PSİX

сущ. простореч. псих (психически неуравновешенный человек)
PSEVDOSFERA
PSİXİ
OBASTAN VİKİ
Psix, amma bu yaxşıdır (teleserial, 2020)
Psix, amma bu yaxşıdır (kor. 사이코지만 괜찮아; ing. It's Okay to Not Be Okay və ya Psycho But It's Okay) (Jo Yong) — Ço Yon tərəfindən yazılmış və Pak Şinvu tərəfindən idarə olunan Cənubi Koreya romantik dram televiziya serialı. Kim Su-Hyon, So Yoci, Oh Cun-se və Pak Gyu-yon serialın başrollarıdır. Serial fədakar bir psixoloji şöbənin baxıcısı və antisosial bir uşaq kitabı yazıçısından ibarətdir. Serial 20 iyun 2020-ci il tarixindən 9 avqust 2020-ci il tarixinə qədər TVN və Netflix-də 16 bölüm yayımlandı. Cənubi Koreyada Netflix-də romantik janrda 2020-ci ilin ən populyar şousu idi. New York Times filmi "2020-ci ilin Ən Yaxşı Beynəlxalq Şouları"-ndan biri olaraq adlandırmışdır. Bəzi şərhçilər serialın ikinci yarısında yazılanları tənqid etsələr də, bu hissə aktyor heyəti tərəfindən təriflənmişdir. Serial 57-ci Baeksang İncəsənət Mükafatında qatıldığı 8 nominasiyada iki qalibiyyət əldə etmişdir.
Eksperimental psixologiya
Eksperimental psixologiya və ya təcrübi psixologiya — psixoloji tədqiqatlar və ona aid olan prosesləri empirik metodlarla tədqiq edilməsinə deyilir. Eksperimental psixoloqlar insan və ya heyvan subyektləri üzərində müxtəlif mövzular haqqında (sensasiya və hissi, yaddaş, idrak, öyrənmə, motivasiya, emosiya, inkişaf prosesləri, sosial psixologiya) tədqiqat aparırlar. == Tarix == === İlkin eksperimental psixologiya === ==== Vilhelm Vundt ==== Eksperimental psixologiya müasir bir akademik intizam kimi 19-cu əsrdə Wilhelm Wundt psixologiya sahəsinə riyazi və eksperimental yanaşmanı tətbiq edərkən ortaya çıxdı. Wundt, Almaniyanın Leipzig şəhərində ilk psixologiya laboratoriyasını qurdu. Hermann Ebbinghaus və Edward Titchener də daxil olmaqla, digər eksperimental psixoloqlar, eksperimental üsulları arasında introspeksiyanı əhatə edirdi. ==== Çarlz Bell ==== Charles Bell İngilis fizyoloq idi, və onun əsas töhfəsi sinir sistemi ilə bağlı araşdırma idi. O, dovşan üzərində etdiyi araşdırmaları özündə əks etdirən bir broşür yazır. Onun tədqiqatı nəticəsində, onurğa kordunun posterior (dorsal) köklərinə daxil olan duyğu sinirləri və onurğa beyinin ön (ventral) köklərindən meydana gələn motor sinirləri ortaya çıxdı. On bir il sonra, bir Fransız fiziloqu François Magendie, Bell-in araşdırmasından xəbəri olmadan eyni təsbitləri nəşr edir. Bell araşdırmalarını dərc etmədiyinə görə, bu kəşf Bell-Magendie qanunu adlandırıldı.
Genetik psixologiya
Genetik psixologiya — Psixologiyanın xüsusi sahələrindən biri. Genetik psixologiya psixika və davranışın irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir. Yaş psixologiyası, differensial və genetik psixologiya birlikdə uşağın psixi inkişafının qanunlarını başa düşmək üçün elmi əsas təşkil edir.
Hüquq psixologiyası
Hüquq psixologiyası — psixologiyanın mühüm sahələrindən biri. İnsan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah,əmək psixologiyası və s. bölmələri vardır. Psixologiya və hüquq elm sahəsi kimi 1960-cı illərdə yaranmağa başladı. Psixologiyanın prinsipləri və hüquqi tətbiqetməni özündə birləşdirən istənilən araşdırma hüquq psixologiyası sayılır. == Hüquq psixologiyasının predmeti == Hüquq psixologiyası iki mürəkkəb və çox sahəli elmlər sisteminin hüquq və psixologiya elmlərinin qovşağında meydana gəlmişdir.Bu elm sahələrini bir-birinə yaxınlaşdıran və qovuşduran ümumi cəhət onların hər ikisinin obyekti insanın rəftar və davranışı, daxili psixoloji aləmi fərdi psixoloji xüsusiyyətləri ilə əlaqədar olmasıdır. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur.Lakin elmlər bir-birindən öyrəndikləri obyektə görə deyil predmentinə (mövzularına) görə fərqlənirlər.Bu cəhətdən hər bir elmin,o cümlədən insanı öyrənən elm sahələrinin elə özünəməxsus ayrıca predmeti var. Hüquq psixologiyası insanların psixi fəaliyyətinin hüquqla tənzim edilmə sahəsində qanunauyğunluqlarını və mexanizmlərini öyrənən elm sahəsidir. Əgər hüquq insanda hüquq pozma xassəsini əsas götürürsə, hüquq psixologiyası, ilk növbədə insanı hüquq pozuntusuna yol vermiş şəxs, şahid və zərərçəkmiş kimi tədqiq edir.
