PLASTİKLİK

is.
1. Qəşənglik, zəriflik, ahəngdarlıq, vəznlilik. Hərəkətin plastikliyi. Heykəlin plastikliyi.
– “Rənglilər rəqsi” musiqi və rəqsin plastikliyi cəhətdən çox zəngindir. S.Hacıbəyov.

2. Yoğurula bilmə, istənilən şəklə salına bilmə.
PLASTİKA
PLASTİLİ́N
OBASTAN VİKİ
Plastiklik (fizika)
Fizikada və materialşünaslıqda, plastiklik və ya plastik deformasiya materialın tətbiq olunmuş qüvvənin təsirindən daimi deformasiyaya uğrayaraq formasını dönməz olaraq dəyişə bilməsini ifadə edir. Məsələn, bərk bir metal hissə əyildikdə və ya çəkiclə döyüldükdə, bu hissə plastiklik göstərərək formasını daimi olaraq dəyişir. Texnikada, materialın elastiklik vəziyyətindən plastiklik vəziyyətinə keçid nöqtəsi axıcılıq həddi adlandırılır. Plastik deformasiya bir çox materiallarda, xüsusilə də metal, torpaq, qaya, beton və başqalarında müşahidə edilir. Ancaq, plastik deformasiyanın yaranmasına səbəb olan fiziki mexanizm fərqli ola bilər. Metallarda plastiklik kristal ölçü miqyasında dislokasiyaların hərəkətindən yaranır. Qaya, beton və ya sümük kimi tezsınan materiallarda isə plastik deformasiyanın əsas səbəbi mikrosınıqlarda sürüşmədir.
Elastiklik və plastiklik nəzəriyyəsi
Elastiklik və plastiklik nəzəriyyəsi == Elastiklik nəzəriyyəsinin əsas prinsipləri == Elmin müasir səviyyəsi real materialın bütün məxsusiyyətlərini nəzərə almaqla ümumi hesabat metodu verə bilmir. Ona görə də klassik elastikiyyət nəzəriyyəsi deformasiya olunan cisimlər üçün verilmiş xüsusi modelə əsaslanır bu model ideal elastiki cisimdir. Modelin aşağıdakı xassələrini qeyd edək. 1. Fərz edilir ki, ideal elastiki cisim tam elastikidir. Başqa sözlə, cismə təsir edən xarici nisbi qüvvələrin təsiri kəsildikdən sonra cisim öz forma və həcmini bərpa edə bilir. Cismin əvvəlki vəziyyətinə təbii vəziyyət deyilir. Bu zaman başlanğıc gərginlik nəzərə alınmır yəni, cisim yüklənmədikdə onda heç bir gərginlik vəziyyəti yaranmır. Başlanğıc gərginlik cismin yaranma tarixindən asılıdır. 2.

Значение слова в других словарях