parat

adj. hazır
Parasit
Pardon
OBASTAN VİKİ
Frederik von Parat
İohann Yakob Frederik von Parat (Johann Jacob Friedrich Vilhelm Parrot; 14 oktyabr 1791, Karlsrue – 15 (27) yanvar 1841 və ya 15 yanvar 1841, Tartu, Liflyand quberniyası) — Rusiya İmperiyasının Livoniya bölgəsində ömrünü keçirən alman təbiətşünas və səyyahı. Parrot 1829-cu ildə Xaçatur Abovyanla Ararat dağının zirvəsinə qalxan ilk şəxs olmuşdur. == Həyatı == Parrot 1791-ci ildə Karlsrue şəhərində anadan olmuşdur. Bu gün Estoniyanın ərazisində yerləşən Dorpat Universitetində tibb və təbiət elmləri üzrə təhsil almışdır. 1811-ci ildə Moritz von Engelhardt ilə Krıma və Qafqaza səyahət etdi. Bu səfər zamanı bir barometrdən istifadə edərək Xəzər dənizi ilə Qara dəniz arasındakı dəniz səviyyəsi fərqini ölçdü. Qayıdandan sonra Rusiya ordusunda cərrah oldu. 1816 və 1817-ci illərdə Alp və Pireneyə getdi. 1821-ci ildə Dorpat Universitetində fiziologiya və patologiya sahələrində professor adını almış və 1826-cı ildə fizika sahəsində professor olmuşdur. 1826–1829 illəri arasındakı Fars-Rus və Osmanlı-Rus müharibələri nəticəsində ruslar Qafqazı ələ keçirəndən sonra Ermənistana səyahət etmişdir.
Paratagenlər
Paratagenlər — Midiya tayfa ittifaqına daxil olan tayfalardan biri. İranşünaslar bu tayfanın İranmənşəli olduğunu yazırlar. Herodotun Paratagen kimi yazdığı etnonim Bortoğandır. Qədim türk dillərində boro – boz, toğan (tuğan) isə tərlan quşunun adıdır. Görünür, bortoğan bu tayfanın onqonu olmuşdur. Er. əv. 674-cü ilə aid asur mənbəində Midiyada Partakanu adlı ölkənin adı çəkilir. Güman ki, bu toponim Portoqan tayfasının adını əks etdirir. X əsr müəllifi Konstantin Baqryanorodnıy Cənubi Şərqi Avropada kəngər-peçeneqlər içərisində Borotolmaq adlı tayfanın adını çəkir.
Paratellurit
Paratellurit — mineral. Paratellurit - tetraedr, rombik telluritlə dimorfdur. Aqreqatı xırda də­nəli, plyonka. Rəngi bozumtul-ağ. Parıltısı qatrandan mumadək. Sərtliyi 1. Xüsusi çəkisi 5,6. Tellurun dəyişmə məhsulu. Telluritlə, sərbəst tellurla birlikdə. Geologiya terminlərinin izahlı lüğəti.
Paratetis
Paratetis (rus. Паратетис, ing. Parathetys) — Tetisin miosen geosinklinal reliktinə subparalel uzanan ikinci dərəcəli geosinklinal vilayət. Tetis geosinklinalı vilayətində qırışıqəmələgəlmə nəticəsində paleogenin sonu — miosenin əvvəlində yaranmış dağ silsilələrinin (Alp, Karpat, Balkan, Kiçik Asiya, Qafqaz, Mərkəzi İran və Əfqanıstan) ön hissəsində meydana gəlmiş paratetis vaxtaşırı olaraq Rona vilayəti, Dravosav depressiyası və Şimal İtaliya, habelə Qara dəniz vilayəti vasitəsilə Tetislə birləşirdi. Paleocoğrafi baxımdan, paratetis qərb (Alp), mərkəzi (Karpat və Balkan) və şərq (Krım-Qafqaz-Aral) vilayətlərinə bölünür. İnkişaf mərhələrinə görə Eoparatetis, Mezoparatetis və Neoparatetisə ayrılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Paratuberklyoz
Paratuberkulyoz, Johne's disease - gövşəyənlərin xronikigedişli infeksion xəstəliyi olub diareya, enterit və kəskin arıqlıq ilə səciyyələnir. Xəstəliyin törədicisini ilk dəfə 1895-ci ildə X.Yone və Q.Frotinqem müəyyən etmişdir. 1906-cı ildə Danimarka alimi B.Banq xəstəlik törədicisi ilə buzovları yoluxduraraq eksperimental paratuberkulyoz almışdır. Xəstəliyi Rusiyada ilk dəfə başqa ölkələrdən gətirilən qaramal arasında, 1911-ci ildə I.I.Qordzyalkovski müəyyən etmişdir. Azərbaycanda paratuberkulyozu ilk dəfə camışlar arasında K.M.Səfərov, qaramal və davarlar arasında M.Q.Qəniyev müəyyən etmişlər. Iqtisadi zərər. Xəstə heyvanların həddən artıq arıqlığı, onların məhsuldarlı-ğının aşağı düşməsi, məcburi kəsim, məhdudlaşdırıcı tədbirlərin yerinə yetirilməsi nəticəsində təsərrüfatlara müəyyən dərəcədə iqtisadi zərər dəyir. Paratuberkulyozun törədicisi turşuya, spirtə və antiforminə davamlı Mycobacterium paratuberculosis-dir. Amil uzunluğu 0,5-1,5 eni 0,2-0,5 mkm aerob, hərəkətsiz, spor və kapsula əmələ gətirməyən, polimorf çöplərdir. Amil bağırsaq şöbəsinin selikli qişasından hazırlanmış yaxmada topa şəklində, kokkobakteriya formasında müşahidə edilir.
Paratuberkulyoz

