partiya-təşkilat

partiya-təşkilat
partiya-təsərrüfat 2021
partiyabaz
OBASTAN VİKİ
Təşkilat
Təşkilat (yun. ὄργανον alət) — konkret şəxsin rəhbərliyi altında konkret vəzifəni həyata keçirən və birgə fəaliyyət göstərən insanlar qrupu. Bu resursların məqsədli birliyidir. Təşkilat daxilində insan özü aktiv resurs rolunu oynayır. Təşkilat daha böyük təşkilatın daxilində fəaliyyət göstərərsə təşkilatın özü resurs rolunu oynayır. Təşkilatın mütləq məqsədi və fəaliyyət planı olmalıdır.
Partiya
Siyasi partiya — öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilat. Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər. Siyasi partiyanın təsis edilməsinə və onun nəzarətinə yardımçı olan könüllü şəxs partiyanın təşkilatçısı adlanır. Bu şəxs eyni zamanda partiya işçisi hesab edilir. Adətən siyasi partiya partiya rəhbəri (lideri), partiya katibi, partiya xəzinədarı və partiya sədri tərəfindən idarə edilir. Partiya lideri partiyanı təmsil edən ən səlahiyyətli üzv və nümayəndədir. Partiya katibi gündəlik işə və partiya yığıncaqlarının hesabatını saxlamağa cavabdehdir. Xəzinədar üzvlük haqqlarına görə məsuliyyət daşıyır. Partiya sədrinin əsas vəzifəsi isə partiya üzvlərini toplamaq və çağırmaq məqsədilə strategiyalar yaratmaqdır. Sədr, həmçinin, partiyanın yığıncaqlarına sədrlik edir.
Anarxiya (təşkilat)
Anarxiya — XX əsrdə Bakıda fəaliyyət göstərmiş ən iri anarxist təşkilat. == Quruluşu və mahiyyəti == 1905-ci ildə Hnçak partiyasının keçmiş üzvü S.Kalaşyants tərəfindən yaradılmışdı. 1905-ci ildə erməni-daşnakların azərbaycanlılara qarşı törətdikləri qırğından sonra anarxistlərin təsiri xeyli gücləndi. Bu zaman vəzifəli şəxslərə və sənayeçilərə qarşı terror aktları geniş hal aldı ki, bu da anarxistlərin fəaliyyəti üçün əlverişli şərait yaratdı. Anarxistlərin başlıca prinsipi onların insan azadlığına zidd saydıqları hər hansı dövlət hakimiyyətinin məhv edilməsi idi. Əsası hələ Mixail Bakunin və Pyotr Kropotkin tərəfindən qoyulmuş anarxist təsəvvürlərə görə, Rusiyada xalqın iradəsi ilə anarxizm ideyalarına əsaslanan inqilab labüddür. Sonra isə dövlətçiliyin xarabalıqları üzərində kollektiv əməyə və mülkiyyətə əsaslanan azad şəhər və kənd icmaları yaradılmalıdır. O dövr anarxistlərinin fəaliyyətində iki əsas cərəyan özünü göstərirdi - Kropotkinin ardıcılları anarxist-kommunistlər və həmkarlar təşkilatlarında işləyən anarxist-sindikalistlər. Bakı anarxistlərinin sosial tərkibinin xüsusiyyəti onda idi ki, onların sıralarına fəhlələrdən başqa, sonralar xeyli sayda sinfi simasını itirmiş ünsürlər də qoşulmuşdu. Təşkilata bir neçə sosial-demokrat və "Hnçak" partiyasının üzvləri də daxil olmuşdu.
Azad (təşkilat)
Azad — XX əsrdə Azərbaycanda qurulmuş anarxist təşkilat. Qoçu Ağakərim tərəfindən qurulmuşdu. 15 nəfər üzvdən ibarət idi. Teymur bəy Aşurbəyov ilə davalı idilər. 1907-ci ildə hər iki şəxsin həbsindən sonra təşkilat dağılmışdı. Qoçu Ağakərim və Teymur Aşurbəyov haqqında Məmməd Səid Ordubadi öz xatiratını yazmışdır.
