PİÇBURAN
PİK
OBASTAN VİKİ
Zolaqlı pijamalı oğlan (film, 2008)
Zolaqlı pijamalı oğlan (ing. The Boy in the Striped Pyjamas) — yazıçı Con Boynun eyniadlı romanı əsasında rejissor Mark Herman tərəfindən 2008-ci ildə çəkilmiş film. Filmin çəkilişləri Budapeştdə aparılmışdır. == Süjeti == 8 yaşlı alman uşağı Bruno II Dünya müharibəsi zamanı Berlində qayğısız həyat sürür. Onun atası yüksək vəzifəli alman zabitidir. Atası Ralf yeni vəzifəyə təyin olunduqdan sonra ailə yeni yerə köçməyə məcbur olur. Bu barədə xəbər tutan Bruno dostlarından ayrılmalı olduğunu başa düşür və məyus olur. Yeni yaşadıqları evin arxasında konsentrasiya düşərgəsini və orada saxlanılan dustaqları görən Bruno düşərgənin ferma, zolaqlı pijamada gəzən dustaqların isə fermer olduğunu düşünür. O, anası Elzadan "fermer"lərin nəyə görə bu cür qəribə olduğunu soruşur. Elza dəhşətə gələrək sualları cavabsız qoyur və Brunoya bir daha evin arxasına getməyə icazə vermir.

Значение слова в других словарях

галери́стка герольдме́йстерский желте́ть матирова́ться ополови́ниться по-боксёрски травести́ чу́ньки восстанови́ться коммерса́нтский натопта́ться обта́ять отбро́сы подозрева́емый пожра́ть саморегули́рующийся свыка́ться соде́янное суеве́рие умасти́ться braky pyuria зажурчать колун свозить