Pirqulu Dövlət Təbiət Qoruğu

Pirqulu dövlət təbiət qoruğuBöyük Qafqaz dağları döşünün Cənubi – Şərq hissəsində yerləşir. 1968-ci il dekabrın 25-də Şamaxı rayonun dağ – meşəlik sahəsində yaradılmışdır. Ümumi sahəsi 1,52 min ha-dır, o cümlədən meşəlik sahəsi 1,43 min ha. Qoruğun ərazisində 60-dan çox ağac növü bitir. Gözəl mənzərəsi ilə fərqlənir Hazırda burada AzərbaycanınAstrofizika Rəsədxanası fəaliyyət göstərir.1970-ci ildən qoruğun ərazisində AMEA-akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun stasionar müşahidə laboratoriyası kompleks müşahidələri davam etdirir.[1] Qoruğun sahəsi dağ dərələri və dərin vadilər hesabına 3 tərkib hissəyə bölünmüşdür. Torpaqları qonur dağ – meşə, palıdı dağ – meşə və çürüntülü, karbonatlı dağ meşə hissələrdən ibarətdir.

Pirqulu dövlət təbiət qoruğu
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 1,52 min ha
Yaradılma tarixi 25 dekabr, 1968
İdarəetmə orqanı AETSN
Florası Vələs (57 %), palıd (24 %), fıstıq
Faunası Qaban, vaşaq, çaqqal, tülkü, cüyür
Yerləşməsi
40°45′44″ şm. e. 48°34′25″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şamaxı
Yerləşməsi Böyük Qafqaz
Yaxın şəhər Pirqulu
Pirqulu dövlət təbiət qoruğu xəritədə
Pirqulu dövlət təbiət qoruğu
Pirqulu dövlət təbiət qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqlimi qışda soyuq, başqa vaxtlar mülayim istidir. Meşə massivini əsasən vələs meşəsi (57 %), çoxsaylı palıdlar (24 %), fıstıq (18 %-ə yaxın) təşkil edirlər. Bu meşələrdə hətta söyüd, qaracöhrə, ağcaqayın, göyrüş ağaclarına da rast olunur. Bu yerlərdə başdan – başa ot örtüyü yoxdur. Əsasən cürbəcür kolluqlardan ibarətdir. Qoruğun florasında 45 növə yaxın çox nadir və yox olmaqda olan bitkilər mövcuddur. Əlverişli, münasib iqlim və bitkilər aləminin müxtəlifliyi sayəsində burada vəhşi heyvanlar üçün gözəl şərait yaranmışdır. Qoruqda 30 növ məməlilər, 9 növ sürünənlər, 6 növ amfibiya, 64 növ quşlar mövcuddur. Palıd və fısdıq meşələrində qaban, vaşaq, qurd, çaqqal,tülkü, cüyür və başqa heyvanlar da yaşayır. Quşlardan: qırqovul, zığ – zığ quşu, qara tetra və başqaları mövcuddurlar. Axır vaxtlar qoruq sahəsinin torpaqlarının aşılanması azalmışdır və bunun sayəsində vəhşi heyvanların və quşların sayı artır. Bir neçə növ bitkilər (qaracöhrə), heyvanlar (qonur ayı, vaşaq, köpkər) quşlar (tetra) Qırmızı kitaba salınmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Məzahir Təhməzov. Ensiklopedik məlumatlar. Toponimlər, fotoşəkillər, xəritələr