Beynəlxalq təşkilat
Beynəlxalq təşkilat — müəyyən məqsədlər üçün bağlanmış sazişlərə görə yaradılmış dövlətlərarası və qeyri-dövlət xarakterli beynəlxalq birliklərdir. Bəziləri nizamnaməsiz (məsələn, ATƏT) fəaliyyət göstərir. Beynəlşkilatlar beynəlxalq hökumətlərarası təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlarına bölünür. Beynəlxalq hökumətlərarası təşkilat dedikdə (BHT), suveren dövlətlər (üzv dövlətlər) və ya digər hökumətlərarası təşkilatlar tərəfindən yaradılan qurumlar başa düşülür. == Mənbə == Консультант Плюс: Международные организации.
Böhran (təşkilat)
Böhran (azərb-kiril. Бөһран) — 1989–1991-ci illərdə Azərbaycan SSR-də fəaliyyətdə olmuş, Azərbaycan SSR DTK-nın xüsusi təyinatlı əməliyyat qrupu. Qruplaşma Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmışdı. Əməliyyat qrupu 1989-cu ildə Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynov tərəfindən yaradımışdır. Qrupun üzvləri 1990–1991-ci illərdə törədilmiş bir sıra cinayətlərdə, o cümlədən Əjdər Xanbabayevin və Telman Qurbanovun qətlində, vətəndaşlar Əliyev və Bağırovun öldürülməsinə cəhddə iştirak etmişdilər. Vaqif Hüseynov haqqında 1996-cı ildə cinayət işi açılmışdır. Rusiya hakimiyyətindən Vaqif Hüseynovun dərhal Azərbaycana ekstradisiyasını tələb etmiş, lakin Hüseynov Rusiya vətəndaşı olduğundan bundan imtina edilmişdir. 2000-ci ildə qrupun iki üzvü Sadıx Əliyev və Səbuhi Məmmədəliyev həbs edilmişdir. "Böhran" qrupu Azərbaycan hökuməti tərəfindən "terror təşkilatı" kimi tanınır. == Tarixi == === Yaradılması === Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynovun 7 oktyabr 1989-cu il tarixli 0171 saylı məxvi əmri ilə Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədilə "Böhran" əməliyyat qrupu yaradılmışdır.
Difai (təşkilat)
Difai Partiyası və ya Difai Firqəsi (az.-əski. دیفاعی فرقهسی‎) və ya sadəcə Difai (az.-əski. دیفاعی‎) — 1905-ci ildə Bakıda və Gəncədə, Daşnaksütun partiyasının terrorizminə və çar istibdadına qarşı mübarizə aparmaq üçün yaradılan siyasi təşkilat. == Tarixi == === Gizli fəaliyyət dövrü (1905–1909) === 1905-ci ildə baş verən Birinci Rus İnqilabı nəticəsində, Rusiyanın ərazisində milliyətçi hərəkatlar fəallaşmışdı. İnqilab Qafqaza da təsir göstərmişdi. Dumada qurulmuş Müsəlman fraksiyasını əsasən azərbaycan türk mənşəli siyasi xadimlər təmsil edir, Rusiya müsəlmanlarının problemlərini gündəmə qaldırırdı. Rusiya, erməni daşnaklarını silahlandırır və onları Azərbaycan türk əhaliyə qarşı yönəldirdi. Daşnaklar İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız dinc Azərbaycan türklərinə hücum edir, vəhşiliklər törədir və onların mal-mülkünü qarət edirdilər. Azərbaycan ziyalıları daşnaklarla mübarizə aparmaq üçün cəmiyyətlər qururdular. Belə cəmiyyətlərdən birini 1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu yaratmışdı.