Klinik psixologiya
Klinik psixologiya şəxsin zehni, funksional və emosional əskikliklərini araşdıran psixologiya sahəsidir. Psixoterapiya metodlarından mütəmadi olaraq istifadə edən klinik psixologiya, tədqiqat, tədris və proqram inkişafı ilə əlaqəli mövzuları əhatə edir. Klinik psixologiya bir ixtisas sahəsi olaraq, fərdlər, eləcə də ailələr və fəqrli irqlərə mənsub cəmiyyət həyatının qarşılaşdığı problemləri həll etməyə çalışır. Ümumi olaraq klinik psixologiya problemləri test və ya müsahibə üsulları vasitəsilə qiymətləndirmək, diaqnoz qoymaq, həll yollarını tapmaq məqsədilə müdaxilə etmək və elmi tədqiqat sahələrini əhatə edir. Yəni, burada təhsil, tədris və məsləhət metodları ilə yanaşı, ciddi psixopatoloji müdaxilə və elmi tədqiqat sahələrindən də istifadə olunur. Bu fəaliyyətləri idarə edən şəxslər psixiatriya sahəsi üzrə müəxəssislər və klinik psixoloqlardır. == Klinik psixoloq == Türkiyədə 2014-ci ildə çıxan 1219 saylı Qanun və 29007 saylı İdarəçiliklə Səhiyyə Nazirliyinə bağlı olaraq klinik psixologiya sahəsində çalışacaq peşə mənsubları və fəaliyyətləri təyin olunmuşdur. Bu qanunla ilk dəfə olaraq psixoloq və klinik psixooqların vəzifə sahələri aydın şəkildə müəyyənləşdirilmişdir. Rəsmi qazetdə yayımlanan İdarəçilikdə "Klinik psixoloq" obyektiv ölçü vasitələri, müşahidə və müsahibə üsullarından istifadə edərək psixoloji qiymətləndirmə ilə beynəlxalq diaqnoz və təsnifat sistemlərində xəstəlik olaraq qəbul edilməyən və Səhiyyə Nazirliyinin də uyğun hesab etdiyi hallarda psixoterapiya prosedurlarını həyata keçirir. Xəstəlik olaraq qəbul edilən vəziyyətlərdə isə mütəxəssis həkimin diaqnozuna və müalicə üçün istiqamətləndirməsinə uyğun olaraq psixoterapiya metodlarını tətbiq edir.
Kompleks (psixologiya)
Kompleks – insanın fiziki, psixi və sosial individuallığının ətraf insanlarla münasibətdə doğurduğu sosial disharmoniyalarla əlaqədardır. Hər bir kəs mürəkkəb bioloji xüsusiyyətlərlə onlardan heç də az mürəkkəb olmayan təbii-sosial faktorlar kələfinin mürəkkəb bir formada kombinasiyasından ibarətdir. Bu çarpazlaşmada həddən artıq çox təsadüfdə ola bilir ki, individ özünün sonrakı həyatında daxil olacağı ayrı-ayrı insan qruplarının, kollektivlərinin ümumi standartları ilə uyğun gəlməyən bir sıra bioloji, sosial əlamətlərə, xüsusiyyətlərə malik olmuş olsun. İdeal variantında bu gərginlik, konkret bir sferadakı defektin hər hansısa formadasa kompensasiya olunmasını tələb edərək bir başqa sferada fövqəlinkişaf törətməklə nəticələnir. Nümunə üçün, məs., fiziki şikəstlik, o cümlədən, bu kateqoriyadan Adlerin çox tez-tez nümunə göstərdiyi cırtdanboyluluq – insanı yaşamaq uğrunda apardığı mübarizədə mütəmadi olaraq problemlərlə üzləşdirib, onu çətinliklərə saldığından, bu, onu öz aləmində unikal özünümüdafiə strategiyası işləyib hazırlamağa vadar edir, onun psixikasının püxtələşməsinə, plastikləşməsinə, istənilən ekstremal gərginliyə qarşı davamlılığının artmasına gətirib çıxarır; Yaxud psixi şikəstlik – ətraf dünya və insanlarla ünsiyyəti çətinləşdirdiyindən, individin özünə qapanmasına, onu dərk edib, qəbul edən ideal dünyanı öz xəyallarında və ya yaradıcılığında reallaşdırmasına, birbaşa ünsiyyətdə onu qavramayan, qəbul etməyən ətraf dünya ilə dolayısı metodlarla, yəni özünün və onların yaradıcılıq məhsulları vasitəsilə ünsiyyət saxlaması vərdişlərinə yiyələnməsinə gətirib çıxarır ki, bu da dahilərin bir çoxunun psixi xəstə kateqoriyasına aid olmasının başlıca səbəbidir; Yaxud sosial şikəstlik növlərindən olan yetimlik – bir tərəfdən individi çox erkən yaşlarından sosial münasibətlərə daxil olmağa vadar edir və onun çox tez vaxtdan özünüifadə, özünütəsdiq strategiyasına yiyələnməsinə səbəb olur. Digər tərəfdən, əksər uşaqlar özünə yalnız öz valideynlərini təqlid obyekti, ideal seçib, öz davranış və düşüncə stillərini onun nümunəsi timsalında formalaşdırdığından, əksər valideynlərinsə «orta səviyyəli», qeyri-yaradıcı şəxslər olmaları səbəbindən, uşağın özünə onu təqlid obyekti, ideal seçməsi onun da orta səviyyəli bir şəxsiyyət kimi formalaşmasına gətirib çıxarır. Bu səbəbdən, valideyni çox erkən yaşından itirmək, uşağı təqlid obyekti yerində öz canlı valideynini əsas götürməkdən məhrum edir və təqlid üçün onu, ya digər hansısa bir başqa ideal qəhrəman axtarışına vadar edir, ya da onun öz uşaq təsəvvüründə ideallaşdıraraq ideal qəhrəmana çevirdiyi ideal valideyn obrazını özünə təqlid obyekti seçməsinə gətirib çıxarır və s. Bir sözlə, daxili və ya xarici baryerlərin mövcudluğu şəraitində adaptasiya müəyyən müdafiə mexanizmlərinin köməkliyi ilə həyata keçir ki, bütün bunlar da, ən son halda xarakterin keyfiyyətinə transformasiya olunur . Dahilərin bir çoxunun fiziki qüsurlu, psixi xəstə və ya yetim olması faktının başlıca səbəbi də budur. Lakin insan hər hansı baxımdansa şikəst olub, lakin özü kimi şikəstlərin kollektivində yaşasaydı, bu onda heç bir natamamlıq kompleksi doğurmazdı.