Poa paratunkensis
Poa pratensis (lat. Poa pratensis) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid bitki növü. Paneion pratense (L.) Lunell Poa agassizensis B.Boivin & D.Löve Poa alpigena subsp. sobolevskiana (Gudoschn.) Tzvelev Poa anceps (Gaudin) Hegelm. Poa anceps var. breviculmis Hook.f. Poa angustifolia Elliott [Illegitimate] Poa angustifolia subsp. anceps (Gaudich.) K.Richt. Poa angustifolia var. anceps (Gaudin) K. Richt.
Poa pratensis var. paratunkensis

Paratiroid hormonu ilə əlaqəli zülal
Paratiroid hormonu ilə əlaqəli zülal — bir hormondur və mezenximal kök hüceyrələr tərəfindən ifraz olunan paratiroid hormonları ailəsinin üzvüdür. Bəzən xərçəng hüceyrələri tərəfindən ifraz olunur (məsələn, döş xərçəngi, ağciyər xərçənginin müəyyən növləri, o cümlədən skuamöz hüceyrəli ağciyər karsinoması). Bununla belə, sümük, diş, damar toxumaları və digər toxumalarda da normal funksiyalara malikdir. PTHrP endokrin, avtokrin, parakrin və intrakrin hormon kimi hərəkət edir. Endoxondral böyümə plitəsinin sabit genişliyini saxlamaqla endoxondral sümük inkişafını tənzimləyir. O, həmçinin süd vəzilərinin formalaşması zamanı epiteliya-mezenximal qarşılıqlı əlaqəni tənzimləyir. PTHrP onurğalılarda və məməlilərdə kalsium homeostazının tənzimlənməsində mühüm rol oynayır. 2005-ci ildə avstraliyalı patoloq və tədqiqatçı Tomas Con Martin aşkar etdi ki, osteoblastlar tərəfindən istehsal olunan PTHrP sümük əmələ gəlməsinin fizioloji tənzimləyicisidir. O, həmçinin osteoklas formalaşmasını gücləndirərək sümük rezorbsiyasının fizioloji tənzimlənməsində rol oynaya bilər. Paratiroid hormonu ilə əlaqəli zülal yerli sümük rezorbsiyasını stimullaşdırmaq üçün siqnal molekulu kimi çıxış etdiyi diş çıxarma zamanı sümükdaxili mərhələsində vacibdir.