Elmi təşkilat
Elmi təşkilat – təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən hüquqi şəxs, habelə əsas elmi və elmi-texniki fəaliyyət elmi işçilərin hazırlığını həyata keçirən elmi işçilərin ictimai birliyi. Elmi rəhbər – elmlər namizədi elmi dərəcəsi almaq üçün çalışan aspiranta və ya dissertanta elmi məsləhət və istiqamət verməkdən ötrü təyin edilmiş yüksək ixtisaslı mütəxəssis (adətən elmlər doktoru). Elmi rəhbər aspirantla (dissertantla) birgə iş planı tərtib edir, ümumi nəzəri ədəbiyyatı mənimsəməkdə ona köməklik göstərir. Fərdi planda nəzərdə tutulmuş bütün işlər elmi rəhbərin nəzarəti altında yerinə yetirilir. Tamamlanmış dissertasiya elmi rəhbərin müsbət rəyini aldıqda müdafiəyəyə təqdim edilir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ergenekon (təşkilat)
Ergenekon — Türkiyədə terrorçuluq fəaliyyəti göstərməkdə ittiham olunan gizli təşkilat. 20 oktyabr 2008-ci ildə başlanan məhkəmə prosesində keçmiş general Vəli Kiçik və İşçi Partiyasının lideri Doğu Pərinçəkin də aralarında olduğu 194 şəxs terror təşkilatı qurmaqda, onu idarə etməkdə və xalqı hökumətə qarşı üsyana təhrik etməkdə ittiham olunur. == Xronologiya == 12 iyun 2007-ci il Istanbul Ümraniyə məhəlləsində "Ergenekon" terror təşkilatı istintaqı müddətinin başlanmasına səbəb olan bir şikayət xəbərini qiymətləndirən polisin bir gecəqondu evində apardığı axtarışlarda 27 ədəd əl qumbarası ələ keçirilmiş və 2 nəfər həbs olunmuşdur. 16 iyun 2007-ci il İstanbul Ümraniyədə 27 əl qumbaranın tapılması ilə bağlı aparılan istintaqda təqaüddə olan ehtiyat-zabit Mahmud Öztürk`ün kompüterlərindən ələ keçən sənədlərdə "Ergenekon" şəbəkəsi və detalları üzə çıxdı. İş adamı Kuddisi Okkır həbs olunmuşdur. 26 iyun 2007-ci il Əskişəhir vilayətində təqaüddə olan bir kapitan həbs olundu çoxlu sayıda silah və partlayıcı maddə ələ keçirilmişdir. 27 iyul 2007-ci il Ergenekon terror təşkilatı istintaqı daxilində yazıçılar Ərgün Poyraz Ümid Oğuztan təqaüddə olan mayor Oqtay İldırım təqaüddə olan leytenant Bəkir Öztürk mafiya lideri Sədat Pəkər idealist hərəkatın keçmiş lideri Taner Ünal vəkil Fuad Turqut Kuvvayı Milliyyə 19-cuu Dərnəyi sədri Hüseyin Görüm təqaüddə olan mayor Fikrət Əmək həbs olunmuşdur. 21 yanvar 2008-ci il 6 ayrı bölgədə Ergenekon terror təşkilatı istintaqı daxilində aparılan əməliyyatlarda təqaüddə olan tuğgeneral Vəli Kiçik vəkil Kamal Kərinçsiz jurnalist Gülər Kömürcü Türk Ortodoks Patrikxanası sədri Sevgi Erenerol təqaüddə olna polkovnik Fikri Karadağ ilə Susurluk iddiası hökmlüsü Sami Xoşdan Drej Əli ləqəbi ilə tanınan Əli Yasak daxil 63 nəfər həbs olunmuşdur. 22 mart 2008-ci il İstanbul və Ankarada baş polis idarələri əməkdaşlarının Ergenekon terror təşkilatı istintaqı daxilində apardıqları əməliyyatlarda İşçi Partiyası sədri Doğu Pərinçək respublika qəzeti sahibi İlxan Səlçuq İstanbul Universiteti keçmiş rektoru Kamal Ələmdaroğlu Milli Kanal nümayəndəsi Fərid İlsever İşçi Partiyası sədr müavni Nusret Senem daxil 13 nəfər həbs olunmuşdur. 26 fevral 2008-ci il Ergenekon terror təşkilatı istintaqı daxilində aparılan əməliyyatlarda Professor doktorlar Emin Gürses Ümid Sayın Hayrettin Erteki jurnalist Vedat Yenerer Şaxta Baba Şurası Dərnəyi sədri Müəmmər Karabulut həbs olunmuşdur.