Koqnitiv psixologiya
İdraki psixologiya — düşünmə, emosiya, öyrənmə, xatırlama, qərar vermə, dil, problem həll etmə və mühakimə etmə kimi zehni müddətin ən geniş mənada araşdırılmasıdır. Yəni idraki psixoloqlar insanların məlumatı anlama, yadda saxlama və yada salmaları ilə maraqlanırlar. İdraki psixoloqlar zehni müddətlərin tədqiq edilə biləcəyinə və araşdırılması lazım olduqlarına inanırlar. Hər nə qədər idraki müddətlər birbaşa müşahidə edilməsələr də, davranışlar müşahidə oluna və bu davranışların altında yatan idraki müddətlər haqqında nəticələr çıxardıla bilər. == Zehni müddətlər == İdraki psixoloqların əsl diqqət mərkəzi davranışlara təsir edən zehni müddətlərdir. Bu müddətlərdən bəziləri bunlardır: diqqət, yaddaş, qavrayış, metaboransiya.
Kupidon və Psixeya uşaq ikən
Kupidon və Psixeya uşaq ikən (ing. Cupid and Psyche as Children, fr. L'Amour et Psyché, enfants) — Vilyam Buqronun ən məşhur əsərlərindən biri. Əsər 1999 – cu ildə isə Nyu-Yorkda, Kristi auksionunda $1,760,000 – a satılmışdır. Əsər 1890-cı ildə Fransanın Salon şəhərində tamamlanmışdır. Bəzən əsər yanlış olaraq "İlk Öpüş" (ing: The First Kiss, fr: Le Premier Baiser) də adlandırılır. Kətan üzərində yağlı boya ilə çəkilmiş şəkil 119.5 x 71 mm (47 x 27 7/8) ölçüyə malikdir və hal – hazırda şəxsi kolleksiyada saxlanılır. Şəklin mövzusu qədim Roma şairi Apuleyin "Qızıl arxa" əsərindəki "Kupidon və Psixeya" hekayəsindən götürülmüşdür. == Yanlış adlandırma == İnternetdə ilk virtual muzeylərdən biri olan "Web Museum"də əsər yalnız olaraq "L'Amour et Psyche, enfants" adıyla deyil "The Firs Kiss" (İlk öpüş) adıyla yerləşdirilmiş, sayt hələ də bu yanlışını aradan qaldırmamışdır. == Buqronun Kupidon və Psixeya təsvir edilmiş digər əsərləri == Buqro müxtəlif zamanlarda Kupidon və Psixeya təsvir edilmiş başqa əsərlər də yaratmışdır: Psyché et l'Amour (Psixeya və Kupidon, Salon, 1889, No.
Makyavelizm (psixologiya)
Makyavelizm - emosional soyuqluq, əxlaqi məsələlərə laqeydlik kimi xüsusiyyət ilə xarakterizə olunan psixoloji vəziyyət. Makyavelizm narsissizm və psixopatiya ilə birlikdə "qaranlıq üçlü" (ing. the dark triad) modelini əmələ gətirir. Makyavelistlər öz məqsədlərinə çatmaq üçün yalan danışmaq, aldatmaq kimi mənfi hərəkətdənlər çəkinməz, etdikləri hərəkətlər üçün vicdan əzabı duymaz. Onların manipulyasiya qabiliyyətləri yüksəkdir, digər insanları ələ salmağa meyillidirlər. Əsasən kişilərin makyavelist olmaq ehtimalları qadınlarınkından yüksəkdir. Makyavelizm termini 1970-ci illərdə Kolumbiya Universitetindəki bu sahə ilə bağlı araşdırmalardan sonra populyarlıq qazandı.
