Port-o-Prens
Port-o-Prins (fr. Port-au-Prince) — Haiti Respublikasının paytaxtı və əsas xarici ticarət limanı. Karib dənizinin Qonaiv körfəzindəki Haiti adasının cənub sahilində yerləşir.
Şəhərdə şəkər zavodları, spirtli içki, tütün, yüngül sənaye və sement istehsal müəssisələri vardır. Milli Universitet, Haiti xalqları Muzeyi, Milli Muzey, Təsviri mərkəz muzeyi vardır.
Port-o-Prinsdə 1 milyon əhali yaşayır. Etnik cəhətcə tərkibi: 90% zəncilər, 9% — mulatlar. Az sayda ( 5 min nəfər) Avropa xalqlarının nümayəndələri də yaşayır.
İki dövlət dili vardır: fransız dili və Haiti kreol dili (fransız dili əsasında ispan və ingilis dili qarışığı).
Rəsmi din katolik dinidir.