uzun paltolarının içərisində gizlədilən Kalaşniov AK-47 avtomatları ilə silahlanmış beş nəfər İrəvanın Bağramyan prospektindəki Milli Məclis binasına girdi. Onlar səkkiz nəfəri güllələyərək öldürdülər: Vazgen Sarkisyan – Baş nazir Karen Dəmirçyan – Milli Məclisin sədri Yuri Baxşyan – Milli Məclisin sədrinin müavini Ruben Miroyan – Milli Məclis sədrinin müavini Leonard Petrosyan – Təcili İşlər naziri Henrik Abrahamyan – Parlamentin üzvü Armenak Armenakyan – Parlamentin üzvü Mixail Kotanyan – Parlamentin üzvü Silahlılar parlamentdə ən az 30 nəfəri yaraladılar. Hunanyanı qardaşı Karen, əmisi Vram və digər iki nəfər müşaiət etmişdi.
Ermənistanda Parlament seçkiləri (1919)
Ermənistanda Parlament seçkiləri — 21–23 iyun 1919-cu il tarixlərində Ermənistanda keçirilən seçkilər. İstifadə edilən seçki sistemi bir ümumi bölgədə D'Hondt metodundan istifadə edilərək partiya siyahısına mütənasib təmsilçilik idi. Nəticədə, 80 yerdən 72-sini Daşnaksutyun Partiyası qazandı. Azərbaycanlıları təmsil edən Müsəlmanların Partiyasız İttifaqı isə 3 yer qazandı. Lakin seçkilər Sosial Demokrat Hnçak Partiyası və xalqçılar tərəfindən boykot edildi. Seçici fəallığı% 71,2 idi. İlk Ermənistan Respublikası Sovet Rusiyası tərəfindən işğal edildikdən sonrakı illərdə çox partiyalı seçkilər keçirilmədi. İlk çox partiyalı seçki isə ancaq müstəqilliyin əldə edilməsindən sonra, 1995-ci ilə keçirildi.

Значение слова в других словарях