Millətlərin psixologiyası
Bugünkü gündə millətlərin psixologiyası ilə psixologiyanın "etnik psixologiya" adlanan xüsusi bölməsi məşğul olur. İlkin mərhələdə – müxtəlif xalqların mənəvi-mədəni xüsusiyyətlərini öyrənmək məqsədilə meydana çıxan bu psixologiya sahəsinin, XIX əsrin ikinci yarısından başlayaraq ilk ümumi terminləri meydana çıxmağa başlayır: "xalqların psixologiyası", "milli xarakter", "milli ruh", hətta "etnik (etnoqrafik) psixologiya" (Ribo T. – 1886) və s. kimi. Bunlara paralel olaraq etnopsixologiyanın nəzdində fəlsəfi-psixoloji xətt də inkişaf edir (X. Şteyntal, M. Lasarus, V. Vundt, Q. Lebon və b.). Ümumi olaraq, həmin dövr üçün əsas tədqiqat metodu – dildə, adət-ənənələrdə, əsatirlərdə, bir sözlə, müxtəlif xalqların mənəvi həyatında insani ruhların təzahürünün analizindən ibarət idi. Bugünkü gündə etnopsixologiya – ayrıca individ və ya insan qruplarının etnik və mədəni mənsubiyyəti ilə əlaqədar olan, şüuri və qeyri-şüuri səviyyədə təzahür edən müxtəlif psixoloji xüsusiyyətləri öyrənən psixologiya bölməsi kimi tanınır . XX əsrin 30-cu illərindən başlayaraq Qərbdə bu təlimin özünün də nəzdində differensasiya gedərək, etnik psixologiya özü də iki fərqli qola – psixoloji antropologiya və krosskultur psixologiya qollarına ayrıldı. Bunlardan birincisi – insanların müxtəlif mədəniyyət şəraitdə necə düşünüb, hiss edib, reaksiya verib, hərəkət etməsini (başlıca nümayəndələri R. Benedikt, M. Mid, K. Klakxorn, R. Linton, K. Dyubua və b.); ikincisi isə – fərqli etnik və mədəni qruplara məxsus individlərin psixologiyasındakı oxşarlıq və fərqləri, həmçinin, sosio-mədəni, ekoloji və bioloji xüsusiyyətlərindəki psixoloji fərqlərin əlaqəsini və zaman keçdikcə bu fərqlərdə yaranan dəyişiklikləri öyrənməklə məşğul olur (bu sonuncusu həm də müqayisəvi-mədəni psixologiya adı ilə də tanınır). Postsosialist ölkələrinin psixologiyasında bunların hər ikisi etnopsixologiya və ya etnik psixologiya çərçivəsində öyrənilir (Etnopsixologiya – insanların etnik (mədəni) mənsubiyyəti ilə onların psixologiyası arasındakı əlaqəni öyrənən psixologiya sahəsidir). Haşiyə kimi qeyd edək ki, millətlərin psixologiyasının öyrənilməsinə belə böyük maraq həm də siyasi motivlərlə əlaqədardır.
Musiqi psixologiyası
Musiqi psixologiyası (ing. Music psychology) — Musiqişünaslığın bir bölməsi olub, musiqi dilinin və musiqi əsərlərinin quruluşunun müxtəlif aspektlərinin öyrənilməsi üzrə akademik dissiplinlər toplusu olmaqla yanaşı, eyni zamanda musiqini psixoloji qavramanın qanunauyğunluqlarını və onun insan psixikasının müxtəlif struktur komponentlərinə təsirini tədqiq edir. Buna görə musiqi psixologiyası araşdırmaları sahəsinə , o cümlədən , müxtəlif profilli sahələrdə, məsələn, Musiqi akustikası , Psixoakustika, Qavrayış Neyropsixologiyası , Qavrayış və Hərəkətin psixofiziologiyası, Estetika, Kulturologiya və s. sahələrdə tədqiqatlar da aid edilə bilər. Musiqi psixologiyası sahəsində elmi tədqiqatların əsas istiqamətləri aşağıdakılardır : Musiqi qabiliyyətlərinin psixologiyası; Musiqi duyumunun psixologiyası; Musiqi qavrayışının psixologiyası; Musiqi yaradıcılığının psixologiyası; Musiqi hadisələrinin psixoloji aspektləri. Musiqi psixologiyasının problematikası özü-özlüyündə erkən antik dövrlərdən başlayaraq, musiqi incəsənətinin bütün inkişaf dövrlərində nəzərdən keçirilmişdir. Musiqi psixologiyası nöqteyi-nəzərindən ən vacib marağı Barokko dövrünün musiqisində yaranmış Affektlər Nəzəriyyəsi kəsb etmişdir ki, onun da araşdırmaçıları İohann İoahim Kvants , Maren Mersen , Afanasi Kirxer, İohann Qotfrid Valter , Klaudio Monteverdi , İohann Mattezon , Ciovanni Battista Bononçini, və Xristian Henrix Şpis olmuşlar. Affektlər nəzəriyyəsinə görə, bəstəkar yaradıcılığının məqsədi affektləri oyatmaq, cuşa gətirməkdir ki, onların qrupları arxasında da müəyyən musiqi üslubları və bəstəkarlıq yazısının digər vasitələri birləşirdilər.Affektlər nəzəriyyəsi təsvir olunurdu Afanasi Kirxerin "Musurgia universalis" (Səs və Musiqi haqqında) risaləsində fikrinə görə, affektlərin ötürülməsi hər hansı peşə texnikasına aid edilmirdi, əksinə, "simpatiya"nı idarə edən hansısa magik, sehrli hərəkət idi ki, o da, "insan ilə musiqi arasında" yaranırdı. Bununla əlaqədar, qeyd etmək lazımdır ki, o dövrün bir çox bəstəkarları , o cümlədən, Klaudio Monteverdi xüsusi olaraq, magiyanı öyrənirdi. Lakin məhz müstəqil elmi dissiplin qismində musiqi psixologiyası XIX əsrin ortalarından formalaşmağa başladı.
