POPULYAR

sif. [ lat. popularis – xalq]
1. Anlaşılan sadə dildə yazılmış; məzmunu, ifadə tərzi sadə olan; kütləvi. Populyar kitab. Populyar dildə yazılmış əsər.
2. Məşhur, geniş kütlələrin rəğbətini qazanmış. Populyar musiqi. Populyar müğənni.
// Geniş yayılmış, kütləvi. Populyar məcmuə.

Синонимы

  • POPULYAR məşhur — tanımlı
POPULİST
POPULYARLIQ
OBASTAN VİKİ
Populyar mədəniyyət
Populyar mədəniyyət ( pop mədəniyyəti də adlandırılır ) Ümumiyyətlə cəmiyyətin üzvləri tərəfindən müəyyən bir nöqtədə cəmiyyətdə dominant və ya hər yerdə yerləşmiş fikirlər, inanclar və obyektlərin cəmi kimi tanınır. Populyar mədəniyyət də bu dominant obyektlərlə qarşılıqlı təsir nəticəsində meydana çıxan fəaliyyət və duyğuları əhatə edir. Kütləvi informasiya vasitələri tərəfindən müasir dövrdə böyük təsir göstərən bu fikirlər toplusu müəyyən bir cəmiyyətdə insanların gündəlik həyatlarında yaşayır. Buna görə populyar mədəniyyət, fərdlərin müəyyən mövzulara münasibətlərinə təsir etmə üsuluna sahibdir . Ancaq pop mədəniyyətini müəyyən etmək üçün müxtəlif yollar var . Bu səbəbdən məşhur mədəniyyət müxtəlif kontekstlərdə müxtəlif insanlar tərəfindən müxtəlif yollarla müəyyənləşdirilə bilən bir şeydir . Ümumiyyətlə, xalq mədəniyyəti, işçi sinif mədəniyyəti və ya yüksək mədəniyyət kimi mədəniyyətin digər formalarından fərqli olaraq, psixoanalizmə, strukturizm, postmodernizm və daha çox müxtəlif nəzəri perspektivlər ilə nəzərdən keçirilir. Ən populyar pop mədəniyyəti kateqoriyaları: əyləncələr ( kino, musiqi ,televiziya və video oyunlar ) idman, xəbərlər, siyasət, moda / paltar, texnologiya və slenq .
Azərbaycan folkloru populyar mədəniyyətdə
Azərbaycan folkloru — kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri məlum olmayan ədəbiyyatdır. Qədimlikdən, tarixdən xəbər verməklə yanaşı Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətdir. Zəngin Azərbaycan şifahi xalq ədəbiyyati dünyanın digər xalqlarının folkloru arasında özünəməxsus yer tutur. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq Azərbaycan ədəbiyyatının da əsasını qoyub. Azərbaycanlıların zəngin bir şifahi ədəbiyyatı var. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin — folk -xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır. Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağızdan ağıza keçərək yaşamış və zənginləşmişdir. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücün parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir.
Qarabağ müharibəsi populyar mədəniyyətdə
Qarabağ müharibəsi incəsənətdə — Qarabağ müharibəsinə populyar mədəniyyətdə ithaf olunan incəsənət, ədəbiyyat, musiqi və filmlərdə əsərlər. == İncəsənət == Qarabağ müharibəsi haqqında çoxlu sərgilər keçirilmiş, incəsənət əsərləri həsr olunmuşdur. == Ədəbiyyat == Azərbaycan ədəbiyyatında erməni-müsəlman məsələsində 3 böyük əsərin, Nəriman Nərimanovun “Bahadır və Sona”, Cəfər Cabbarlının “1905-ci ildə” və Cəlil Məmmədquluzadənin “Kamança” əsərlərini adlarını çəkmək olar. Bunlar münaqişə ilə bağlı qələmə alınan dəyərli nümunələrdir. Son dövrlərdə qələmə alınan çoxlu əsərlər var ki, onlardan Baba Pünhanın "Qarabağ getsə əgər" qəzəlini, Əbdürrəhim Karakoçun "Karabağ'a Mektup", Nurəngiz Günün poemalarını, Elçin Hüseynbəylinin hekayələrini, Zahir Əzəmətin, Rasim Qaracanın qələmə aldıqlarını qeyd etmək olar. Tomas de Vaalın Dağlıq Qarabağa həsr etdiyi “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında”, Tomas Qoltzun Azerbaijan Diary: A Rogue Reporter's Adventures in an Oil-Rich, War-Torn, Post-Soviet Republic münaqişə haqda dünya ədəbiyyatında ən populyar mənbələrdən biri hesab edilir. == Musiqi == Ölkənin hazırkı siyasi durumu, daim müharibə təhlükəsi, vətəni tərənnüm edən, vətəni müdafiəyə çağıran Qarabağ müharibəsinə həsr edilən əsərlər bəstəkar yaradıcılığının mühüm hissəsini təşkil edir. Hip-hop arenasında Dəyirman qrupu "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır.
Populyarlıq
Məşhurluq və ya Populyarlıq (lat. populares, populus — xalq) — cəmiyyətdə nəyinsə və ya kiminsə yüksək dərəcədə tanınması və ya tələb edilməsi. Populyarlığa bəzi hallarda nəyinsə dəbdə olması təsir edir. Populyarlıq qısa və ya uzunmüddətli ola bilər. Populyarlığın tanınma və məşhurluqla eyni olub-olmaması ilə bağlı fikir ayrılığı mövcuddur.

Значение слова в других словарях