PARAFİN

[fr.] парафин (нафтӀадикай, торфдикай ва я рехи къванцицӀивиндикай хкуддай, шемер ва мсб. ийидай лацу ва я хъипивал алай мум хьтин затӀ); // парафиндин (мес. шем).
PARAF
PARAFİNLƏMƏK
OBASTAN VİKİ
Parafin
Parafin — sərhəd karbohidrogenlərinin (alkanlar), əsasən C18H38-dən (oktadekan) C35H72-dək normal tərkibinin balmumukimilərə bənzər qarışığıdır. Ərimə temperaturu-45-65 C Sıxlıq-0,880-0,915 q/sm3 (15 C) Əsasən neftdən alınır. Ağır və yüngül karbohidrogenlərin sıxlıqlarının tənasüblüyündən asılı olaraq maye, bərk, kiçikkristallik (serezin) şəklində olur. Alman kimyaçı Karl fon Rayhenbax tərəfindən kəşf olunmuşdur. Parafinlər metan sırasından əsasən normal quruluşa malik bərk karbohidrogenlərin molekulda 18-35 karbon atomları və ərimə temperaturu 45-65 °C olan maddələrin qarışığıdır. Parafinlərin tərkibində adətən izoparafinli karbohidrogenlərə, həmçinin aromatik və ya nüvəli naften nüvəli molekula malik karbohidrogenlərə rast gəlinə bilər. Parafin- molekulyar kütləsi 300-450 olan ağ rəngli maddə olub, ərinmiş formada kiçik özülülüyə malikdir. Parafinlər kimyəvi reagentlərin bir çoxuna əsasən ətalətlidirlər. Ozokerit adlı maddədən alınır. Fraksiya tərkibində, ərimə temperaturundan və strukturundan asılı olaraq parafinlər maye (Tər≤27°C ), bərk (Tər=28-70°C) və mikrokristallik (Tər>60-80°C )-serezinlər kimi növlərə ayrılır.
Parafin disperqatorları
Parafin disperqatorları soyuq şəraitdə saxlanma zamanı tərkibində depressor aşqarları olan yanacaqların təbəqələşməsinin qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Artıq qeyd olunub ki, bu şəraitdə yanacaqda iki faza əmələ gəlir: açıq rəngli üst təbəqə və parafinlərlə zəngin bulanıq təbəqə. Hər iki təbəqə hərəkətlidir, lakin yanacaq üstdən götürülürsə, mühərriyin işə salınması və işləməsi (bu hissədə yanacağın setan ədədinin az ola bilməsinə baxmayaraq) normal olur. Əgər yanacaq alt hissədən götürülürsə mühərrik işə düşmür və ya düzgün işləmir. Disperqatorlar təbəqələşmənin qarşısını ala bilər. Bundan əlavə parafin disperqatorlarının özlərinin donma temperaturuna az təsir etməsinə baxmayaraq, onlar depressorların effektiv qatılığını 1,5 dəfə azaltmağa imkan verir. Qeyd etmək lazımdır ki, parafin disperqatorları nisbətən yeni növ aşqarlardır. Bu aşqarların yaradılması haqqında ilk dəfə olaraq Exxon Chem.şirkəti 1989-cu ildə məlumat vermişdi. Disperqatorların depressor aşqarlarla kompozisiyalarının üstünlükləri və nöqsanları az tədqiq olunmuşdur. N.N.Xvostenkonun apardığı bir sıra tədqiqatlara görə depressor və disperqator, eləcə də onların kompozisiyada nisbəti düzgün seçildikdə yanacaqların stabilliyi uzun müddətə artırıla bilər.
Parafinsizləşdirmə prosesləri
Parafinli xam neftlərin tərkibində çox vaxt mikrokristallik və ya parafinşəkilli mum qatışıqları olur. Bu cür qatışıqları kənar etmək üçün parafinli nefti emal etməzdən əvvəl metiletilketon (MEK) kimi həlledicilərlə təmizləmək tövsiyə olunur. Lakin bu, ümumi bir xarakter daşımır. Həlledici ilə parafinsizləşdirmə üsulu aşağı temperaturlarda (məsələn, aşağı bərkimə temperaturlarında) axıcılığın lazımi həddə alınması məqsədilə xam neftdən deyil, məhz sürtkü yağlarından bərk parafinin təmizlənməsi üçün işlənib hazırlanmışdır. Həlledici ilə parafinsizləşdirmə mexanizmi ya aşağı temperaturda yağ məhlulundan parafinin bərk hissəcik kimi kristallaşdırma yolu ilə ayrılmasını, ya da parafinin ərimə temperaturundan yüksək temperaturda maye kimi selektiv həlledici ilə ekstraksiya yolu ilə ayrılmasını nəzərdə tutur. Lakin birinci mexanizm parafinsizləşdirmənin sənaye proseslərinin əsasını təşkil edir. 1930-cu illərdə iki tip, naftenli və parafinli xammal mühərrik yağlarının alınması üçün istifadə olunurdu. Yağların keyfiyyətinin yaxşılaşdırılması üçün hər iki tip yağ həlledici ilə ekstraksiyaya məruz qoyulurdu, lakin istismar zamanı rast gəlinən yüksək temperaturlarda naften əsaslı yağlar parafin əsaslı yağlar kimi davamlı olmurdu. Bununla belə, aşağı temperaturlarda axıcılığını saxladığı üçün, xüsusilə, soyuq havalarda naften tipli yağlar daha üstün hesab edilirdi. 1938-ci ilə qədər ən yüksək keyfiyyətli sürtkü yağları naften tipli idi və yağın özlülüyündən asılı olaraq, −40 С-dən −7оС-yə qədər (-40оF-dən −20оF-ə qədər) axıcılıq həddinin alınması üçün fenolla emal edilirdi.

Значение слова в других словарях