Münasibət (psixologiya)
Psixologiyada münasibət bir insana xas olan və ya onu xarakterizə edən psixoloji konstruksiya, psixi və emosional mücərrəd varlıqdır. Münasibət insanların, obyektlərin, hadisələrin, fəaliyyətlərin və ideyaların müsbət və ya mənfi qiymətləndirilməsi ola bilər. Bu konkret və ya mücərrəd olan bir şey haqqında ola bilər. Bununla belə, münasibətin dəqiq tərifi haqqında mübahisələr var. Məsələn, Eagly və Chaiken, münasibəti "müəyyən bir varlığın müəyyən dərəcədə müsbət və ya mənfi cəhətlərlə qiymətləndirilməsi ilə ifadə olunan psixoloji meyl" kimi təyin edirlər. Bəzən münasibəti obyektə təsir kimi təyin etmək adi hal olsa da, affekt (yəni, diskret emosiyalar və ya ümumi oyanış) ümumiyyətlə münasibət obyektini formalaşdırmaq üçün istifadə edilən qiymətləndirmə strukturu kimi başa düşülür. Münasibət münasibət obyektlərinə diqqətə, məlumatın kodlaşdırılması üçün kateqoriyalardan istifadəyə və münasibətə aid məlumatın şərhinə, mühakiməsinə və xatırlanmasına təsir göstərə bilər. Bu təsirlər əlçatan olan və mükəmməl dəstəkləyici bilik strukturuna əsaslanan güclü münasibətlər üçün daha güclü olur. Təsirin davamlılığı və təsiri evristikanın ardıcıllığından yaranan gücdən asılıdır. Münasibətlər, hətta şəxs əlaqəsiz məqsədlər güdürsə belə, məlumat, diqqət və davranışların kodlaşdırılmasına rəhbərlik edə bilər.
Mədəni-tarixi psixologiya
Mədəni-tarixi psixologiya-1920-ci illərin sonunda Lev Viqotski tərəfindən yaradılan və Şərqi Avropa və dünyanın başabaşında onun tələbələri və ardıcılları tərəfindən inkişaf etmiş psixologiya nəzəriyyəsi.Mədəni-tarixi psixologiyanın əsas xarakteri onun tendensiyası müxtəlif yanaşmalar və metodlardan yararlanma ilə insanlar haqqında biliklərin inteqrasiyası idi.
Məhəbbət psixologiyası
Məhəbbət – emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Məhəbbət – müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi...) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüş, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı...) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir. Burada, həmçinin ilkin təəssüratda formalaşan gələcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir.
Məmmədəli Məhərrəmov (psixoloq)
Məmmədəli Məhərrəmov (1909-1970) — azərbaycan psixoloqu. Psixoloq kadrlarının hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cüildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonunadək orada çalışmışdır. O, 1955-ci ildə «Orta məktəbdə psixologiyanın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psixologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini yazmışdır. 1964-cü ildə M.Məhərrəmovun redaktorluğu ilə nəşr olunan «Psixologiya» dərsliyi mühüm bir hadisə kimi tarixdə qalmışdır. Prof.M.C.Məhərrəmov «Azərbaycan məktəbi» jurnalında silsilə məqalələr çap etdirmişdir. Onun bu məqalələri hafizə, iradə, hiss, temperament və qabiliyyətlərin tərbiyəsi və inkişafı məsələlrinə həsr olunmuşdur. Prof.M.C.Məhərrəmovun pedaqoji psixologiyaya aid maraqla oxunan əsərlərindən biri « Yaxşı oxumağın sirri» (B., 1961) adlanır. Əsər orta məktəbin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur.
Məqsəd (psixologiya)
Məqsəd — subyektin şüurlu surətdə can atdığı real və ya ideal zirvə; prosesin hərəkət etdiyi son nəticə. Məqsəd və vasitələrin qarşılıqlı münasibəti məsələsi müxtəlif dövrlərdə mütəfəkkirlərin diqqət mərkəzində olmuş, bu problemə fəlsəfi, etik, siyasi nöqteyi-nəzərdən yanaşılmışdır.Mənəvi məqsədlər, onların fəaliyyətinin nəzəri təsviri, adətən şəxsiyyətlərarası münasibətlər sahəsilə məhdudlaşırdı, siyasi sahələrdə isə o, təbliğat vasitəsi kimi qəbul olunurdu. Buna görə də bu mənada siyasi məqsəd və vasitələrin tədqiqi çox mürəkkəb xarakter daşıyır. Siyasi məqsəd və vasitələr probleminin əsasını siyasət və ideologiya üzərində nəzarət təşkil edir.Bu nəzarətə isə şəxsiyyətin azadlığı səbəb olur. Siyasi məqsəd və vasitələrin qarşılıqlı münasibətləri problemi ümumi milli mənafelərin nəzərə alınması, xüsusi maraqlar üzərində nəzarət sisteminin yaradılmasının zəruriliyini nəzərdə tutur. Robert F. Mager. Goal Analysis, 3rd. edition, 1997. Eliyahu M. Goldratt, Jeff Cox. The Goal: A Process of Ongoing Improvement.