Molot (təşkilat)
Molot təşkilatı — 1903-cü ildə təsis edilmiş Rusiya şirkəti. Şirkətin qərargahı Sankt-Peterburqda, fabrikləri isə Qroznı və Bakıdadır. "Molot" Mexanika və İstehsalat Birliyinin tarixi 20-ci əsrin Rusiyanın ən məşhur neftçisi, tanınmış rus sənayeçisi, patronu, siyasətçisi Stefan Liazonovun adı ilə bağlıdır. 1903-cü il noyabrın 22-də təsdiq edilmiş şirkətin nizamnaməsinə əsasən, Bakı şəhərinin Sabunçu şəhərində mexaniki və dəmir döküm zavodu, bu müəssisələrin məhsulları, neft quyularının qazılması və ümumi neft avadanlıqlarının satışı ilə məşğul olmaq üçün neft və qaz alqı-satqısı mərkəzi tikilmişdir. Əvvəlcə "Molot"-un investisiyası 500 min rubl idi, beş yüz rublun min hissəyə bölündü. 1914-cü ildə Assosiasiya sərmayəsini 5 milyona çatdırır, Qroznıda bir quyu və mexaniki bina qazanır. 1917-ci ilə, Rusiya imperiyasının çökməsi ilə, şirkətin əsas hissəsi 10 milyon rubl qədər artır. Millətləşmə zamanı, 1918-ci il iyunun 28-də RSFSR Xalq Komissarları Şurasının fərmanı ilə, Molot Balaxanı, Zabrat, Bibiheybət, Binəqədi və Qroznı şəhərlərində dəmir filizləri olan beş mexaniki zavodun sahibi oldu. Bundan əlavə, Bibiheybət və Balaxanıdakı iki bina keçmiş "Biering"-in balansında, Balaxanıda başqa bir zavod - "Robura"-da idi.
Prometey (təşkilat)
Prometey — Avropada 1926-cı ildən 1939-cu ilə qədər fəaliyyət göstərən siyasi təşkilat. Parisdə 1920-ci illərdə mühacirlərlə əlaqəli ciddi işlər aparılırdı. Mühacirlərə dəstək planının genişlənməsi üçün 1926-cı ildə keçmiş Çar Rusiyası xalqlarının liderləri beynəlxalq təşkilat kimi fəaliyyət göstərən "Prometey" klubunu yaratdılar. Bu hərəkatın genişlənməsi üçün 1926-cı ildə fransız dilində "Prometey" jurnalı nəşr edilməyə başladı. Jurnalın redaksiya heyəti və daimi müəllifləri tərkibinə Qafqazın, Türküstanın və Ukraynanın aşağıdakı görkəmli xadimləri daxil oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, Mustafa Çokayoğlu, Mir Yaqub Mehdiyev və digərləri. Parisdə çap edilən "Prometey" jurnalında isə Məhəmməd Əmin Rəsulzadənin aşağıdakı maraqlı məqalələri çap edilmişdi: 1) “Azərbaycan Respublikası”, 1926, N1, səh. 25-31; 2) “Bolşeviklərin Şərq siyasəti”, 1928, N20, səh. 10-14; N21, səh. 6-11; 3) “Qafqaz Birliyi”, 1929, N36, səh. 5-7; 4) “Milli Azərbaycan hərəkatının xarakteri”, 1930, N42, səh.
Terrorçu təşkilat
Terrorçu təşkilat — terror aktları həyata keçirmək məqsədilə yaradılan və ya öz fəaliyyətində terrordan istifadənin mümkünlüyünü qəbul edən təşkilat. Terrorçu təşkilatların fəal dəstələri terror qrupları sayılır. Məhz belə qrupların fəaliyyəti sayısində təşkilat qarşısına qoyduğu məqsədlərə nail olur.
Təşkilat (dəqiqləşdirmə)
Təşkilat – idarəetmənin sistemin elementlərinin hərəkətini əlaqələndirilməkdən, onun hissələrinin qarşılıqlı uyğunluğuna nail olmaqdan ibarət olan tərkib hissəsi; Təşkilat – birgə fəaliyyət göstərməkdən ötrü insanların müəyyən struktur daxilində birləşməsi forması; Təşkilat – müəyyən edilmiş funksiyaları yerinə yetirməli, məsələləri həll etməli olan təşkilat; Təşkilat – hər hansı proqramı, yaxud məqsədi birlikdə həyata keçirən, eləcə də müəyyən edilmiş üsul və qaydalar əsasında fəaliyyət göstərən insanların birliyi.
Virtual təşkilat
Virtual təşkilat (ing. Virtual organization) – coğrafi mərkəzə malik olmayan və telekommunikasiya vasitələri ilə fəaliyyət göstərən korporativ, qeyri-kommersiya, təhsil və s. qurumlar kimi mövcud olan təşkilatdır. R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Təşkilat (serial)
Təşkilat — türk dram və aksiyon filmdir.
