PEDANTLIQ
PEDİATRİYA
OBASTAN VİKİ
Pediatr
Pediatríya — (yun. paidos"–uşaq "treia"-müalicə) Tibbin uşaq xəstəliklərini, bu xəstəliklərin müalicə və profilaktikasını öyrənən sahəsidir. Böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətləri, yaşla bağlı dəyişiklikləri, uşağa qulluq, eləcə də uşaqlarda rast gəlinən xəstəliklərin gedişini öyrənmək də bu elmin tərkib hissəsidir. == Tarixçə == Xəstə və sağlam uşaq haqqında ilkin məlumatlar hələ qədim dövrlərdən məlum idi. Hindistan, Çin, Qədim Misir alimlərinin əsərlərində uşaqların qidalandırılması və onlara qulluq, bəzixəstəliklərin müalicəsinə aid məsləhətlər olduğu elmə məlum idi. Uşaqların öyrənilməsi Qalen, Əbu Əli İbn Sinanın işlə rində də öz əksini tapmışdır. Əbu Əli İbn Sina öz işlərində uşaq yaşının fiziologiya və patologiyasını təsvir etmiş, uşaqların qidalandırılmasının çox mühüm olduğunu, xüsusilədə yenidoğulmuşların ana südü ilə qidalanmasının böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir. 15–17-ci əsrlərdə ilk elmi işlər meydana çıxdıki, orda qızılca, göy öskürək, çiçək xəstəlikləri təsvir olunmuşdur. 1650-ci ildə F. Qlisonun raxitin əmələ gəlməsi və müalicəsi haqqında əsəri dərc olunmuşdur. Pediatriyanın inkişafında mühüm rol professor S. F. Xotovitskiyə məxsusdur.
Zemfira Quliyeva (pediatr)
Zemfira Mehdi qızı Quliyeva — tibb elmləri doktoru, Terapiya fakültəsinin dekanı və pediatriya kafedrasının dosenti. == Həyatı == 1974–1980-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində ali təhsil almışdır. 1982-ci ildə SSRİ Mərkəzi Həkimləri Təkmilləşdirmə institutunda reanimasiya və intensiv terapiya üzrə ixtisasartırmada olmuşdur. 1982–1987-ci illərdə Sumqayıt şəhər uşaq xəstəxanasında intensiv terapiya şöbəsinin həkimi işləmişdir. 1987–1990-cı illərdə Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutunda pediatriya kafedrasının klinik ordinatoru olmuşdur. 1994-cü ildə namizədlik dissertasiyasını, sonralar isə "Erkən yaşlı uşaqlarda təxirəsalınmaz vəziyyətlərlə nəticələnən kəskin bağırsaq infeksiyalarının müasir diaqnostikası və müalicə prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Tibb elmləri doktorudur. 2005-ci ildən terapiya fakültəsinin dekanı vəzifəsində çalışır. 1990–1991-ci illərdə Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutunda pediatriya kafedrasının baş laborantı olmuşdur. 1991–2001-ci illərdə Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutunda pediatriya kafedrasının assistenti işləmişdir.
Pediatriya
Pediatríya — (yun. paidos"–uşaq "treia"-müalicə) Tibbin uşaq xəstəliklərini, bu xəstəliklərin müalicə və profilaktikasını öyrənən sahəsidir. Böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətləri, yaşla bağlı dəyişiklikləri, uşağa qulluq, eləcə də uşaqlarda rast gəlinən xəstəliklərin gedişini öyrənmək də bu elmin tərkib hissəsidir. == Tarixçə == Xəstə və sağlam uşaq haqqında ilkin məlumatlar hələ qədim dövrlərdən məlum idi. Hindistan, Çin, Qədim Misir alimlərinin əsərlərində uşaqların qidalandırılması və onlara qulluq, bəzixəstəliklərin müalicəsinə aid məsləhətlər olduğu elmə məlum idi. Uşaqların öyrənilməsi Qalen, Əbu Əli İbn Sinanın işlə rində də öz əksini tapmışdır. Əbu Əli İbn Sina öz işlərində uşaq yaşının fiziologiya və patologiyasını təsvir etmiş, uşaqların qidalandırılmasının çox mühüm olduğunu, xüsusilədə yenidoğulmuşların ana südü ilə qidalanmasının böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir. 15–17-ci əsrlərdə ilk elmi işlər meydana çıxdıki, orda qızılca, göy öskürək, çiçək xəstəlikləri təsvir olunmuşdur. 1650-ci ildə F. Qlisonun raxitin əmələ gəlməsi və müalicəsi haqqında əsəri dərc olunmuşdur. Pediatriyanın inkişafında mühüm rol professor S. F. Xotovitskiyə məxsusdur.
Pediatrik neyrocərrahiyyə
Pediatrik neyrocərrahiyyə sinir sistemi, beyin və onurğa beyni ilə əlaqəli cərrahi prosedurları özündə cəmləşdirən və operativ nevroloji xəstəlikləri olan uşaqları müalicə edən neyrocərrahiyyənin alt ixtisasıdır. == Tarixi == 1929-cu ildə Harvi Kuşinq və Frank İnqreham tərəfindən əsası qoyulan Boston Uşaq Xəstəxanası ABŞ-də uşaqlar üçün ixtisaslaşdırılmış neyrocərrahiyyə xidməti göstərən ilk xəstəxana idi. 2009-cu il etibarı ilə ABŞ-də 200-dən az uşaq neyrocərrahı var idi. Onların təxminən 80%-ni kişilər təşkil edirdi. Son 25 ildə uşaq neyrocərrahiyyəsi proqramını 391 həkim bitirib. Onların yalnız 70%-i böyüklər üçün neyrocərrahiyyədən ilk növbədə uşaq neyrocərrahiyyəsinə yönəlib. Onların təxminən 70%-i isə akademik tibbdədir.
Azərbaycan Pediatrlar Assosiasiyası
Azərbaycan Pediatrlar Assosiasiyası — (APA) 100 ilə yaxındı səhiyyə sahəsində fəaliyyət göstərir. Assosiasiya ölkədə bu sahənin həkimlərinin böyük tarixə dayanan peşəkar birliklərindən biridir. == Tarixi == APA-nın yaranması tarixi 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında təsis edilən Azərbaycan Tibb Universitetinin yaranması ilə eyni tarixi dövrə təsadüf edir. Assosiasiya müxtəlif illərdə müxtəlif adlar altında fəaliyyət göstərib. Təşkilata uzun illər ilk azərbaycanlı pediatr, Azərbaycanda ana və uşaqların sağlamlığının mühafizə sisteminin yaradıcısı, Əməkdar elm xadimi professor Əbülfəz Qarayev rəhbərlik edib. Əbülfəz Qarayev 1938-ci ildən 1952-ci ilə qədər əvvələr Azərbaycan Uşaq Həkimləri Cəmiyyəti kimi tanınan indiki Azərbaycan Pediatrlar Assosiasiyasının sədri olub. Sonrakı tarixi dövrdə assosiasiyanın fəaliyyətinə tanınmış ictimai xadim, "Şöhrət" və "Şərəf" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Adilə Namazova rəhbərlik edib. O, 1972-ci ildə keçirilən Azərbaycan Pediatrları Qurultayında Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri seçilib. Hazırda Azərbaycan Pediatrlar Assosiasiyasının sədri vəzifəsini Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə icra edir. Eyni zamanda, akademik Ədilə Namazovanın Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri, professor İhsan Doğramacı ilə sıx dostluq əlaqələri Azərbaycan Pediatrlar Assosiasiyasının beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etməsinə əlverişli zəmin yaradıb.

Значение слова в других словарях