Smirnalı Polikarp
Smirnalı Polikarp (q.yun. Πολύκαρπος, lat. Polycarpus; 69 və ya 70, İzmir – 23 fevral 155 və ya təq. 155, İzmir) — Smirna yepiskopu, apostol atalarından biri, xristian əzabkeşi. Pravoslav və Katolik kilsələrində müqəddəs hesab olunur.
Smirnalı Polikarpın həyat və yaradıcılığı ilə bağlı 4 əsas mənbə var, bunlar: Antioxiyalı İqnatidən Polikarpa məktub; Polikarpın Filipililərə məktubu; Lionlu İreneyin yazılarından hissələr; Smirna kilsəsinin prixoda mənsub adamların Polikarpın ölümündən bəhs edən "Polikarpın əzabkeşliyi" kompozisiyası. O, Filippililərə yazdığı məktubdan əlavə, başqalarını da yazmış olma ehtimalı var, çünki İqnati ona cəm halında "məktublar"ın müəllifliyini aid edir.
Müqəddəs Polikarp, Smirna yepiskopu, Rus Pravoslav Kilsəsinin veb saytında.