Frankofoniya (təşkilat)
Frankofoniya (fr. l’Organisation internationale de la Francophonie (OIF) — fransızdilli ölkələrin beynəlxalq təşkilatı (OIF). 54 üzvü, dövlətləri və hökumətləri təmsil edən təşkilatın 7 assosiativ üzvü, həmçinin 27 müşahidəçi üzvü var . OIF 4 əsas məqsədə uyğun olaraq 88 dövlət və hökumətə öz siyasətlərini inkişaf etdirmək və ya möhkəmləndirmək, beynəlxalq siyasətləri və çoxtərəfli əməkdaşlıq fəaliyyətlərini həyata keçirməkdə dəstək verir: Fransız dilini təbliğ etmək, çoxdilliliyi və mədəni müxtəlifliyi dəstəkləmək. Sülhün, demokratiyanın və insan haqlarının təşviqi. Təhsil, təlim, ali təhsil və tədqiqatları dəstəkləyin. Davamlı inkişafın xeyrinə iqtisadi əməkdaşlığın inkişafı. OIF-in bütün fəaliyyətlərində gənclərə və qadınlara, eləcə də rəqəmsal texnologiyalara xüsusi diqqət yetirilir. OIF Frankofoniya Parlament Assambleyası (APF) və 4 operatorla: Agence Universitaires de la Francophonie (AUF), beynəlxalq frankofon yayımçısı TV5Monde, Frankofoniya Bələdiyyə Başçılarının Beynəlxalq Assosiasiyası (AIMF) və İsgəndəriyyə Universiteti ilə birlikdə frankofoniya sahəsində çoxtərəfli əməkdaşlığı həyata keçirir . Təşkilata qoşulmaq üçün əsas meyar konkret ştatın əhalisinin fransız dilini bilmə dərəcəsi deyil (baxmayaraq ki, bu, arzuolunandır), Fransa ilə onilliklər və hətta əsrlər boyu inkişaf etmiş mədəni əlaqələrin olmasıdır.
Bozqurdlar (təşkilat)
Bozqurdlar, rəsmi olaraq Ülkü Ocakları — Türk-islam milliyətçi təşkilatıdır. Türkiyənin Milliyətçi Hərəkat Partiyasına (MHP) yaxındır. 1995 Azərbaycanda dövlət çevrilişinə cəhddən sonra Azərbaycanda fəaliyyət göstərmir. 2005-ci ildə Qazaxıstanda təşkilat terrorist təşkilatı kimi hesab edilərək qadağan edilmişdir.
Gənc Partiya
Genç Parti (Gənc Partiya), GP Türkiyə Respublikasındakı siyasi partiyalardan biri. Hazırda Cem Uzan partiyanın başındadır. Partiya Cem Uzan tərəfindən 23 avqust 2002 tarixində qurulub. Partiyanın ideologiyası liberal, demokratik, layiq və milliyətçilikdir.
Qruplaşma (partiya)
Qruplaşma (ivr. ‏המערך‏‎) — İsraildəki iki siyasi ittifaqın adıdır, hər ikisi də İsrail İşçi Partiyasına birləşərək mövcudluğunu sona çatdırdı. İlk uyğunlaşma 1965 Mapay və Ahdut HaAvodanın ittifaqı idi. İki partiya müstəqil olaraq mövcud olmağa davam etdi, lakin birgə seçki siyahılarını təqdim etdilər. Tez-tez Əmək Birliyi adlandırılan ittifaq 1968-ci ildə Rafi ilə birləşərək unitar İsrail İşçi Partiyasını yaratana qədər üç il davam etdi.
REAL (partiya)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL (2020-ci ilədək ReAl) — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Respublikaçı Alternativ Partiyasının üzvlərinin 71%-i kişi, 29%-i isə qadın olmuşdur. 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. Birinci dəfə təsis qurultayının keçirilməsinə cəhd 29 oktyabr 2017-ci ildə olub. Bu haqda məlumat 24 yanvar 2014-cü ildən elan olunub. Lakin Bakı şəhəri icra hakimiyyəti REAL-ın qurultay üçün yer ayrılması müraciətinə rədd cavabı verdi.
