PİRQULU

pirin qulu, pirin köləsi.
PİRKAMAL
PİRMƏDƏD
OBASTAN VİKİ
Pirqulu
Pirqulu (Şamaxı)
Pirqulu (Çaroymaq)
Pirqulu (fars. پيرقلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 99 nəfər yaşayır (17 ailə).
Pirqulu (Şamaxı)
Pirqulu – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası əməkdaşlarının yaşaması üçün salınmışdır. Pirqulu böyük turizm zonasıdır.
Pirqulu Dövlət Təbiət Qoruğu
Pirqulu dövlət təbiət qoruğu — Böyük Qafqaz dağları döşünün Cənubi – Şərq hissəsində yerləşir. 1968-ci il dekabrın 25-də Şamaxı rayonun dağ – meşəlik sahəsində yaradılmışdır. Ümumi sahəsi 1,52 min ha-dır, o cümlədən meşəlik sahəsi 1,43 min ha. Qoruğun ərazisində 60-dan çox ağac növü bitir. Gözəl mənzərəsi ilə fərqlənir Hazırda burada AzərbaycanınAstrofizika Rəsədxanası fəaliyyət göstərir.1970-ci ildən qoruğun ərazisində AMEA-akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun stasionar müşahidə laboratoriyası kompleks müşahidələri davam etdirir. Qoruğun sahəsi dağ dərələri və dərin vadilər hesabına 3 tərkib hissəyə bölünmüşdür. Torpaqları qonur dağ – meşə, palıdı dağ – meşə və çürüntülü, karbonatlı dağ meşə hissələrdən ibarətdir. İqlimi qışda soyuq, başqa vaxtlar mülayim istidir. Meşə massivini əsasən vələs meşəsi (57 %), çoxsaylı palıdlar (24 %), fıstıq (18 %-ə yaxın) təşkil edirlər. Bu meşələrdə hətta söyüd, qaracöhrə, ağcaqayın, göyrüş ağaclarına da rast olunur.
Pirqulu xan Şambayatı-Qacar
Pirqulu xan Şambayatı-Qacar Qacar sərkərdəsi, Rus-iran müharibəsinin fəal iştirakçısı Pirqulu xan Qulu xan oğlu əvvəlcə Ağa Məhəmməd şaha, sonra Fətəli şaha xidmət etmişdi. Оrdu başçısı, sərkərdə idi. "Xacə şah" əsərində оnun haqqında geniş məlumat var. Yazıçı qeyd edir: "Məktub mübadiləsindən sоnra Ağa Məhəmməd xan Şuşa qalasını ala bilmədiyi üçün Ibrahimxəlil xanla şifahi sülh bağlamaq qərarına gəldi. Ibrahimxəlil xan da qardaşı оğlanları Məhəmməd bəy və Əsəd bəyin evləri qalanın xaricində оlduğu üçün əsir düşdüklərini nəzərə alıb оnların xatirinə sülhü qəbul etdi, Ağa Məhəmməd xan istədi ki, Ibrahimxəlil xana yenidən məktub yazıb оna bildirsin ki, əgər təslim оlmasa qardaşı uşaqlarını qətlə yetirəcəkdir. Lakin оnun sərdarlarından biri, əvvəllər Ibrahimxəlil xanla dоstluğu оlan Pirqulu xan dedi ki, оnun qardaşı uşaqlarını öldürmək оla bilsin ki, оnu daha da cürətli etsin. Əgər şəhriyar icazə versə, mən оnunla danışığa girərəm. Qacar xanı bu fikri bəyəndi. Ağa Məhəmməd xan Pirqulu xana icazə verdi ki, ürəyi istədiyi kimi Ibrahimxəlil xanla müzakirə aparsın, ancaq bu şərtlə ki, о, itaətə gəlsin. Pirqulu xan Ibrahimxəlil xana məktub yazdı.
Pirquluoba
Pirquluoba — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati ərazi vahidində kənd. 19 dekabr 2014-cü ildə səkkiz 8000 nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xaçmaz rayonunun Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılması üçün Azərbaycan Respublikası Prezidenti sərəncam imzalamışdır.
Pirquluoba bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.