PRAVOSLAVLIQ

сущ. православвал; // православвилин.
PRAVOSLAV
PREAMBULA
OBASTAN VİKİ
Pravoslavlıq
Şərqi Ortodoks Kilsəsi — xristianlığın üç əsas cərəyanından (katolisizm və protestantlıq ilə yanaşı) biri. 988-ci ildən Kiyev Rus dövlətinin rəsmi dini olmuşdur. Bizans İmperiyası dağıldıqdan (1453) sonra onun ərazisində və qonşu dövlətlərdə hər biri öz hökmdarına tabe olan avtokefal pravoslavlıq kilsələri yaranmışdır. Ona görə də pravoslavlıqda Vatikan kimi vahid ümumdünya mərkəzi yoxdur. Şərqi pravoslav kilsəsi mömin müqəddəs üç üqnumun vəhdətində təzahür edən vahid tanrıya etiqad etməlidir. 1991-ci ildə Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralıının (1907-ci ildə inşa edilmişdir) binası Rus pravoslav kilsəsinə verilmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir.
Azərbaycanda pravoslavlıq
Azərbaycanda pravoslavlıq — Azərbaycanda İslam dinindən sonra ikinci ən böyük dini qrup. Statistikaya görə, Azərbaycanda pravoslavlar əhalinin 2,3% (209,7 min) təşkil edir. Azərbaycan ərazisi Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının ixtiyarındadır . == Tarix == 1815-ci ildə Bakıda ilk Rus Pravoslav Kilsəsi meydana gəldi, daha sonra Gəncə və Şamaxıda kilsələr tikildi. 1905-ci ildə Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası yarandı. Sovet dövründə hakimiyyət Bakı yeparxiyasının ruhanilərini repressiya etdi, lakin artıq 1944-cü ildə iki kilsə fəaliyyətini bərpa etdi. 1998-ci ildə Rus Pravoslav Kilsəsinin Bakı-Xəzər Yeparxiyası yarandı. 22 Mart 2011-ci ildə Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərarı ilə Bakı-Xəzər Yeparxiyası Bakı-Azərbaycan Yeparxiyası adlandırıldı . 2011-ci ildə ölkədə altı xristian pravoslav kilsəsi var idi. Bunlardan beşi Rus Pravoslav Kilsəsinə aiddir: üçü Bakıda ., hər biri Gəncə və Xaçmazda .
Azərbaycanda pravoslavlıq (film, 2004)
Bosniya və Herseqovinada pravoslavlıq
Bosniya və Herseqovinada pravoslavlıq mürəkkəb və mübahisəli bir tarixə malikdir. Elə Roma İlliriyasının özündə xristianlıq hələ son antiklik dövründə yayılmışdır ki, ona romanlaşmış valaxlar inanırdılar. Bu dağlıq təpəli ərazinin slavyanlar tərəfindən kütləvi şəkildə məskunlaşması 7-9-cu əsrlərdə başlamışdır. Slavyan istilalarının səbəb olduğu müvəqqəti qarışıqlıqdan sonra Bizans İmperiyası, XI-XII əsrlərin pravoslav yunan-slavyan dövlətinə çevirilərək Balkan bölgələri üzərində nəzarəti yenidən qazandı. Ancaq Bosniya və Herseqovinanın cənub slavyanları imperiyanın kənarında, Qərb (katolik) dünyası ilə sərhəddə yerləşirdi. 1054-cü ildə Qərb və Şərqi Pravoslav kilsələri bir-birlərini lənətliyəndən sonra daim davam edən dinlərarası ziddiyyətlər səbəbindən, təcrid olunmuş dağlıq bölgələrdə yaşayan Bosniya və Herseqovinanın slavyanları da müəyyən oriyentir itirdilər. Boqomilçilik adlanan sekta yayılmağa başlayır. 1220-ci ildə Müqəddəs Sava Bosniya ərazisində Dabar Yeparxiyasını qurdu. Dini çəkişmələrdən bezən boqomillər, XV-XVIII əsrlərdə, Osmanlı hakimiyyəti dövründə fəal şəkildə İslamı qəbul etdilər. Bosniya və Herseqovinanın qərb bölgələri katolikliyə keçdi.

Значение слова в других словарях