Porto-Prens

coğ. Port-au-Prince

Porto-Novo
Porto-Riko
OBASTAN VİKİ
Prens
Şahzadə — Şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri. Osmanlı imperiyasındakı şahzadə tituluna uyğundur. Prenslər əksər Avropa ölkələrində prenseslərlə ilə birlikdə taxt üçün növbəyə dururdular. Fransada vəliəhd prensi dofen adlandırırdılar. Qədim türklərdə Tigin sözü şahzadə sözünə müvafiq gəlir.
Porto
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. == Görməli yerlər == Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün arxitektur abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Porto-Novo
Porto-Novo — Benin dövlətinin paytaxtı.
Porto-Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Porto Alegre
Portu-Aleqri — Braziliyada yerləşən şəhər. Riu-Qrandi-du-Sul ştatına daxildir.
Porto FK
Portu FK — Portuqaliyada futbol klubu. 1893-cü ildə yaranmışdır.
Porto Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Port-o-Prens
Port-o-Prins (fr. Port-au-Prince) — Haiti Respublikasının paytaxtı və əsas xarici ticarət limanı. Karib dənizinin Qonaiv körfəzindəki Haiti adasının cənub sahilində yerləşir. == Diqqəti çəkən yerləri == Şəhərdə şəkər zavodları, spirtli içki, tütün, yüngül sənaye və sement istehsal müəssisələri vardır. Milli Universitet, Haiti xalqları Muzeyi, Milli Muzey, Təsviri mərkəz muzeyi vardır. == Əhalisi == Port-o-Prinsdə 1 milyon əhali yaşayır. Etnik cəhətcə tərkibi: 90% zəncilər, 9% — mulatlar. Az sayda ( 5 min nəfər) Avropa xalqlarının nümayəndələri də yaşayır. İki dövlət dili vardır: fransız dili və Haiti kreol dili (fransız dili əsasında ispan və ingilis dili qarışığı). Rəsmi din katolik dinidir.