Pedaqoji psixologiya
Pedaqoji psixologiya — Psixologiyanın konkret fəaliyyətlə bağlı olan və yüksək praktik əhəmiyyət daşıyan mühüm xüsusi sahələrindən biridir. Pedaqoji psixologiya təlim, tərbiyə və pedaqoji fəaliyyətin psixoloji problemlərini araşdırır. Pedaqoji psixologiyanın həll etməli olduğu ən mühüm problemlər uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan bütün imkanları müəyyənləşdirməkdən, təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərini, əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin səmərəliliyini təmin edən psixoloji qanunauyğunluqları araşdırmaqdan və s. ibarətdir. Pedaqoji psixologiyanın predmetini insanın tərbiyə, təlim və pedaqoji fəaliyyətinin psixoloji qanunauyğunluqlarının öyrənilməsi təşkil edir. Pedaqoji psixologiyanın predmetinə, birinci növbədə, şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrənilməsi, şəxsiyyətin inkişaf səviyyəsi və fəallığın qarşılıqlı əlaqəsinin, tərbiyənin idarə olunması problemlərinin, özünütərbiyə və əxlaq tərbiyəsinin, tərbiyəvi tədbirlərin psixoloji əsaslarının, gənc nəslin tərbiyəsinə təsir edən amillərin psixoloji xüsusiyyətlərinin aşkara çıxarılması təşkil edir. Müasir pedaqoji psixologiyanın qarşısında mühüm nəzəri və praktik vəzifələr durur. Müasir pedaqoji psixologiyanın nəzəri vəzifələrinə, hər şeydən əvvəl, təlim-tərbiyə prosesində psixi inkişafın imkanlarını, təlim və tərbiyənin ümumi psixoloji qanunauyğunluqlarını öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pedaqoji psixologiyanın qarşısında duran mühüm nəzəri vəzifələrindən biri kimi gənc nəslin yüksək elmi dünyagörüşünə, şüuruna xas olan keyfiyyətlərlə formalaşdırılmasının ən səmərəli elmi yollarını müəyyənləşdirməyi göstərmək olar. Müasir pedaqoji psixologiyanın praktik vəzifələrinə gəldikdə buraya təlimin idarə olunmasının psixoloji məsələlərini, təlim və əqli inkişafın qarşılıqlı əlaqəsini, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə xüsusiyyətlərini və s.
Psixi pozuntu
Psixi pozuntu (mental pozuntu, ruhi xəstəlik) — geniş mənada normal, sağlamdan fərqli bir psixi vəziyyət. Hüquq, psixiatriya və psixologiya kimi sahələrdə bu terminin daha özəl mənası var. Psixi pozğunluğun əksi psixi sağlamlıqdır. Həyat şəraitinə uyğunlaşa bilən, həyat problemlərini həll edə bilən insanlar adətən psixi cəhətdən sağlam qiymətləndirilir. Əgər bu qabiliyyətlər məhduddursa və insan şəxsi, ailə həyatında və ya işdə gündəlik işlərinin öhdəsindən gələ bilmirsə, şəxsi məqsədlərinə nail ola bilmirsə, onda bu və ya digər dərəcədə psixi pozğunluqdan danışmaq olar. Psixi pozğunluq hisslər, düşüncələr, davranışlar sahəsində dəyişikliklərə və pozğunluqlara səbəb olur və bununla yanaşı, bəzi ifadələrə görə, demək olar ki, həmişə bədənin somatik funksiyalarında dəyişikliklər olur. Uğurlu psixoloji və dərman müalicəsinin yaradılması tibb və psixologiyanın əməkdaşlığı və psixi pozğunluqları müxtəlif perspektivlərdən nəzərdən keçirməklə mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər dördüncü-beşinci insan psixi və ya davranış pozğunluğuna malikdir. Bir çox psixi pozğunluqların səbəbləri tam başa düşülmür. Bir sıra əlamətlər var ki, onlar görünəndə mütəxəssislər peşəkarlardan kömək istəməyi tövsiyə edirlər.
Psixi sağlamlıq
Psixi sağlamlıq – insanın psixi durumu, onun davranışlarının tənzimlənməsi, eyni zamanda sosial və bioloji amillərin təsiri ilə xarakterinin düzgün formalaşması ilə xarakterizə olunur. Psixi sağlamlıq insanın özünə və ətrafdakı insanlara olan münasibətdə, ümumilikdə bütün həyatı boyu müxtəlif hadisələrə, sosial və iqtisadi çətinliklərə qarşı münasibətində özünü büruzə verir. Psixi sağlamlıq sosial-iqtisadi vəziyyəti ilə yanaşı insanın fiziki sağlamlığı ilə sıx bağlıdır.
Psixi səbəbiyyət
Psixi səbəbiyyət, həmçinin Zehni səbəbiyyət (ing. Mental Causation) — şüurun və fiziki dünyanın səbəb əlaqəsi, xüsusən də insan şüurunun onun davranışına təsiri. Gündəlik həyatda və elmi təcrübədə şüurla fiziki dünya arasındakı qarşılıqlı əlaqə təbii qəbul edilir. Psixi vəziyyətlərin və proseslərin insan davranışına təsiri gündəlik psixologiyada, elmi psixologiyada və psixologiya fəlsəfəsində müəyyən edilmiş fakt kimi qəbul edilir. Eyni zamanda, müasir şüur ​​fəlsəfəsində və idrak elmində psixi səbəbiyyət problemi geniş müzakirə mövzusudur. Bu, qeyri-maddi şüurun və materiyanın qarşılıqlı təsirinin dünyanın Kartezyen mənzərəsinin müəyyən etdiyi nəzəri çərçivədə izahının mürəkkəbliyi ilə bağlıdır. Müasir filosofların və alimlərin böyük əksəriyyəti Kartezyen substansial dualizmi rədd etsələr də, onların bir çoxu əqli və fiziki arasında əsaslı fərq haqqında Kartezyen ideyasına sadiq qalırlar. Zehni səbəbiyyət probleminin həllində əsas çətinlik fiziki aləmin səbəb-nəticə bağlanması prinsipini və psixi xassələrin fiziki xassələrə salınmazlığını ardıcıl şəkildə necə birləşdirməkdir. Psixi səbəbiyyət psixofiziki problemin ən mühüm komponentlərindən biridir və bir neçə aspekti özündə birləşdirir, o cümlədən: şüur ​​və bədən arasında əlaqə; azad iradə; mənəvi məsuliyyət; səbəbli cütləşmə problemi; enerjiyə qənaət qanunu; fiziki dünyanın səbəbli bağlanması və həddən artıq müəyyənləşmənin istisna edilməsi Psixi səbəb əlaqəsi ilə bağlı məsələlər bəzi qədim mətnlərdə, məsələn, Platonun "Fedon" traktatı və Aristotelin "Ruh haqqında" traktatında işlənir. Bununla belə, psixi səbəbiyyətin aktual problemi bir çox digər mühüm fəlsəfi problemlərdən çox gəncdir.