Siyasi partiya
Siyasi partiya — öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilat. Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər. Siyasi partiyanın təsis edilməsinə və onun nəzarətinə yardımçı olan könüllü şəxs partiyanın təşkilatçısı adlanır. Bu şəxs eyni zamanda partiya işçisi hesab edilir. Adətən siyasi partiya partiya rəhbəri (lideri), partiya katibi, partiya xəzinədarı və partiya sədri tərəfindən idarə edilir. Partiya lideri partiyanı təmsil edən ən səlahiyyətli üzv və nümayəndədir. Partiya katibi gündəlik işə və partiya yığıncaqlarının hesabatını saxlamağa cavabdehdir. Xəzinədar üzvlük haqqlarına görə məsuliyyət daşıyır. Partiya sədrinin əsas vəzifəsi isə partiya üzvlərini toplamaq və çağırmaq məqsədilə strategiyalar yaratmaqdır. Sədr, həmçinin, partiyanın yığıncaqlarına sədrlik edir.
AK Partiya
Ədalət və İnkişaf Partiyası (türk. Adalet ve Kalkınma Partisi, qısaca AKP və ya AK Parti kimi də tanınır) — Türkiyədə mövcud olan siyasi partiya. Partiyanın sədri 21 may 2017-dən bəri Rəcəb Tayyib Ərdoğandır. == Tarixi == Partiya 14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulmuşdur. Partiya 2002, 2007 və 2011-ci ildə keçirilən Parlament seçimlərinin qalibi olmuşdur. Rəcəb Tayyib Ərdoğan, Abdulla Gül, Binəli Yıldırım və Bülənt Arınc partiyanın öndə gələn şəxsləridir. 3 noyabr 2002-ci ildə keçirilən Parlament seçimlərində Ədalət və İnkişaf Partiyası 34,29% səslə birinci seçildi. 550 nəfırlik Milli Məclisdə 365 yer qazandı. 22 iyul 2007-ci il Parlament seçimlərində 46,58% səslə Partiya yenə birinci seçildi. 2007 seçimlərində millət vəkili sayı 22 nəfər azaldı.
Partiya siyahısı
Siyasi siyahı, partiya siyahısı və ya seçki siyahısı — adətən proporsional və ya qarışıq seçki sistemlərində, eyni zamanda bəzi çoxluqlu seçki sistemlərində olan seçki üçün namizədlər qrupu. Seçki siyahısı siyasi partiya tərəfindən qeydə alınır və ya müstəqil namizədlər qrupunu təşkil edilir. Siyahılar açıq ola bilər, bu halda seçicilər qalib namizədlərin reytinqinə müəyyən təsir göstərə bilər. Bu həmçinin, qapalı ola bilər ki, bu halda namizədlərin sırası siyahının qeydiyyatı zamanı müəyyən edilir. Seçilmiş nümayəndə öz yerini tərk edən zaman proporsional nümayəndəlik siyahı sistemindəki təsadüfi vakansiya adətən yerini tərk etmiş nümayəndənin siyahısında daha seçilməmiş ən yüksək səviyyəli namizəd tərəfindən doldurulur. Şəxsi və ya partiya-strateji səbəblərə görə, bu şəxs yerini aşağı səviyyəli həmkarına verməyi seçə bilər. Əvəzedici siyahılar bəzən tək ötürülə bilən səsli seçki sistemlərində təsadüfi vakant yerləri doldurmaq üçün istifadə olunur. Buna misal olaraq 1984-cü ildən İrlandiyada keçirilən Avropa Parlamentinə seçkiləri göstərmək olar.
DEM Partiya
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. == Tarixi == Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.
Partiya qızılı
Partiya qızılı — Sovet İttifaqı Kommunist Partiyasının guya SSRİ-nin dağılması zamanı yoxa çıxmış və bu günə qədər tapılmayan hipotetik qızıl-valyuta fondları. "Partiya qızılı" mifi 1990-cı illərin əvvəllərində "Kroll" beynəlxalq detektiv agentliyi tərəfindən kapitalın xaricə qaçması ilə bağlı araşdırma aparılmasını əmr edən Yeqor Qaydar hökumətinin təşəbbüsü ilə mediada populyarlaşmışdır. Qaydar hökuməti Sov.İKP və DTK rəhbərlərini cüzi qiymətlərlə ədalətsiz özəlləşdirmədə ittiham etmiş, onları SSRİ-nin dağılmasından sonra ölkə sakinlərinin əksəriyyətinin yoxsul qalmasında ittiham etmişdir.