Psixiatriya
Psixiatriya (qədim yunan dilindən ψυχή - "ruh", "xarakter"; + ἰατρεία - "müalicə", "düzəlmə", "ilkin vəziyyətinə qayıtmaq" sözündən) — psixi pozuntuları tibbi metodologiya prizmasından, onların diaqnostikası, profilaktikası və müalicəsi üsulları ilə öyrənməklə klinik təbabətin bir sahəsi. Bu termin həm də bəzi ölkələrdə özləri və ya başqaları üçün potensial təhlükə yaradan şəxslərin məcburi şəkildə təcrid olunmaq hüququna malik olan dövlət və akkreditə olunmuş qeyri-dövlət qurumlarının məcmusuna aiddir. Psixiatriya sahəsi üzrə tibb mütəxəssisi psixiatr adlanır. "Psixiatriya" termini 1803-cü ildə alman həkimi İohan Kristian Reyl (1759-1813) tərəfindən məşhur "Rapsodiya" kitabında təklif edilmişdir. Alman psixiatrı Vilhelm Qrizinqer (1845) tərəfindən təklif edilən psixiatriya tərifi psixi xəstəliklərin tanınması və müalicəsinin doktrinası kimi geniş tanınıb. Bir sıra müasir müəlliflərin fikrincə, bu tərif "bu tibbi sahəsinin ən vacib xüsusiyyətlərini ehtiva edir", "psixiatriyanın qarşısında duran vəzifələri dəqiq şəkildə ifadə edir": Tanınma təkcə diaqnoz deyil, həm də psixi pozğunluqların etiologiyasını, patogenezini, gedişatını və nəticəsini öyrənmək deməkdir. Müalicə, terapiyanın özündən əlavə, psixiatriya xidmətinin təşkili, profilaktikası, reabilitasiyası və psixiatriyanın sosial aspektlərini əhatə edir. Психиатрия / Под ред. Ю. А. Александровского — М.: ГЭОТАР-Медиа, 2007. - С. 8.
Psixiatriya sosiologiyası
Psixiatriya sosiologiyası — psixiatriyanın institusionalizasiya və deinstitusionalizasiya məsələlərini, psixiatriya elminin və praktikasının sosial aspektləri, xüsusiyyətləri, meylləri və inkişaf qanunauyğunluqlarını, habelə psixiatriyanın fəaliyyətinin institusional mexanizmlərini araşdıran elmi bilik sosiologiyasının istiqamətlərindən xidmət biridir. Psixiatriya sosiologiyasına əhəmiyyətli töhfə Mişel Fuko, Franko Bazalya, İrvinq Hofman, Klaus Dörner və başqaları kimi tədqiqatçılar və ictimai xadimlər tərəfindən verilmişdir. N. Kittri, deviant konsepsiyasının narkotik asılılığı, homoseksualizm, alkoqolizm və zehni xəstəliklər kimi bir sıra təzahürlərini araşdırdı və bu təzahürlərin əvvəl mənəvi, sonra hüquqi problemlər kimi qəbul edildiyini və indi tibbi problemlər kimi qəbul edildiyini göstərdi. Bu qavrayış nəticəsində normadan kənara çıxan fövqəladə insanlar əxlaqi, hüquqi və daha sonra tibbi xarakterli sosial nəzarətə məruz qaldılar . Eynilə, P. Konrad və C. Şnayder də sapmağın tibbiləşdirilməsinə dair araşdırmalarını müxtəlif tarixi dövrlərdə sapma anlayışının mənalarının asılı olduğu üç əsas paradiqmanın tapıla biləcəyi fikri ilə başa vururlar: günah kimi sapma, günah kimi sapma cinayət və sapma bir xəstəlik kimi. Psixiatriyanın institusionalizasiyasına iki kitab - Fransız filosofu və humanitar elmlərin tədqiqatçısı Mişel Fukonun "Klassik dövrdə dəlilik tarixi" kitabı və alman psixiatrı Klaus Dörnerin "Vətəndaş və Dəlilik" kitabı həsr edilmişdir. Dörnerin göstərdiyi kimi, psixiatriyanın meydana gəlməsi sənayeləşmə ilə qeyd olunan sənaye kapitalizminin yaranması - istehsalın fabriklərdən fabriklərə ötürülməsi və əl əməyindən maşın istehsalına keçid dövrünə təsadüf etdi. Bu proses, vətəndaş təbəqəsinin təbəqələşməsinə gətirib çıxardı, orta təbəqəsinin bir hissəsi zənginləşdi, digəri kasıb oldu. Bir tərəfdən sənayeləşmə, yeni şərtlərdə köhnə işlərini itirmiş bir çox insanın mövcudluğunun təməllərini məhv etdi. Digər tərəfdən, fabriklərə ən ucuz və ən əlçatan işçi qüvvəsini cəlb etmək lazım gəldi.
Psixika
Psixika (qədim yunan dilində ψῡχικός "mənəvi, həyati") — psixologiyada və tibbdə bilik və elm sahələrindən asılı olaraq aşağıdakı kimi müəyyən edilən mürəkkəb bir anlayışdır: Düşüncə prosesləri və hadisələrinin məcmusu (hisslər, qavrayışlar, emosiyalar, yaddaş və s.); heyvanların və insanların ətraf mühitlə qarşılıqlı əlaqəsində həyatın spesifik aspekti; “Yüksək mütəşəkkil canlıların xarici aləmlə qarşılıqlı əlaqəsi prosesində yaranan və onların davranışında (fəaliyyətində) tənzimləyici funksiyanı yerinə yetirən obyektiv reallıq subyektinin aktiv nümayiş etdirmə forması”; Yüksək mütəşəkkil canlı materiyanın subyekt tərəfindən obyektiv aləmi aktiv şəkildə əks etdirməsindən, ondan ayrılmaz dünya mənzərəsinin qurulmasında və bu əsasda onun davranış və fəaliyyətinin tənzimlənməsindən ibarət olan sistemli xüsusiyyəti; İnsanın daxili aləmi. Psixika insanların və heyvanların subyektiv aləmi olub, subyektiv şəkildə yaşanan proseslərin və halların bütün kompleksini əhatə edir: qavrayış, yaddaş, təfəkkür, niyyət, yuxu və s. Psixika bütövlük, fəallıq, inkişaf, özünütənzimləmə, ünsiyyət, uyğunlaşma və s. kimi keyfiyyətlərlə xarakterizə olunur; somatik proseslərlə əlaqələndirilir. Bioloji təkamülün müəyyən mərhələsində meydana gəlmişdir. İ.P.Pavlov psixi fəaliyyəti ali sinir fəaliyyəti ilə əlaqədar olduğunu müəyyən etmişdir. Psixologiya elmi psixikanın öyrənilməsi ilə məşğul olur. 1970-ci illərdə psixologiya, nevrologiya və fiziologiyanın qovşağında psixi proseslərin beyin mexanizmlərini öyrənən psixologiyanın bir qolu olan neyropsixologiya inkişaf etmişdir. Psixikanın əmələ gəlməsi materiyanın bioloji təşəkkülü ilə bağlıdır. Psixikanın filogenezdə inkişafı əksetdirmənin tropizm, instinktiv, intellektual və həyatda qazanılan davranış formalarında təzahür etmişdir.
Psixo (film, 1960)
"Psixo" (ing. Psycho) — rejissor Alfred Hiçkokun filmi. Gənc qadın Merion Kreyn müdirin ona etibar etdiyi 40 min dollar pulu oğurlayır. O, bunun cinayət olduğunu düşünməyərək öz-özünə pulları oğurlayır. Merion sadəcə olaraq şəhərdən getmək və öz sevgilisi ilə yeni həyata başlamaq istəyir. Qaçış zamanı avtomobili idarə edərkən daxili gərginlikdən yorulan qız maşını şose yoluna döndərmək və gecəni oradakı boş moteldə keçirmək qərarına gəlir. Burada polis onu tapa bilməzdi. Burada isə onu qorxulu cəza gözləyirdi. Moteli Norman Beyts adli gənc oğlan idarə edir. O, şəxsi iztirab çəkir: moteldə onunla birlikdə sevimli, lakin çoxdan ölmüş anası yaşayır.
Psixoaktiv maddələrin rekreativ istifadəsi
Psixoaktiv maddələrin rekreativ istifadəsi (ing. Recreational drug use) — psixoloji aktiv maddələrin zövq və ya digər məqsədlər üçün tibbi göstəricilərlə əlaqəli olmayan dövri və ya epizodik istifadəsi. Bu istifadə çox vaxt fərdin ictimai fəaliyyəti ilə əlaqələndirilir, tipik nümunələr şənliklər, klublar və barlarda istifadədir. Preparatların istifadəsi, qanuni və qeyri-qanuni olmaqla iki yerə bölünür. Eyni zamanda, rekreativ preparat və ya rekreativ psixoaktiv maddə termini ilə də vurğulanır. Vaxtaşırı və ya bəzən zövq, məmnunluq hissi, o cümlədən sosial münasibətlər və qrup rekreasiyası üçün istifadə olunan bir dərman və ya maddədir. Bir çox psixoaktiv maddələrin tez-tez istifadəsi bu maddələrdən asılılığı və müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Rekreativ preparatlara — pivə, şərab və likörlər də daxil olmaqla bütün spirtli içkilər, marixuana və qaşiş; nikotin, qəhvə, çay və sərinləşdirici içkilər də daxil olmaqla bütün kofein məhsulları və resept ilə əlaqəli olmayan dərmanlar aiddir. 2015-ci ildə aparılan araşdırmalar nəticəsində, 15–65 yaş arası insanların təxminən 5% -nin ən azı bir dəfə qanunsuz narkotik istifadə etdiyi hesablanmışdır. Bir çox tədqiqatçı narkotikin rekreativ istifadəsinin etiologiyasını araşdırmışdır.
Psixoanaliz
Psixoanaliz (alm. Psychoanalyse‎) — XIX əsrin sonlarında — XX əsrin əvvəllərində avstriyalı nevroloq və psixiatr Ziqmund Freyd (1856–1939) tərəfindən hazırlanan psixologiya nəzəriyyəsi. Bu nəzəriyyəyə əsaslanan psixi pozuntu müalicə üsulu da mövcuddur. V. Q. Belinski. Seçilmiş məqalələr. Bakı: Azərbaycan LKGİMK Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1948, 142 s. C. Cabbarlı. Əsərləri üç cilddə, I-cild. Bakı: Azərnəşr, 1968, 407 s. N. Q. Çernışevki.

Значение слова в других словарях